31
ənənələri Qarabağ və Şəki xanlıqları hüdudlarında daha çox inkişaf etmişdir.
99
Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu (1770-1848) dövrün tanınmış Azərbaycan
tarixçisi olmuşdur. Onun “Qarabağnamə” əsərində (1845-ci ildə yazıya alınmışdır)
Qarabağ xanlığının siyasi tarixi 1736-cı ildən 1828-ci ilədək izlənilmişdir. Əsərdə
Bayat və Şuşa qalalarının, digər memarlıq obyektlərinin inşa olunması, Pənahəli
xanın şəhərsalma tədbirləri haqqında məlumatlar əvəzsizdir.
100
Mirzə Camal
Cavanşir Qarabağinin (1773-1853) “Qarabağ tarixi” əsəri (1847-ci ildə fars dilində
yazılmışdır) də nəzərdən keçirilən dövrün hadisələrini də özündə əks etdirir və
həmin mühitin mədəni həyatından müəyyən materiallara malikdir.
101
Əsər müəllifi
1797-1822-ci illər ərzində Qarabağ xanlığının vəziri vəzifəsini icra etmişdir.
Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə
dair” əsərində də XVIII əsrin II yarısında Qarabağın mədəni həyatının epizodları
öz əksini tapmışdır.
102
Qeyd etmək lazımdır ki, Qarabağın XVIII əsr tarixi, həmin
dövrün mədəni həyatı XIX-XX əsrlərin bir çox müəlliflərini
də məşğul etmiş, onlar
bu bölgənin tarixini, mədəni mühitini öz əsərlərində əks etdirmişlər.
103
Kərim bəy
Şəkixanov Fateh (1858-ci ildə vəfat etmişdir) “Şəki xanlarının müxtəsər tarixi”
əsərinin (1829-cu ildə Azərbaycan türkcəsində yazılmışdır) müəllifidir. Şəki
bölgəsinin tanınmış şairi, tarixçisi olmuş bu müəllif XVIII əsrin II yarısının tarixi
hadisələrini öz əsərində əks etdirməklə bu dövrün mədəniyyətinin inkişaf zəmini
haqqında müəyyən təsəvvür yaratmışdır.
104
Azərbaycana zaman-zaman müxtəlif ölkələrdən, müxtəlif məqsədlərlə
“səyyahlar” gəlmiş, özlərinin qısamüddətli, uzunmüddətli, könüllü və ya könülsüz
“səyahətlərindən” doğmuş təəssüratlarını tərtib etdikləri gündəliklərdə, yol
qeydlərində, əsərlərində əks etdirmişlər. Azərbaycan XVI-XVIII əsrlərdə müxtəlif
dövlətlərin, bu dövlətlərin mənafelərini güdən “səyyahların” diqqət obyekti
olmuşdur. Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə müxtəlif məqsədlərlə
ölkəyə gəlmiş (göndərilmiş-red.) şəxslər (xüsusilə Rusiyadan), “səyyahlar”,
“biliklərə can atan elm fədailəri” kimi təqdim olunurdular. XVI-XVIII əsrlərin
Avropa dövlətlərinin, Moskva knyazlığının (sonralar Rusiyanın) Yaxın və Orta
Şərqə diplomatik, iqtisadi, siyasi müdaxilə etməsi cəhdləri bu dövrün əlamətdar
hadisələrindən olmuşdur. “Səyyahlar” məhz bu müdaxilə cəhdlərinin aparıcıları
olmuşlar. Lakin qeyd etmək lazımdır ki, həmin “səyyahların” əsərlərində
araşdırılan tarixi dövrün Azərbaycan mədəniyyəti faktları diqqəti cəlb edir və
tariximizin tədqiqi üçün bu məlumatların əhəmiyyətinə şübhə etmək olmaz.
Vinçentso Alessandri, Orucbəy Bayat (əslən azərbaycanlıdır, sonralar xristianlığın
katolik məzhəbini qəbul etmişdir), Antoni Jenkinson, Ceffri Dekket, Ricard
Conson, Tomas Olkok, Kristofer Berrou, Adam Oleari, Yan Streys, İbrahim
Əfəndi Peçevi, Övliya Çələbi, Artemiy Volınski Venesiya, İspaniya, İngiltərə,
Hollandiya, Saksoniya, Prussiya, Osmanlı Türkiyəsi, Rusiya kimi orta əsr
dövlətlərinin nümayəndələri
sifətilə Azərbaycanda olmuş, yol qeydləri yazmışlar.