Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
31 
genetik əlaqəsi kimi göstərilir.Əlbəttə, bu bayramlar  arasında 
bənəzərliklər  vardır,  amma  bunlar  daha  çox  tipoloji  və  ya 
universali  xarakterlidir.  Çünki  bayram  üçün  hələ  dünya 
qloballaşmamışdan  çox-çox  öncə,  hətta  qədim  zamanlardan 
qlobal  komponentlər  mövcud  olmuşdur.  Belə  komponentlər 
ritual  nəzəriyyəsini  nəzərə  almayan  araşdırıcılara  bayramın 
etnik-mədəni  səciyyəsini  aydınlaşdırmağa  imkan  vermir. 
Hansı  tərəfindən  baxırsansa  bax,  bayramlar  biri-birinə 
bənzəyəcəkdir.  Fərqlilikləri  müəyyənləşdirmək  üçün  isə  ilk 
öncə  milli  mərasim  mədəniyyətinin  arxaik  ritual  əsaslarını 
nəzəri metodlar və prinsiplərlə araşdırmaq lazımdır.  
 Novruzun  mənşəyi  ilə  bağlı  müxtəlif  mülahizələr 
mövcuddur.  Mirəli Seyidova görə Novruz mövsüm mərasimi 
ilə  bağlı  yaz  bayramıdır.  Digər  diqqəti  çəkən  mülahizə  isə 
“Novruz”un  “Yaradılış  bayramı”  olmasıdır.  Bu  mülahizəyə 
görə  Tanrının  dünyanı  və  insanı  yaratması  təbiətin  yazda 
dirilməsi  ilə  simvolizə  olunaraq  həmin  vaxtda  bayram  kimi 
qeyd olunur. Dünyanın  yaranmasında iştirak edən dörd ünsür 
dörd  çərşənbədə  qeyd  olunur  və  bu  yaradılış  bayram  edilir. 
Bu  mülahizəni  “Novruz”la  əlaqəli  şəkildə  H.  İsmayılov  şərh 
etmişdir.  Buradan  alınan  nəticə  ondan  ibarətdir  ki,  “Novruz” 
dünyanın və insanın yaradılmasının bayramıdır. 
Digər  bir  mülahizəyə  görə,  “Novruz”  Turanlıların 
“Tura”  bayramıdır.  Bu  mülahizəni  K.  Hüseynoğlu  irəli 
sürmüşdür.  M.  Cəfərli  “Novruz”un  sosial-mədəni  və  mənəvi 
aspektinə  diqqəti  yönəltmiş,  onun  dini  əsaslardan  məhrum 
olmadığından  və  sosial  harmoniyanın  təmin  olunmasında 
oynadığı müstəsna rolundan bəhs etmişdir. 
Novruz  bayramının  mənşəyi,  onula  bağıl  əsatirlər, 
miflər  qədimdir.  Orta  əsrlər  İran  əfsanələrinə  əsasən  Novruz 


 
32 
bayramı  ilk  dəfə  mifik  İran  şahları  Kəyümərs  və  ya  Cəmşid 
tərəfindən  tətbiq  olunmuşdur.  Ancaq  birinci  personaj  daha 
qədimdir və “Avesta” da Qara Martan adlanan bu obraz ilkin 
insan  və  ya  bəşəriyyətin  əcdadı  hesab  edilir.  Bu  personaj 
“Avesta”  ya,  heç  sübhəsiz,  Turan  aləmindən  daxil 
olmuşdur(37,102).  
 “Şahnamə”də  və  Ömər  Xəyyamın  “Novruznamə” 
risaləsində  qeyd  edilir  ki,  səhər  tezdən  günəşin  qoç  bürcünə 
qalxdığı  zaman  ilk  şah  Kəyümərs  kahinləri  topladı  və  ilin 
başlanğıcını bu ildən hesablamağı əmr etdi. 
 Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını 
Azərbaycanla 
bağlayır. 
Bu 
rəvayətə 
görə 
Cəmşid 
Azərbaycana  gələndə  qızıl  taxta  oturur  və  insanlar  onu  öz 
çiyinlərində  aparırlar.  Günəşin  şüası  Cəmşidin  üzərinə 
düşdükcə  insanlar  onu  görürlər  və  sevincdən  həmin  günü 
bayram edirlər.  
 Əski  fars  təfəkkürünə  görə  isə  Novruz  Cəmşidin  taxta 
çıxması  ilə  bağlıdır.  Bunu  Firdovsi  öz  “Şahnamə”  sində  də 
qeyd edir:  
“Edib Cəmşidə Gövhər nisar
Belə bir günə Novruz adı qoydular ” 
Təzə il başı Hürmüzi fərvərdin, 
Başa çatdırıb yerdəki zəhmətin 
Belə şanlı bayram neçə əsr var, 
Qalıbdır o şahdan bizə yadigar(38,50). 
Novruzla  bağlı  məlumatlara  N.  Gəncəvinin  əsərlərində 
də  rast  gəlirik.  Nizaminin  əsərlərində  “Novruz”,  “Sədə”, 
“Mehrikan”,  “Qurban”  və  “Orucluq”  bayramlarının  adı 
çəkilmişdir.Bir  sıra  müəlliflər  kimi,  Nizami  də  “Novruz” 
bayramını Cəmşidin adı ilə bağlamışdır: 


 
33 
Cəmşidin Novruzunda, Sədə bayramında, 
Onda ki, atəşkədələrdə ayinlər yenidən başlardı, 
Hər tərəfdən ər üzü görməmiş gözəl qızlar 
Evlərdən dışarı çıxardılar (16,170). 
Y.V,  Çəminzəminli  yazır  ki,  “Novruz”  bir  rümuzdur: 
işıq,  haqq  və  həqiqətin  qələbəsi  deməkdir.  Odur  ki,  ruhunda 
əbədi həqiqət daşıyan xalq onu təntənə ilə qarşılayır” (19,85).  
Zərdüştliklə  bağlı  bir  tədqiqatda  qeyd  olunur  ki, 
zərdüştlərin  müxtəlif  bayramlar  içində  Novruzun  qeyd 
olunması  mühüm  əhəmiyyət  kəsb  edirdi  (19,52).  Digər  bir 
tədqiqatda  isə  zərdüştlərin  yaz  bayramını  daha  geniş  və 
təntənə  ilə  qarşılaması  dini  etiqada  görə  Ahuraməzdənin 
Əhrimən üzərində qələbə əldə etməsi ilə izah edilir (20,98). 
Nizaminin  təsvir  etdiyi  bayramlar  heç  şübhəsiz  ki, 
zərdüşlik  dönəmində  zərdüştlər  tərəfindən  qeyd  olunmuşdur. 
Bu  bayram  bütün  dinlər  dövründə  yüksək  səviyyədə 
keçirilmişdir.  Nizami  bayramın  qədimliyini  göstərmək  üçün 
onu  qədim  əfsanəvi  obrazlarla  əlaqələndirmişdir.  Bu  Nizami 
tərəfindən  məsələnin  tarixinin  qədim  olduğunun  göstərildiyi 
bir bədii ifadə formasıdır: 
Firudin bayramında, Cəmşid Novruzunda 
Şadlıq  cahandan  qəmin  adını  silib  apardı.  Firudin 
bayramı  “Mehrikan”dır.  Bu  bayram  payızın  gəlməsi 
münasibətilə  məhsul  bayramı  kimi  qeyd  olunmuşdur.Novruz 
Cəmşidin  adı  ilə  əlaqələndirildiyi  kimi,  “Mehrikan”  da 
Firudin  adı  ilə  bağlı  idi.  “Sədə”  bayramı  isə  odla  bağlı  bir 
bayram olub, Novruzdan əlli gün əvvəl keçirilmişdir(18,126).  
Orta əsrlər Azərbaycan ədəbiyyatında baharla, Novruzla 
bağlı məlumatlar, təbiət və bayram təsvirlərinin əks olunduğu 


 
34 
motivlərə  rast  gəlirik.Məsələn,  Məhəmməd  Füzuli  “Novruz” 
və “Firuz” sözlərini şeirdə belə işlətmişdir: 
Hər yerdə ta Novruz ola, 
Gül bustanəfruz ola, 
Novruz tək Firuz ola 
Əyyami-şahi-övliya (83,92).  
 Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu 
çox  geniş  yayılmış  və  ümumi  bir  fikirdir.  Bu  prizmadan 
baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz 
əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla 
ölüb  yazla  dirilməsini  bayram  edirlər.  “Ölüb-dirilmə” 
məsələsində bayramın bu cütlüyün hansı tərəfinə aid olmasına 
münasibət  də  birmənalı  deyildir.  Məsələn,  V.Ya.Propp 
bayramlardakı  suda  batırma,  odda  yandırma  və  s.  bu  kimi 
hərəkətlərin şən və gülüşlə qarşılandığını əsas götürərərək rus 
mərasimlərində  dirilmənin  bayram  edilmədiyini  qətiyyətlə 
qeyd  edir.  Onun  fikrinə  görə,  dirilmə  deyil,  ölmə  bayram 
edilir.  Bu  vəziyyət  ilahiləşdirilmiş  kosmosa  göndərilənləri 
yola  salma  ritualı  müstəvisində  daha  da  dəqiqləşdirilə  bilər. 
Yəni  canlı  insanların  işarə  və  simvollarla  əvəzlənməsi 
“yaşlılar”  üçün  də,  bütün  cəmiyyət  üçün  də  həqiqi  bayram 
olur. Çünki ritual ölümü simvollaşdırılmış şəkildə olur, rəmzi 
xarakter daşıyır  və hər kəsin gülə bilməsi üçün  özündə ritual 
gülüşünün əsaslarını da ehtiva edir. 
Novruzda  biz  bu  ritualın  rudimentini  “Kosa-Kosa” 
oyununda 
görürük. 
Bu 
oyunda 
Kosanın 
ölümü 
simvollaşdırılmışdır.  Onun  “kəfənsiz  ölməsi”  belə  heç  kimi 
məyus  etmir,  əksinə  güldürür.  Kosanın  ölümü  ritual 
epizodunun  oyunda  ifadəsidir,  yəni  arxaik  ritualın  özü  və  ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə