Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     114 
 
 
gətirir. Dil baxımından sadə olan bu təmsil məna baxımından aktualdır və böyük 
tərbiyyəvi  əhəmiyyət  kəsb  edir.  Aşağıdakı  misralara  diqqət  yetirsək  görərik  ki, 
təmsilin məzmununda qüvvətli təsir gücünə malik bir əxlaqi ideya var: 
   
 
 
Vaqif ol, ey oğul, bu mənadan. 
 
 
   
 
 
Yeni bir elmə daim ol talib,   
 
 
   
 
 
Zifən ol zifünunədir qalib. 
 
 
 
   
 
 
Kişi bir sənəti bilər xalis, 
 
 
 
   
 
 
Çoxuna meyil edən qalar naqis (10, 29). 
 
 
 
Seyid Əzim Şirvaninin təmsillərində xalq hikməti və yumorunun ən yaxşı 
xüsusiyyətləri əks olunmuşdur. Bunlar uşaqların əqli cəhətdən yetkin, mənəviy-
yatca  sağlam,  şən  və  nikbin  yetişməsi  işinə  müsbər  təsir  göstərir.  Seyid  Əzim 
Şirvani  uşaqlara  məxsus  əsərlərini  yaradarkən  yaxşı  bələd  olduğu  Şərq  ədəbiy-
yatından  bol-bol  bəhrələnmişdir.  O,  tədbil,  iqtibas  və  tərcümə  etmək  yolu  ilə 
ərəb,  fars  və  türk  ədəbiyyatından  azərbaycanlı  uşaqların  mütailəsinə  xeyli  əsər 
daxil  etmişdir.  Bu  nümunələr  “Rəbiül-ətfal”  və  “Tacül-kütub”da  əksər  hallarda 
ayrı-ayrı  öyüd  və  nəsihətlərin  məzmununa  uyğunlaşdırılaraq,  müəllifi  göstə-
rilmədən verilmişdir. Bunlardan başqa şairin bilavasitə uşaqlar üçün nəzərdə tu-
tulmuş müstəqil tərcümələri də vardır. Bu baxımdan İran xalq ədəbiyyatı nümu-
nəsi  –  “Bəxtiyarnamə”  dastanı  və  XIII  əsrdə  yaşamış  məşhur  fars-tacik  şairi 
Übeyd  Zəkaninin  “Siçan  və  pişik  dastanı”  diqqətə  layiqdir.  “Siçan  və  pişik 
dastanı”nda  alleqorik  şəkildə  orta  əsr  saray  çəkişmələri  və  feodal  müharibələri 
tənqid  olunur.  Dastanın  əyləncəli  məzmunu,  münaqişənin  gərginliyi,  xüsusilə 
siçan  və  pişiyin  şəxsləndirilməsi  uşaq  mütaliəsinə  verilən  tələblər  baxımından 
maraqlı idi (10, 29). 
Azərbaycan ədəbiyyatına zəngin bədii irs bəxş etmiş Abbas Səhhət də bə-
dii  yaradıcılığında təmsillərdən  məharətlə  istifadə edən şairlərimizdəndir. Onun 
“Qarışqa  və  milçək”,  “Ayı  və  arılar”,  “Tülkü  və  meymun”,  “Tülkü  və  qurd”, 
“Ayı  və şir”, “Sərçə  və qarğa”, “Qurd və quzu”,  “Fil  və alabaş”  və s. təmsillə-
rində lovğalıq, təkəbbürlülük, yalançılıq, ikiüzlülük kimi mənfi xüsusiyyətlər if-
şa  edilir.  Bu  təmsillərdə  şair  xalq  idrakına,  xalq  həyat  və  mənəviyyatına  əsas-
lanır və sadə, aydın, konkret dil bu təmsillərin əsas məziyyətinə çevrilir. Abbas 
Səhhət  Krılovun  “Qartal  və  toyuqlar”,  “Qarğa  və  tülkü”,  “Meymunlar”,  “Qur-
bağa  və  öküz”,  “Dovşan  şikarda”,  “Kəndli  və  tülkü”,  “Eşşək  və  bülbül”  adlı 
təmsillərini  də  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Krılovun  təmsillərinin  iki 
xüsusiyyəti var: tənqid və nəticə. Onun təmsillərinin bir çoxu öz dövrünün icti-
mai  nöqsanlarını,  ayrı-ayrı  hadisələri  və  tək-tək  adamları  tənqid  edir.  Onu  da 
qeyd edək ki, Krılov şeirlərinin birində deyirdi: “Yeri düşəndə nöqsanları qam-
çılamaqdan xoşum gəlir” (11, 5). 
Abdulla  Şaiq  yaradıcılıgında  da  təmsillər  xüsusi  yer  tutur.  Əsrlərdən  bəri 
şair və yazıçılarımıza tükənməz mənbə olan zəngin folklorumuz Abdulla Şaiq ya-
radıcılığından  da qırmızı  xətlə  keçir. Şair  “Tülkü və  aslan”,  “Aslan, qurd  və tül-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     115 
 
 
kü”, “Tülkü və qurd”, “Tülkü və dəvə”, “Tülkü və xoruz”, “Dəvə və siçan”, “Arı 
və eşşək”, “Arı və dovşan”, “Hacıleylək və sərçə”, “Dəvə, tülkü və qurd” təmsil-
lərinin mövzu və süjetini heyvanlar haqqında olan nağıllardan götürüb. Məsələn, 
“Aslan, qurd və tülkü” təmsilinin mövzusunu türk xalqları arasında geniş yayılan, 
qısa süjeti, kəskin satirası və dərin sözaltı mənası ilə seçilən “Qurd, tülkü, şir” və 
ya “Dost dosta tən gərək” alleqorik nağılından götürmüşdür (12, 19) . 
Beləliklə, görürük ki, şifahi xalq ədəbiyyatından istifadə zamanı sənətkar-
lar  məhdud bir çərçivədə qalmamış, geniş bir ümumiləşdirmə bacarığı  ilə dərin 
mündəricəli əsərlər yarada bilmişlər. Bu isə sənətkarlara xalq varlığını daha də-
rindən  duymaq,  öz  fikirlərini  bariz  və  vüsətli  cizgilərlə  canlandırmaq  üçün  bö-
yük imkanlar açır.  
İşin  elmi  nəticəsi.  Heyvanlar  haqqında  nağıl  və  təmsillərin  folklor  araş-
dırmalarındakı  əsas  elmi  istiqamət  və  prinsipləri  müəyyənləşdirilib,  elmi  təhlili 
aparılıb. 
İşin  elmi  yeniliyi.  Heyvanlar  haqqında  nağıl  və  təmsillərin  aparıcı əxlaqi 
kateqoriyaları  müəyyənləşdirilmiş,  obrazlar  sistemi  müqayisəli  şəkildə  öyrənil-
mişdir. 
İşin tətbiqi əhəmiyyəti. Heyvanlar haqqında nağıl və təmsillərin bədii xü-
susiyyətləri və ictimai əhəmiyyəti böyükdür. Araşdırmalarımız həm nəzəri, həm 
də  folklor  nümunələri  əsasında  aparılıb.  Məqalə  mühüm  nəzəri  və  praktik  əhə-
miyyətə  malikdir. Qeyd etdiyimiz əsas elmi  yeniliklər elmi  faktların zənginləş-
məsində rol oynaya bilər. 
 
 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. 2 cilddə, II cild. Bakı, Elm, 2006, 648 
səh. 
2. Azərbaycan folkoru külliyyatı. I cild. Nağıllar. Bakı, Səda, 2006, 400 səh. 
3. Kəlilə və Dimnə. Bakı, Öndər, 2004, 304 səh. 
4. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005, 186 səh. 
5.  Pirsultanlı  S.P.  Azərbaycan  ağız  ədəbiyyatında  təmsillər.  Bakı,  Azərnəşr, 
2012, 95 səh. 
6. Pirsultanlı S.P. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, 2006, 402 səh. 
7.  Azərbaycan  klassik  ədəbiyyatı  kitabxanası.  20  cilddə,  IV  cild.  Nizami  Gən-
cəvi. Bakı, Elm, 1985, 640 səh. 
8. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 488 səh. 
9. Qasımbəy Z. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 400 səh. 
10.  Seyid  Əzim  Ş.  Seçilmiş  əsərləri:  3  cilddə,  III  cild.  Bakı,  Avrasiya  Press, 
2005, 288 səh. 
11. Krılov İ.A. Təmsillər. Bakı: Şərq-Qərb nəş. 2006, 144. 
12.  Şaiq  A.  Seçilmiş  əsərləri.  3  cilddə,  III  cild.  Bakı,  Avrasiya  Press,  2005,  536 
səh.  
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə