Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə49/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     108 
 
 
can  burada  yaşayan  xalqların  bədii  yaradıcılıq  və  mədəniyyətinin  mərkəzidir. 
Azərbaycan  xalqının  şifahi  xalq ədəbiyyatında  yaranan  nümunələr arasında  na-
ğıl yaradıcılığı öz sanbalı və dəyəri ilə fərqlənir.  
Şifahi ədəbiyyatla yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi daimi əbədi yaradı-
cılıq  prosesidir,  onlar  arasında  nə  qədər  fərqlər  olsa,  həyatı  əks  etdirmək  baxı-
mından  müxtəlifliklər  nəzərə  çarpsa  da,  onları  bir-birinə  qarşı  qoymaq,  daxili 
strukturlarında inkaredici səbəb və xüsusiyyətlər axtarmaq mənasızlıqdan başqa 
bir  şey  deyildir.  Şifahi  yaradıcılıq  ədəbiyyatın  bazisidir,  yazılı  ədəbiyyat  isə 
onun  üstqurumudur.  Şifahi  ədəbiyyat  ilə  yazılı  ədəbiyyatın  ortaqlığının  ümumi 
cəhəti hər ikisinin söz sənəti olmasıdır. Həm şifahi, həm də yazılı ədəbiyyat söz 
materialına, sözün bədii ifadəsinə əsaslanır. Hər ikisi həyatı bədii obrazlarda, li-
rik  poetik  qəliblərdə,  geniş  epik  lövhələrdə,  gərgin  dramatik  səhnələrdə  əks  et-
dirir.  Hər  ikisi  poetik  qəliblərə,  ədəbi  tələblərə  və  ölçülərə  əsaslanır.  Hər  ikisi 
üçün poetik ifadə tərzi, təhkiyə və epik ənənə səciyyəvidir. 
Yazılı ədəbiyyatı folklordan fərqləndirən xüsusiyyətlər də vardır. P.R.Bo-
qatıryov  və  R.O.Yakobsona  görə  folklorla  yazılı  ədəbiyyat  arasındakı  fərq  on-
dadır  ki,  birincisi,  yəni  folklor-dil  sisteminə,  ikincisi,  yazılı  ədəbiyyat  isə  fərdi 
nitq dilinə meyllidir (1, 102) . 
Onu da qeyd edək ki, yazılı ədəbiyyat ayrı-ayrı şəxslərin nə dərəcədə xalq 
ümumiyyətindən  ucalmasını  göstərir.  Folklorla  yazılı  ədəbiyyatın  mövzu,  məz-
mun,  həm  də  üslub  etibarilə  yaxınlığı  artan  istiqamətdədir,  ümumiliklər  çox, 
fərqlər  isə  azdır.  Bütün  dövrlərdə  və  mərhələlərdə  şifahi  yaradıcılıq  yazılı  ədə-
biyyatın süjet, motiv, obraz və söz cəbbəxanası funksiyalarını qoruyub saxlamış-
dır.  Şifahi  ədəbiyyat  bütün  mərhələlərdə  yazılı  ədəbiyyatın  yaranmasında  bila-
vasitə müxtəlif dərəcə və amplitudalarda iştirak etmişdir. Məsələn, diqqət yetir-
sək görərik ki, dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da 
ən qüdrətli qələm sahibləri  xalq ədəbiyyatı nümunələrindən- hekayətlərdən, əh-
valatlardan,  rəvayətlərdən,  əfsanələrdən,  deyimlərdən,  məsəllərdən,  atalar  söz-
lərindən, nağıllardan və s. fəal şəkildə istifadə etmişlər. N.Gəncəvi, Nəsimi, Fü-
zuli,  Vaqif,  M.F.Axundov,  Q.Zakir,  S.Ə.Şirvani,  M.Ə.Sabir,  A.Şaiq,  A.Səhhət 
və onlarla digər sənətkarımız xalq yaradıcılığı qaynaqlarına dönə-dönə müraciət 
etmiş  və  bu  gün  zəngin  poeziyamızı,  dramaturgiyamızı  və  nəsrimizi  xalq  qay-
naqlarından kənarda düşünmək təbii ki, mümkün deyil. Yazılı ədəbiyyat folklor 
elminin  nəzəri  əsasları  üzərində  inkişaf  edən  elmi  ənənələrə  malikdir.  Yazılı 
ədəbiyyatın  keçdiyi  zəngin  inkişaf  yolu,  əldə  etdiyi  uğurlar  bunu  deməyə  əsas 
verir.  Ona  görə  də  şifahi  ədəbiyyatla  yazılı  ədəbiyyatın  elmi  və  mədəni  poten-
sialını,  nəzəri  ehtiyatlarını  yanaşı  və  müqayisəli  şəkildə  öyrənməliyik.  Şifahi 
ədəbiyyat  yazılı  ədəbiyyat  üçün  mənbə  olmaqla  yanaşı,  onun  tək-tək  janrların-
dan yazılı ədəbiyyatda istifadə formaları genişdir. Məsələn, bir çox şair və yazı-
çılarımızın yaradıcılığında nağılların müxtəlif formalarda istifadəsinə rast gəlirik 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     109 
 
 
və onların  yazılı  ədəbiyyatda iştirak  funksiyaları  istər-istəməz şifahi ədəbiyyata 
əsaslanır. 
Bildiyimiz kimi, Azərbaycan nağıllarının bir bölümünü heyvanlar aləmin-
dən bəhs edən nağıllar təşkil edir. Bu nağıllarda heyvanlar insanın fikir və hissi, 
onun həyati görüşlərinin əksi  forması kimi təsvir olunur. Heyvanlar haqqındakı 
nağıllar  folklorun  ən  qədim  janrlarından  hesab  olunur.  Nağılçılıqda  heyvanlar 
haqqında nağılların yeri və spesifik xüsusiyyətləri özünəməxsus şəkildədir. On-
ların müəyyən qismində əski təsəvvürlər və alleqoriya güclü olduğu kimi, müəy-
yən  qismində  təmsilçilik  də  mövcuddur.  Bu  nağılların  dünya  nağılları  ilə  müş-
tərək və fərqli cəhətləri də az deyildir. Eyni zamanda başqa xalqların bu tipli na-
ğıllar  ilə ümumilik və oxşarlıqları olsa da  milli  nağılçılıqla  bağlı kökləri dərin-
dir. Bütün zamanlarda nağıllar haqqında söz demək sözü yaratmaqdan daha çə-
tin və məsuliyyətli bilinmişdir. Çünki nağılların təhlili bir tərəfdən bədii duyum 
və  anlama  intellekti  ilə  bağlıdırsa,  digər  bir  tərəfdən  isə  hansısa  keçilmiş  vaxt-
tarix kəsiyində yazılanları modern düşüncə yozumunda təqdim etməklə bağlıdır. 
Bu  tip  nağılları  mifoloji  görüşlərlə  əlaqələndirib  bu  sıradan  olan  nümunələrdə 
heyvanların  insan  sifətləri  ilə  çıxış  etməsi  səbəbini  araşdıran  N.Seyidov  yazır: 
“Bizcə, o, bir sıra başqa səbəblərlə yanaşı, həm də nağılın maraqlı olmasına, ona 
müəyyən  məna  verməsinə  və  bədiiliyi artırmağa  xidmət edir. Həmin  nağıllarda 
iştirak edən heyvanlar iş və hərəkətlərinə görə iki şəkildə nəzərə çatdırılır. Birin-
ci  halda,  insanlara  xas  olan  cəhətlərin  heyvanlarda  təzahür  etməsidirsə,  ikinci 
halda  hər  heyvanın  ayrılıqda  özünə  aid  olan  xüsusiyyətləridir  ki,  bir  heyvanda 
olan  xarakterik  cəhət  başqalarında  yoxdur...  Bütün  bunlar  ilk  baxışda  ağlasığ-
maz bir əfsanə kimi nəzərə çarpır. Lakin hər heyvanın danışığı, hərəkəti, xarak-
teri  nağılçı  tərəfindən  elə  məharətlə  təsvir  edilir  ki,  bunlar  əfsanəlikdən  çıxır. 
Nağılçı  mənalı  bədii təsvir vasitələrindən  istifadə yolu  ilə obrazların daxili alə-
mini açır” (2, 61). 
Bir  çox  nağıl  süjetləri  dövrün  psixologiya  və  estetik  dəyərlərini  özündə 
əks etdirməklə cəmiyyətin ümumi tərəqqisinə  yoldaşlıq edib. Hər bir nağıl  mo-
delinin özünəməxsus obrazlar sistemi var. Məsələn, heyvanlardan bəhs edən na-
ğıllardakı obrazlar əsasən  insanın əhatəsində olan heyvanlardır. Belə  nağıllarda 
güclü  alleqoriya  vardır  və  onlarda  mübaliğə  də  mühüm  yer  tutur.  Heyvanlar 
haqqında olan nağıllarda demək olar ki, bütün hərəkətlər, əşyalar, hadisələr mü-
baliğəli təsvir olunur. Bu, heyvanlar haqqında olan nağılların səciyyəvi xüsusiy-
yətlərindən  –  süjetin  möcüzəli  hadisələr  üzərində  qurulmasından  irəli  gəlir. 
Şərqin böyük mədəni abidəsi “Kəlilə və Dimnə”də bu əlamətlər daha güclüdür. 
Onu da qeyd edək ki, “Kəlilə və Dimnə” əsəri təqribən III-IV əsrlərdə şifahi he-
kayələr  şəklində  ilk  öncə  Hindistanda  meydana  çıxmışdır.  Sonralar  hind  brəh-
mənləri  onu  kağıza  köçürüb  işləməyə  başlamışlar.  Zaman  keçdikcə  onlar  İrana 
və Ərəbistana yayılmışdır. “Kəlilə və Dimnə”də əhvalatlar heyvanların dilindən 
nəql olunur. Əlbəttə, bu sadəcə bədii üsuldur. Əslində isə burada insan həyatının 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə