Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə47/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

118
2013/
I
Çəkilə bax, çəkilə,
Çəkil yerə tökülə.
Qiyamat o gün qopar
Adın eldən çəkilə.
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz.
Bağda ahu mələsə, 
Bil ki, o mənəm sənsiz.
Bağımdır  mənim.
Qəm oylağımdır mənim. 
Dindirmə qan ağlaram,
Yaman çağımdır mənim.
Əzizinəm, Ay doğdu,
Ay doğdu, aydın oldu.
Mübariz tək oğulu,
Analar bir tək doğdu.
Əziziyəm, bir də gəl.
Dolan yurdu bir də gəl.
And verirəm Allaha, 
Bizim evə bir də gəl.
Əziziyəm, Ağdamdı,
Tüstülənən Ağdamdı.
Yollara göz dikməkdən,
Gözlərimə ağ damdı.
Dağlara çən düşəndə,
Sünbülə dən düşəndə. 
Can bu bədənnən oynar,
Yadıma sən düşəndə.
Arxalığı badalı yolda,
Yoldan eylər adamı.  
Əvvəlcə özüm qurban, 
Sonra kəndin adamı.
Göydən uçan quşa bax, 
Qanadı sınmışa bax. 


119
2013/
I
Aləmə yaz gəlifdi,
Bizə gələn qışa bax. 
Söylədi: Quliyeva Suğra Qasım qızı. Müəllim. 1923-ci ildə Tərtər ray-
onunun İsmayılbəyli kəndində anadan olub. 
Mən aşıq yada qaldı, 
Yada yağıya qaldı. 
Allah tikdiyim evlər, 
O da yağıya qaldı. 
Mən aşıq oda yandı, 
Su gəldi oda yandı. 
Zülümlə, zəhmətlə dəridini çəhdiyim
ellər, obalar, əzizdədiyim  həyətdər, 
Bağlar oda yandı. 
Mən aşıq elə çatdı, 
El gəlib elə çatdı. 
Mübarizin cəsədi,
Gəlib elimizə çatdı. 
Söylədi: Əliyeva Nigar Köçəri qızı. 57 yaşındadır. Tərtərin İsma yıl -
bəyli kəndində doğulub. Müəllimdir. 
Ay doğdu peşman-peşman,
Gün çıxdı oldu ona düşman.
Ürəyimdə bir dərdim var.
Nə dost bilir, nə də düşman.
Mən aşıx, sən gəlincən,
Sənət verərəm sən gəlincən.
Azreyıl gəlsə, can vermərəm,
Gözdərəm sən gəlincən.
Azreyıl bostançıdı,  
Bostançı, dastançıdı.
Dəymişi qoyuf, göy kəsir
Yaman da bostançıdı.
Mən aşığam, al mənnən,
Sarı mənnən, al mənnən.


120
2013/
I
Mən bu cana borcluyam,
Məni nahax yerə gejikdirdin, gə bu canı al mənnən.
Mən aşığam, ha səni,
Hac saxlasın ha səni.
Baxca gonlum bar görmür,
Mənim gonlum ha səni.
Mən aşıx belə neylər,
Yel əsər, belə neylər.
Çarxı çönmüş fələy,
Adamın axırın beləmi eylər?
Dağları gəzdim, gəldim,
Daşdarın düzdüm gəldim.
Gözdədim heş kəs gəlmədi,
Əlimi üzdüm gəldim.
Gəl gedək dağa, qardaş,
Qar yağa-yağa, qardaş.
Sən duman ol, mən çiskin,
Çəkilək dağa, qardaş.
Sarı çiçək əlimdə,
Sahatım biləyimdə.
Allah, məni öldürmə,
Arzum var ürəyimdə.
Xoruzun ban səsinə,
Bannıyar ban səsinə.
Nənə, Allah, səni öldürməsin,
Mən deyim can səsinə.
Gə gedək daş bulağa,
Suyu sərin xoş bulağa.
Birin sən de, birin mən,
Tökək qan, yaş bulağa.
Layla dedim adına,
Allah yetsin dadına.
Allah dadına yetəndə,
Məni də sal yadına.


121
2013/
I
Qalanın yolu sərvan,
Torpağı gözə dərman.
Yardan bir kağız almışam,
Yarsı dərt, yarsı dərman.
Kağızın ağına bax,
Baxdıxcan ağına bax.
Əgər yadına düşsəm,
Çöyür kağızın arxasına bax.
Ölkə, sənnən kim keşdi?
Kim qarq oldu, kim keşdi?
Məjnun gonullu canım,
Gör gonlunnan kim keşdi.
Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
Yerri yerində axşamlar,
Qərib harda axşamlar?
Qərib öldü götürün,
Dar küçədən ötürün.
Qəribin vay xəbərin,
Kəndinə-kəsəyinə yetirin.
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölüfdü,
Göy kişnər, bulud ağlar.
Basma yaralarıma,
Nə ki sağam ağlaram.
Qalsam, özüm ağlaram,
Ölsəm, torpağım ağlar.
Bostan əkdim xiyarsız,
Gülünü dərdim sənsiz.
Yatdım bir vayğa gördüm
Oyandım ixtiyarsız.
Qızılgül həşəm oldu,
Dərdikcən həşəm oldu.


122
2013/
I
Sizi itirənnən bəri,
Ağlamax peşəm oldu.
Qardaş demə, qan olar,
Yel əsər, fəğan olar.
Qardaş gələn yollara,
Bajılar qurvan olar. 
Söylədi:  Əliyeva  Dursun Aslan  qızı.  1912-ci  ildə  Tərtərin  Qara qo -
yunlu kəndində anadan olub. Hal-hazırda vaxtilə gəlin gəldiyi Evoğ lu
kəndində yaşayır. Təqaüdçüdür.
Buxarı qurum olar,
Od yanar, qurum olar.
Oğlu ölən anaya,
Çox yaman zulum olar.
Əzizinəm nələr keçər,
Ahular mələr keçər.
Oğulsuz anaların,
Qəlbindən nələr keçər.
Söylədi: Orucova Mənsurə Çərkəz qızı. 1951-ci ildə Tərtərin Evoğlu
kəndində doğulub. Təqaüdçüdür.  
Bayatı-deyişmələr
Ceyran, çölə bir də gəl. 
Ördək, gölə bir də gəl.
Körpə balalarım var, nadan yarın var,
Qayıt elə bir də gəl.
Ceyran, çölə gəlmərəm. 
Ördək, gölə gəlmərəm.
Elə yerə getmişəm 
Bir də elə gəlmərəm.
Çilovlar, ay çilovlar,
Çil kəklik çilovlar.
Burdan bir  tərlan keçdi
Əldə qaldı çilovlar. 
Çilovlar, ay çilovlar, 
Çil kəklik çilovlar.


123
2013/
I
Tərlan özgə malıdı,
Yel qalmasın çilovlar.
Söylədi:  Quliyeva  Suğra  Qasım  qızı.  Müəllim.  1923-ci  ildə  Tərtər
rayonunun İsmayılbəyli kəndində anadan olub. 
Tapmacalar
Dam dambıldar, 
Su gumbuldar.
Heyva çalar,
Nar oynuyar. (Dəyirman)
Ay baba, dur gedəh,
Karvanını vur gedəh.
Səhsən səkgiz qapıya 
Bir qıfılı vur gedəh. (Qəbiristanlıq)
Söylədi: Mammədova Zöhrə Əli qızı. 1955-ci ildə Tərtər rayonunun
Qaraqoyunlu kəndində doğulub. Bağçada tərbiyəçi işləyir.
Dam dambıldar,
Su gumbuldar.
Heyva çalar, 
Nar oynar. (Nehrə)
Südü sağılar,
İkisi xaç qırmızı.
Dördü mazan darayı,  
Səkkizi san darayı. (İnək, qoyun, it və donuz  
məmələri)
Bapbalaca boyu var, 
Dam dolusu toyu var. (Çıraq)
Taxçadan düşdü tap elədi
Qızxanım onu hap elədi. (Siçan, pişik)
Damda dana böyrüşər
Qızlar ora yürüşər. (Toy)
Söylədi:  Quliyeva  Suğra  Qasım  qızı.  Müəllim.  1923-ci  ildə  Tərtər
rayonunun İsmayılbəyli kəndində anadan olub.   


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə