Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 
43 
ibarətdir.  Başqırdca  yaxşı  mənasında  olan  arın,  yarmaq 
mənasında  olan  yarın,  yarış  mənasında  olan  yarış  –r/ar 
kökündən  olduğu  ehtimal  edilir.  Belə  düşünülür  ki,  Ural 
çayının 
buzlarının 
yarılması 
yazın 
gəlişinin 
ilk 
əlamətidir.Habantuyda  göstərilən  bütün  yarışlar  başqırd 
mifologiyasını simvolizə edir.Bayramın adı isə “haband”dır. 
İstənilən  xalqın  mifologiyası  qədim  dövrlərdən  kultla 
sıx bağlı olub. Mifologiya kult vasitəsilə reallaşıb, burada hər 
bir  ritual  insanların  Tanrıya  ibadət  hərəkətlərini  təcəssüm 
etdirir. Bunun nəticəsində kult şəbihə çevrilir. 
Yazın gəlişi, təbiətin oyanışını göstərən ilk  yaz bayramı 
“Karqatuy”dur.  Bu  bayramda  12  yaşından  yuxarı  oğlan 
uşaqları  və  qadınblar  iştirak  edirlər.  Bu  bayramın  əsas 
məqsədi  gələn  yaz  mövsümünün  uğurlu  olmasına  təsir 
göstərməkdir.  Bu  bayramın  əsas  ritualları:ərzaq  toplamaq, 
mərasim  sıyığı  hazırlmaq  ,  kollektiv  gəzinti,  quşların 
yemlənməsi,  birgə  xeyir-duadan  ibarətdir.  Bu  bayramda 
qadınlar  dağ  başına  qalxır,  ağacları  bəzəyir.  Yağış  yağması 
arzu  edilir.  Buğda  sıyığ,  hədiy  (tarı  butkası)  kimi  ritual 
yeməkləri hazırlanır. 
Səpin  başlananda  Sabantuy,  biçindən  sonra  isə  Yıyın
Tuy yıyını mərasimləri keçirilir.  
Başqırdların  Günəş  tanrını  (Tösre  Qoyaşı)  qarşılama 
mərasimində  üzü  günəşə  doğru  dayanılır,  ovuclar  üzə  tərəf 
olmaqla əllər açılır. Xalq inancına görə Günəş tanrı sağlamlıq 
verir. Günəşə müraciətlə oxunan ritual mətni belədir: 
 
Ey Qoyaşım! = Ey Günəşim! 
Ey, Tösre Qoyaş!= Ey Tanrı Günəş! 
Yaqtı kin birzes,= İşıqlı gün verdin, 


 
44 
Tınıs tin bir! = Dinc gecə ver! 
As itmö! = Ac etmə! 
Yalanqas itmö!= Yalın etmə! 
Qartlıqta moxtaj itmö! = Qocalıqda möhtac etmə! 
Yılıt bezze!= İsit bizi! 
İret bezze!=Qızdır bizi! 
Ey Tösre Qoyaş!= Ey Tanrı Günəş! 
Bu müraciət formullarında Göy Tanrı və Günəş eyniləşdirilir. 
Ayrıca işıqlanmanın özü böyüdülür və müstəqil gücə və ilahi 
tə`sirə  malik  olan  və  Günü  bəxş  edən  müstəqil  tanrı 
adlandırılır.  Başqırd  inanclarında  və  miflərində  Günəş  tanrı 
ilə Göy tanrı differensasiya olunur (История Башкортостана 
с  древнейших  времен  до  наших  дней.  Уфа,  2004,  с.  45). 
Volqaboyu  türklərində,  tatarlarda  günəşi  qarşılama  ritualının 
izləri folklor mətnlərində qalmaqdadır. Məsələn: 
Koyaş çık, 
Koyaş  çık  –  deyə  oxunan  mətn  həmin  arxaik  ritualın 
rudimentidir. Azərbaycan folklorunda da Günəşi qarşılama ilə 
bağlı mətn mə`lumdur: 
Gün çıx, gün çıx, 
Kəhər atı min çıx. 
Keçəl qızı evdə qoy, 
Saçlı qızı götür çıx. 
Yakut  türklərində  Tanrının  şərəfinə  keçirilən  yaz  bayramı 
Isıax”  dır.  Bu  bayramda  kımıs  payalanır,  oynayır,  rəqs 
edirlər,  təbiətin  yazda  dirlməsi  haqqında  nəğmələr  oxuyurlar 
(Yakutskie  narodnıe  skazki.  M.,  Detskaya  literatura,  1983, 
s.9.).  Bayram  xüsusi  bir  yerdə  keçirilir.  Həmin  yer  öncədən 
bayram  üçün  hazırlanır.  Təxminən  yarım  ay  əvvəl  bayramın 
keçiriləcəyi  yerə  ağaclar  əkilir.  Şaman  yerə  qımız  səpir, 


 
45 
dualar  edir.  Bayramda  dilək  dilənir,  niyyət  edilir,  əkilmiş 
ağaca lent kimi parça bağlanır. 
Yakutların  “Isıax”  bayramı  Günəşə  və  məhsuldarlıq 
mərasiminə  həsr  olunur.  Bu  bayramda  Günəş  səma  atı  kimi 
qəbul  eduilir  və  o  Yuryunq  Ayıı  Toyonun  (Ağ  yaradıcı 
cənab) özü kimi başa düşülür. Isıax bayramını ritualı və alqışı 
bilən hörmətli adamlar icra edir.  
Qırğızıstanda Novruzda  tonqal qalamırlar, amma evin, 
həyətin  odla  arınması  adəti  var.  Qırğızlar  bunu  qədim  türk 
şamanlarından  qalma  adət  hesab  edirlər.  Onlar  “Alas-alas, 
bəladan  xilas”-deməklə,  öz  həyətlərini  atəşlə  pis  ruhlardan 
təmizləyirlər.  Darı  yarmasından  “Novruz  köcö”  adlı  bayram 
yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda 
quzu  ətindən  əriştəyə  oxşar  un  məmulatından  hazırlanmış 
beşbarmaq  da  olur.  Bu  şirniyyat  əllə  yeyildiyi  üçün  belə 
adlanır(50) 
Türkmənistanda  bayramdan  beş-altı  gün  öncə,  evlərin 
təmizlənməsi  başlanır.  Türkmən  çörəyi,  plovu  və  müxtəlif 
şirniyyatlar  hazırlanır.  Səməni  Novruzun  xüsusi  yeməyi 
sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda
un  və  şəkərdən  səməni  bişirirlər.  Bayrama  bir  gün  qalmış 
bişirilən 
bu 
yemək 
21 
martda 
süfrələri 
bəzəyir 
(50).Türkmənlər Novruz tonqalına “saman otu” deyirlər. 
Qazaxıstanda,  adətə  görə,  evlərin  divarlarına,  müxtəlif 
əşyalar  üzərinə  gil  qablar  atıb  sındırırlar.  Bu  adət  köhnə  ilin 
pisliklərindən, xəstəliklərindən  yeni ildə uzaq olmaq məqsədi 
daşıyır.  Qazaxlar  da  tonqal  üzərindən  atlanırlar.  “Novruz 
köcü”,  Novruz  şorbası  və  ya  “Lapa”  adlı  yeməklər  bişirilib 
qonşulara  paylanır(50).  Özbəkistanın  Səmərqənd,  Buxara, 
Əndican  şəhərlərində  Novruza  həsr  edilmiş  şənliklər  bir 


 
46 
həftəyə  qədər  davam  edir.  Özbəklərin  bişirdikləri  xüsusi 
yeməklərdən  ən  əsası  məşhur  özbək  plovu,  samsa  və 
sümələkdir.  “S”  hərfi  ilə  başlayan  sünbül,  səbzi,  sirkə,  iydə 
(sancid)  kimi  7  nemət  süfrəyə  düzülür.  Güləş  və  at  yarışları 
bayrama  xüsusi  bir  gözəllik  qatır.  Novruz  günü  bir-birini 
qucaqlamaq  və  danışmağa  başlamazdan  əvvəl  üç  qaşıq  bal 
yemək  ən  əski  adətlərdəndir.  Bölgələrdə  təsərrüfatda  çalışan 
yaşlı insanlar əlini  yağa batırıb öküzlərin buynuzunu yağlayır 
ki, yeni il bərəkətli olsun(50). 
Özbəklərdə aşağdakı mövsüm mərasimləri qeyd olunur: 
1)  Qış  gecələri  və  ya  məclisləri  (qap-qaştak,  yasa-
yusun). Bu bizdəki çilə çıxartma mərasimlərinə uyğun gəlir. 
2)  Yaz  bayramları  –Navruz  və  şoxmoylar  (öküzlərin 
şum  üçün  sahəyə  sürülməsi,  yəni  şum  çıxarmanın 
başlanması), lola (lalə) , kizil qul (qızıl gül), loy  tutiş (palçıq 
vermə, yəni ev tikməyə başlama) bayramları. 
3)  Yay  təntənələri  içində  “kavun  sayli”  (yemiş 
bayramı), “çoy momo” və s.vardır. 
4)  Payız  bayramları  məhsul  yığımı  ilə  əlaqəli  olur. 
Buraya  Mexrqan,  thamol  çakiriş,  “uzum  sayli”  (üzüm 
bayramı) və misal ola bilər. 
Özbəklər  Novruz  süfrəsinə  “S”  ilə  başlayan  yeddi  ədəd 
yemək  və  yeddi cür ədviyyat qoyurlar.Ayrıca olaraq, süfrəyə 
böyük bir çörək, ətrafına boyalı yumurtalar və yaşıl yarpaqlar 
qoyulur.Bir  həftə  ərzində  qeyd  olunan  Novruz  günlərində 
müxtəlif tamaşalar təşkil olunur, oyunlar oynanır (52).  
Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep 
və  onun  ətrafında  22  mart  gününə  “Sultan  Novruz”  adı 
verilib.  Bu  bölgədə,  eləcə  də,  Qarsda  Azərbaycanda  olduğu 
kimi, qapı pusma, baca-baca adətləri yaşadılır(50). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə