Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə51/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     112 
 
 
raqlıdır: “Hər bir təmsildə insan idrakından doğan tərbiyəvi cəhət özünə yer alır. 
Folklorşünaslıqda  təmsillərin  indiyə  qədər  toplanmaması,  tədqiqata  tamlıqla 
cəlb  edilməməsi  təəssüf  doğurur.  XIX  əsrdən  sonra  demək  olar  ki,  yazılı 
ədəbiyyatda  xalq  yaradıcılığından  gələn  təmsillərə  belə  toxunulmayıb.  Düzdür, 
sonralar Hikmət Ziya da təmsil yazmışdır. Amma bunu folklorda olan təmsillər-
lə müqayisə etmək olmaz. Nizami kimi dahilərin bəhrələndiyi təmsillərdən, fol-
klordan  müasir  yazarların  da  faydalanması  onların  ən  ümdə  vəzifələrindəndir” 
(6, 159).  
 
 
 
 
Epik növün ən qədim janrlarından olan təmsil folklor daxilində nəsrlə ya-
radılır. Təmsil həcmcə kiçik olur. Lakin dərin məna ifadə edir. Təmsilin əsas xü-
susiyyəti tənqidi  və satirik  mövzuda olmasıdır. Qeyd etdiyimiz kimi, ədəbiyya-
tımızda  təmsilin  ilk  nümunələrinə  N.Gəncəvinin  “Sirlər  xəzinəsi”  poemasında 
rast gəlirik. Nizami Gəncəvi çoxsaylı, müxtəlif əfsanələrlə yanaşı, ona çox yaxın 
olan  təmsillərdən  də  ustalıqla  istifadə  etmişdir.  Şair  istədiyi  fikri,  ideyanı  daha 
canlı  ifadə  etmək  üçün  xalq  təmsillərindən  bacarıqla  faydalanmışdır.  Əvvəllər 
folklor nümunələri kimi yaranan bu təmsillər sonralar yazılı ədəbiyyata da daxil 
olmuşdur. Onu yazılı ədəbiyyata ilk gətirənlərdən biri də Nizamidir. Amma Ni-
zami  hər  oxuyub  öyrəndiyini,  hər  eşidib  bildiyini  olduğu  kimi  öz  poeziyasına 
gətirməmiş, əksinə bunları saf-çürük etmiş, ağıl süzgəcindən keçirmiş, “ağılaba-
tan”  şəkilə  salmış,  xalq  ədəbiyyatının  bədii  boyalarından  öz  üslubuna  uyğun 
tərzdə istifadə etmişdir. Şairin “Nuşirəvan və bayquşların söhbəti”, “Ovçu, it və 
tülkü  dastanı”,  “Meyvə  satanla  tülkünün  nağılı”,  “Firidun  ilə  maralın  dastanı” 
əsərləri  “Sirlər  xəzinəsi”  poemasına  daxil  olan  təmsillərdir.  Bilirik  ki,  Nizami 
Gəncəvi  çoxsaylı,  müxtəlif,  rəngarəng  əfsanələrlə  yanaşı,  ona  çox  yaxın  olan 
təmsillərdən  də  ustalıqla  istifadə  etmiş,  onların  məna  və  məzmununu  “Ovçu,  it 
və tülkü dastanı” nda ifadə etmişdir (7, 63). 
Şifahi xalq yaradıcılığından bacarıqla istifadə edən Nizami Gəncəvinin “Sir-
lər xəzinəsi” poemasına daxil etdiyi digər bir təmsil “Bülbül və qızılquş dastanı” 
adlanır. Bu təmsilin də əsas məzmununu istehza təşkil edir. Nizami daxilən acıyır, 
kədərlənir,  zahirən  istehza edir.  Adama elə  gəlir  ki, Nizami  susmağı  üstün tutur. 
Lakin  əsərin  ictimai  məzmunu  əsl  həqiqəti  üzə  çıxarır  (7,  90).Daha  sonralar 
A.Bakıxanov,  Q.Zakir,  S.Ə.Şirvani,  A.Səhhət,  A.Şaiq  və  M.Ə.Sabir  də  qələmini 
təmsil janrında sınamış, təmsil mövzularını folklordan alıb nəzmə çəkmişdir. 
A.Bakıxanov  böyük  rus  şairi  İ.A.Krılovun  “Eşşək  və  bülbül”  təmsilini 
Azərbaycan  dilinə  tərcümə  etmiş,  “Yersiz  iftixar”,  “Qurd  və  ilbiz”,  “Tülkü  və 
qoyun”  adlı  alleqorik  əsərlər  yazmışdır  (8,  15).  A.Bakıxanov  bu  tərcüməsi  ilə 
Rus və Azərbaycan ədəbiyyatı arasında qarşılıqlı əlaqəni də inkişaf etdirmişdir. 
Cəsarətlə qeyd etmək olar ki, şairlər tərəfindən qələmə alınan təmsillərin mövzu 
dairəsi  xeyli  kiçilmiş,  bir  qədər  də  xalq  deyimlərindən  uzaqlaşaraq  şəxsi 
subyektdə  verilmişdir.  Lakin  burada  əhəmiyyətli  cəhət  odur  ki,  hər  bir  təmsil 
yazan şair sonda öz qənaətlərini  və nəticələrini  ifadə edir ki, bunlar da təmsilin 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     113 
 
 
əxlaqi-tərbiyəvi təsir gücünü artırır. Onu da qeyd etməliyik ki, müəlliflərin təm-
sil  janrının  xalq  ədəbiyyatı  daxilində  bu  qədər  geniş  yayılmasından  bəhs  etmə-
ləri onunla bağlıdır ki, təmsillər vaxtında toplanıb nəşr edilməmişdir. Xalq təm-
sillərini xalqdan alıb yenidən nəzmə çəkmiş Q.Zakir də hər məsələni olduğu ki-
mi açıqlayır. O, “Xain yoldaşlar haqqında” təmsilinin sonunda yazır:  
 
 
 
 
 
Müşküldü həzm etmək hər belə nəsri 
 
Əhv eyləsin arif gər ola kəsri (9, 121).   
 
 
 
Q.Zakirin realist yaradıcılığında təmsillərin əhəmiyyəti müstəsnadır. Onun 
nəşr olunmuş “Seçilmiş əsərləri”ndə: “Aslan, qurd və çaqqal”, “Dəvə və eşşək”, 
“Tülkü  və  qurd”,  “Xain  yoldaşlar  haqqında”  (“İlan,  dəvə,  tısbağa”),  “Tülkü  və 
şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, qarğa, kəsəyən, ahu”) adlı altı təm-
sili  çap  olunmuşdur. 
Q.Zakir  təmsillərini  yazarkən  birinci  növbədə  şifahi  xalq 
yaradıcılığında  geniş  yayılan  təmsillərdən  və  məşhur  hind  abidəsi  “Kəlilə  və 
Dimnə”  əsərindən,  həmçinin  Nizami  Gəncəvi,  Cəlaləddin  Rumi,  Məhəmməd 
Füzuli təmsillərindən istifadə etmişdir.
 
Qeyd etdiyimiz kimi, Qasım bəy Zakir “Aslan, qurd və çaqqal” təmsilinin 
mövzusunu da şifahi xalq ədəbiyyatından – “Dost dosta tən gərək” (“Qurd, tül-
kü, şir”) nağılından götürmüşdür. Təmsildə də nağılda olduğu kimi ovların böl-
güsü  iki  mərhələdən  keçir.  İlk  bölgünün  qurbanı  qurd,  ikinci  bölgünün  qalibi 
ovun üçünü də şirə verən çaqqal olur (9, 98). 
Ümumiyyətlə, şairin əsərləri bu gün də ictimai tərbiyə vasitələri kimi gənc 
nəslin  əxlaqına,  davranışına,  ailə  münasibətlərinə,  dünyagörüşünə  müsbət  təsir 
göstərir, bədii-estetik zövq  mənbəyi kimi gənclərdə  yüksək  mənəvi-əxlaqi key-
fiyyətlər aşılayır. Zakirin fikrincə, birlik, dostluq hər şeyə qadirdir. İnsana insan-
dan  kömək  dəyməsə,  aləmdə  daş  daş  üstə  durmaz.  Birliyi  olmayan  xalq  öz ta-
leyini  həll  edə  bilməz.  Birlik,  mütəşəkkillik  xalqın  varlığını  müəyyən  edən  tü-
kənməz qüvvə mənbəyidir. Dostluqda sədaqətli, etibarlı olmağı Zakir “Sədaqətli 
dostlar” təmsilində də çox gözəl təsvir etmişdir. Mövzusu “Kəlilə və Dimnə”dən 
götürülmüş həmin təmsil də sədaqətli dostluğun nə demək olduğunu gənc nəslə 
aşılayır.  Zakirin  fikrincə,  hər  kəs  özünə  uyğun  dost  seçməlidir  (9,  104).  Belə-
liklə,  A.Bakıxanov  və  Q.Zakirlə  başlayan  yeni  təmsilçiliyi  S.Ə.Şirvani  davam 
etdirmiş və müasir tərbiyə ilə bağlı bir neçə təmsil yazmışdır. 
S.Ə.Şirvaninin  təmsillərində  isə  ən  çox  bəhs  edilən  əxlaq  məsələlərindən 
biri  sadəlik və təvazökarlıqdır. Şair  “Ayı  və  siçan”, “Aslan  və qarışqa”,  “Siçan 
və balası”, “Aslan və iki öküz”, “Eşşək və arılar”, “Siçan və pişik”, “Maral haq-
qında  hekayə”,  “Tülkü  və  çaqqal”  təmsillərində  sadəlik  və  təvazökarlığın  insa-
nın  bəzəyi olduğunu göstərir və oğlunu daim  bütün  işlərində sadə və təvazökar 
olmağa  çağırır.  Şairin  başlıca  tənqid  hədəfi  isə  cəhalət  və  nadanlıqdır.  Diqqət 
yetirsək görərik ki, “Qaz və durna” təmsilində də S.Ə.Şirvani elə buna işarə edir 
ki,  qeyri-təvazökarlıq,  lovğalıq  və  təkəbbürlülük  çox  vaxt  insanın  başına  bəla 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə