16
du. Bu sahat da oların əjdaddarının iri qəbirrəri yadımdadı. Er-
mənistanda qəbirrəri var, bilirəm.
12.
Bir vaxdar buralarda iri adamlar yaşıyırdılar. Cəngavər
kimiydilər. Yaxşı döyüşürdülər. Qəti yorulmazdılar. Oraxnan
nə cür taxıl, ot piçirdilər, gəl görəsən. Bizim bir qucax otumu-
zu olar bir əlində pühməliyirdi
7
.
13.
Deməli, mən cavan oğlanıydım. Bir iri adam vardı.
Onun bir qoluyla pişdiyini götürə bilmirdim. Helə cəngavar
adamıydı. İndi elə adamlara vəhşi diyillər. Çox qavarıx
8
yiir-
dilər. İndiki on nəfər adam oların birinin işdəməyinin əvəzini
verə bilməzdi. Ermənilər oların yanında uşax kimi görünürdü.
Olardan yaman qorxurdular. Bığ saxlıyırdılar. Yekəydilər e,
çox yekə. Bax, bu uzun kişi onun olsa-olsa, ortasınnan ancax
olardı. Bu uzunnan iki dənəsini bir-birinin üsdünə qoy, gör nə
çıxar.
Toyda zurna havasına yaman oynuyurdular. Oynuya-oy-
nuya dedihləri sözdər yadımdadı:
Ay haşabaş,
Gəl yavaş-yavaş.
Gör neynədi,
Beşi on beş eylədi.
Olardan birinin adı Məmmədtağıydı. Çox hündür ada-
mıydı e. Bizim kimi adamları çiyninnən tuturdu, vurmurdu e,
əyaxlarını göydə yelliyə-yelliyə götürüf çıxardırdı eşiyə. Za-
rafatcılıydı.
7
Pühməliyirdi – bükürdü
8
Qavarıx – tutumlu, çox
17
14-22. HAL
14.
Bu Mustafa kişinin Haravaçıda
9
dəyirmanı varıymış. Bir
gün bu çıxanda görör kün, bir gəlin dəyirmanın noyunda bir
ciyar yuur. Geder yanna. Başa tüşör kü, bu Haldı. “Pıssı-
mıllah” eliyir də, munu tutor. Tutanda soruşor:
– Bu nə hak-hesafdı, nə ciyar yuursan?
Deer kin, Fərzalıda
10
bir gəlin doğuf. Onun ciyarını suya
çəkerəm ki, ölsün. Bu kişi munnan əl çəhmer. Nə qərtə
11
yal-
varer, nə qərtə yoncuyursa
12
da, mümkün olmor. Axır bu Hal
davanınnan bir qırıx kəser də, bu kişiyə verer, özü də xalası-
nın goruna and içer kin, sənin yeddi arxa dolananın
ı
a dəymiy-
jəm, özüm də pusahat
13
gedif Gərməşöylüdə
14
bir it qancıxlı-
yıf, onun ciyarını çıxardıf o gəlinə qoyajam. Bu kişi Halı bu-
raxdığınnan üzü Fərzalıya haydı, geder. Gəler görör yas qa-
zannarı asılıf, ağlaşma-şivən qopuf. Təzdən deer ki, hələ bir
az durun görəh, bir-iki sahat gözdüyəh. Buna qulağ asellar,
bir-iki sahat işi ləngidellər. İki sahat keçer, üçüncü sahatda
gəlin ahsırer
15
da oyaner. Təzdən yas qazanı toy qazanı olor.
Həmən gəlin bu yaxınatan yaşeerdı. O kişinin də yeddi arxa
dolananında doğurdan doğuş üsdə ölən gəlin olmor.
15.
Bir gün Qələndər kişi fermanın malını qoruyurmuş. Fer-
ma sədriymiş. Özünə bir daldeyda
16
taxdadan dam qayırıf da
9
Haravaçı – Gədəbəy rayonunda Arabaçı kəndi
10
Fərzalı – Gədəbəy rayonunda kənd
11
Nə qərtə – nə qədər
12
Yoncumaq – dil tökmək
13
Pusahat – bu saat
14
Gərməşöylü – Gədəbəy rayonunda Gərməşovlu kəndi
15
Ahsırer – asqırır
16
Daldeyda – gizli yerdə
18
gejə burdaja yatermış. Malın yanında yater dana, qorxor ku,
gejə malı aparallar. Uzanıpbış, ojax da yanermış. Başını ayna-
dan bir Hal çıxardıf da, haylıyıf deer:
– Ay Qələndər, ay Qələndər! Niyə durorsan
ı
? Mal qarto-
vu basdı.
Onun an
ı
arı yanı
17
da qartovuymuş. Bu yüyürör geder.
Görör oralarda mal-zad yoxdu. Malın ağzı da açıx döy, qayrı-
lıdı. Təzdən bu barmağını tişdiyer ki, yağın bu, Haldı. Gəler
tüfəngi dolduror da, ujunu aynıya sarı hazır qoyor. Bir də əler,
başını saler, deer:
− Hi, hi gördün
ı
mü, səni yaxşı allatdım.
Çattttt! Tüəng açıler. Qanı tökülə-tökülə bu qaçer. Qələn-
dərin əmisi Camal kişi də öydə yatdığı yerdə tüəngin səsini eşi-
der. Deer, tova, malı da apardılar, Qələndəri də vurdular tüəh-
nən. Tez duror, tuman-köynəhdə yavıyı ötürör, tərpəner. Qa-
pının ağzına ələndə örör, işıx yaner. Kişi də içərdə uzanıf. Qə-
ləndər yazıx da Camalı yörəndə elə biler ki, bu Haldı. Tüəngin
ujunu muna sarı döndərer ki, vursun. Camal haylıyır kı, ayə,
nağayrersan
ı
? Dəlimi olufsan
ı
? Bu da tüəngin ujunu təntiyir
18
də yuxarı tutor, xatadan uzax qaler. Təzdən Qələndər başına
ələni Camala danışer. Camal da aparer onu öyündə yatızdırer.
16.
O vaxdı bavalarımız bir Hal tutuflar. Səhər qalxellar ki,
at pütün sudu. Həə, deməzsən
ı
mi, bunu Hal gejələr miney. Bə
bunu nağayrax? Gəl bunun belinə bir dənə keçə atax, onun
üsdünə qır tökəh. Qırı töküflər, Hal gəlif atı minəndə yapışey.
Səhər ağsakqal gəlif baxey ki, atın belində balaja bir qaraltı
var. Gedif bir xam iyneyi gətiriflər, yaxasına sancanda o bö-
yüyüf. Bəyaxdan balaja bir şeydi. Hal atın belində tutulannan
17
An
ı
arı yan – o yan
18
Təntiyir – özünü itirir
19
son
ı
ra bunu işdədellər. Onu buraxanda tovalatma verellər ki,
bə Hal yeddi arxa dönəninə yaxın tüşmüyəjəh.
17.
Bir gün qıza deellər ki, apar bu Halı, su gəti. Bu qız gə-
tirif aparermış. Hal buna deey ki, ağız, noolar, suyu dolduran-
da əlimə tikan batdı, gə bu tikanı iyneynən çıxart. Qız iyneyi
çıxardanda Hal itey gözünnən. Çünki Hal xam iyneynən gözə
görükördü. Anası da Hal olanda xamır yoğurufmuş. İndi bu
çörəyi pişirey, çörəh kutarmey, çörəyi pişirey, çörəh kutar-
mey. Günnərnən belə olor. Qıza qarğeey anası. Deey ki, niyə
Halı buraxdın
ı
? Qız da ağlıya-ağlıya vedreyi götürüf suya ge-
dəndə Hal onun gözünə görükmədən deey:
– Gedif anan
ı
a deyərsən
ı
ki, xamırı kəssin, üş dəfə xamı-
rın üsdünə qoysun. Kəssin, bir də vursun, kəssin, bir də vur-
sun. Onnan son
ı
ra xamır kutarajax.
Qız gəley, anasına Halın dediyini deey. Xamır onnan da
kutarey.
18.
Bizim qon
ı
şunun uşağı olurdu, amma sağ qalmırdı, ölür-
dü. Bir dəfə heylə olanda man
ı
a bir berdanka
19
, iki zəncir ver-
dilər. Dedilər ki, uşağı Hal aparıf. Getdim dəyirmanın yanına.
İki güllə atdım, zəncirrərin də birini dəyirmanın o tərəfinnən,
birini də bu tərəfinnən saldım suya, çıxdım gəldim. Onnan
son
ı
ra arvadın uşağı ölmədi.
19.
Hal atnan öc olor
20
. Bir kişi görör ki, at toylada o yan-bu
yana qaçır. Görör ki, bir əcinnə atı minif də çaper. Kişi qəfil-
19
Berdanka – tüfəng növü
20
Öc olmaq – incitməyə çalışmaq, yola getməmək, xasiyyətləri tutmamaq
Dostları ilə paylaş: |