Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   2   3   4   5   6   7   8   9   ...   59

olma yolunu simvolizə edir. Oynayaraq öyrənmə, oynayaraq dərk etmə və
oynayaraq insan olma oyunun fəlsəfəsində aparıcı aspektdir.
Yakutlar hətta şamanın özünə oyun deyirlər. Ayıı oyuna xeyirxah işlər
görən şamandırsa, abaası oyuna şər işlər görən şamandır. Bu, şaman oyun
əlaqəsinin vəhdəti, fəlsəfəsidir. Belə ki, şaman termini də mənaca oyna -
yan, sıçrayan, vəcdə gələn adam deməkdir. Bütün bu məlumatlardan da
göründüyü  kimi  oyunun  fəlsəfəsi  şamanlıqda  önəmlidir,  əsasdır.  Oyun
şamanlıqda zahirdən, dışdan ayrılmanın, real dünyadan çıxmanın, başqa
bir  dünyaya  və  ya  dünyalara  getmənin  tək  yolu,  şaman  ritualının  əsas
ünsürüdür (3, 219). Şamanın oyunlarına ümumi bir baxış onun əsasən, iki
heyvanı təmsil etdiyini göstərir. Bunlardan birincisi at minməyi simvol-
laşdırdığı  halda,  digəri  isə  quş  uçuşunu  xatırladır.  A.Sagalaev  və
İ.Oktyabrskaya (13, 121-122) da oyunun  təbiət kodunu ayğır kişnəməsi
ilə  açmağa  çalışırlar.  O  halda  oyun  insanla  təbiət  arasında  bir  ünsiyyət
vasitəsi  rolunu  oynayır.  Heyvan  və  quş  kodunun  yardımı  ilə  şamanın
göstərdiyi  oyun  üfüqi  və  şaquli  dünya  modelinin  anlamını  simvolik  bir
şəkildə tamaşaçılara çatdırmış olur. Quş azaddır, oyun da azaddır, sərbəst -
dir, müəyyən qaydalar daxilində oynansa da, o, qaydaları özü qoyur.
Halay da təbiətdən alınan enerjini insana ötürməklə oyunun ritual-mi -
foloji fəlsəfəsini yaşadır. Onun xınayaxdılarda, toylarda, şənliklərdə oy -
nanılmasının  əsas  səbəbi  hər zaman müsbət enerji  yaymasıdır ki, bu  da
onun təbiətlə cəmiyyət arasında əlaqə qura bilməsində, təbiətlə yadlaşan
insanı barışdırmağa çalışmasında özünü göstərir. Bu əski oyun növünün
sadə melodiyası, ritmik hərəkətləri, oxu tərzi də onun sevgi, barış, insan-
lıq fəlsəfəsindən xəbər verir. O baxımdan halay heç bir zaman real həyat-
dan qopmamış, tarix içində real həyatla yoğrularaq formalaşmışdır. Hətta
oyunun  fəlsəfəsinin  və  Homo  Ludens  anlayışının  əsasını  qoyan  Johan
Huizinga fəlsəfəni də soylu oyun adlandırmışdır (6). Bir sözlə, geniş mə -
nada həyatda mövcud olan hər şey oyundur: müharibələr, sülh danışıqları,
siyasət, ideologiya, iqtidar mübarizələri, evlənmək, pul qazanmaq və s.
Oyun  özü  hərəkətlə  bağlı  olduğu  üçün  zamanın  dönüşünü,  dünyanın
hərəkətini  simvolizə  edir.  Zaman  keçdikcə  oyunlar  əvvəlki  təməl  fəl-
səfəsindən uzaqlaşmış, sadəcə rəqs, tamaşa kimi başa düşülmüş, insanın
kainatı qavrama mexanizmi olan o əski oyunlar artıq yaddaşlarda əylən-
mə, rəqs etmə,  hoppanıb-düşmə  kimi qalmışdır.  Oynamaq  dünyanın  bir
mey dan tamaşası, səhnə olduğu fəlsəfəsinə dayandığından oynayan insan
yaşamın sirrinə varmış deməkdir. Hər halda oynayan insan – Homo Lu -
2014/
I
17


dens, ağıllı insan – Homo Sapiensdən və inanan insan – Homo Re li gi ous -
dan fərqli olaraq bədən, hərəkət, jest dili ilə Yaradanın, təbiətin və ya ra dı -
lanın vəhdətini anlamış insandır.
Fəlsəfi  anlamda  yaşamın  dövrvari  hərəkətini,  davamlılığını,  həyatın
axı şını və ritmini bizlərə xatırladan halay insanlıq tarixinin ən əski dövr-
lərindən bu günə qədər varlığını qorumuş, bütün zamanlarda dəyişən so -
sial, siyasi şəraitə ayaq uydurmuşdur. Oyun tarixi baxımdan insanlıqla ya -
şıd olub sadəcə türklərə məxsus olmayan, bütün xalqlara aid olan bir öy -
rən mə,  öyrəndiklərini  anlama,  anladıqlarını  öyrətmə  prosesidir.  Ən  əski
qayaüstü rəsmlərin, mağara divarlarındakı cizgilərin oyunu simvolizə et -
diyi də insanlığın başlanğıcından oyunun var olduğunu isbatlayır. O ba -
xım  dan  mədəniyyətin  dil,  tarix,  inanc  kimi  folkloru,  xüsusən  də  halayı
mil li birliyi qoruyan dəyərli sərvətdir.
Azərbaycanın Cənub bölgəsində halay
Halay  və  yallı  kimi  oyunlar  həyat  və  məişətin  müxtəlif  sahələri  ilə
bərabər çox çeşidli mərasimləri əks etdirən insan fəaliyyətinin ən qədim
növüdür.  Halay  sosial  fəaliyyətində  ritualdan  məişətə,  fəlsəfi  anlamda
dərketmədən əylənməyə doğru hərəkətdədir. Bu oyunun təbiəti ilə mütə-
nasibdir. Orta Asiyadan Balkanlara qədər geniş bir ərazidə yayılan halay
sadəcə  əyləncə,  dinlənmə,  istirahət  dünyamızı  deyil,  həm  də  düşüncə
aləmimizi özündə əks etdirmək baxımından xüsusi maraq doğurmuşdur.
Halay mövzu, məzmun, yaranma tarixi və formaları baxımından da çox
zəngin və rəngarəngdir. Onun yüzlərcə növü, dəyişik formaları vardır.
Bu gün klassik halay Cənub bölgəsinin əsasən iki rayonunda – Masal -
lıda  və  Lənkəranda  yaşayır.  Onun  izlərinə  Cəlilabadda,  Lerikdə,  Yar -
dımlıda, Astarada da rast gəlmək mümkündür. Azərbaycanın qədim yaşa -
yış  məskənlərindən  biri  olan  Masallı  adət-ənənələri,  folklor  nümu nə ləri
ilə zəngin bölgələrdən biridir. Burada laylalar, oxşamalar, bayatılar, əf sa -
nələr,  rəvayətlər,  lətifələr,  nağıllar,  söyləmələr,  alqış  və  qarğışlar,  atalar
sözləri, məsəllər, nəğmələr və rəqslər geniş yayılmışdır. Ancaq Masallıda
ən çox yayılan folklor nümunələri içində halay xüsusi yer tutur. Halaylar
əsasən, xınayaxdı gecələrində ifa olunur. İndiki zamanda halay xınayaxdı
ilə bərabər həm də kənd toylarında ifa olunur.
Halay, əsasən iki dəstənin bayatılar, gəraylılar, doqquzluq, onluq şeir-
lər üzərində qurulan avazla oxunan qarşılıqlı deyişməsi, qarşılıqlı oyunu -
dur. Ona görə də halaya çox vaxt oyun-mahnı deyilir. Halay mahnılarının
2014/
I
18


sayı  yüzlərcədir  ki,  onların  da  çoxu  yalnız  Masallı  bölgəsi  üçün  spesi-
fikdir. Təbii ki, halayın mahnılarını anlamaq üşün dinləyənlərin ifaçıların
rəqsini  müşahidə  etməsi  şərtdir.  Tamaşaçı  mahnı  ilə  bərabər  ifaçıların
ayaq hərəkətlərinə də diqqət yetirəndən sonra mahnının məzmununu tam
şəkildə anlamış olur. Halayda ikidən tutmuş on iki, on dördə qədər adam
ola bilər. Xınayaxdıların, toyların, şənliklərin olmazsa ol-mazlardan olan
halay əsasən, onu çox yaxşı bilən biri və ya ikisi tərəfindən idarə edilir.
Hər dəstədə üçdən az adam olmamaq şərti ilə iki qrup qarşılıqlı şəkildə
mahnılaşmağa  başlayır.  Hər  dəstədə  üçdən  tutmuş  ona  qədər  adam  ola
bilər. İki dəstə üz-üzə dayanır, hər dəstənin də öz başçısı olur. Yallıda yal-
lını çəkənə yallıbaşı deyildiyi kimi, halayda da halaybaşı olur. Masallı və
qismən də Lənkərandan toplanan halay materiallarından və halayı bilən-
lərlə  (Masallının  Mahmudavar  kəndindən  Natavan  Əliyeva,  Şərəfə
kəndindən Rəxşəndə Məmmədova və Həcər Həsənova) aparılan söhbət -
lərdən aydın olanı budur ki, halay aşağıdakı mərhələlərdən və ya ardıcıl-
lıqdan ibarətdir:
1. Lolu.
2. Uca dağlardan səslərəm səni.
3. Yeri ha yeri
4. Yar əli, yar düymələri mərcan.
5. Sunalar.
6. Dəst eylər gül eylər. Yəni gülü dəstəliyir.
7. Aman mələk.
8. Basma, basma tağları.
9. Ay yordu, yordu, yordu
10. Aman, aman
Bəzən onu fərqli ardıcıllıqla da təqdim edirlər:
1. Ha lo, lo, lo, lo, yar ləley
2. Mübarək, ay mübarək
3. Ağ alma, qızıl alma
4. Sevdim ala gözlü kimin yarısan
5. Bal yemə
6. Qızıl  üzük laxladı
7. Oturun, qızlar, oturun hey
8. A qırmızı nimtənə
9. Yar üzü xal ceyran
10. Əcəb şalın güllüdü
2014/
I
19


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə