Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     103 
 
 
Onu da deyək ki, fikrimizcə, elə Nadir şahın da, Sovet hakimiyyətinin də 
bu  cür  qadağaları  ümumilikdə  aşıq  sənətimizə,  xüsusən  qədim  dastançılıq  ənə-
nələrimizə qarşı çox böyük ədalətsizlik, vurulan ağır zərbələr idi. Yeni, xüsusilə 
XX  əsr  Azərbaycan  məhəbbət  dastanlarının  keyfiyyətcə  nisbətən  aşağı  səviy-
yədə olmasının bir səbəbini də, hesab edirik, məhz bunda axtarmaq lazımdır. 
Orta əsr dastanları süjet xətti,  macəraları  və əhvalatları, hadisələri  ilə əla-
qədar əsasən dörd hissəyə bölünür: qəhrəmanın anadan olması və ilk təlim-tərbi-
yəsi;  aşiq  və  məşuqun  buta  almaları;  qarşıya  çıxan  maneələr  və  onlarla  müba-
rizə; sınaq meydanı və qəhrəmanların timsalında haqqın, ədalətin qələbə çalma-
sı.  Bu  göstərilən  xüsusiyyətləri  XX  əsr  Azərbaycan  məhəbbət  dastanlarına  da 
aid etmək olar. Sadəcə, bir sıra fərqləri nəzərə almaq lazımdır. Belə ki, XX əsrə 
aid  adıçəkilən  nümunələrdə  aşiq  və  məşuqun  orta  əsrlərdəki  mücərrəd  buta  al-
maları  müasir  məhəbbət  dastanlarında  real,  həyati  sevgi  ilə  əvəz  olunmuşdur. 
Yəni  artıq  gənclər  bir-birini  yuxuda  görüb  eşqə  düşmürlər.  Onlar  real  həyatda 
bir-birini görüb, könül verib, əhd-peyman bağlayırlar. Sonra da real həyatda mü-
barizə apararaq vüsala çatırlar. Beləliklə, dövrlər, məqsədlər, obyektlər başqa ol-
duğu  üçün  üsullar,  mühitlər,  fonlar,  hətta  ruh,  ümumi  ahəng  də  xeyli  fərqlidir, 
başqa-başqadır.  Lakin  bu  fərqlə  yanaşı,  həmin  ümumi  xüsusiyyətlər  qədim  və 
yeni (XX əsr) dastanların bir-birinə nə dərəcədə bağlanmasını, bununla da klas-
sik dastan ənənəsindən XX əsr aşıqlarımızın  necə faydalanmalarını,  istifadə et-
mələrini göstərir.  
XX  əsr  Azərbaycan  məhəbbət
 
dastanları  bu  yolla,  bu  üsulla  yaranmışdır. 
İstər qədim, istər müasir (XX əsr) dastanlarımızın yaradıcıları real həyat hadisə-
lərini  təcəssüm  etdirməklə  yanaşı,  öz  təxəyyüllərinin  gücündən  də  istifadə  et-
mişlər.  Dastanların  mayasını,  mövzusunu  həm  yaşadıqları,  həm  də  özlərindən 
əvvəlki  dövrlərdən  alsalar  da,  bu  nümunələri  epik  boyalarla  zənginləşdirmiş, 
bədiiləşdirmişlər.  
XX  əsrin  məhəbbət  dastanlarının  əsasını  ilk  növbədə  ideal,  ülvi,  saf  və 
real,  həyati  sevgi  duyğuları  təşkil  edir.  Burada  ilahi  qüvvələrin  iştirakı,  daha 
doğrusu,  konfliktlərin  həllindəki  aparıcı  rolu  orta  əsrlərin  dastanlarına  nisbətən 
daha az nəzərə çarpır. Ön planda insanın öz gücü, iradəsi, əzmi dayanır. Bunun-
sa ən əsas səbəblərindən birini ictimai formasiyanın təpki və təsirində axtarmaq 
lazımdır.  Lakin  buna  baxmayaraq,  XX  əsr  məhəbbət  dastanlarımızın  bir  çoxu-
nun  mövzuları  lap  qədim  zamanlara  gedib  çıxdığından  belə  dastanların  qəhrə-
manları heç də onların müəllifləri sayıla bilməz. Bunlara misal olaraq şair Nov-
ruzun  “Sam  şahzadə”,  Aşıq  Əlinin  “Fərhad  və  Şirin”,  “Şahzadə  Bəhrəm”,  şair 
Nəbinin “Dilsuz və Xəzangül” və s. kimi XX əsr məhəbbət dastanlarını göstər-
mək olar. Həmin dastanlarda müəlliflər arxa planda dayanırlar. Əsas aparıcı ob-
razlar  olan  Fərhad,  Şahzadə  Bəhrəm,  Dilsuz,  Sam  şahzadə  isə  həm  qəhrəman, 
həm  çalıb-çağıran  aşıq,  həm  də  eşqə  düçar  olmuş  aşiq  kimi  təsvir  olunurlar. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     104 
 
 
Bunlar,  eyni  zamanda,  mövzusunu  yazılı  ədəbiyyatdan  götürmüş  dastan  nümu-
nələri sayılır. 
Qeyd  edək  ki,  XX  əsr  məhəbbət  dastanlarımızı  orta  əsr  dastanlarından 
fərqləndirən ən əsas cəhətlərdən biri də onların yaranma səbəbləri və üsullarıdır. 
Fikrimizcə, orta əsr dastanlarının çoxu aşıq sənətinin inkişafı boyu təbii şəkildə 
yaranaraq,  get-gedə  cilalanıb  formalaşmışdır.  Burada  hansısa  ustad  aşıq  dastan 
yaratmağı  qarşısına  məqsəd  qoyaraq,  planlı  şəkildə  buna  çalışmamışdır.  Yəni 
hər hansı  bir ustad aşığın taleyi,  həyatında baş verən hadisələr, məclislərdə, sə-
fərlərdə,  sevgilisinə  qovuşmaq  uğrunda  və  s.  başına  gələn  əhvalatlar,  üzləşdiyi 
çətinliklər,  məşəqqətlər  dildən-dilə,  ağızdan-ağıza  düşərək,  get-gedə  daha  çox 
maraq doğurub dastanlaşmışdır. Odur ki, bu ehtimal bir sıra tədqiqatçıların orta 
əsrlərin  məhəbbət dastanları  ilə  bağlı söylədikləri “dastanı ustad aşıq özü  yara-
dır”  qənaətinin  ağlabatanlıq  dərəcəsini  azaltmış,  heçə  endirmiş  olur.  Baxmaya-
raq  ki,  həmin  dövrdə  dastana  maraq  güclü  idi,  məclislərdə  aşığın  dastan  söylə-
məsinə tələbat vardı və s. Həmin dastanların yaranma səbəbinə gəldikdə isə, bi-
zə elə gəlir, hələ o dövrdə bu tələbat ola bilməzdi. Çünki onsuz da aşıq sənətinin 
inkişafı  boyu  bu  dastanlar  təbii  şəkildə  öz-özünə  yaranmaqda,  ağızdan-ağıza, 
məclis-məclis dolaşaraq, cilalanıb formalaşmaqda idi.  
XX əsrdə yaranan  yeni dastanlarınsa əksəriyyətinin  yaranma üsulu  və sə-
bəbi xeyli fərqli olmuşdur. Belə ki, son dövrlərdə, xüsusən Sovet hakimiyyəti il-
lərində  mədəniyyət  və  incəsənətin  bütün  sahələri  kimi,  aşıq  sənəti  də  birbaşa 
dövlətin – siyasi ideologiyanın nəzarətində idi. Odur ki, şeir, roman, povest, he-
kayə yazıldığı kimi, yeni dastanlar da yaradılmalı idi. Üstəlik, qonorar da verilir-
di. Artıq tələbat xalqdan  yox, siyasi  hakimiyyətdən gəlirdi. Və  yaradılan  bütün 
əsərlər  kimi,  dastanlar  da  sosialist  ideologiyasına  xidmət  göstərməyə  məhkum 
edilmişdi.  “Şahzadə  Bəhrəm”,  “Sam  şahzadə”,  “Dilsuz  və  Xəzangül”,  “Fərhad 
və Şirin”, “Tarlaçı qız”, “Soltan və Qəndab”, “Bəhmən və Humay”, “Şəmşir və 
Sənubər” və s. kimi dastanlar buna əyani sübutdur. 
Qeyd  edək  ki,  XX  əsr  Azərbaycan  məhəbbət  dastanlarının  bir  çoxunda 
müəllif  arxa  planda  dayanır.  İştirak  edən  qəhrəmanların  özləri  isə  əsərdə  həm 
qəhrəman,  həm  çalıb-çağıran  aşıq,  həm  də  eşqə  düşmüş  bir  aşiq  kimi  təqdim 
olunurlar. Demək, “bəzi aşıqlar və yaxud aşıq tərzində yazan şairlər öz adları ilə 
qəti surətdə bağlı olmayan dastanlar da yaratmışlar. Bu tip dastanlarda hətta qoş-
malar da onları  yaradan aşığın,  yaxud şairin adı  ilə deyil, qəhrəmanların adı  ilə 
bağlı olmuşdur” (6, 6). 
Lakin bununla yanaşı, XX əsrdə yaranan bir sıra məhəbbət dastanlarımız-
da müəllif həm də əsərin qəhrəmanı kimi çıxış edir. Bunlardan “Şəmşir və Sənu-
bər”,  “Bəhmən  və  Humay”,  “Tarlaçı  qız”,  “Soltan  və  Qəndab”  və  s.  kimi  yeni 
dastanları  misal  göstərmək  olar.  Ümumiyyətlə,  XX  əsr  Azərbaycan  məhəbbət 
dastanlarını  iki  qrupa  ayırmaq  mümkündür:  1)  mövzusunu  Şərqin  qədim 
hikmətamiz  əfsanə,  hekayə  və  rəvayətlərindən  götürmüş  dastanlar;  2)  Sovet 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə