Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 
24 
dörd fəsilə bölərək ad verirlər. Hər üç ayın bir adı vardır. İlin 
ötməsi bununla bilinir. Yengigündən (Novruzdan) sonra  yaza 
“oğlaq  ay”,  sonra  “uluğ  oğlaq  ay”  deyirlər,  çünki  bu  ikinci 
fəsildə oğlaq böyüyr. Bundan sonra “uluğ ay” gəlir, çünki bu 
fəsil  yayın  ortasıdır.  Yer  üzündə  nemət  bollaşır,  heyvanlar 
böyüyür,  süd  çoxalır.  Başqası  da  belədir.  Az  işləndiyi  üçün 
söyləmirəm” (BA,1c, 344;345;346;347;348). 
Başqırdlarda  bəzi  ayların  adı  qalmışdır:  məsələn, 
kekkuk ayı  (mesyats kukuşki), kantar ayı, karasa ayı  (ptitsa), 
hıyır ayı (surok) və s. İl adlarından isə at ili (qod konya), ilan 
ili (qod zmei), siçan ili (qod mışi), balıq ili (qod rıbı), bars ili, 
dovşan ili (qod zaytsa), ayı ili (qod medvedya), toyuq ili (qod 
kuritsı), şir ili (qod lıva), inək ili (qod korovı), qoyun ili (qod 
barana), meymun ili (qod obezyanı).Bu da təxminən əski türk 
təqviminin davamı sayıla bilər.  
 1074-1075-ci illərdə İsfahan, Bağdat, Rey ve Nişaburda 
rəsədxanalar  qurduraraq  bir  təqvimin  təsbitini  əmr  edən 
böyük  Səlcuqlu  sultanı  Məlikşah  Cəlali  təqvimi  deyilən  bir 
türk  təqvimi  hazırlatdırmışdır.  Bu  rəsədxanalarda  Ömər 
Xəyyam,  Əbül  Müzəffər  İsfirazı,  Mömin  ən  Nəcib  əl  Vasti 
kimi  dövrün  alimləri  işləmişdir.  Qısa  bir  müddət  işlənən 
(Məlikşahın  ölümünə  qədər)  bu  təqvimə  Sultanın  adına  görə 
„Cəlaliyə“,  „Tarixi-Cəlali“,  və  ya  „Tarixi  Məliki“  adları 
verilmişdir.  Günəş  ilini  əsas  götürən  Cəlali  təqvimində 
günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul 
edilmişdir.  Səlcuqlulardan  sönra  bölgədə  hakim  olan 
Elxanilərin  zamanında  bu  təqvim  üzərində  düzəlişlər  edilmiş 
və  „Tarixi  Elxan“  adı  verilən  bir  təqvim  meydana  gəlmişdir. 
1925-ci  ilin  31  martına  qədər  bu  türk  təqvimi  İranda 
işlənmişdir. 
Məlikşahın 
hazırlatdırdığı 
Cəlali 
təqvimi 


 
25 
Əfqanıstanda  son  zamanlara  qədər  istifadə  olunmuşdur. 
Bugünkü  İran  və  Əfqanıstanda  ilbaşını  Novruz  olaraq  qəbul 
edən  təqvim  Cəlali  adlı  türk  təqviminin  dəyişik  bir 
şəklidir.Qazax xalq təqvimində mart ayının adı Naurızdır. Bu 
ay  ilin  birinci  ayıdır  və  mart  ayının  22-dən  başlanır.  Keçmiş 
hicri  təqviminə  görə  gecə  ilə  gündüzün  bərabərləşdiyi  həmin 
gün köhnə  yeni il xalq təqvimində qalır  və Naurız toy adı ilə 
qeyd olunur. Həmin gün bir sıra Ön və Orta Asya ölkələrində 
qədim  zamanlardan  bu  günədək  yeni  ilin  başlanğıcı  olaraq 
bayram  edilməkdədir.  Novruzun  kökləri,  ritualları  və  təbiətlə 
bağlı  izlərinin  zərdüştlük  Yeni  ilindən  gəldiyi  haqqında 
mülahizələr  vardır.  İnanclara  görə,  həmin  gün  xalq  qışın 
əziyyətlərindən  xilas  olur,  mal-qarasını  saxlamaq  üçün  daha 
rahat  şərait  yaranmasına  sevinir.  Nauruz  üçün  hər  bir  ailə 
öncədən  yeddi  ənənəvi  ərzaqdan  təşkil  olunan  ritual 
yeməkləri  (nauruzdık) hazırlayır. Qazaxlar həmin  yeməklərlə 
il  ərzində  qidalanmağa  ümid  edirlər.Naurız  şənliyi  üç  gün 
davam edir. Bu müddət ərzində bütün aul bir-birini təbrik edir 
və  xoşbəxtlik  və  rifah  arzulayırlar.  Qazaxlarda  Naurız  qış  və 
yazın  simvolik  mübarizəsini  təcəssüm  etdirən  bir  qız  və 
oğlanın  aytısları  ilə  başlanır  və  xalq  oyunları,  uşaqların, 
gənclərin, qadınların və yaşlıların aktiv iştirak etdiyi yarışlarla 
tamamlanır.  Naurızdan  başqa  mövsümi  xarakter  daşıyan  və 
ildə  iki  dəfə  yaylaq-qışlaq  köçü  ilə  bağlı  olaraq  keçirilən 
mərasimlər  də  vardır.  Bunun  da  oyun  və  yarış  ünsürləri 
Naurız toyu ilə bənzərdir. 
Novruzun əkinçilik təqvimi ilə bağlı olması haqqında da 
məlumatlar  vardır.  Belə  ki,  bu  bayram  şimal  yarımkürəsində 
20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. 
Təbiətin  oyanması,  canlanması,  bitkilərin  yenidən  öz  yaşıl 


 
26 
rənginə  bürünməsi  min  illər  bouy  müşahidə  olunmuş  və 
təcrübədə  təsdiqlənmiş  bir  gerçəklikdir.  Belə  bir  yeniləşmə 
gününün  başlanğıcı  şəmsi-  günəş  təqviminin  ilk  ayının  ilk 
gününə  (21  mart)  təsadüf  edir.  Buna  görə  də  həmin  günü 
Novruz (yeni gün) adlandırıblar. Böyük mütəfəkkir Biruni bu 
ili ilk ayı olan fərvərdindən başlayaraq yazır: Novruz yeni ilin 
ilk günüdür və farsca yeni gün deməkdir.  
Qədim dövrlərdə  İran  təqvimlərində Novruz bürcə görə 
yaz  bərabərləşməsinə  uyğun  gəlmişdir.  Həmin  dövrün 
təqviminə  görə  günəş  bürcə  sara-ton  ayının  əvvəlində  daxil 
olur.  Bu  zaman  yaz  yağışları  yağır,  çiçəklər  açır,  otlar 
böyüməyə  başlayır.  Ona  görə  də  Novruz  kainatın,  dünyanın 
və yerrdəki həyatın yaranmasının başlanğıcı ilə səsləşir. 
Qədim  dövrlərdə  insanlar  zamanı  müəyyənləşdirmək 
üçün  səma  cisimlərinin  vəziyyətindən  istifadə  etmişlər.  Gün 
və  Ay  anlayışları  da  bununla  əlaqəlidir.  Mövsümün 
dəyişməsini də ulduzların vəziyyətinə görə müəyyən etmişlər. 
Avqustun 7-də doğan Ülkər (Sirus) ulduzu geniş mənada  yaz 
mövsümünün  bitməsini,  şiddətli  istilərin  qurtardığını  bildirir. 
Xalq deyilişində “quyruq doğdu” ifadəsi də quyruqlu ulduzun 
doğmasını göstərir.  
Biruniyə  görə  İranda  astronomlar  təqvim  ilini  365  gün 
götürürdülər. İli hər biri 30 gün olan 12 aya bölürdülər. Qalan 
5 gün isə ilin 12-ci ayına əlavə edilirdi. Odur ki, 12-ci ay uzun 
ay  sayılırdı.  Onlar  ilin  kəsr  hissəsini  (0,2422  gün)  o  vaxt 
nəzərə  alırdılar  ki,  30  gün  yığılmış  olsun.  Deməli,  hər  120 
ildən  bir  təqvim  ilinə  13-cü  ay  da  əlavə  edilirdi.  İlin 
başlanğıcı  yaz  bərabərliyindən  başlanırdı.  İndiki  təqvimlə 
4500  ildə  bir  gün  fərq  olur.  Günəş  təqvim  ilinin  İran  ayları 
bunlardır:  Fərvərdin,  Ordubehişt,  Xordad,  Tir,  Mordad, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə