Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   ...   35

 
10 
Jurnalın  1914-cü  il,  11-ci  nömrəsində  Məmmədağa 
Axundzadə  “El  sözləri”  bağlığı  altında  məşhur  “Kosa-kosa” 
mərasim  nəğməsini  çap  etdirmişdir  ki,  məlum  vaxtlarla 
müqyisə  əhəmiyyətini  nəzərə  alaraq  eyni  ilə  buraya 
köçürürük: 
Ay kosa-kosa gəlmisən 
Gəlmisən meydanə sən. 
Almayınca payını 
Çəkilmə bir yanə sən. 
Beş yumurta payındı, olmaya allanasan. 
Mənim kosam oynayır, 
Gör necə dingildəyir, 
Qulaq asanların da 
Qulağı cingildəyir. 
 Mənim kosam canlıdı, 
Qolları mərcanlıdı, 
 Kosama əl vurmayın, 
Kosam yazıq canlıdı. 
Əmiri bərk başında, 
Qələm oynar qaşında, 
Yüz əlli beş yaşında 
Lap  cavan  öldü  kosa  (Məktəb,  1913,  nömrə  11, 
s.175)(58,193). 
Jurnalda  Ağa  bəy  İsrafilbəyovun  hekayəsində  bayramla 
əlaqədar  olan  “Gün  çıx,  çıx,  çıx!”  və  “Mən  anamın  ilkiyəm” 
nəğmələri də verilmişdir(1913, nömrə 5, s.74-77) (58,192). 
T.Bayraməlibəyov da “heç bir din, sülalələrin dəyişməsi 
Novruzu  sıradan  çıxarmaq  iqtidarına  malik  olmadı”(83,90)-
deyə yazmışdır. 


 
11 
Y.V. 
Çəmənzəminli 
də 
Novruzu 
atəşpərəstliklə 
əlaqələndirmişdir.O  yazır  ki,  “xalqımız  arasında  Novruz 
bayramına  bir  ay  qalmışdan  başlayaraq  çərşənbə  axşamı 
vəsfi-hal  kimi  bir  adət  vardı.  Qadın  və  qızlar  toplaşaraq,  bir 
badya  su  qoyar  və  hərədən  bir  nişan  alıb  suya  salardılar. 
Badya  başında  oturan  qadın  təsadüfən  əlinə  keçən  nişanı 
sudan  çıxarıb  bir  vəsfi-hal  söyləyər,  bu  qayda  ilə  fala 
baxardılar.  Deməli  nişan  verənin  ürəyində  bir  niyyət  olar  və 
niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-
haldan  duyardı”(Çəmənzəminli  Y.V.  Əsərləri  III  c.  Bakı, 
1977).  Müəllif  sonra  vəsf-hallara  aşağıdakı  nümunələri 
göstərir: 
Ağlama, naçar ağlama
Əlində haçar ağlama, 
Qapını bağlayan Allah 
Bir gün açar ağlama. 
 
Oturmuşdum səkidə 
Ürəyim səksəkədə. 
Üç qızıl alma gəldi 
Bir qızıl nəlbəkidə (83,96). 
 Novruzu  bir  tərəfdən  dini  bayram  kimi  dinlə 
bağlamağa, digər tərəfdən də onu padşahların,  hətta əvsanəvi 
hökmdarların 
adı 
ilə 
əlaqələndirməyə 
cəhd 
göstərilmişdir.Təbii ki, bunların heç biri Novruzun  yaradıcısı 
deyildir. Novruzun əsaslarını yaradan xalqdır. 
Tədqiqatlarda  göstərilir  ki,  “Bakı  və  onun  qəzalarında 
yaşayan  əhali  qış  fəslinin  üçüncü  ayı  daxil  olduqda  ayın 
birinci çərşənbə gecəsini böyük bir bayram kimi qarşılayırlar 
(Azərbaycan  asar-ətiqə  əxbarı,  4-cü  buraxılış,  Bakı,  1929, 


 
12 
s.323).  Bir  ilin  müddətinə  üzərlərinə  gələn  bəlanı  və  gələcək 
bədbəxtlikləri rəf etmək üçün böyük tonqal qalayıb üzərindən 
yeddi  dəfə  atıldıqdan  sonra  xonçaların  dövrəsində  oturaraq 
aşağıda göstərilən nəğmələri oxuyurdular.Bununla özlərini bir 
ilin  müddətində  hər  bəd  bəladan  uzaq  olmasını  hesab 
edirdilər. 
Taxçaya qoydum çırağı, 
Rövşən eyləsin bucağı,  
İşıqlandırsın otağı, 
Çünki yetişib firuz 
Xoş keçəcəkdir Novruz (83,92). 
Bir  sıra  tədqiqatlarda  Novruzla  Zərdüştliyin  oxşar  və 
fəqli  cəhətləri  müqayisə  edilmişdir.  Belə  bir  qənaət  ifadə 
olunur  ki,  Novruz  Zərdüştlikdən  də  çox  qədimdir.  Çünki, 
“günəşin  müqəddəs  sayılması 
təbii  odun  müqəddəs 
sayılmasından əvvəldir”(PƏ90). 
Bəzi  araşdırmalarda  da  türklərdə  odun  təmizləyici 
funksiyasının, 
Atəşpərəstlikdəki 
müqəddəslikdən 
fərqli 
olduğu  fikri  irəli  sürülür.  Məsələn,  azərbaycanlıların 
“ağırlığım,  uğurluğum,  azarım-bezarım  odlara”  və  s.  buna 
bənzər  deyimlərdə  ifadə  etdikləri  fikirlər  odun  müqəddəs 
sayılması  düşüncəsi  ilə  uyğun  gəlmir.Bu  da  araşdırmaçılara 
imkan  verir  ki,  türklərdə  odun  müqəddəs  deyil,  adi, 
təmizləyici,  arındırıcı  bir  vəzifəni  yerinə  yetirməsi  qənaətinə 
gəlsinlər.  O  da  istisna  olunmamalıdır  ki,  odla  bağlı  mərasim 
deyimləri  mərasimin  sakral  məzmununun  zəifləməsi  ilə 
müqəddəslikdən  uzaqlaşmağa,  profanlaşmağa  başlamışdır.Bu 
da təbii ki,  müasir düşüncənin praqmatik xarakteri  ilə əlaqəli 
olub,  ibtidai  dövrün  arxaik  ritualından  oyuna  çevrilərək 
mövsüm  mərasimində  icra  edilmiş  və  dövrün  reallıqlarına 


 
13 
uyğunlaşmışdır.Yəni  müqəddəslik  məzmunu  ifadə  edən 
mərasim  deyimlərinin  bir  çoxu  mərasimdən  ayrılmış  və 
ümumi  nitqin  alqış,  öygü  və  tərif  kimi  nümunələrinə 
çevrilmişdir. 
Qarı ilə qışın deyişməsi də ibtidai düşüncəni əks etdirir. 
Çünki qarı qışı canlı bilir, onu canlı obrazında görür:  
Qış gözünə barmağım,  
Yaza çıxdı oğlağım. 
Yeni  təqvim  anlayışlarının  işləndiyi  dövrdə  “qış”  mart 
ilə əvəzlənmişdir.Qışın sonuncu ayının milad təqvimi ilə mart 
olaraq bilindiyi dövrlərdə əski deyimlər qəlibinə mart da daxil 
edilmişdir.Məsələn, “Mart çıxdı, dərt çıxdı”. 
Azərbaycan  mövsüm  mərasimləri  içərisində  “Xıdır”, 
“Xıdır  Nəbi”  və  ya  Xıdır  İlyas”  mərasimlərinin  də 
özünəməxsus  yeri  vardır. Bu mərasimin nəğmələri onun  yazı 
qarşılamaqla,  yağış,  yaşıllıq  arzusu  ilə  bağlı  olduğunu 
göstərir.Bunun  Azərbaycanda  “Xıdır  Nəbi”,  Türkiyədə  isə 
“Hıdırellez” variantları qalmışdır. Azərbaycanda “Xıdır Nəbi” 
mərasimi  böyük  çilə  bitdikdən  sonra,  yəni  vevralın 
əvvəllərində  keçirilir.”Xıdır  Nəbi”  mərasimində  oxunan 
mətnlərə aşağıdakı misal ola bilər: 
Xıdır İlyas, Xıdır İlyas, 
Bitdi çiçək, gəldi yaz. 
 
Xanım, ayağa dursana
Yük dibinə varsana
Boşqabı doldursana, 
Xıdırı yola salsana (83,94). 
Azərbaycan mərasim folklorunun öyrənilməsində xüsusi 
xidmətləri 
olan 
folklorşünas 
alimlərdən 
biri 
də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə