Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

37 
 
arasında V.İ.Qeryenin yetirməsi olmuş M.S.Korelin (1855-1899) xüsusilə seçilirdi. 
M.S.Korelin  Rusiyada  İtalyan  İntibahı  problemini  tədqiq  etmiş  ilk  araşdırıcı  idi. 
M.S.Korelin  “İtalyan  İntibahının  oçerkləri”  adlı  əsəri  (1896)  ilə  Rusiyada  bu 
problemin  tədqiqinin  əsasını  qoymuşdur.  Qeyd  etmək  lazımdır  ki,  rus  tarixçiləri 
əlverişli  obyektiv  və  subyektiv  səbəblərə  görə  öz  milli  mədəniyyətinin 
araşdırılması  sahəsində  keçmiş  SSRİ-nin  başqa  milli  tarixçilərinə  nisbətən  xeyli 
irəli getmişlər. 
Azərbaycan  tarixşünaslığında  da  mədəniyyət  tarixinin  inkişafına  güclü, 
həyati  ehtiyac  və  obyektiv  zərurət  hiss  olunmaqdadır.  Azərbaycanda  mədəniyyət 
problemlərinin tədqiqi istiqamətində ilk təşəbbüs Heydər Hüseynova (1908-1950) 
məxsusdur.  İxtisasca  filosof  olmuş  H.Hüseynov  Azərbaycan  mədəniyyətinin 
məşhur  nümayəndələrinin  fəlsəfi  irsini  tədqiq  etməyə  xüsusi  fikir  vermişdir.  O, 
çoxəsrlik  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  (Nizaminin, 
Xaqaninin,  Nəsiminin,  Füzulinin)  eyni  zamanda  böyük  mütəfəkkir,  filosof 
olduqlarını  sübut  etmişdir.  Heydər  Hüseynov  “Azərbaycan  fəlsəfəsi  tarixində  ilk 
dəfə  olaraq  göstərdi  ki,  Azərbaycan  fəlsəfəsi  əsrlər  ərzində  ədəbiyyatla  sıx  əlaqə 
şəraitində inkişaf etmişdir. Azərbaycan xalqının fəlsəfi fikri çoxəsrlik tarixi inkişaf 
ərzində  yalnız  xüsusi  fəlsəfi  traktatlarda  deyil,  habelə  ədəbi  əsərlərdə  izhar 
olunmuşdur”.
131
  Lakin  onun  başladığı  mühüm  işin  yerinə  yetirilməsində 
uzunmüddətli  fasilə  yarandı.  Son  dövrdə  Azərbaycan  mədəniyyəti  nəzəriyyəsi  ilə 
məşğul  olan  ən  məhsuldar  tədqiqatçı  Z.Ə.Quluzadədir.  Onun  tədqiqat  əsərləri
132
 
mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət  tarixinin  nəzəri  problemlərinin 
tədqiqində mühüm nailiyyətdir. Z.Quluzadə problemləri fəlsəfi baxımdan nəzərdən 
keçirmişdir.  Onun  əsərlərində  Şərq  regionunun,  Azərbaycanın  mədəniyyəti  (orta 
əsrlər dövrü) fəlsəfi ümumiləşdirmələr səviyyəsində tədqiq olunmuşdur. 
Kulturoloji  ədəbiyyatda  “mədəniyyət”  anlayışı,  bu  anlayışın  mahiyyəti, 
məzmunu, başlıca elementləri, tarixi tipləri haqqındakı fikirlər müxtəlifdir. Müasir 
kulturoloji  tədqiqatlarda  bu  anlayışın  250-dən  artıq  tərifi  vardır.
133
  Son  zamanlar 
həminanlayışa verilmiş təriflərin sayı daha da artmışdır. Anlayışa verilmiş təriflərin 
çoxluğu, tərif vermiş müəlliflərin sayı və təriflərin artım dinamikası problemə olan 
sonsuz  marağın  göstəricisidir.  “Mədəniyyət”  qədər  çoxmənalı  və  geniş  yayılmış 
digər  bir  anlayışı  təsəvvür  etmək  çətindir.
134 
Mədəniyyət  insanın,  cəmiyyətin, 
bəşəriyyətin  ictimai-mütərəqqi  fəaliyyətidir.  Bu  fəaliyyət  gerçəkliyin  və  şüurun 
bütün sahələrində vardır. Həmin fəaliyyət maddi, mənəvi dəyərlərin yaradılmasının 
və  “istehlakının”  dialektik  vəhdəti  formasında  gedən  ziddiyyətli  prosesdir.  “Çox 
məhdud mənada maddi və mənəvi mədəniyyəti nəzərdə tuturlar”.
135
 “Mədəniyyət” 
tarixi kateqoriyadır: Onun inkişafı tarixi şəraitin dəyişməsindən asılıdır. 
Mədəniyyət  nəzəriyyəsi  sahəsində  mübahisələr  son  20  ildə  daha  da 
canlanmışdır.  Tədqiqatçıların  əksəriyyəti  mənəvi  mədəniyyəti  ümumiyyətlə 
mədəniyyətin sinonimi kimi başa düşür. Mədəniyyət ictimai prosesdir. O, insanın 
meydana gəlməsi ilə yaranır, uzun inkişaf prosesində cəmiyyəti “müşayiət edir” və 


38 
 
öz  inkişafında  müxtəlif  mərhələlərə  malikdir.  Tədqiqatlardan  birinin  müəllifləri 
qeyd edirlər ki, “mədəniyyət” və “incəsənət” kimi mürəkkəb, çox mənalı anlayışlar 
ümumiyyətlə konkret tərifə sığmır. Bu anlayışların mənasının tam şəkildə açılması 
ehtimalı  çox  azdır
136
.  Maddi  və  mənəvi  ədəniyyət  bütöv,  “mədəniyyət”  adlanan 
sistemin  iki  tərəfidir.  Onları  nə  bir-birinə  qarşı  qoymaq,  nə  də  eyniləşdirmək 
mümkün deyildir. İnsan mədəni fəaliyyətin subyekti, mədəni dəyərlərin yaradıcısı, 
aparıcısı  və  eyni  zamanda  istehlakçısıdır.  Hər  hansı  bir  mədəni  fəaliyyət  ictimai 
səciyyə daşıyır. Lakin hər ictimai fəaliyyət mədəni səciyyəyə malik deyildir. 
Mədəniyyətin  inkişaf  qanunauyğunluqlarından  biri  varislik  əlaqəsidir. 
Mədəniyyətin  tərəqqisində,  müxtəlif  tarixi  mərhələlərin  arasında  varislik  əlaqəsi 
olmadan bu prosesin tamlığı  mümkün deyildir.  “Varislik  sayəsində  yeni  nəsillərə 
məlum  olanları  axtarmaq,  kəşf  olunmuşları  yenidən  aşkar  etmək…,  yenidən 
yaratmaq  lazım  gəlmir”.
137
  Varislik  prosesləri  bir  xalqın  mədəniyyətinin  inkişafı 
çərçivəsi  ilə  məhdudlaşmır.  Əgər  dil  və  ənənə  kimi  sahələrdə  varislik  prosesləri 
müəyyən  bir  xalqın  mədəni-tarixi  çərçivəsində  daha  tam  şəkildə  baş  verirsə, 
mədəniyyətin  digər  sahələrində  (elmdə,  incəsənətdə)  bir  xalqın  mədəni  irsi  digər 
xalqların  da  mədəni  potensialına,  irsinə  daxil  olur.  Bəzən  bir  xalqın  mədəni  irsi 
digər bir xalq tərəfindən daha artıq dərəcədə inkişaf etdirilir. Lakin bu və ya digər 
xalqların  mədəniyyətindəki  inkişaf  xüsusiyyətləri  hətta  kənar  mədəniyyətin  güclü 
təsiri şəraitində  də  məhv olmur. “Əsil  mədəniyyət  öz  ilhamını dünyanın  müxtəlif 
guşələrindən  alır.  Lakin  bu  mədəniyyət  doğma  zəmində  yetişir  və  geniş  xalq 
kütlələrinə  dayaqlanır”.
138
  Milli  mədəniyyətin  inkişafı  prosesində  hər  bir  yeni 
mərhələ keçmiş mərhələ olmadan mümkün deyildir və eyni zamanda bu mərhələni 
inkar edir. Hər bir mərhələ  keçmişdən özünə lazım olanları alır
139
, inkişaf etdirir.  
Müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  təsirinin  labüd  nəticəsi  milli 
mədəniyyətlərin  əksəriyyətinin  sinkretik  səciyyə  daşımasıdır.  Mədəniyyətlərin 
qarşılıqlı əlaqəsi və təsiri prosesi də obyektiv qanunauyğunluqdur. “Mədəni sintez 
müxtəlif  və  bəzən  bir-birinə  əks  olan  mədəniyyətlərin  qarşılıqlı  təsirinin 
nəticəsidir.  Bu,  tanışlıqdan  qavrayışa  və  mənimsəməyə  gedən  prosesdir”.
140
  Bu 
proses sayəsində mədəniyyətin inkişafında varislik əlaqəsi nəinki bilavasitə, habelə 
vasitəli şəkildə də ola bilər.
141
 
Mədəniyyətin  tipləri  haqqında  mübahisələr  müxtəlif  elmi  fikirlərin  irəli 
sürülməsi,  əsaslandırılması ilə  müşayiət olunur. Fikir ayrılıqlarının başlıca  səbəbi 
mədəniyyət  nəzəriyyəsinin  və  tarixi  problemlərin  obyektiv  mürəkkəbliyidir.  ABŞ 
tədqiqatçısı F.Nortrop belə hesab edir ki, indiyədək mövcud olmuş mədəniyyətləri 
iki böyük qismə - Şərq və Qərb mədəniyyəti tiplərinə ayırmaq lazımdır.
142
 O, Şərq 
mədəniyyət  tipinə  dünyanın  bilavasitə  qavranılması  prosesində  intuitivlik, 
emosionallıq  cəhətlərinin  xas  olduğunu  göstərir.  Tədqiqatçı  Qərb  mədəniyyəti 
üçün  isə  nəzəri  konsepsiyalar  şəklində  dərketmənin  səciyyəvi  olduğunu  qeyd 
edirdi.  F.Nortrop  belə  hesab  edir  ki,  Şərq  mədəniyyəti  yalnız  qeyri-texniki 
sivilizasiya, təsvir səciyyəli elmlər və  impressionist incəsənət  yaratmağa  qabildir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə