Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə50/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     110 
 
 
bəzi əhəmiyyətli, vacib məsələləri əks olunmuşdur. Hikmətamiz fikirlər və mü-
lahizələr bütün hekayələrin əsasında durur. Hər əhvalatda müəyyən nəticə çıxa-
rılır (3, 3-6). 
Azərbaycan şifahi  və  yazılı  ədəbiyyatında heyvanlar haqqında  nağıllar və 
təmsillərin yeri və rolu müəyyənləşdirilmiş, elmi mənzərəsi yaradılmışdır. Hey-
vanlar  aləmindən  bəhs  edən  nağıllarda  və  təmsillərdə  süjet  sadə olur.  İştirakçı-
ların sayı yaxşı tanış olan heyvan və quşları əhatə edir. Bir sıra süjetlər əşya və 
hadisələrin  sadalanması  üzərində  qurulur,  heyvan,  əşya  və  insanlar  bir-biri  ilə 
asılılıqda güstərilir. 
Diqqət  yetirsək  görərik  ki,  heyvanlar  haqqında  nağılların  və  təmsillərin 
üzərində sanki zamanın möhürü var. Belə ki, burada ayrı-ayrı heyvanlar, bitkilər 
və digər canlılar insan kimi şəxsiyyətləndirilib danışdırılır və onların timsalında 
cəmiyyətdə olan yaramaz insanların eyibləri müxtəlif hərəkət və danışıqlar vasi-
təsilə özünü göstərir. Məsələn, “Dost dosta tən gərək” nağılı bunun bariz nümu-
nəsidir. Bu nağılda da nümunəvi dostluğun təsviri mümkün deyil. Ona görə ki, 
bu  dostluq  əxlaqi  normalara  yox,  “heyvani  sərbəstliyə”  əsaslanır.  Bu  sərbəstlik 
imkan  verir  ki,  yeməyi  ələ  keçirmək  ehtirası  başlıca  çıxış  nöqtəsi  kimi  özünü 
göstərsin, kim güclüdürsə yeməyi ələ keçirsin, kim hiyləgərdirsə, ölümdən yaxa-
sını  qurtarsın,  kim  gücsüz  və  axmaqdırsa  dərisi  boğazından  çıxarılsın.  Bu  cür 
heyvani sərbəstlikdə didaktika axtarmaq yerinə düşmür. Bizcə nağılın adı sadəcə 
olaraq “Dostlar” olmalı  idi. Belə bir başlıq nağıldakı “heyvani sərbəstlik”  məz-
mununu inkar yox, təsdiq edərdi. “Dost dosta tən gərək” nağıl yox, didaktik alle-
qoriya üçün daha münasibdir (4, 43). 
Heyvanlar və quşlar da nağıllarda düşünür və danışır. Təbiətin canlandırıl-
ması isə animist dünyagörüşündən irəli gəlir. Poetik şərtilik daşıyan bu xüsusiy-
yətə təmsillərdə də təsadüf olunur. Deməli, nə personajlar, heyvanlar, nə də on-
ların  düşünmək  və  danışmaq  qabiliyyəti  təkcə  heyvanlar  haqqındakı  nağıllarda 
təsadüf olunmur. Bir cəhəti də göstərmək lazımdır ki, heyvanlar aləmindən bəhs 
edən  nağıllarda  və təmsillərdə  hadisələr əsasən  sadə şəkildə  inkişaf edir, bəzən 
nikbin, bəzən də əksinə sona yetir. Sehrli nağıllarda isə hadisələr möcüzəli yolla 
həll  edilir,  həm  də  xeyirin  qələbəsilə  sona  yetir.  Bu,  sehrli  nağıl  poetikasının 
əsas xüsusiyyətlərindən biridir. Ancaq sehrli nağıllara diqqət yetirsək görərik ki, 
onlarda  heyvanlar  əsas  iştirakçı  olmayıb  köməkçi  funksiyasını  yerinə  yetirir. 
Heyvanlar aləmindən bəhs edən nağıllarda və təmsillərdə isə müxtəlif heyvan və 
quşlar  iştirakçı  olur,  onların  hərəkət  və  münasibətləri  süjetin  əsasında  durur. 
Eləcə də heyvanlar haqqında nağıl və təmsillərdə bütün heyvanlar və quşlar hər 
biri  fərdi  səciyyə  daşıyır,  hərəkət  tərzlərinə,  xarici  görünüşlərinə  görə  qiymət-
ləndirilirlər. Belə ki, tülkü həmişə hiyləgər, xoruz lovğa, it sədaqətli verilir və s. 
Heyvanlar  haqqında  nağıllarla  təmsillər  bir-birini  tamamlayıcı  mahiyyətdədir. 
Ona  görə  də  heyvanlar  haqqında  nağıl  və  təmsillər  özünəməxsus  süjet  tərkibi, 
obrazlar  sistemi,  ənənəvi  formul  və  üsulları,  bədii  təsvir  vasitələri  ilə  seçilir. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     111 
 
 
Məhz  bunlar  heyvanlar  haqqında  olan  nağılları  və təmsilləri  digər  epik  janrlar-
dan fərqləndirməyə imkan yaradır və onların folklor araşdırmalarındakı əsas el-
mi istiqamət və prinsiplərini müəyyənləşdirməyə, səciyyəvi xüsusiyyətlərini aş-
kara  çıxartmağa  imkan  yaradır.  Qeyd  etdiyimiz  kimi,  ayrı-ayrı  şair  və  yazıçı-
larımız tərəfindən təmsillər nəzmə çəkilərək,  yenidən  işlənmiş  və bunlara onla-
rın subyektiv mülahizələri əlavə edilmişdir. 
Prof.  S.Pirsultanlı  qeyd  edir  ki,  təmsilin  tarixi  obrazlı  sözün  tarixi  qədər 
qədimdir. Təmsil həm Şərq, həm də Qərb ədəbiyyatında, həm şifahi, həm də ya-
zılı  bədii  nümunələrdə,  həm  ən  qədim  dövrlərdə,  həm  də  bizim  günlərdə  möv-
cud olan ciddi, kəskin, fəal və böyük ictimai-əxlaqi təsirə malik ədəbi formadır. 
Bir ədəbi  forma, bir  janr kimi təmsilin  müəyyənləşmiş poetikası, üslubu, tələb-
ləri,  normaları,  spesifik  tematikası,  üslubu  və  surətlər  aləmi,  dünyaca  məşhur 
nümayəndələri var. Təmsil janrının ayrıca bir ədəbi janr kimi formalaşıb, xüsusi 
mövqe  qazanmasında  şifahi  təmsil  təcrübəsi,  yazılı  ədəbiyyatla  müştərək  əlaqə 
nəticəsində  təmsil  janrı  güclü  bir  dünyəvi  ədəbi  forma  kimi  kamala  çatmışdır. 
Təmsil  janr  olaraq  bir  zərurət  kimi  meydana  gəlmişdir.  Təmsillər  yurdumuzun 
hər  yerində  yox,  daha  çox  Ucar  və  Kürdəmirin  Şilyan  kəndində  və  başqa 
bölgələrdə yayılmışdır (5, 28). 
Təmsillərdə  mənəvi-etik  problemlərə  həsr  edilmiş  bir  sıra  nümunələrdə 
maraqlı cəhətlətdən  biri də  budur ki,  bu  nümunələrin  müəllifləri  müxtəlif olub, 
müxtəlif  maraq  dairəsinə,  müxtəlif  yazı  materialına,  yaradıcılıq  imkanlarına  və 
digər xüsusiyyətlərə  malikdir. Onu da qeyd edək ki,  mənəviyyat problemi,  mə-
nəvi-əxlaqi  axtarışlar  mövzusu şifahi  və  yazılı ədəbiyyatın əzəli  və əbədi prob-
lemi və mövzusudur. Odur ki, olduqca geniş bir sahədir. Bu genişlik müasir ədə-
bi prosesin hərəkət və irəliləyişində də aydın görünür. Təmsillərdə nakəslər əq-
rəb, ilan, qurbağa, tikan cildində də tənqid atəşinə tutulur. Onu da qeyd edək ki, 
bu heyvanlar Azərbaycan təmsili üçün yeni deyil, sadəcə onlar yeni cəhətləri ilə 
çıxış edir və bu heyvan surətlərinin arxasında insanların hərəkətləri, münasibət-
ləri  durur.  Təmsillərin  hamısı  real  həyatla  bağlı  olub,  yaşadığımız  illərin  hadi-
sələri ilə səsləşir, insanların ilk baxışda gözə görünməyən mənfi xislətlərini açıb 
göstərə  bilir.  Ümimiyyətlə,  təmsillərdə  millətin  ruhu  və  o  ruhun  incə  meyl  və 
hərəkətləri təsvir edilir. Cəmiyyətin sağlamlığı və ya ondakı əyintilər, adamların 
yaşadığı mənəvi mühitin müsbət və ya mənfi, kamil və ya naqis cəhətləri bu və 
ya digər dərəcədə təmsillərdə əks olunur. Varlığın, gerçəkliyin, mənəvi mühitin 
təmsillərdə  izi,  əlaməti  olduğu  kimi,  onların  da  həmçinin  varlığa,  gerçəkliyə, 
mənəvi mühitə də təsiri olur. 
Quşlarla,  ilanlarla  əlaqədar  elə  əfsanələr  də  var  ki,  mahiyyətində  təmsil 
dayanır.  Prof.  S.Pirsultanlının  1985-ci  ildə  çap  etdirdiyi  “Azərbaycan  xalq 
əfsanələri”  kitabında  verilmiş  “İlan  məhəbbəti”  və  “Qu  quşu”  əfsanələri  daha 
çox  təmsillərlə  bağlıdır.  Bu  tədqiqat  bir  məsələni  də  üzə  çıxarır.  Quşlarla, 
ilanlarla  və  başqa  canlılarla  bağlı  olan  əfsanələrin təmsillərlə  bağlılığı  çox  ma-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə