Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   85   86   87   88   89   90   91   92   ...   95

352 
 
139. QOYUNUN ÜRƏYİ YATIB 
 
Dağda Məhər adında bir kişi oluf. Çox hazırcavab adam 
olur.  Günnərin  bir  günü  kalxoz  sədri  deftor  deyirdilər,  buna 
qoyun yığırmışdar. Yəni kalxozun qoyunnarı qırılıf, indi onun 
yerini  doldurmağ  üçün  camaatdan  qoyun  yığıllar.  Birqadiri 
yolluyuf ki, get yığ. Məhər kişinin də bir qoyunu varmış, çox 
arıx,  xəstə  bir  qoyun  oluf.  Həmin  qoyunu  maşına  qoyuf  ki, 
aparsın.  Onda  da  yataxlar  Ceyran  çölündə  oluf.  Maşın  gedif 
oruya çatanda baxıllar ki, qoyunun biri ölüf. Soruşullar birqa-
dirdən ki, ə, bu qoyunu kim vermişdi? Deyir: 
– Məhər kişi. 
Kəndə  qayıdanda  kalxoz  sədri  çağırtdırır  Məhər  kişini 
yanına. Deyir ki, ayə, ayıf döyüldümü, mən onsuz da diləner-
dim  də.  Ölü  yığerdımsa,  səni  neynirdim?  Ceyran  çölü  qoyun 
leşiynən doludu. Bu nədi? Deyir: 
– Sədr, o başın üçün, mən onu maşına qoyanda o sala-
mat  idi.  İkidən-birdən  mənim  qoyunum  maşına  minməmişdi. 
Deyirəm, bəlkə yol tutuf, ürəyi yatıb.  
 
140. ONU İCBARİ İŞ ELƏGİNƏN 
 
Kənddə Məhər kişini aparıllar ot tayası yığmağa. Məhər 
kişi ot  tayasının elə  yerində duruf ki, kalxoz sədri bunu gör-
mür. Yavıyı çaxıbdı ota,  yalannan hay-küy salır, ah, oh, hay-
küynən ki, guya işdiyir. Kalxoz sədrinə başa salıllar ki, Məhər 
kişi  yalannan  eliyir,  işdəmir.  Kolxoz  sədri  baxanda  görör  ki, 
doğrudan  da,  Məhər  kişi  yavaya  söykənif,  yalannan  ah,  uf 
eliyir. Çağırtdırır ki, bura gəl. Gəlir. Deyir: 
– Bu hərəkətinə görə sənə, oğlumun canı üçün, dörd il iş 
kəsdirərəm.  
Deyir:  
– Sən oğluyun canı, heç olmasa, onu icbari iş eləginən.  


353 
 
141. ÇƏNƏN BOŞ DURMASIN 
 
Ağdam kəndində Roza adında ağbirçək arvad oluf. Us-
tası var imiş bunun. Usta səhər-səhər daşı-zadı qırıf, əl-üzünü 
yuyannan  sonra  oturur  çörək  yesin.  Gözdüyüf  görür,  çörək 
gəlmir,  verən  yoxdu.  Roza  arvad  gəlir,  ustolun  üstünə  iri  bir 
sakqız  qoyor.  O  vaxtdı  ağ  sakqız  yox  idi,  qara  sakqız  qoyor, 
qır deyirdilər. Deyif: 
–  Ala  bunu  çiynə,  çənən  boş  durmasın,  Sineyvər  dəər-
mənə gedifdi.  
Sineyvər  də  munun  qızıdı.  Yəni  Sineyvər  dəərmənnən 
gələsi,  çörək  bişirəsi,  usta  yiyəsi,  onnan  sonra  da  iş  görüləsi. 
Elə  o  vaxtdan  məsəl  qalıfdı.  Biri  bir  şeyi  uzadanda,  eləcə 
deyillər, al bu sakqızı, çənən boş durmasın. 
  
142. HAZIRCAVAB BAYRAM 
 
Ağdam  kəndində  Bayram  adında  bir  kişi  oluf.  Bu,  bir 
şərikinnən başqa kəndə alver eləməyə gedir. Nəsə, iş elə gəti-
rir  ki,  bular  axşama  qalıllar.  Bir  evdə  munu  qonax  saxlıyası 
olollar. Nəsə, axşam olanda otağın birini qonaxlara göstərillər 
ki,  burda  yatarsınız.  Bu  otaxda  da  bir  taxt  olur,  bir  də  bir 
kıravat. Bular da üş nəfər olullar. Öz aralarında razılaşıllar ki, 
ikimiz  bir  yatarıx,  birimiz  də  bir.  Bulardan  biri  tək  yatması 
üçün,  rahat  yatması  üçün  ortuya  söz  tulluyur  ki,  ayə,  vallah 
mən  adamnan  yata  bilmerəm.  –  Belə  deyir  ki,  buna  desinnər 
zərəl  yoxdu,  sən  tək  yat,  biz  bir  yatarıx.  –  Mən  tək  yatajam. 
Bu vaxt Bayram kişi deyir ki,  ə, dərdin  alem, sən cüt  yatam-
mersansa, sənin arvadınnan kim yater? 
 
  


354 
 
143. QABIN YERİNİ DEMƏSƏYDİN, ÇAYI 
STƏKANDA İÇƏRDİN 
 
 
Bayram  qızına  toy  eliyirdi,  axırda  çalğıçıların  birinnən 
hesablaşmalıdı,  yəni, pulu nə qədər eliyir. Bular zurnaçıynan 
çörək  yeyəndə  arvadına  deyir  ki,  savah  özünəbəylər
132
 gələ-
jək. Onda da adət imiş, özünəbəy gələndə nəsə oğurruyurmuş-
dar,  qəbahət  sayılmermış.  Qav-zad  çatışmıyan  dövr  imiş. 
Bayram kişi deyir ki, arvad, qavları bir yaxşı yerə qoy, gələn-
də  özünəbəylərin  əlinə  keşməsin.  Yoxsa,  hamısını  qırıb,  sın-
dırıb, qalanını da aparajaxlar.  
Onda  da  zurnaçının  adı  Məhəmməd  olur.  Məhəmməd 
görür kü, qavları sandığa qoydular, ağzını örtdülər, üstünə də 
samavarı qoydular.  
Səhər  özünəbəy  dəsi
133
 gəlini  aparmağa  gələndə  Mə-
həmməd bu dəsə deyir ki, ayə, qavlar sandıxdadı, üstündə də 
filan şey var. Bu özünəbəylər bu qavların qırdıxlarını qırıllar, 
qırmadıxlarını da aparellar. Nəsə, aradan bir həftə, on gün ke-
çənnən  sonra  yolda  Məhəmmədnən  Bayram  kişi  qavaxlaşer, 
yəni  zurnaçıynan  qızın  atası.  Qızın  atası  Məhəmmədi  öyünə 
qonax çağırer. Deyir: 
– Ə, dərdin alem, gedək öydə bir çay içək.  
Əl  çəhmir.  Məhəmməd  də  ayıbını  bilir  ki,  bu  nəsə  bir 
qisas alajax. Nəsə, Məhəmmədi öyə aparer. Öydə deyir: 
– Arvad, bir yaxşı çay qoy. 
Samavar  qaynıyıb  hazır  olanda  Bayram  özü  qalxer.  O 
vaxtı mis qavlar  var imiş. Mis qavın birində cam olur bilmi-
rəm,  qavlama  olur  bilmirəm,  bunda  çay  süzür,  gətirir.  Mə-
həmmədin  qavağına  qoyor  ki,  iç.  Məhəmməd  də  baxır  ki, 
qaynar, mis qavda çaymı içilər? Adamın dodağı yapışar.  
                                                
132
 Özünəbəy – bəy və bəyin sağdişi, soldişi 
133
 Dəsi – dəstəsi 


355 
 
Deyir: 
– A Bayram əmi, bu qavlamada çay işmək olarmı? 
Deyir: 
–  Ə,  qavların  yerini  demiyeydin,  olar  da  qırmıyeydi, 
stəkanımız  oloydu,  mən  çayı  sana  stəkanda  verəydim.  İndi 
qırdırıfsan, məjbursan bunda işməyə. Daha ayrı variant yoxdu. 
 
144. ADIMI MƏRİFƏTLİ DEDİN, QALDI  
DƏDƏMİN ADI 
 
Bir  erməni  gəlir  çıxır  kəndə.  Görür  orda  bir  ağsakqal 
kişi  oturuf.  İndi  munnan  tanış  olmaxmı  istiyir,  nəsə  tanışlıq 
verməkmi istiyir, deyir: 
– Ağsakqal, adınız nədi? 
Deyir: 
– Mənim adım Rüstəm ağa, – deyəndə deyir: 
– Osuftim ağa, bə dədeyin adı nədi?  
Deyir: 
– Ə, sənin xaçını belə-belə eliyim. Adımı çox mərifətdi 
demişdin,  qalmışdı  dədəmin  adı.  Hələ  bir  dədəmin  adını  da 
soruşorsan.  
 
145. RƏİYƏTLƏ OTURUB YEMƏK YEYİRSƏN 
 
 
Rahat  seyid  olmuyan  adamlara  deyillər.  Mənim  babam 
rahatdı,  nənəm  seyid  qızıdı.  Babam  seyid  qızınnan  öylənən-
nən sonra,  munu qaynatası öyünə qonax çağırır. Burda da öz 
qaynatası  tərəfdən  də  qonaxlar  olur.  Yəqin  ki,  o  vaxdı  qav 
azdığınnanmı, nə bilim, nədənmi, indiki dövr kimi döyül. Aş 
pişirillər  və  bu  aşı  sinidə,  məcməyidə  və  başqa  şeylərdə  qo-
yullar. İki bir, üç bir belə qoyuluf. O cümlədən babamnan bir 
məcməyidə, sinidə aş yiyəsi adam seyid oluf. İndi babam təzə 
kürəkən,  bir  az  utancağ  adam.  Bu  da  bir  ağadı,  bəydi,  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə