Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 
27 
Şəhrivər,  Mehr,  Aban,  Azər,  Dey,  Bəhmən,  İsfənd.  İlin 
bürcləri bunlardır: Qoç, buğa, əkizlər,xərçəng, şir, qız, tərəzi, 
əqrəb, oğlaq, dolça, balıqlar. 
Türk  xalq  təqvimində  il  (el,  yıl,  jıl)  ilkin  olaraq  iki 
fəsilə-Yaza  və  Qışa  bölünür.  Mövsüm  adlarında  Yaz  Yayla, 
Qış Payızla fərqləndirilir. Yaza İlkbahar, Payıza isə Sonbahar 
da  deyilmişdir.  Payız  sözü  də  bir  şəkildə  son  baharı  bildirən 
(pa-e yaz- yazın ayağı) bir sözdür.  
Novruz  xalq  təqvimində  təbiətlə  də  əlaqələndirilir. 
Yazın,  baharın  gəlişini  bildirən  ilk  çiçəklərdən  biri 
“novruzgülü” adlandırılır.  
Şəhriyar  məşhur  “Heydərbabaya  salam”  əsərində 
“Şərhlər və izahlar”ında yazır: “Novruz gülü” və “Qar çiçəyi” 
ilk baharda əriyib getməkdə olan qar altından baş qaldıran iki 
gözəl  çiçəyin  adıdır  ki,  birisi  bənövşə  rəngli  libas  geymiş 
həyalı  və  utancaq  gəlinə  bənzər,  ikincisi  ağ  geyinmiş  şən  və 
fərəhli  aşiqi  xatırladır”.  Bu  iki  çiçəkdən  biri  bitdiyi  vaxtla 
(novrugülü),  digəri  şəraitlə  (qar  çiçəyi)  əlaqədar  ad  almışdır. 
“Qar  çiçəyi”  müxtəlif  xalqlarda  müxtəlif  əlamətə  görə 
adlandırılmış,  hər  xalq  bu  çiçəyin  bir  xüsusiyyətinə 
əsaslanmışdır.  Ruslar  çiçəyin  bitdiyi  yeri  (podsnejnik-qar 
altından  çıxan),  almanlar  onun  formasını  (Schenelglockchen-
hərfən  “qar  zınqırovu”  deməkdir),  fransızlar  hərəkət  tərzini 
(perceneige-  hərfən  “qarı  deşən,  qar  altından  çıxan” 
deməkdir),  ingilislər  daha  başqa  xüsusiyyətini  (snowdrop  – 
hərfən “qar damcısı”) əsas götürmüşlər(49,135). 
Azərbaycanda  bayramları  fərqləndirmək  üçün  rəng 
simvolikasından da istifadə olunmuşdur. Bu simvolikaya görə 
Novruz-Qırmızı  bayram,  Ramazan-Qara  bayramdır.  Xalq 
deyilişində  belə  ifadə  olunan  bu  simvolikada  qırmızı  şənlik, 


 
28 
şadlıq,  karnavallıq  bildirməklə  yanaşı,  günəşi,  istini  və  işığı 
ifadə  edir.  Qara  isə  daha  çox  böyük  mənasını  ifadə 
etməkdədir  ki,  bu  da  xalqın  dini  dəyərlərə  verdiyi  böyük 
önəmdən irəli gəlir.  
Azərbaycan  xalqının  təcrübəsində  Novruz  təqvim 
mərasimi  olmaqdan  çıxdıqdan  sonra  öz  əhəmiyyətini 
azaltmamışdır.  Bu  da  onun  arxaik  ritualdan  gələn  genetik 
əsaslara  malik  olmasının,  başqa  deyilişlə  bu  xalqın  öz 
bayramı olmasının təzahürüdür.  
 
 


 
29 
NOVRUZUN MƏNŞƏYİ 
 
Çin  mənbələrinə  görə,  baharın  gəlişi  ilə  bağlı 
mərasimlər  “Yengi  Kün”  adı  ilə  Hunlar  və  Göytürklər 
dövründən  bayram  edilirdi.  Miladdan  öncə  ikinci  əsrdə 
yaşamış Çin tarixçisi Simaşen “Tarixi xatirələr” adlı əsərində 
Hun 
hökmdarlarının 
yeni 
ildə-Novruzda 
bayram 
keçirdiklərini qeyd edib(50). 
Sasanilərin 
zamanında 
Novruz 
gecə-gündüz 
bərabərliyinə  5  gün  qalmış  başlanırmış,  Novruz  öncəsi 
keçirilən 
bayram 
Eyde 
suri” 
(Od 
bayramı) 
adlanmışdır.Bayram 21 gün davam etmiş, ən təntənəli hissəsi 
isə  19-cu  gün  olmuşdur.  Əksər  rituallar  bu  gün  icra 
olunmuşdur. Novruzda əfv fərmanı da verilmişdir. 
İran  folklorunda  xoşbəxtlik  gətirən  bir  neçə  yeni  il 
personajı var:Mir-e novruz (Yeni il şahzadəsi), Ateş Afruz və 
Hacı 
Firuz.Hacı 
Firuz 
onların 
ən 
məşhurudur.Bəzi 
mülahizələrə  görə  o  (Hacı  Firuz)  məhsuldarlıq  hamisi  olan 
Temmuzla eyniləşdirilir. 
Novruzun real bir mədəniyyət hadisəsi olaraq yaranması 
haqqında fikirlər üç əsas istiqaməti özündə birləşdirir: 
1) Ritual-etnoqrafik istiqamət; 
1) Filoloji istiqamət; 
2) Tarixi istiqamət. 
Təqdim olunan araşdırmada bu istiqamətlərin hər birinə 
diqqət  edilmişdir.  Ayrıca  olaraq  Novruzun  tarixindən  bəhs 
etsək,  onda  mütləq  onun  yaranması  ilə  bağlı  dörd  əsas  tarixi 
faktı qeyd etməliyik: 


 
30 
1)Novruz  on  iki  min  il  öncə  yaranmışdır.  Bu  fakt 
Qobustan  qaya  rəsmlərindəki  günəşi  qarşılama  arxaik  ritual 
təsvirlərinə əsaslanır; 
2)  Novruzun  yaranması  beş  min  il  öncəyə  aiddir.  Bu 
fakt Şumer abidələrindəki məlumatlara əsaslanır. Çünki orada 
mövsümlə bağlı mərasimlərdən bəhs olunmuşdur. Bunun bəzi 
ünsürləri  “Bilqamıs”  dastanında  da  müşahidə  olunur.  Burada 
bəhs  olunan  mərasimin  Novruzla  bəzi  bənzərlikləri  vardır. 
Bizcə, bunlar daha çox tipoloji xarakterlidir. 
3) Novruz  iki min altı  yüz  il  öncə  yaranmışdır.  Bu fakt 
Novruzu  Zərdüştliklə  əlaqələndirir.  Belə  ehtimal  edilir  ki, 
Novruz  Zərdüştlik  dininin  bayramıdır  və  ya  o  zaman  tətbiq 
edilmiş  təqvim  bayramıdır.  Əski  təqvimə  görə  Novruz 
fərvərdin ayının biri deyil və  ya başqa deyilişlə, Novruz mart 
ayının iyirmi birində olmamışdır. 
4)  Novruz  935  il  öncə  indiki  vaxtında,  yəni  fərvərdin 
ayının  birində  və  ya  mart  ayının  iyirmi  birində  keçirilməyə 
başlamışdır.  Bu  Səlcuqlu  sultanı  Məlikşahın  1075-ci  ildə 
hazırlatdırdığı və “Cəlali” təqvimi kimi tanınan rəsmi təqvimi 
ilə hesablanan tarixdir. Amma bu təqvimdən öncə də Novruz 
bayramının  (həm  də  Novruz  adı  ilə)  keçirilməsi  haqqında 
yazılı qaynaqlarda məlumatlar vardır. 
Novruzun  yaranması  ilə  bağlı  mifoloji  və  əfsanəvi 
məlumatlar da vardır. Bu əfsanələrin içində müxtəlif xalqalrın 
əski 
təsəvvürləri 
öz 
ifadəsini 
tapır. 
Məsələn, 
fars 
mifologiyasının bir sıra obrazları Kəymurəs, Cəmşid və b. ilə 
bağlı  əfsanələr  Novruzla  əlaqələndirilir.  Digər  tərəfdən  də 
Novruz  zərdüştliklə  bağlı  mərasimlərə  yaxınlaşdırılır. 
Məsələn,  zərdüştliyin  dini  mərasimi  olan  “Hörmüz”  bayramı 
Novruzla qarışdırılır. Onların adlarındakı bənzərlik də onların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə