Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 
35 
onun  bütövü  deyildir.  Amma  bu  oyunda  arxaik  ritualın 
bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır.  
“Kosa-kosa”  oyununda  iki  personaj  var.  Bunlardan  biri 
Kosa (yəni üzü tüksüz), digəri isə Keçəldir (yəni başı tüksüz). 
Tüksüzlük  bunların  ikisinə  də  aiddir.  Fiziki  harmoniyanın 
natamamlığı  onların  dünya  modelindəki  kosmik  imkanlarını 
məhdudlaşdırır.  Burada  inisasiya  ritualından  keçən  kosadır, 
çünki o ölür-dirilir, keçəl isə mediatordur. Yəni onun xaosdan 
kosmasa  sakrallaşaraq  keçməsinə  dəstək  verir.  Kosa  ritualda 
ölür,  əcdad  dünyasına  yola  salınır,  xaosda  dağılaraq  orada 
sakral  mahiyyət  qazanır  və  kosmasda  yenidən  qurulur.  Oyun 
ölən və dirilən zamanı, ili, təbiəti, qışı və yazı simvollaşdırır.  
“Keçəllik bu və  ya digər dərəcədə həm bədxah, həm də 
xeyirxah  fövqəltəbii  qüvvələrə  aid  olur”  (6,81).  Keçəlliyin 
xeyirxah  fövqəltəbii  qüvvələrlə  bağlılığının  qabarıq  hiss 
olunmasının nəticəsidir ki, keçəl obrazının mənşəyi daha çox 
türk mifologiyasındakı baş tanrı Taz kaan (Keçəl xan) və Ana 
Yer  mifologemi  ilə  əlaqələndirilir.  Qəhrəmanın  keçələ 
çevrilməsi  o  dünya  sahibinin  atributunu  qəbul  etmək  ,  hami 
ruhlara  onların  öz  rəngində  qurban  verilməsi  tipli  bir  hadisə 
kimi izah edilir”(7,83).  
Oyunda Kosanın və Keçəlin maskalardan istifadə etməsi 
məsələnin araxaik ritual aspektinə yeni rudimentlər əlavə edir. 
Maskalarda  qoyun,  keçi  və  ya  quzu  dərisindən  istifadə 
olunur.Bu  da  ritualın  şamanist  və  ya  totemist  mənşəyi 
haqqında düşünməyə ipucu verir.  
Bununla  yanaşı,  eyni  zamanda  ritual  personajlarının 
zomorflaşması  baş  verir.  Çünki  Kosa  (türk  dillərində  kosa/ 
koza/kuzu  və  s.)  və  Keçəl  (keçi)  adlarında  və  oyun 
maskalrında  heyvan  başlanğıcı  müşahidə  olunmaqdadır.  Ola 


 
36 
bilər ki, arxaik ritualda bu müvafiq heyvan dərisində, cildində 
icra 
edilmişdir. 
Sonralar 
isə 
zoomorfik 
görüşlərin 
arxaikləşməsi,  totem  başlanğıclarının  unudulması,  monoteist 
təmayüllü 
dünyagöröşlərin 
formalaşması 
ritualı 
əski 
əsasından 
uzaqlaşdırmış 
və 
mədəniyyətin 
yeniləşmə 
dinamikasına uyğunlaşdırmışdır. 
Əslində  Novruz  oyunları  kompleksinə  daxil  olan 
“Kəndirbaz”  oyunu  da  arxaik  ritualın  və  ya  başqa  deyilişlə, 
Novruzun  mənşəyinin  öyrənilməsində  istifadə  oluna  bilər. 
Çünki  bu  oyunda  çox  əski  “keçid”  ritualı  oynanılır.  Əgər 
“Ergenekon”u  Boz  qurd  cildində  olan  şamanın  arxasınca 
gedərək  dar  bir  keçiddən,  dağ  və  ya  qaya  arasından  keçərək 
icra  edirlərsə,  “Kəndirbaz”  oyununda  bu  hərəkətlər  havada, 
daha  çətin  və  mürəkkəb  şəraitdə  yerinə  yetirilir.  Burada  əsas 
oyunçu  Kəndirbazdır.  O  yüksəkdə  qurulmuş  ipin  üzərində 
hərəkət edir. O adamları bir- bir o ipin üzərindən bir tərəfdən 
digər tərəfə keçirir. Keçid zamanı aşağıda keçidə dəstək verən 
“Keçi”  vardır.  Keçi  maraqlı  bir  personajdır.  Onun  funksiyası 
keçidə  dəstək  vermək,  mərasimin  yüksək  mənəvi  şəraitdə 
keçməsini  təmin  etməkdir.  Buradakı  keçid  o  dünyaya  gedən 
“qıl  körpünü”  də,  “uçmağa”  aparan  yolu  da  simvolizə  edə 
bilər.  Keçi  isə  mərasim  icraçısı,  mediator,  “yumuşçu”,  ölüm 
mələyi  kimi  ritualda,  yalançı  və  ya  təlxək  kimi  oyunda  ən 
müxtəlif funksiyalarda izah oluna bilər . O da mümkündür ki, 
Hind-Avropa  mədəniyyətində  rast  gəldiyimiz  ritual  zamanı 
bütün günahların yüklənib buraxıldığı “günah keçisi”nin lokal 
variantı  həmin  Keçidir.  Çünki  arxaik  ritualda  tipoloji 
elementlər  üstünlük  təşkil  edir.  İbtidai  mədəniyyətdən  gələn 
hadisələrdə bənzərlik keçmişə doğru ketdikcə daha da artır.  
 


 
37 
NOVRUZ VƏ ERGENEKON 
 
“Novruz”un  türklərin  Ergenekon  bayramının  davamı 
olması haqqında da fikirlər çox geniş yayılmışdır.  
İndi  “novruz”  adı  ilə  keçirilən  bu  bayramın  türklərin 
əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır. Bu 
mülahizəyə 
görə 
türklərin 
əskidən 
bəri 
keçirdikləri 
“Ergenekon  bayramı”  müəyyən  bir  dövrdən  sonra  “Novruz” 
adı ilə qeyd olunmağa başlamışdır.  
”  Novruz  bayramının  Ərgənəkon  dastanı  ilə  bağlılığını 
əks  etdirən  bir  fakt  da  maraqlıdır.  Novruz  günü  Orta  Asiya 
türklərində, xüsusilə, uyğur, qazan, ufa türklərində Ərgənəkon 
dastanı  oxunmaqdadır.  Bu  dastan  ayrıca  dini  bayramlarda 
Qurani  Kərimin  oxunması  bitdikdən  sonra  da  söylənir. 
Aşağdakı dastan əlimizdə olan mətnin bu günkü variantıdır: 
Ərgənəkon! Ərgənəkon! 
Davarlar yox oldu, 
Kişilər qocaldı, 
Yenidən balalar doğdu
Bizim yolumuz hələ bitmədi 
Əcəba dənizə daha çoxmu var? 
Ağaclar yaşıllaşdı, quzular doğdu
Çiçəklər açdı, indi yaz gəldi. 
Bu gün bizim bayramdır 
Ərgənəkona dönmək istəyirəm (38,54). 
 Ərgənəkon  dastanı  ilə  bizim  qeyd  etdiyimiz  yaz 
bayramı,  yəni  Novruz  arasında  müəyyən  oxşarlıqlar  vardır. 
Türklər 400  il Ərgənəkon deyilən  yerdə  yaşadıqdan sonra öz 
ata  -  baba  yurdlarına  atəşin  açdığı  yoldan  çıxıb  getmişlər. 
Deməli od onlara azadıq  yolunu ata – baba  yurdunun  yolunu 


 
38 
açmışdır.  İlaxır  çərşənbə  günü  qaladığımız  tonqallar 
Ərgənəkondakı  dəmir  dağı  əritmək  üçün  yandırılan  odla 
tipoloji  baxımdan  yaxındır.  Bayramdan  bir  həftə  qabaq  ölü 
bayramı  kimi  qeyd  edilən  qəbirüstü  günü  Ərgənəkondan 
çıxmazdan  əvvəl  oradakı  qəbirlərlə  vidalaşma  mərasiminin 
rəmzi  ifadəsi  ola  bilər.  Bu  uyqunluqlar  bəzi  Novruz 
mərasimləri ilə üst – üstə düşür.  
 Türk  tarixində  “Ergenekondan  çıxış”  günü  “Novruz” 
kimi  xatırlanmış  və  bu  adla  qeyd  olunmağa  başlamışdır. 
Əlbəttə ki, bu səbəbsiz deyildir. 
Ergenekon  bayramı  təkcə  törəyiş  deyil,  eyni  zamanda 
əski  türklərin  400  il  əziyyət  çəkərək  qaldıqları  yerdən  bir 
bozqurdun  yol  göstərməsi  ilə  xilas  olub  çox  gözəl  bir  yerə 
gəlib  çıxmaları  və  yerləşmələrinin  bayramıdır.  Türklər  xilas 
olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu 
mənada  Ergenekon  həm  zamandır,  xilas,  qurtuluş  günüdür, 
həm  də  məkandır,  yeni  və  çox  zəngin  bir  yerdir..  Türklər 
həmin  yerə  gəldikləri  günü,  həmin  gündə  və  həmin  yerdə 
ənənəvi  olaraq  qeyd  ediblər.  Yeni  zamanın  və  məkanın  qeyd 
olunduğu  hadisə,  Tanrıya  alqışetmə  “Ergenekon  ritualı”dır. 
Məsələnin sakral-mənəvi aspekti də belədir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə