Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   87   88   89   90   91   92   93   94   95

364 
 
155. GEDİN DƏDƏNİZ EVİNDƏ DALAŞIN 
 
Bir qonşu  var, anası da,  yoldaşı da qonşu kəntdəndilər. 
Özü də qızı anası bəyənif gətiribdi ha. Oğlanın birinci arvadı 
rus qızı oluf, qəşəh də dolanerdılar. Arvad bunu qovaladı, dedi: 
– Olmaz, öz qohumumu gətirəjəm.  
Gələn  günnən  təzə  gəlinnən  başdadı  dalaşmağa.  Gəlin-
qaynana həmi qohumdular, həmi bir kəntçidilər. Qışın qarın-
da  camaat  səs-küyə  yığılıf.  Oğlan  anasını  da,  yoldaşını  da 
çıxardıf dokqazın başında qarın içində saxleer. Deyir: 
– Bura bax, mənim dədəm zəhmət çəkif ev tihdirif, mülk 
qoyuf gedifdi. Gedin dədəniz öyündə dalaşın, barışanda gəlif 
mənim dədəmin öyündə  yaşıyarsınız. Yoxsa  mənim dədəmin 
öyünə gəlmiyin. Dava meydanı döyül mənim dədəmin öyü. 
 
156. NAĞDI MƏNİM, NİSYƏ SƏNİN 
 
Bizim kəndin yarı torpağı dəmyədi, suvarılan yerrərimiz 
azdı. Keşmiş bəylərdən birinin yanına tat gəler İrannan ki, gəl 
sənnən şərikli bostan əkəh. Deyir: 
–  A  tat,  əhməyinə  bir  söz  demerəm.  Nağdı  aldıxlarım 
mənimdi, mən kəndimi bilerəm, nisyə sənin boynunadı. Özün 
yığar, aparar gedərsən.  
Tat deyir, adamdılar da, uzağı bir ay, iki ay yubatsınnar, 
axırda  verəjəhlər  da.  Bir  il  can  qoyor  bejərer,  əker,  səper. 
Müəyyən bir hissəsini yığer. Payızda bəy deyir: 
– O nağdıyı maa ver, nisyələr sana qalar.  
Tat  deyir:  “Adamdılar,  nolar  ki,  verəjəh”.  Heş  kim  də 
vermir. Tat hələ də yığer pulunu, gənə də. Elə çıxer geder.  
 
 
157. HAZIRCAVAB GƏLİN 
 
Qədimdən bizim zona aşıx azarkeşi oluf. Bəylər məclis 
keçirillər  özdəriçün,  Aşıx  Ələsgəri  dəvət  eliyillər  Göyçədən. 


365 
 
Bu  yanında  da  bir  balamançı  gəler.  Kəndin  qırağınnan  ke-
çəndə – Aşıx Ələsgər rəhmətdih bilirmiş bizim  kəndin bir az 
baməzə  olduğunu,  –  bir  arvad  su  aparer  ulaxnan,  yanında  da 
balaca  xoduğu.  Bu  balamançı  əl  çəhmer,  başdıyır  ki,  arvada 
ilişəjəm, görüm nə diyəjəh. Rəhmətdih Aşıx Ələsgər deyir: 
– Ə, bulara söz çatdırammazsan, çıx gedəh, ayıfdı, bizi 
biyavır eləməginən.  
Balamançı bunu eşitmer. Gəler deyir: 
– Ay bajı, o nədi?  
Deyir: 
– Görmörsənmi? Ulaxdı, suya ederəm.  
Deyir: 
– Bə onun yanında hopbana-hopbana gəzən nədi? 
 Deyir: 
–  Nolojax,  dərdin  alem,  aşığın  yanında  balamançı 
hərrənən kimi, bu da bir şeydi, eləcə hərrəner.  
Rəhmətdih Ələsgər deyir: 
– Cavabını aldınmı, gəl gedəh. 
 
158. QALMAĞINDAN GETMƏYİN YAXŞIDI 
 
İki qonşu savxozda çilingər işdellər. Birinə bir gün qəbz 
gəler ki, səni  zbora çağırerıx.  Bular  indi  yaxın  dostdular,  ikisi 
də  fırıldax  fason  adamlardılar.  Zbora  gedəni  o  birsi  qonax 
çağırer, bir beçə kəser,  yiir-içellər. Zbora gedən oğlan beçeyi 
yidihcə  sümühlərini  öy  yiyəsinin  civinə  dolduror.  Savahısı 
gedellər.  Vayenkomatın  həyətində  bu  köyrəler  ki,  dostum 
geder,  iki  ay,  üç  ay  bunu  görmöjəm.  Əlini  civinə  saler  kin, 
ağlasın,  birdən  beçənin  sümüyünün  qırığı  bunun  barmağına 
bater,  qanı  çıxer.  Fikirrəşer  ki,  mana  ailəmdə  belə  munasibət 
yoxdu, bunu heç kim eləməz, bunu elə dosdum eliyif. Deyir: 
–  Qardaş,  sənin  getməyinə  ağlıyajeydim,  əmmə  qalma-
ğınnan getməyin yaxşıdı, getgınən. 


366 
 
159. MEHDİ 
 
Göyəbaxanda  bir  Nooruz  varıydı.  Nemsin  müharibə 
vaxtı  kolxozun  danalarını  otarerdı.  Mehti  də  ispolkom  oluf. 
Mehtidən tələb eliyiflər Nooruzu. Nooruzu vayenkomata gön-
dərəndə örgədif. Deyif: 
– A Nooruz!  
Deyif: 
– Nədi?  
Deyif: 
– Orda vayenkomat sənnən nə soruşsa, deynən Mehti. 
Deyir: 
– Yaxşı. 
Nooruz vayenkomata gedəndə, vayenkomat soruşor:  
– Ə, haralısan?  
– Mehti!  
– Ə, səni buruya kim yollof?  
– Mehti! 
– Ə, ateyin adı nədi? 
– Mehti! 
– Ə, öz adın nədi? 
– Mehti! 
– Ə kopoğlu, nə danışersan? 
– Mehti! 
– Nə danışersan? 
– Mehti! 
Buna  bir-iki  dənə  yapışdırellar.  Yapışdıranda,  “Mehti, 
Mehti, Mehti” deyə-deyə qapıdan çıxer. Nooruz onnan əsgər-
likdən canını kutarer, gəler gənə həmən danaları otarer.   
 
 
 


367 
 
160. QARIŞQANIN DOSTLUĞU 
 
Bir  qarışqanın  dağın  o  üzündə  bir  dostu  olor.  Dostu 
ismarış göndərer ki, ay qarışqa qardaş, mən ölörəm, gəl görü-
şək. Qış olor, qar olor. Qarışqa dağın döşünə dırmaşer, başına 
çıxanda külək vuror. Çovğun qarışqeyi dağın divinə saler. Bir 
neçə  dəfə  təkrar  olor.  Qarışqa  görör  mümkün  döy.  Qarışqa 
başdeer dağın divinnən eşer ki, dağın o üzünnən çıxım qarışqa 
dostumnan görüşöm. Burda bir tısbağa  yua salıfmış. Tisbağa 
deyir ki, ay  qarışqa, nə eşersən? Deyir ki, ay  tısbağa qardaş, 
dağın o üzündə bir dostum var. O ölör, mana ismarrıyıf, onnan 
görüşməyə  gedəjəm.  Çouğun,  qar  qoymadı,  indi  burdan  eşif 
gedif dağın o üzünnən çıxajam. Tisbağa deyir: 
– Ay qarışqa qardaş, sənin nə qədər yaşın var? Sənə dağın 
o üzünə çıxmax üçün iki yüz il lazımdı. İki yüz il ömrün varmı?  
Qarışqa deyir: 
– Neynim, ölsəm də, qoy desinnər dost yolunda öldü. 
 
161. EŞŞƏK BEYNİ 
 
Qoja şirin tükü tökülördü. Buna, deyir, buyuruflar eşşək 
beyini.  Tülkü  də  buna  qulluğ  eliyən  oluf.  Tülküyə  deyir  ki, 
get bir eşşək tap gətir. Gedir bu hərrəner, eşşəyi taper gətirer. 
Qojalmış  xəstə  şir  eşşəyi  pəncəsinnən  vurmağ  istiyir,  eşşək 
duruf qaçer. Tülkü qayıdıf eşşəyin dalınnan bir də geder. Deyir 
ki, ayə, ağam sənnən zarafat eliyirdi. Səni çox istiyir. Gəl gedək. 
Qaytarıf gətirer. Şir özünü topluyur, eşşəyi vuruf öldürör. Deyir: 
– Bir havamı alım, qayıdım gəlim. Ona kimi bunun bey-
nini çixart, mən yeyim.  
Tülkü beynini çıxardıf özü yiyir. Şir qayıdıf gələndə deyir: 
– Bə bunun beyni hanı?  
Deyir: 
– Ə, beyni olsaydı yanıma düşüf gələrdimi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə