Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə48/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

124
2013/__I_Türkəçarələr_Çiban'>2013/
I
Türkəçarələr
Çiban
Qırığıydı,  sınığıydı  … Yarası,  çıxma  çibannar.  Qavaxlar  çox  olurdu
ey. İn di çiban çıxmır, qoymurlar çıxmağa. Onu yarırdılar, təbii dərman-
narnan sağaldırdılar. Xamır qoyurdular, gülxətmi xamırı. O, çibanı deşif
sa ğal   dırdı.
Ruh tutmaq
Adicə uruf tutmax, urufa baxmax budu bax. Axşamtərəfləri, gün dö -
nən  nən sora əziz ölülərdən də,  indi onu anmırsanmı, yoxsa danışıf xatır-
rıyısanmı. Deyirlər ki, uruf tutuf. Gün dönəndə görürsən ki, baş gijəllə -
nir, özün halsız hiss eliyir. Tempratura olur, üşüyür. Üşütmə gəlir, tit ri yir.
Üşütmə az tempratura verir də. Onda baxanda deyirlər, hə, filan ölü nün
urufu tutufdu. Quran isdiyirmi, halva isdiyirmi, hansısa yeməyi is di yir -
mi? Ona mən özüm də baxıram. 
Raya xala: Bunun anası irəhmətdiy də baxırdı.
O gün Zahid Bakıdan zəng eliyif ki, mənim urufuma baxginan. Mən
axşam tərəfləri özümü pis hiss eliyirəm. 
Qurandı, çörəhdi, kömürdü. Oları qoyursan, üş dəfə salavat çöyürür sən.
Onnan sora deyirsən ki, əl mənim əlim döyül, Fat ma nənənin əlidi. Fi lan -
kəsin urufuna baxıram. Hə, o ruf tutufsa, nəsibə-qismətə getsin. Hər yeri
tərpədirsən. Çörəyə gedəndə qismətə gedir. Deməli, qismət isdəyən var. 
Onnan sora ölüləri bir-bir sadalıyırsan, kimə düşsə, odu. Onnan sora
ölü yə  birinci Quran, onnan sora halva, onnan sora  əziz yeməhlərdən sa -
yır san, hansı düşsə, birini bişirirsən. Deməli, o ölü ya Quran isdiyir, ya
halva, ya da əziz yeməhlərdən birini, bişirirsən. Bişirməsən də, da bilinir.
Bişirəndə onuynan da ötüf keşməlidi. 
“Kimnən öyrənmisən?”- sualına “anam baxırdı” cavabını verd – L.V. 
Ziyil 
I mətn
Sora adicə bu ziyillərin  duası  var.  Əldə  ziyil olur,  uşaxda  ziyil olur,
heyvanda ziyil olur. Bunnarın özünün də duaları var. O duanı Ay təzə lə -
nəndə, Ay təzələnnən təzələnə o dualar oxunur. O ziyilə də əl çəkilir. Nar
ağacının  şüylərinnən  (balaca  zoğlarından)  eşib  qatdıyıf  qoyursan. Ya  o
narın çubuğu qurumalıdı, ya da ziyil qurumalıdı. 
Duanı oxumasını xahiş etdiyimizdə yaxşı bilmirəm dedi və oxumadı.
Qurannan oxunan duadı, amma yaxşı bilmirəm, gərəh onu yaxşı öyrənif
deyən ola. Hansı surə olduğunu da bilmirəm dedi – L.V 


125
2013/
I
Ziyil 
II mətn
Mənim yadıma gəlir, əlim  ziyil olmuşdu. Nənəm götürdü çirhli sü pür -
gəni, Ay çıxanda əlimə çəhdi, dedi: 
- Ayım, səni xoş gördüh,
Ziyilin yerini boş gördüh. 
Səhər yuxudan qaxanda ziyil yox iydi. Ancax Ay təzələnəndə bu, oxun-
malıdı. Da başqa vaxd oxusan, o alınmır.
Söylədi: Əliyev Baxşeyiş Süleyman oğlu. 1949-cu ildə Tərtər rayo -
nunun  Evoğlu kəndində anadan olub. Təqaüdçüdür. 
Qurdağzı bağlama
Çöldə heyvanın qalanda gərəh heş şıkqıldamıyan pıçaxnan qurd ağzı
bağlıyasan. Onu da köhnə kişilər oxuyurdu. O cindarrıxnan məşğul olan-
nar. Də o işi bilənnər o işdərin hamsını bilirdilər. Mən onu bağlamağı bil -
mi rəm də. Mənim uşax vaxdıma düşdü. O qurd ağzı bağlananda o bıça -
ğın ağzı açılmayana qədər heyvan nə qədər çöldə olur olsun ona xələl ye -
tirə bilmir. Gəlifdilər Tajəddinin anası Xeyransa xalıya gəliflər. Əslində
atamın dalınca gəliflər. Deyif:
– Ged axşam sahat onda, on ikidə gəl götür. 
– Bəs mən gələ bilmiyijəm axı. 
– Sən indi bağlaginən. Səhər heyvanı sağ-salamat tapım.      
Söylədi:  Əliyev  Baxşeyiş  Süleyman  oğlu.  1949-cu  ildə  Tərtər  ray-
onun Evoğlu kəndində anadan olub. Təqaüdçüdür. 
A it, niyə hürürsən?
(Təmsilcik)
İtə  sual  verillər,  a  it,  niyə  hürürsən?  Deyir  qortduğumnan  hürürəm.
Deyillər:
– Axı sən itsən, nədən qorxursan? 
Deyir:
– Bə niyə qorxmuram ki? Mənnən güjdü maa ras gələr, məni qovar,
mən də bəri başdan hürürəm ki, qoy mənnən uzaxlaşsınnar. Bir də ki it
görür ki, sən qorxursan, onnan gora saa cumur.
Söylədi: Mammədova Zöhrə Əli qızı. 1955-ci ildə Tərtər rayonunun
Qaraqoyunlu kəndində doğulub. Bağçada tərbiyəçi işləyir.
Xalq təbabəti
Qırxbığım  var,  cincilim  var,  çöl  kişnişi  var.  Bağayarpağının  şirəsi,
deyillər,  mədə xorasına, mədə yarasına xeyirdi. Bağayarpağını,  yaranın


üsdünə  qoyursan,  mədə  yarasına,  mədə  xorasına  xeyri  var.  Bağa yar pa -
ğını barmaxda çivan olanda, yara olanda, onu helə ilıx suynan isdadıf qo -
yursan onun üsdünə, sorur, içindəki çirki-zadı çıxardır. Qıpbığım  böy rə -
yin  daşını-duzunu  əridir  tökür.  Dəmliyirsən  içirsən,  hə.  Çay  dəmliyən
kimi dəmliyirsən, qaynatmırsan də, dəmə qoyursan. Qalır, bir sahatdan
sora, para sahatdan sora içirsən.
Qantəpər ciyər xəsdəliyinin dərmanıdı. Ağciyərin dərmanıdı, soyuxla-
masın çəkir. Bax belə var. Onnan sora...
Baldırğan da yelə dərmandı. Qılça-zad ağrıyanda, elə mənim qayna -
nam e, özü orda isdadırdı, qoyurdu qılçasının ağrıyan yerinə. Bax heylə. 
Bu yemişandı, qanın tənzimlənməsinə xeyirdi, ürəyə xeyirdi. Çiçə yi -
 ni dəmlə iç, özünü ye. Mən həmişə onnan mürəbbə bişirirəm.
Hə, tutun da der xeyri var. Qaraciyara dərmandı bax onun bəhməzi.
Onnan sora, nəvilim ma heylə deyiflər. Qaynanan vaxdı o lap qatılma -
mış, qatılmamış onu... Tutu yuyuf təmizdiyif tökürdüh içinə bir az qay-
nadırdıx ta mürəbbə kimi olana qədər.
Söylədi: Cavadova Şərafət Cavanşir qızı.1947-ci ildə Kəlbəcərin Qa -
mışlı  kəndində  anadan  olub.  1964-cü  ildə  Tərtər  rayonunun  Evoğlu
kəndinə gəlin gəlib.
Lətifələr
Ölənnən soreymiş
Molla  Nəsrəddinin  bir  qonşusu  varmış,  xəsisimiş.  Evi  ikimərtəbey -
miş.  Görür  ki,  elə  gündə  bının  evinə qonax  gələndə  badnusa  bir  toyox
qoyur, belə başın alır, çıxardır yuxarı, düşür yerə. Ama onu yemillər.
Molla deyir ki, mən də gedəjəm bının  evinə qonax. Gedir genə həmən
toyox genə gəlir. Deyir ki, “Ay ev yeyəsi,– ev yeyəsinə deyir: “Bı toy-
oğun xoşbaxlığı ölənnən soreymiş e”. 
Söylədi: Hümbətova Sima Həşim qızı. 1938-ci ildə Ağdərə rayonun-
da doğulub. Hal-hazırda Tərtər şəhərində yaşayır. 45 il uşaq bağçasın-
da aşpaz işləyib. 
Mat qalmışam
...Elə bil üş nəfər oluflar. O, mənim ulu babam olur da elə bil. Ba ba -
mın babası olufdu. Mərc eliyiflər, bı xaşdarına nəhlət, yer üzündə salıflar
bı düz, dərə-zad... Bir erməni xış əkir. Deer ki, mərc eliyəh. Da indi öz
ara larında nə deyifsə. Bax o öküzü mən onun əlinnən alajam, birini kəsə -
jəm. Öz aralarında nə mərcə gəliflər, neyniyiflər. 
Gedir bı erməninin başını qatır. Ama o biri yoldaşı yanındeymiş da.
Deyif ki, mən bını elə gipnoz eliyəjəm ki, bı təmiz özünü unudajax. Er -
məni söhpətinən məşğul olajax. Sən də  yavaçcaca öküzü açıf apararsan.
2013/
I
126


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə