Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

30 
 
burda  rahatdan  yat  savağa  kimi.  Arxeyincə,  əlini  qulağıyın 
divinə qoy, yat.  
Bu  kişi  yatmaxda  olsun,  bular  da  öz  işində,  yiyif-içif, 
çalıf-çağırmaxda.  Savah  durollar.  Duranda  deyir  ki,  a  kişi, 
harya  gedersən?  Deyir,  Allah-taaleyi  gəzməyə,  başıma  belə 
bir müsibət gəlif. Allah mənə var-döylət verdi, tez də başıma 
vurdu, əlimnən aldı. Deyir: 
– Sənin qadan alem, Allah-taaleyi tapsan denən ki, filan 
yerdə qırx lotu var. Deyir ki, elə arvad var ki, bircə sarı keçisi 
var. O sarı keçiyi sağer, qatıx çaler. Uşağına boz aladan yığer, 
pencər  bişirer,  axşam  o  qatığı  onun  üstə  töküf  o  uşağına 
yedizdirer ki, zəhərrənif ölməsin. Eləsi də var, varrı, milyaner 
bir adamdı. İndi biz onun hamısını çaler, çaper, gətirif burda 
yiyif-içirik.  Cəhənnəmin  hansı  küncündə  yanajeyih,  hansı 
tərəfinə vasil olojoyux, bizi də gənəş.  
Deyir: 
– Yaxşı.  
Buna da bir heyvə çörək, xörək doldurollar xarav olmu-
yannan-filannan, kişinin çiyninnən aşırellar. 
– A kişi, get, Allaha pənah.  
Kişi  yola  rəvan  olor.  Az  geder  çox  dayaner,  çox  geder 
az dayaner. Görör çörək də qutarer. Fidah olduğum  Allah-taa-
laya agah idi. Deyir:  
– Ya Cənab Cəbrayıl, dərviş libasında en qavağına.  
Dərviş  libasında,  insan  sufatında  Cənab  Cəbrayıl  ener 
qavağına.  
– Salamməleykim.  
– Əleykiməsalam.  
– Ay qardaş, kimsən, nəçisən, hara edersən?  
Deyir: 
–  Dərdin  alem,  mənim  dərdimə  dərman  eliyən  döysən. 
Hər kiməm, yolçuyam, qoy yolumnan gedim.  


31 
 
Deyir: 
– Yox, dərdini mana deməmiş səni buraxan döyüləm.  
Deyir: 
– Başıma belə bir müsibət gəlif, bir qəzavü-qədər gəlif, 
gederəm Allahı gəzməyə.  
Deyir: 
– Allahın ən əziz, ən mömin, ən yaxın adamı mənəm. Məni 
sana köməyə göndərif. İndi sən dayan burda, mən sana deyim.  
Deyir:  
– Nədi?  
Deyir: 
–  Gedersən  həmin  şəhərə.  Şəhərə  çatanda  gedersən  ba-
zara,  axtarıf  tapersan  o  cuhudu.  Deyirsən  ki,  ay  cuhut,  biler-
sən nə var? Mən bir iş görə bilərəm. Mana Allah-taala təzə bir 
qismət  verif. Sənnən soruşajax nə qismət. Denən gün doğan-
nan günü batırram, gün batannan günü doğuzdurram. Camaat 
sana əl vuruf güləjəh, hüyuxma
12
, zərəl yoxdu.  
Deyir: 
– Başına dönüm, mən yerinə yeti...  
Deyir: 
–  A  kişi,  sənin  nəyinə  lazım.  Mən  deyirəm,  səni  mən 
göndərerəm.  
Bu deyir: 
– Yaxşı.  
Sonra deyir: 
– Qadan alem, filan  yerdə bir abid mana rast oldu, belə 
dedi.  
Deyir: 
– Abidə denən ki, onun  yeri cəhənnəmdə qır qazanının 
içindədi.  
                                                
12
 Hüyuxma – narahat olma 


32 
 
Deyir: 
– Qadan alem, filan yerdə də qırx lotu var idi, mana belə 
dedi.  
Deyir: 
–  Denən  behişdin  küncündə  güllü,  çiçəkli  bağın  içində 
almalar  olardan  ötrü  saplağınnan  asılıf.  Olar  gəvələrin  üs-
tündə yatajax.  
Deyir: 
– Yaxşı.  
Bir də istiyir ki, bir söz soruşa. Cəbrayıl deyir: 
– O adam sizin adamdımı? 
Bu belə baxer, çöörülüf belə baxanda görör fidah oldu-
ğum  yoxdu.  –  “Əstafrullah,  hələbi  və  tövlü,  sana  şəkkə  nəh-
lət” eliyir, yönünü çöyürör gəler.  
Az gəler, çox  gəler, gənə həmin  lotulara qonağ  olor.  Lo-
tular munu yaxşı qarşılıyır, heyvan kəser. Aparer yedirder, içir-
der,  bir otax  verer. Yater, savah  da  yeyillər,  içellər. Deyir,  taf-
dınmı?  Deyir,  tafdım.  Deyir,  soruşdunmu?  Deyir,  soruşdum. 
Deyir,  nə  dedi?  Deyir,  Allah-taala  dedi  ki,  behişdəki  almalar 
olardan ötəridi. Behişdin birinci küçəsi olarındı, amma bu şərtə 
ki,  “əstafrullah”  eləsinnər,  tövbə  desinnər.  Hamısı  bu  kişinin 
yanında tövbə deyir, and içer,  “Quran”a əl baser. Bütün tulux-
ları cırellar, şərab qavlarını qırellar, dağıdellar buruyu. Deyillər, 
innən sonra gedif itayət elijeyik Allahın yolunda. Yazığımız gə-
ləjəh, aja,  yalavaca kömək elijeyik.  Çapıf gətirdiyimiz qızıllar-
dan paylıjeyih, özümüz də Allah yolunda oturuf ibadət elijeyik.  
Buların yanınnan kişi çıxer, gəler abidin yanına.  
– Salaməleykim.  
– Əleykiməsalam.  
Yenə abidin yanında qonax qaler, həmən qaydaynan abid 
munu qarşılıyır. Nə yemək verer, nə palaz verer. Savah duruf 
yola düşəndə deyir: 


33 
 
– Qardaş, tafdınmı? 
Deyir: 
– Tafdım. 
– Nə dedi?  
Deyir: 
– Dedi ki, qır qazanı onnan ötəri qaynıyır, qır qazanında 
qaynıjaxsan.  
Deyir: 
– Kül başına, məni ki belə eliyir, innən sonra nə qulluğ 
elijəm, nə dizimi  yerə aparajam, nə alnımı möhürə. Mən qırx 
lotulara qoşuluf çapqınçılığ elijəm, çalıf-çapajam. 
Deyir: 
– Özün bilərsən.  
Bu, yolu əlinə aler, irəvan olor, gəler çıxer özünün şəhə-
rinə. Şəhərin qırağınnan, böyrünnən, başınnan düz gəler bazara. 
Bazarda bir-iki adam munu tanıyer, bir iki adam da tanımer.  

 
 Salaməleykim.  

 
 Əleykiməsalam.  
Cuhut muna deyir: 
– Sən burda nəəzirsən? Sən burdan sürgün olufsan, buruya 
gəlməməlisən. De görüm nəəzirsən? 
Deyir: 
– Ay səni öləsən, mən Allah-taalaynan danışıf gəlmişəm.  
Deyir: 
– Ə, Allah-taala səni başına çöyürsün, nə danışıfsan?  
Deyir: 
– Mən Allah-taalaynan danışmışam, gündoğannan günü 
batırajam, mana izin verif, günbatannan günü doğuzdurajam.  
Cuhud əlini əlinə vuruf gülür. Deyir: 
–  Ay  camaat,  munun başına havaəlif.  Varı-döyləti, öyü-
eşiyi, arvad-uşağı – hər şeyi əldən gedif deyə bu havalanıf.  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə