22
kişi xaylağıdı, burda yater”. Özü düşör gəler. Gəlib baxanda
örör bu munun əri. Arvad tanıyır, kişi tanımer.
– Ay kişi, ay kişi, dur görüm.
Bu qalxer, deyir:
– Xanım, başına dönüm, məni öldürmüyün, bir qələtdi
eləmişəm. Nolar, yol adamıyam, burdan keçirdim, yorulmuş-
dum, burda kölgədə bir az dincəldim. Nəyinizi oğurramışam,
neynəmişəm? Məni öldürmüyün, sizi and verirəm bu anda, o
anda.
Deyir:
– Ay kişi, öldürmək nədi? Sən bu evin yiyəsisən, mənim
yoldaşımsan. Belə, filan.
Deyir:
– Xanım, başına dönüm, məni al dilə tutma. Qadan alem,
dərdin alem, mən çıxıf gederəm, məni burax.
Bu, nökərrərinə, qullarına deyir ki, tez olun munu hama-
ma aparın. Munu hamama aparıf çimizdirellər, əyninə paltar
geyindirellər, gətirer otaxda oturdollar. Munun qavağına çörək
qoyollar, bu bir-iki kısmat yiyir, axlı başına əler, gözünə işığ
gələndə görör kü, bu munun arvadı, uşağıdı.
– Arvad, bu nə sirdi?
Deyir:
– Özün göndərdiyin qızıllarnan tikdirif başa gətirmişəm.
A kişi, göndərdiyini bilmersənmi? Yeddi dəvə bir, yeddi dəvə
bir dolu qızıl göndərifsən. Hələ onun heç üçdə birini işdət-
məmişəm mən. Göndərdiyinin xeyli hissəsini saxlamışam.
Deyir:
– Beləmi?
Deyir:
– Belə.
Barmağını dişdeer, deyir:
23
– Haa, ay mənim halal bir abbasım, halal pulum. Gör
başıma nələr gəlif.
Yaxşı, bu, öyündə-eşiyində... Xəlvətcə zirzəmiyə düşör.
Zirzəminin ora-burasını düzəlder, qara torpax tökör, bu narın
çöpünü gətirer burda basırer. Divinə su tökör, muna qulluğ
eliyir oğruncax, arvad-uşağ, heş kəs bilmer. Büyün keçer,
savah baxanda örör çiçəkliyif. Bürsüyün baxer ki, başında
nar. Üçüncü günü geder narları dərer. Yeddi dənə nar dərer.
Narı dərer, qoyor bir səvətin içinə, aler əlinə, çıxer bazara.
– Ay gülöyşə narı alan?
Bu bazarın da böyüyü, bazarkomu bir cuhud imiş. Bu
cuhud baxer ki, bir kişi buruya gülöyşə narı gətirif. Deyir:
“Ayə, o tərəfə üç ay yol gedəsən, bu tərəfə üç ay yol gələsən,
bu gülöyşə narını gətirəmməzsən. Bu kişi nə canı cinnidi,
bunu hardan alıf?”
Deyir:
– A qardaş, narı neçəyə satersan?
Deyir:
– Birini yüz manata.
Yeddi yüz manatı verer, bu yeddi narı aler da, qavqarer
10
qavına. Kişi gəler. Cuhudun da şəhərində patcahın oğlu ağır
xəsteymiş. Şəhər qara geyinif, oğlan ölüm ayağındadı. Deyiflər
buna gülöyşə narı çatdırın, onnan bir qurtum muna içirtsən
oğlun sağalajax, yoxsa büyün, ya savah oğlun getdi. Cuhud
deyir: “Allahım verif, gedif mən də ordan var-döölət qazanıf
yığajam”. Gətirer bu narın birini bulara verer. Bu narı kəser,
narın bir-iki dənəsini yidirdellər, suyunnan sıxer bu oğlana
içirdellər. Oğlan axsırer, öhsürör, götü üstə qalxer oturor, deyir:
– Mana çay verin, çörək verin, mən nə yaman çox yat-
mışam.
10
Qavqarer – yığır, qablaşdırır
24
Deyir ki, yaxşı. Muna çay verellər, çörək verellər, yiyir.
Daa bu nar məşhur olor. Cuhud da deyir, mənim Allahım
verif, elə bu narı alıf həmişə satajam. Aradan üş gün keçer.
Göröllər, həmin kişi yenə yeddi dənə narı gətdi, gəldi bazara.
Bu cuhud deyir: “Vallah, burda bir sirr var, bu sirri mən ör-
gənməliyəm”. Bu kişiyi yanına çağırer, deyir:
– Ay qardaş, sən gəl bu sirri mana de, görüm bu narı sən
hardan alıfsan? Munun ağacının kökünün yerini bizə də de.
Deyir:
– Mənim vəzirgan dostum var, o gətirer mana verer, mən
də sateram. Mənim narım-zadım yoxdu.
Deyir:
– Yaxşı.
Cuhud gəler evinə. Çox fikirdən sonra bir küpəgirən qa-
rı taper. – O qarının imanı heç kamil olmasın. – Qarıyı taper,
deyir:
– Qarı nənə, səni dünya malınnan qəni elijəm, sən gərək
bu sirri örgənif mana deyəsən.
Deyir:
– O məndə.
Qarı “tfu” deyif davanına, tumanın balağını əlinə aler,
gəler bu kişinin evinə.
– Salaməlöyküm.
– Əlöyküməsalam.
Deyir:
– Ay gəlin, ay arvad, sən yaxşı arvad döyülsən. Yalan-
nan deyirsən ərim məni çox istiyir, belə eliyir, elə eliyir. Ərin
səni çox istəsə, sana sirrini verər. Bu ərin nətəər adamdı kı,
sirrini sana demir?
Deyir:
– Aaz, noluf mənim ərimə? Yaxşı-yaman danışma, çıx
burdan cəhənnəm ol.
25
Deyir:
– Yox, qızım, mən sana bir sirr açajam. Mən sənin qoja
nənənəm. Səni istiyif gəlmişəm, istəməsəm gəlmərəm. İndi
gör sənin ərin nələr eliyif.
Deyir:
– Neyliyif?
Deyir:
– Sənin ərin üş günnən bir bazara yeddi gülöyşə narı aparer.
Deyir:
– Nə? Elə şey olmaz.
Deyir:
– Bəli. İnanmersan savah vaxtıdı, savah gənə narları
aparajax. Özün bazara çıx, ərini müşayət elə, gör. Munu örgən,
görək bu harda bitif, hardan aler, harda sater.
Deyir:
– Yaxşı.
Arvatdarın başına daş düşsün içi də mən qarışıx. Başı
milcəh olsa da, divi qılcaxdı. Arvad gəler qaşını-qavağını tö-
kör, irəngini turşalder-pursalder, hıkqıldeer-zıkqıldeer. Kişi
öyə əler.
– Arvad, niyə elə eliyirsən?
Deyir:
– Niyə eləmiyim? Sən mənim nəyimsən? Mənim ərim
olsan, mən sənin arvadın olsam, biz halal olsax, bir öydə
olsax, məni çox istəsən mana da deyərsən. Sənin sirrin var,
mana demiyifsən.
– Arvad, nə sirrim var, nağayrmışam, neynəmişəm?
Deyir:
– Sən o gülöyşə narlarını hardan alıfsan, yerini mana
demersən, örgətmersən, bildirmersən. Elə də şey olarmı bir
ərin, bir arvadın arasında sirr ola?
Kişi görör bu xına o xınadan döy. Naəlaş qalıf deyir:
Dostları ilə paylaş: |