Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
50 
aylarında  girir.Tuvalılar  Şaqaa  bayramlarında  “San  saları” 
ritualı  keçirirlər.  Bu  qədim  ritual  od  kultu  ilə  bağlıdır.Ritual 
milli  parkda  Kaa-Xem  çayının  sahilində  keçirilir.  Burada 
ritual  tonqalı  qalanır  və  Günəşin  ilk  şəfəqləri  görünəndə 
yandırılır. Şamanlar  yeni ildə Günəşi salamlayırlar. Qamlama 
davul sədaları və alqış səsləri altında icra edilir.Ritualın vacib 
elementi  Günəşin  kiçik  qardaşı  olan  “Od”a  qurban 
verilməsidir.Ənənəyə  görə  tonqala  ətin  ən  yaxşı  tikələri  və 
öncədən  hazırlanmış  şirniyyat  qoyulur.  “San”  qurban 
tonqalını  yandırmağa  yalnız  kişilər  və  9  yaşından  yuxarı 
oğlanblar gedə bilərlər.  
 Xakaslarda  “Çıl  pazı”  22  martda  keçirilir.”Çıl 
pazı”nın  mənası  “ilin  başı”  deməkdir.Bu  xakasların  yeni 
ilidir. 
Bu 
yaradılışın, 
Günəşin, 
təbiətin 
bayramıdır, 
təmizlənmə  bayramıdır.22  iyunda  keçirilən  Uluq  kün-kün 
pazı  Günəşə  səcdə  bayramıdır.İyun-İyul  aylarında  keçirilən 
Ot tayıq mərasimi Oda səcdə bayramıdır.  
Çuvaşların  yaz  bayramı  “Akatuy”dur.Bu  mərasim 
əkinçiliyə  həsr  olunur.  Akatuy  bayramı  özündə  bir  sıra 
mərasim  və  təntənəli  ritualları  birləşdirir.  Aprel  ayının  son 
günlərində keçirilir.Çöldə əkin işlərinə başlanması ilə Akatuy 
başlanır.  Akatuyun  ritual  hissəsinin  keçirilməsi  üçün  pivə 
hazırlanır,  yeməklər  bişirilir,  yumurta  boyanır.  Bayram 
müxtəlif  evlərdə  müxtəlif  günlərdə  başlanır  və  bir  həftə 
davam  edir.  Bayram  edilən  evdə  təntənəli  stol  açılır, 
qohumlar  və  qonşular  dəvət  edilir.  Hər  kəsə  pivə  paylanır. 
Sonra  isə  qədim  “Alpan  kaymi  aki-suxi”(şumlamaq  və 
səpmək  bizim  işimiz)  nəğməsi  oxunur.Dua  zamanı  çuvaşlar 
uca  tanrı  Turadan  və  ona  tabe  olan  xeyirxah  ruhlardan  bol 
məhsul, zənginlik, sağlamlıq diləyirlər. 


 
51 
Çuvaşlarda  ən  vacib  dini  bayram  və  mərasimlər 
əkinçiliklə  bağlıdır.  Bu  mərasimlər  başqa  əkinçi  xalqlarda 
olduğu  kimi  yeni  il  qabağı  günəşin  qış  dönüm  nöqtəsində 
olduğu  vaxt  başlanır  və  bundan  sonra  yazın  başlanması 
bayramı  gəlir.  Amma  ən  əsas  bayramlar  yaz  səpini  ilə  bağlı 
olaraq  keçirilir.  Buraya  Aka  patti,  Akatuy  və  ya  Sabantuy 
daxildir.  Yayın  əvvəlində  məhsul  yığımı  ilə  bağlı  olaraq  Uy 
çuk  (polevaya  jertva-tarla  qurbanı)  və  Sinse  bayramları  qeyd 
olunur.  Bu  bayramlar  bir  həftə  və  daha  çox  davam  edir.  Bu 
bayramlarda  bütün  kənd  və  və  ya  bir  neçə  kənd  bir  yerdə 
iştirak  edir.  Mərasimi  yaşlı  adamlar  və  ya  xüsusi  seçilmiş 
adamlar  idarə  edirlər.  Hər  bir  kənd  üçün  mərasim  xüsusi 
olaraq  müəyyənləşdirilmiş 
yerdə  keçirilir.  Mərasimin 
keçirilməsi  üçün  seçilən  belə  yerlər  əsasən  meşə  və  ya  tala 
olur.  Bayram  zamanı  bütün  kənddən  toplanmış  pulla  alınmış 
heyvan  qurbanı  kəsilir.  Xüsusi  seçilmiş  adamlar  bayramla 
bağlı  yasaqlara  riayət  olunmasına  nəzarət  edirlər.  Məsələn, 
Sinse zamanı heç bir kənd təsərrüfatı və torpaq işləri görmək 
olmaz.  Çünki  bu  günlərdə  “yer  ana  hamilədir”.  Bu  yasağı 
pozan  olarsa  o  çox  ciddi  şəkildə  cəzalandırılır.  Mərasimdə 
uca  Tanrı  Turaya  dua  edilir.  Amma  düşünmək  olar  ki,  çox 
qədim  dövrlərdə  “Yer  ana”ya  yalvarılmış,  ona  müraciət 
olunaraq  dua  edilmişdir.  Ona  üstünlük  veilməsinin  izləri 
aydın cizgilərlə saxlanmışdır(17,371). 
Şərqi Türküstanda uyğurlar Novruzun başlanması ilə 
yeni  ilin  şərəfinə  sevinc  duyğusunu  ifadə  edən  şeirlər, 
nəğmələr  (novruznamələr)  yazıb  hazırlarlar.  Novruz  günü 
bayram  paltarları  geyərək  müqəddəs  ibadətgahlara,  çöllərə, 
şay  kənarına,  işlək  alış-veriş  mərkəzlərinə  toplanırlar.Milli 
oyunlar  oynanır,  ozanlar  türkü  və  şeir  deyişmələri 


 
52 
göstərirlər.Oxuyanlar 
nəğmə 
söylər, 
rəqqaslar 
rəqs 
edərlər.Novruz  mərasimlərinə  məktəb  uşaqları  da  çiçəklərlə 
bəzənmiş  taxtalara  yazdıqları  “novruznamələri”  nəömə  ilə 
oxuyaraq  qatılırlar.Mərasimin  sonunda  böyük  qazanlarda 
hazırlanmış Novruz aşı birlikdə yeyilir(51).  
Dağıstan  xalqlarında  yaz  mövsümü  ilə  bağlı  bahar 
bayramları  keçirilir.  Bu  xalqların  bəzilərində  bu  Novruzdur, 
bəzilərində “Al bayram”, “Qırmızı gün”dür.Bu bayramlarda 
dağlarda, həyətlərdə tonqal qalanır.  
Kalmıklarda  yazın  ilk  ayı  keçirilən  mərasim  “Çaqan 
sar”dır. Kalmık dilində bunun mənası “ağ ay” deməkdir. 
Hazırda  İranda  Novruz  13  gündə  qeyd  olunur. 
Zərdüştliyi  davam  etdirənlər  yeni  ili  5  gün  qeyd  edirlər, 
altıncı günü isə Böyük Novruzu (Novruz-e bozorq) Zərdüştün 
doğulduğu  gün  hesab  edirlər.  İranda  Novruzdan  öncəki 
çərşənbədən  bayram  başlanır.  Bu  “Çərşənbe  suri”  (Od 
çərşənbəsi)dir.  
Kəhrizyekəndə  Novruz  bayramına  “Əmir  bayramı”  da 
deyirlər. Bildiyimizə görə Həzrəti – Əli əleyhüssəlam novruz 
bayramında  taxta  çıxmışdır.  Beləliklə,  bu  bayrama  məzhəbi 
rəng  verərək  onu  mühafizəkar  adamların  etirazlarından 
qorumuşlar.  
“Novruz”  kəlməsi  müxtəlif  anlamlarda  yozulub.  O 
cümlədən  Novruz  kişilərə  qoyulan  adlardandır.  Habelə 
Novruz  gül  adıdır.  Yazın  ilk  günlərində  qar  əriməyə 
başladıqda, hələ başqa otlar, güllər göyərməmişdən təpələrdə, 
dağlarda ərimiş qar arasından özünü eşiyə atmış, bir ağ saqəli, 
göy  rəngli,  tək  güllü,  balaca  və  zərif  bir  gülün  adına  da 
Novruzgülü deyirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə