14
NAĞILLAR
1. HALAL QAZANC
Keşmiş zamanlarda bir kişi varmış. Çox kasıf, uçux bir
daxmada yaşıyırmış. Bir arvadı, yeddi qızı varmış. Bu kişi
gündə bir şələ qaratikan gətirif, satıf bir kısmat çörək almax-
dan daa bezer. Bir gün Allaha, bəndəyə ajığ eliyir, başını
götürüf eldən çıxer. Deyir, başımı götürüf gederəm, harda ta-
pajam, orda yijəm. Bu qızdar, bu arvad da harda öləllər öləl-
lər, qalallar qalallar.
Bu, az geder, çox geder, geder bir şəhərə çıxer. Şəhərə
çıxanda geder bir bazarın qırağında, – o vaxdı qullar du-
rormuş, – bu da o qulların yanında duruf burda gözdüyür. Bir
kişi gəler, deyir ki, kim nökər işdəmək istiyirsə, mana qul
olmax istiyirsə, ortuya çıxsın. Bu kişi çıxer, deyir:
– O mən.
Deyir:
– De görüm mənnən nə alarsan? Bir ildə min manat
haram pulamı nökər olarsan, bir ildə bir abbası halal pulamı?
Bu fikirrəşmədən tez muna cavab verer ki, bir ildə mən
bir abbası halal pula nökər olaram. Kişi deyir:
– Gəl.
Kişi yanına saler, aparer öyünə. Arvadına, ayləsinə deyir
ki, bu adama yemək verin, çörək verin. Muna çay-çörək verel-
lər, dincəler, savahdan başdıyır işə. Bir il sərasər munun qapısın-
da qulluğ eliyir, nökərçiliy eliyir, işdiyir. Bir ili tamam olanda
bu, xazeyninə deyir ki, başına dönüm, mənim bir abbasımı ver,
mən bazara çıxajam, görüm bazardan nə aleram uşaxlarıma.
Bazara çıxanda örör kü, bir balaca cavan oğlan uşağıdı.
Əlində bir yaşik, yaşikin içində gözəl-göyçək, yaraşıxlı bir pişik.
Deyir: “Pişik sateram, pişik sateram”. Bu oğlana yaxınnaşer:
15
– A bala, bu pişiyi neçəyə verersən?
Deyir:
– Əmi, bir abbasıya.
Deyir:
– Mənim kiçik qızım var, yaman pişik sevəndi. Pişik
görəndə ürəyi geder, az qaler ki, üzünnən-gözünnən öpsün.
Elə bu pişiyi alıf ona göndərəjəm. Onsuz da mənim bir qazan-
cım yoxdu.
Bir abbasıyı verer, bu pişiyi aler. Yaşikin içinə qoyor,
bu pişiyin altına, üstünə, nəvilim, kağızdan-kuğuzdan, anrıdan-
bəridən tökör, ağzını mismarrıyır, gətirer bunu verer karvana.
Bir karvan var imiş. Bu karvan həmişə buların yanınnan keçif
gedermiş. Gəler karvanın yanına. Karvanbaşıyı taper. Deyir:
– Karvanbaşı sağ olsun, mənim bir əmanətim var. Filan
yerdən, filan kənddən, filan şəhərdən keçəndə onu verərsənmi?
Deyir:
– Nolar.
Bu yaşiki verer, deyir:
– Allah amanatı, bizim öyün yanında çağırarsan, bizim
uşağa verərsən munu.
Karvanbaşı karvanını götürör, gəler. Az gəler, çox gəler,
bir mənzil gələnnən sonra bular yorulor, bir yerdə dincələsi
olollar. Dincəldikləri yerdə də həmişə bu şəhərin böyüyünə –
patcahına bular xonça aparıf, muna ənam verif, munun yanına
getməliymiş. Bular xonçanı götürör, munun yanına gedəndə –
patcahnan bu dost imiş, – patcah deyir ki, yanındakı qulluxçu-
larınnan bir yerdə hamınız axşam mənim qonağımsınız.
Deyir:
– Yaxşı.
Bular dəvələrini, yüklərini yerrəşdirif rahatdıyannan
sonra bu kişinin evinə qonax gəlellər. Qonax gələndə patcah
həyat yoldaşına deyir ki, arvad, bir puloy pişir, qonaxdı də,
16
qoy bir bizim puloyumuzu yisin. Arvad deyir ki, ay kişi,
puloyu pişirəjəm, xəjalət qalajam. Deyir:
– Yox, sən pişir.
Arvad gətirer Əkülə düyüsünnən, Səbzə kişmişinnən
puloyu pişirer, dəmleer, hazır eliyəndə gözü kişinin üzündə
qaler. Yanı bu xörəyi necə çəkmək lazımdı. Kişi deyir ki,
başına dönüm, Allahdan gizdin olmuyan bəndədən nə gizdin.
Sizə bir sirr açajam. Xörək çəkiləjək, hər küşdə
6
məcməyisini
götürüf öz sinəsinə sıxıf sinəsində yijək. Deyir:
– O niyə helə olur?
Deyir:
– Bizim bu ölkədə bir siçannar diyarı var. Daa siçanın
əlinnən biz ojağa xörək asıf ağzımıza çörək apara bilmerik,
əlaxüsus da düyü xörəyini görəndə bu siçannarın qoşunu gəler.
Deyir ki, bir görək. Bu arvad xörəyi çəkəndə görör kü,
ilahi, bir qavın içinə yüz siçan töküldü. Bütün düyünü göyə
çəkdilər, yeyif qutardılar. Kişi beləcə məhətdəl qaler.
Deyir:
– İndi bilersən nə var?
Deyir:
– Nə var?
Deyir:
– İndi bizim düyünən, bizim kişmişnən, bizim yağnan o
puloyu təzdənnən pişirin. İndi mən bilerəm onun dərdini.
Deyir:
– Onsuz da siçannar qoymor, ayrı yimək hazırrıyax.
Deyir:
– Yox.
Puloyu bir də gətirer, düyüyü, yağı hazırrıyıllar, pişirel-
lər. Məcməyilər, xörəhlər çəkilməyə az qalmış, yaşiki gətirer.
6
Hər küşdə – hər kəs
17
Yaşikin ağzını açer, pişiyin başını-gözünü sığalleer, birdən
pişiyi ortuya tulloor. Pişiyi ortuya tulluyanda siçanın birini
burda, ikisini orda, beşini orda. Boğduğunu boğor, boğmadığı
qorxusunnan qaçer gizdəner. Bu xörəklərin heç birinə siçan
girmer, xörəklər məcməyilərdə qaler. Bular oturor rahat xörə-
yini-çörəyini yiyir. Şah muna deyir ki, sana qurvan olsun mə-
nim canım, ay qardaş. Nə istiyirsən verim, bu pişiyi mana ver.
Deyir:
– Yox, bu Allah amanatıdı, munu başqa adam göndərif
evinə. Əmanətdi, mən munu verə bilmərəm.
Deyir:
– Ə, nə əmanət? Əmanət bir manatdıx, beş manatdıxsa,
mən muna yeddi dəvə yükü qızıl verərəm. Bunu mana ver, bu
pişik məndə qalsın.
Karvanbaşı fikirrəşer, öz-özünə deyir: “Dediyinə görə, o
da kasıv adamdı. Bu qızılı alım aparım, öyünün yanınnan
keçəndə munun ayləsinə verim”. Yeddi dəveyi yüklöör, gəti-
rer munun karvanına qoşollar. Bu yolu gəler. Az gəler, çox
dayaner, çox gəler, az dayaner. Gəler həmən kişinin öyünün
yanına çater. Çatanda görör bir uçux dam, bir qara dam,
xarabalıx yerdi. Çağırer:
– Öy yiyəsi, öy yiyəsi.
İçəridən bir qadın səsi gəler.
Deyir:
– Ay bajı, eşiyə çıx, mən vəzirganam, yük apareram.
Sənin həyat yoldaşın – ərin əmanət göndərif, onu götürgünən.
Deyir:
– Qardaş, Allahdan gizdin olmuyan bəndədən nə gizdin.
Mənim əynim çılpaxdı, əynimdə fitə
7
yoxdu, mən eşiyə çıxa
bilmərəm.
7
Fitə – bürünmək üçün nazik mələfə və ya hamam dəsmalı
Dostları ilə paylaş: |