Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

53 
 
qədərki  zaman  kəsimində  Səfəvi  dövründə  yaranmış  mədəni  dəyərlər  sistemini 
“İran  mədəniyyəti”  kimi  qiymətləndirirlər.  Məhəmməd  Cavad  Məşkurun 
“Azərbaycan tarixinə nəzər”, Əhməd Kaviyanpurun “Azərbaycanın ümumi tarixi”, 
Fəxrəddin  Musəvinin  “Ərdəbil  alimləri”,  Əhməd  Tacbəxşin  “İran  Səfəvilər 
dövründə”, Rəhimzadə Səfəvinin “Şah İsmayıl Səfəvinin müharibələrinin və həyat 
tarixinin şərhi”, Firuz Mənsurinin “Tarix qəlbinin sirləri: Şah İsmayıl şair deyildi, 
habelə  divanı  yox idi”  əsərləri
229
  bu  baxımdan  daha  səciyyəvidir.  Obyektivlikdən 
və  elmilikdən  uzaq  olan  həmin  əsərlərdə  fars  şovinizminin  güclü  təsiri  bariz 
şəkildə  üzə  çıxır.
230
  Təəssüf  ki,  İran  tarixşünaslığında  fars  şovinizminin  başlıca 
ideyalarını  təbliğ  edənlər  arasında  xeyli  mənşəcə  azərbaycanlı  tarixçi  vardır. 
Onların ən məşhuru və bariz nümayəndəsi Əhməd Kəsrəvi (1890-1946) olmuşdur. 
Əhməd  Kəsrəvi  “Azəri,  yaxud  Azərbaycanın  qədim  dili”  (1938,  fars  dilində), 
“İranın  şəhər  və  kəndlərinin  adları”  (1930),  “Şeyx  Səfi  və  onun  nəsəbi”  (1927) 
əsərlərində Azərbaycanı, onun mədəniyyətini, tarixini, toponimikasını iranpərəstlik 
ruhunda  tədqiq  etmişdir.
231
  O,  İran  tarixşünaslığında  “kəsrəviçilik”  adlanan 
istiqamətin 
banisidir. 
Tariximizin 
orta 
əsrlər 
dövrü 
mədəniyyətinin 
saxtalaşdırılmasında  bu  istiqamətə  mənsub  olan  tarixçilərin  “böyük  xidmətləri” 
olmuşdur.  Təbiidir  ki,  Cənubi  Azərbaycanda  mədəniyyət  tariximizi  doğru 
mövqedən  araşdıran  tədqiqatçılar  da  vardır.  Hüseyn  Düzgün,  Rəsul  İsmayılzadə, 
Məhəmmədəli Hüseyni, Cavad Heyət belə araşdırıcılardandır. 
Müasir  Türkiyə  tarixşünaslığında  da  orta  əsrlərdə  Azərbaycanın  ictimai,  
siyasi,  mədəni inkişafı problemlərinə xüsusi fikir verilmişdir. Məsələn, XVI əsrin 
əvvəllərindən  XVIII  əsrin  40-cı  illərinədək  Yaxın  və  Orta  Şərq  regionunu  daim 
gərginlik şəraitində saxlamış Osmanlı-Səfəvi qarşıdurması, qarşılıqlı mədəni-tarixi 
təsir  prosesi  bu  marağa  səbəb  olan  tarixi  faktdır.  Türkiyə  tarixçilərindən  İsmayıl 
Haqqı  Uzunçarşılı,  Bekir  Kütükoğlu,  Öztuna  Yılmaz  Osmanlı-Səfəvi 
münaqişələrinə  xüsusi  diqqət  yetirmişlər.
232
  Müasir  Türkiyə  tarixçiləri  (xüsusilə 
Faruk  Sümer)  Səfəvi  dövlətinin  yaranması,  təşəkkülü  və  inkişafında  türkdilli 
etnosun aparıcı, həlledici rolunu təsdiq edirlər.
233
 Lakin Türkiyə tədqiqatçıları üçün 
qeyri-obyektivliklə  səciyyələnən  mühüm  bir  cəhət  xasdır:  Onlar  Azərbaycan 
tarixinə, onun mədəniyyətinə  Türkiyə tarixinin və  mədəniyyətinin tərkib elementi 
kimi  yanaşırlar.
234
  Azərbaycan  tarixini  və  mədəniyyətini  ümumtürk  tarixi  və 
mədəniyyəti  sistemi  içərisində  “əritmək”  meyli  müasir  Türkiyə  tarixşünaslığının 
nöqsanlı cəhətlərindən biridir.
235
 
Nəzərdən  keçirilən  problem  üzrə  tarix  ədəbiyyatının  icmalı,  təhlili 
nəticəsində  belə  bir  qənaətə  gəlmək  olar  ki,  Azərbaycan  xalqının  orta  əsrlər 
mədəniyyətinin  təkamülü  prosesini  əsasən  Azərbaycan  tarixşünaslığının  son 
onilliklər  ərzində  əldə  etdiyi  uğurlarına  və  mövcud  olan  potensialına  arxalanaraq 
elmi, obyektiv şəkildə öyrənmək və təbliğ etmək mümkündür. 
Son onilliklər ərzində orta çağların Azərbaycan mədəniyyəti faktlarından 
daha  çox  qeyri-tarixçilər  bəhs  etmişlər.  Onların  nəşr  olunmuş  əsərlərinin 


54 
 
əksəriyyəti  sənətşünas,  filoloq,  filosof  araşdırmalarının  məhsuludur.  Təbiidir  ki, 
həmin əsərlərdə problemə tarixçi baxışı yoxdur. Çoxəsrlik, çoxcəhətli proses olan 
Azərbaycan  mədəniyyətinin  hərtərəfli,  xronoloji  ardıcıllıqla,  konkret  tarixi  şəraiti 
nəzərə almaq şərtilə tədqiqi zəruridir, zamanın tələbidir. Məlumdur ki, hər hansı bir 
xalqı digər xalqlardan fərqləndirən əsas cəhət onun mədəniyyəti,  mədəni dəyərlər 
sistemi,  mədəni  potensialıdır.  Bu  baxımdan  qeyd  etmək  zəruridir  ki,  mədəniyyət 
tarixi öyrənilmədən Azərbaycan tarixinin vahid, obyektiv konsepsiyasını yaratmaq 
qeyri-mümkündür. 
 
§ 3. Azərbaycan mədəniyyətinin islamaqədərki 
təkamül prosesinə ümumi 
bir baxış 
 
Təqdim  olunan  monoqrafiyada  Azərbaycan  mədəniyyətinin  inkişafı 
prosesi VII əsrin ilk onilliklərindən, yəni ərəb işğalları, bir çox Yaxın və Orta Şərq 
xalqlarının (eləcə də Azərbaycan xalqının) islamlaşması dövründən izlənilir. Lakin 
xalqımızın  zəngin  islamaqədərki  mədəni  keçmişi  vardır.  İslam  dinini  artıq  VII 
əsrin  40-ci  illərindən  etibarən  qəbul  etmiş  Azərbaycan  əhalisinin  (xalqının) 
mədəni-mənəvi  həyatında,  düşüncə  tərzində  islamaqədərki  dini  baxışların 
(bütpərəstlik,  atəşpərətstlik,  xristianlıq),  adət-ənənələrin  yaşarılığı  danılmaz 
gerçəklikdir.  Tariximizin  islamaqədərki  dövründən  (xüsusilə  xristianlıq  və 
atəşpərəstlik  dəyərlərindən)  imtina  olunması  ağır,  arzuolunmaz  nəticələrə  gətirib 
çıxarmışdır. Məsələn, xristianlıqla bağlı olmuş keçmişdən imtina olunması, bu irsə 
yad  münasibət  Qafqaz  Albaniyası  dövrünün  mədəni  dəyərlərinin  (hətta  tarixinin) 
ermənilər  tərəfindən  mənimsənilməsinə  səbəb  oldu.  Tariximizin  atəşpərəstliklə 
bağlı  olmuş  mədəni  dəyərlərini  fars  (İran)  şovinistləri  “özəlləşdirdilər”,  çünki 
Azərbaycan  ictimai  fikrində  müəyyən  müddət  ərzində  atəşpərəstlik  (zərdüştilik) 
yad  mədəni  təsir  kimi  qavranılırdı.  Danılmış,  “itirilmiş”  mədəni  irsə  (xüsusilə 
zəngin  olan  irsə)  sahiblər  tez  tapılır.  Lakin  “hər  bir  xülya  kimi  öz  keçmişindən 
imtina  etmək  və  xarici  ölçülər  əsasında  yenidən  qurulmaq  cəhdləri  özünü 
doğrultmur. Öz keçmişindən imtina etmək mütləq mənada qeyri-mümkündür”.
236
 
Hər  bir  xalqın  mədəniyyətinin  təkamülündə  daxili,  siyasi  amil-dövlət 
xüsusi rol oynamışdır. Dövlətçilik tarixinin kökləri eramızdan əvvəl IX əsrə gedib 
çıxan  Azərbaycan  bu  baxımdan  diqqəti  cəlb  edən  ölkələr  sırasındadır.  Alman 
filosofu Hegelin məşhur bir fikri vardır: “Dövləti olmayan xalqın əslində tarixi də 
yoxdur”.
237
 Onun bu fikrində kəskinlik və mütləqliklə yanaşı müəyyən həqiqət də 
vardır.  Dövləti  olmayan  və  yaxud  müəyyən  zaman  ərzində  siyasi  müstəqilliyini 
itirmiş xalqın yaradıcı potensialı, mədəniyyəti öz imkanlarını gerçəkləşdirə bilmir. 
Belə  ağır  şəraitə  düşmüş  xalqların  mədəniyyəti  və  tarixi  siyasi  baxımdan  hakim 
olan xalqın tarixinə, mədəniyyətinə “əlavə olunur”. Azərbaycan xalqı da müəyyən 
tarixi  məqamlarda  siyasi  müstəqilliyini  itirmiş,  lakin  güclü,  zəngin  mədəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə