Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   2   3   4   5   6   7   8   9   ...   59

maq, rahatlaşdırmaq anlamında halah feilində, yenə eyni anlamı bildirən
mancurca hala sözündə qalmışdır (1). Bu da halayın Asiya mənşəli ritual
oyun növü olduğunu təsdiqləyir.
İlk formasının alay və ya allı olduğu bilinən bu oyunun ən qədim qaya -
üstü  təsvirinə  Qobustanda  rast  gəlirik. Ancaq  qeyd  olunmalıdır  ki,  alay
türk ordu strukturunda döyüşçü dəstəsinə verilən addır. Kişilərin oynadığı
halay  da  türklərin  savaş  taktikasını  yansıdır.  Burada  oyunun  şeirlə,  fəl-
səfəylə,  mərasimlərlə,  xalq  təbabətiylə  və  nəhayət,  hərb  sənəti  ilə  bağ -
lılığana da toxunmaq lazımdır. O halda halayın/yallının fəlsəfəsin də türk-
lərin musiqili, rəqsli döyüş məşqini yamsılayan ritual oyun oldu ğunu var
saymamız lazımdır. Belə ki, yalnız kişilərin oynadığı Cəngi rəq si, əsasən
kişilərin  oynadığı  çovqan,  gökbörü,  cirit  oyunları  da  əslində  bir  sa vaş
oyunudur, savaşa hazır olma oyunudur. 
Yüzlərcə  növü  olan  halay  Orxun  yazılarında  ulayı  və  ya  ulayul  for-
masında  xatırlanır.  Anlamı  sürəklilik,  davamlılıq  olan  bu  söz  sonrakı
zamanlarda mənaca və formaca daha da konkretləşmişdir.
Xalqın açıqlamasında isə bilimsəl etimologiyadan fərqli olaraq “Halay
– dəstə, yığıncaq, deməkdir.” “Halay – səslənmə, çoxluq deməkdir. Halay
həm də bayatı söyləməkdir.”
Türk dünyasında halay
Halayın,  bəlkə  də,  ən  çox  yayıldığı  və  çeşidlərinin  bol  olduğu  yer
Türki yədir. Ona görə də Anadoluda hər bölgənin bir-birindən fərqli halay
oyu nu var. Bu gün Qazaxda, Naxçıvanda, Şəkidə oynanan halayın, həm
də  ha layın  başqa  bir  forması  olan  yallının  da  rəqs  olduğunu  demək
lazımdır.  Ancaq  bəzi  hallarda  yallı  oxuma  və  əlçalma  ilə  də  müşayiət
oluna  bilir.  Məsələn, Naxçıvanda  oynanan  yallının  bir  növü  buna  misal
ola bilər. Ümumi şəkildə demək lazımdırsa, bu gün türk dünyasının yallı
və ya ha la yı əsasən, rəqs oyunudur. Xüsusən də yallıda dəstənin başında
əlindəki  yaylığı  (dəsmalı)  yellədərək  öndə  yallıbaşı  adlanan  və  oyunun
bütün  qaydalarını  yaxşı  bilən  adam  olur.  Digər  rəqs  edənlər  qollarını
açaraq  bir-birilərinin  çeçələ  barmağından  tutur,  ya  da  əllərini  bir-bi-
rilərinin çiyninə qoyurlar. Anadoluda əllərini yanındakıların belinə dola -
maq la halay çəkənlər daha çoxdur. Ən öndəki isə sol əli ilə yanındakının
belindən  tutur,  boş  qalan  sağ  əlində  isə  yaylıq  və  ya  dəsmal  yellədərək
oyuna başlayır. Bəzən də halay qrupunda olan halaybaşı sol əlinə aldığı
uzun yaylığın bir ucunu yanındakının sağ əlinə verir, digər rəqs edənlər
2014/
I
14


isə  bir-birinin  çeçələ  barmağından  tutmaqla  oyunu  icra  edirlər.  Halay
oyunu  daha  çox  ayaq  hərəkətləri  üzərində  qurulmuşdur,  əllər  və  gövdə
burada tempi tutmaq üçündür.
Təbii ki, Anadoluda halay, əsasən bir qrup halında oynayanların yan-
yana  bir  cərgədə  düzülməklə  və  ya  bir  dairə,  daha  doğrusu,  yarımdairə
şəklində oynadığı  rəqsdir. Rəqs  edənlər  yallıda olduğu  kimi  çeçələ  bar-
maqları ilə bir-birini tutur və ya yuxarıda da dediyimiz kimi əllərini bir-
birinin bellərinə dolayırlar. Halaybaşı deyilən adam boş olan əli ilə yaylıq
və  ya  dəsmal  sallayır.  Halay  bütün  hallarda  yavaş  addımlarla  başlayıb
sonra  sürətlənir.  Halay  yallı  kimi  harada  oynanırsa,  oynansın,  nə  qədər
fərqlilik göstərirsə, göstərsin, ritmi, qismən də musiqisi baxımından də-
yişməzlik göstərir. Anadoluda halay əsasən çubuq nağara (davul) və qara
zurna ilə icra edilir. Buna bənzər bir oyun da Özbəkistanda oynanır.
Kişilərin və ya qarışıq olaraq kişi və qadınların oynadığı halay və ya
yallı rəqsi üç hissədən ibarətdir. Öncə rəqs təntənəli və aram addımlarla
başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb
tullanma  hərəkətləri  ilə  davam  etdirildikdən  sonra  əvvəlki  təntənəli  və
aram oyunla tamamlanır. Halay həm kişilərin, həm də qadınların ifa etdiyi
oyun növüdür ki, kişilərdə əksərən rəqs formasında, qadınlarda isə rəqs və
mahnı şəklində inkişaf keçirmişdir. Azərbaycanın Cənub bölgəsində Bilə -
su varda, Cəlilabadda, Masallıda, Lerikdə, Yardımlıda, Lənkəranda, Asta -
rada isə halay xüsusi bir inkişaf keçirərək sözlə rəqsin vəhdətindən ibarət-
dir və əsasən,  qadınlar  tərəfindən  icra  edilir. Doğrudur, Qaziantepdə  bir
yerdə halayın uzun hava (oxuma) ilə müşahidə olunan rəqs növünə rast -
 la dıq. Cənub bölgəsində halay, əsasən Masallıda və Lənkəranda möv cud
olub  yeni-yeni  elementlərlə  zənginləşmışdır.  Bu  gün,  əsasən  Masal lı da
Mahmudavar və Şərəfə halay qrupları, Lənkəranda isə nənələr halay qru -
pu fəaliyyət göstərir. Əvvəlcə xınayaxdılarda, çəltik tarlalarında, toylarda,
şənliklərdə oxunan və qismən də rəqslə müşayiət edilən halay XXI əsrdə
özfəaliyyət kollektivi kimi yaşamını sürdürür. Əgər yallı və Ana do lu  dakı
halaylar  əsasən  zurna,  züy  (Anadoluda  züy  çox  vaxt  olmur)  və  çu buq
nağara (Anadoluda davul deyilir) kimi musiqi alətləri ilə oy na nırsa, Ma -
sal lı və Lənkəran halayları musiqi alətləri olmadan, sadəcə əl çal maqla və
dəstə  başlarının  əllərindəki  dəflə  müşayiət  edilir.  Mahnı  ritmlə  tutulur.
Halayın musiqisini, oyununu ritm və harmoniya müəyyənləş di rir.
Sadəcə Anadoluda yüzdən çox növü, Orta Asiya türklərində isə buna
bənzər çoxsaylı kollektiv rəqslərin və xalq xorlarının olduğunu nədənsə
2014/
I
15


Azərbaycan  tədqiqatçıları  görmədiklərindən,  daha  doğrusu,  digər  türk
xalqlarının musiqi mədəniyyətindən bixəbər olduqlarından halayı sadəcə
Masallı,  Lənkəran,  Lerik,  Astara  rayonları  ilə  məhdudlaşdırmışlar  və
xüsusən də aidiyyət məsələsində yanlış nəticələrə gəlmişlər (5; 268-273;
7; 8;  4;  15)  Bu müəlliflər halayı yalnız talışlara aid edirlər, ancaq bunu
yazarkən də oxunan mahnıların 90 faizi nin türkcə olduğunu nəzərə almır-
lar. Cənub bölgəsindən yalnız Lerikdə ha lay mahnılarının əksəriyyəti ta -
lışcadır. Qalan yerlərdə mahnılar həm bir-birinə bənzəyir, həm də türk cə -
dir. Hər halda halayın elmi baxımdan yetə rincə öyrənilmədiyini qeyd et -
mək lazımdır.
Halay bu gün onu ifa edən hər kəsin – türkün (Azərbaycan türkü, öz bək,
türkmən,  Anadolu  türkü  və  s.),  talışın,  əfqanın,  kürdün  və  başqa la rı nın
oyunudur. Yaranması, kökü və fəlsəfəsi baxımından isə türk dün ya sı nın dır. 
Oyunun fəlsəfəsi
Oyun qədim insanın dünya ilə təmasının bədən dilidir. Təbiət, Uca Ya -
radan, həyat və ölüm düşüncəsinin oyun dili oyunu bilənlərin istifadə et -
dikləri  özəl  ünsiyyət  vasitəsidir.  Oyun  görünən  dünyalarla  görünmyən
dün yalar, insanlarla ruhlar aləmi arasında bir körpüdür. İnsanın ilk sənəti
olan oyun yaşamın əskik tərəflərinin tamamlanması, mükəmməlləşməsi -
dir. Əski türklərin bütün oyunları başlanğıcda ritual xarakterli olmuşdur.
Hər  oyun  ritualın  tərkib  hissəsi  olmuş,  ritual  təməl  zamanla  arxa  plana
keç diyindən  oyun  daha  çox  əyləncə  forması  almışdır.  Ancaq  əy lən dir -
məklə öyrətmək, öyrətməklə əyləndirmək hər zaman yanaşı addımla mış -
dır. Bəzi oyunlar ritualdan çox qopmuş olsalar da, bəziləri ritual özəlliyi-
ni  müəyyən  dərəcədə  qoruya  bilmişdir.  Halay  ritual  əsasını,  qismən  də
olsa, qoruyan oyunlarımızdandır. Təbii ki, şaman oyunları hələ də ritual
xarakterlidir. Ona görə də Orta Asiya türklərində şamanın kamlığına pəri
oyun deyirlər. Bunu Orta Asiya, xüsusən də Xarəzm özbəklərinin müsəl-
manlığa  qədərki  etiqadlarını  araşdıran  Q.R.Snesarevin  əsərlərində  də
görürük.  Bu  tədqiqatçıya  görə,  şamanların  icra  etdikləri  rituallara  da
“oyun” deyilir (14).
Etnoqrafik məlumatlardan da türklərin şaman mərasimlərinə oyun de -
dikləri məlum olur (9). Hətta müsəlman olan türkmənlərin çovdur boyu
da  şamanın  kamlık  etməsinə  oynamaq  deyir  (2,  126).  Kamlık  etməyə
oynamaq deyildiyinə Altay-Sayan türklərində, Uzaq Doğu və Sibir xalq -
larında da rast gəlirik. Şaman oyunu əslində şamanın yetkinlik, sirrə vaqif
2014/
I
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə