Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə46/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

114
2013/
I
TƏRTƏR  FOLKLORUNDAN ÖRNƏKLƏR 
2012-ci ilin iyun ayında AMEA Folklor İnstitutunun elmi əməkdaşları
Tahir Orucov, Xəzangül Məmmədova ilə Tərtər şəhərində və rayonun Ev -
oğ lu, İsmayılbəyli, Qaraqoyunlu kəndlərində 10 günlük folklor ezamiy yə -
tində olduq. Olduğumuz müddət ərzində 20  nəfər folklor söyləyicisi ilə
söhbət edə bildik. Onların böyük əksəriyyəti rayonunun yerli sa kinləri ol -
salar da, aralarında Qarabağın müharibə getmiş  digər bölgələ rin  dən qaç -
qın düşmüş insanlar da var idi. Apardığımız müşahidələrə əsa sən deyə bi -
lərik ki, Tərtər rayonu folklor nümunələri ilə olduqca zən gin dir. 
Bu bölgədə Azərbaycan folklorunun, demək olar ki, bütün janrları ilə
üzləşmək mümkündür. Bununla belə, pirlər və ocaq sahibləri ilə bağlı mətn -
lər, bayatılar, türkəçarələr, oyunlar, lətifələr, dini rəvayətlər və s. da ha aktiv
şəkildə  söylənilirdi.  Bizə  toplama  zamanı  yaxından  kömək  edən  Evoğlu
kənd sakini Orucov Azad Talıb oğluna və onun ailəsinə, Tər tər şəhər saki-
ni  Məmmədov  Zahir  Əli  oğluna  və  onun  ailəsinə,  eləcə  də  İs mayıl  bəyli
kənd orta məktəbinin direktoru Zamanova Yeganə Xan lar qızına və onun
şəxsində həmin məktəbin bütün kollektivinə, həm çi nin bütün folklor söy lə -
yi cilərimizə dərin minnətdarlığımızı bildiririk. Aşa ğı da Tərtər rayonundan
qeydə aldığımız folklor mətnlə rindən az bir hissəni veririk. Bəzi mətnlərdə-
ki söyləyici əlavələrini kursivlə verməyi məq sə də  uyğun saydıq.
Ləman Vaqifqızı (Süleymanova)
Bayatılar
Əsgərənin dağı var,
Bağının bağmanı var.
Ora gedən qayıtmaz
Orda yaman yağı var.
Oğlannar girib bağa,
Çiyni dəyər yarpağa.
Oğlannara nə qaydadı,
Vaxsız gedər torpağa.
Bajılar bajısıyam,
Şirinnər ajısıyam.
Kimin qardaşı ölüf,
Mən onun bajısıyam.


115
2013/
I
Yaşım özümdə qaldı,
Axdı, üzümdə qaldı.
Çoxlu niyətdərim varıdı, diləhlərim varıdı,
Hamsı gözümdə qaldı.
Zalın dalında mən,
Əlçatmaz yerində mən.
Zəhmət çəhdim, bala böyütdüm
Yemədim barın da mən.
Hamsını elə fikirrəşif özümə görə deyirəm.  Çox zəhmət çəhdim, indi
əlləri çörəyə çatanda adam özü düşür yatağa. 
Əzizinəm dan üzü,
Quşdar oxur dan üzü. 
Ay balalarım, sizə bir nala çəkərəm,
Sizə çatar dan üzü.
Yanı tezdən eşidif gələrsınız da.
Oyrəli (ötən dəfə - L.V.) ağrıyanda isdədim çağıram hamsını uşax la -
rın. Amma demə dim, helə fikrimnən keçirdim.
Gələn haradan gəldi?
Göydən, qaradan gəldi.
Göydə bulud yoxudu,
Bu sel haradan gəldi?
Gedirdim qırağınan,
Ot biçdim orağınan.
Bir cüt qardaş itirmişəm,
Gəzirəm sorağınan.
Bir ev tihdim dəyirmi,
Çuvuxları iyirmi.
Köçüf hara gedirsən?
Bu ev sənin döyülmü?
Mən əzdim asda yeri,
Xəsdəsən, asda yeri.
Neçə gündü evin yuxarı başınnan,
Yığılıf xəsdə yeri.
Fikirrəşdim ki, yeri evin yuxarı başınnan salıflar də. Mən gedənnən
sora yığışdırajaxlar. Nə bilim, helə hamsını öz-özümnən oturuf  fikirrəşif
gəlir mana. Deyirəm, bir az yadımda qalır, sora huşumnan çıxır. 


116
2013/
I
Bajılar bajısıyam,
Şirinnər ajısıyam.
Kimin anası, qardaşdarı ölüf,
Mən onun bajısıyam.
Ay başına döndüyüm, 
Gün başına döndüyüm.
Sənin kimi ölənnən,
Var, başına döndüyüm? 
21 yaşım vardı, min ağaş  qulağınnan uzax, anam irəhmətə gedəndə.
Ana isdərəm,
Yana-yana isdərəm.
Yadıma sən düşəndə,
Ağlamağa xəlvətxana isdərəm.
Aşıx, mən görəndimi?
Zülfün mən hörəndimi?
Götür üsdünün ağır yükün,
Görüm mən görəndimi?
Qardaş mənim əliyim,
Yaxamda düyməliyim.
Köçəndə, köçüm qardaş,
Düşəndə gündəliyim.
Başında ağ şalı var. 
Ağ şalın göy xalı var.
Sənin belə ölümünün, 
Anana oxşarı var.
Alma könlüm, nar könlüm.
Heyva könlüm, nar könlüm.
Ölüfdü gəlin anam, bir cüt qardaşım,
şaddıxnan işim yoxdu, 
Ağlamaxnan var könlüm.
Arxalıx aldırmışam,
Yaxalıx saldırmışam.
Bir cüt qardaş itirənnən sora,
Ürəyimi aldırmışam.


117
2013/
I
Gəlifdi yaralılar,
Göylülər, qaralılar.
Ağlasın dərdi olannar,
Dinşəsin yaralılar.
Raya xala bu bir neçə bayatını və şeiri deyəndən sonra əlindəki kiçik
kağızı mənə göstərdi. Kağızda hər bayatının birinci misrası yazılmışdı.
Mən evə qayıdana qədər yadına sala bildiyi bayatıların birinci misra la -
rını yazmışdı ki, yadından çıxmasın – L.V.  
Söylədi: Orucova Raya  İslam qızı. 1942-ci ildə Tərtər rayonunun Ev -
oğlu kəndində anadan olub. Təqaüdçü.
Ağlaram ağlar kimi,
Yaram var dağlar kimi.
Ağlaram ağlar kimi,
Yara vurdum dağlar kimi.
Göynən gedən sonalar, 
Bir-birini yan alar.
Qoy sənə qurvan olsun,
Bala itirmiş analar.
Ay laylay, belə laylay,  
İlləllah belə laylay.
Heç bəndələr çalmasın, 
Siz çaldınız belə  laylay. 
Maral meşəli yerdə, 
Güllü, bənövşəli yerdə.
Vuran elə vurdu ki,
Qaldım döşəli yerdə.
Girişim budu, 
Gülüm, dərişim budu. 
Ağla, öldür özünü, ay bacı,
Axır gedişin  budu.
Bağa su düşdü neynim?
Bağdan su içdim neynim?
Aləmə pay paylandı,
Mana bu düşdü neynim?


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə