Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     118 
 
 
öyrənilməsi  bu  gün  daha  önəmli,  daha  aktual  məsələ  olduğundan,  Azərbaycan 
folklorşünaslığında  son  zamanlar  bu  məsələnin  araşdırılmasına,  problemlərin 
elmi-nəzəri  baxımdan  ümumiləşdirilməsinə  maraq  daha  da  artmışdır.  Çünki 
ədəbiyyatımızı, o cümlədən folklorumuzu yeni istiqamətdə araşdırmaq, onun da-
xili məzmun və məna əhəmiyyətini, xalq həyatına dərin köklərlə bağlılığını öy-
rənmək üçün  folklor və  yazılı ədəbiyyat əlaqələrinin qarşılıqlı  şəkildə araşdırıl-
ması çağdaş dönəm üçün çox aktualdır (2, 13-14). 
Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi bütün dövrlərdə, xüsu-
silə XX əsrdə ədəbi-nəzəri  fikrin aktual problemlərindən olmuşdur. Müstəqillik 
əldə olunması bütün sahələrdə olduğu kimi, ədəbiyyatın da mənalı, sərbəst, ob-
yektiv  inkişafına  zəmin  və  əlverişli  şərait  yaratmışdır.  Yazılı  ədəbiyyat  və  fol-
klor probleminin öyrənilməsi çağdaş dövrümüzdə daha önəmli, daha aktual mə-
sələyə çevrilmişdir. 
Respublikamızda  gənclərin  vətənpərvərlik,  milli  mənəvi  özünüdərk  ru-
hunda  inkişaf  etməsi  xalqın  bədii  təfəkkürünün  zəngin  nümunələrini  dərindən 
öyrənib  mənimsəməkdən  asılıdır.  Bu  sahənin  belə  siyasi-sosial  və  mənəvi 
aktuallıq kəsb etdiyi  bir zamanda sənətkarların  folklora bağlılığının elmi-nəzəri 
izahı  ədəbiyyatşünaslıqda  xüsusi  əhəmiyyət  kəsb  edir.  Şifahi  xalq  ədəbiyyatı 
ucu-bucağı  görünməyən  söz  xəzinəsidir.  Bədii  söz,  gözəl,  yaddaqalan  ifadələr 
və  dolğun  kəlamlar  mənəvi  ehtiyacdan  doğmuşdur.  Ta  qədim  dövrlərdən  ən 
qiymətli, ən yaxşı əsərlər: nağıllar, əfsanələr, bayatılar, qoşmalar, dastanlar və s. 
xalqın  arzusuna,  zövqünə,  istək  və  amalına  uyğun  yaradılmışdır.  Yazıçı  və 
şairlər,  məhz  buna  görə  də  şifahi  xalq  ədəbiyyatından  hər  zaman  məharətlə 
bəhrələnmişlər.  Ən  istedadlı  şair  və  qüdrətli  yazıçı  belə  folklordan  hər  zaman 
yararlanmışdır.  Nizami,  Xaqani,  Nəsimi,  Füzuli,  Vaqif,  Vidadi,  Mirzə  Cəlil, 
H.Cavid,  S.Vurğun,  B.Vahabzadə  və  başqa  söz  korifeylərimizin  yaradıcılıq 
uğurları öncə mənsub olduqları xalqın zəngin şifahi xalq yaradıcılığına möhkəm 
bağlılığı ilə əlaqədardır. 
XX  əsrin  ikinci  yarısından  başlayaraq  Azərbaycan  ədəbiyyatında  sovet 
dövrünün  tələblərindən  fərqli  olaraq  yeni  məzmunlu,  insanın  psixoloji  düşün-
cəsi, daxili  narahatlığı,  milli  məninin taleyi, keçmişə  münasibəti, azad durumu, 
fərdi və ümumi baxışları əks olunan əsərlər meydana çıxır. Ədəbiyyatımıza yeni 
nəfəs, yeni məzmun gətirən ədəbi qüvvələr içərisində xalq yaradıcılığından bəh-
rələnən, foklor ənənələrini gözə çarpan və çarpmayan qəliblərdə ədəbiyyata gə-
tirən, Anar, Elçin, M.Süleymanlı, M.Araz, R.Rövşən və başqa yazarların təşəb-
büskarlığı nəzər-diqqəti cəlb etməyə başladı. 
Folklorun  bədii  ədəbiyyatda təzahür  formaları  geniş  və  rəngarəngdir.  Bu, 
təkcə  hansısa  bir  milli  ədəbiyyat  üçün  ənənəvi  olmayıb,  dünya  ədəbiyyatının, 
eləcə  də  Azərbaycan  ədəbiyyatının  mühüm  xüsusiyyətlərindəndir.  Həm  dünya, 
həm də Azərbaycan ədəbiyyatının o sənətkarları xalqların intəhasız sevgisini qa-
zanıblar ki, onlar öz  yaradıcılıqlarında, ən kiçik həyat detalının təsvirindən tut-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     119 
 
 
muş,  ən  böyük  həyat  faktının  təsvirində  belə  milli  həyat  materialına,  folklor 
örnəklərinə  böyük  örnək  vermişlər.  Homer,  Esxil,  Dante,  Bayron,  H.Heyne, 
V.Şekspir, Nizami, Füzuli, Mirzə Cəlil, S.Vurğun və b. sənətkarların yaradıcılığı 
ona  görə  yüzilliklər  ərzində  oxucu  sevgisinin  əhatəsindədir  ki,  onların  təsviri 
folklorizmdən bəhrələnən lirizmlə vəhdətdədir. 
Folklor  və  ədəbiyyatın  qarşılıqlı  əlaqə  və  təsiri  məsələlərindən  bəhs  edən 
U.B.Dalqat yazır: «…L.Tolstoy «Hacı Murad»ı  yazanda qarşısına  məqsəd qoy-
muşdu ki, dağlıların məşhur qəhrəmanı Hacı Muradı rus oxucusuna adi bir xalq 
qəhrəmanı  kimi  təqdim  etsin.  Romanının  birinci  variantını  yazandan  sonra 
L.Tolstoy Dağıstana – Hacı Muradın vətəninə gəldi. Burada Hacı Muradı xalqın 
arasında axtardı. Onun barəsindəki qəhrəmanlıq nəğmələrini dağlı məclislərində 
dinlədi, əfsanə və rəvayətlərə qulaq asdı. Hacı Muradın öz ailəsi, başının adam-
ları,  tabeliyindəki  qulluq  işçiləri,  düşmənləri,  xüsusilə  rus  əsgər  və  zabitləri  ilə 
rəftar  və  münasibətini  öyrəndi.  L.Tolstoy  «Hacı  Murad»ı  yenidən  işləyəndə 
əvvəldə  yazdıqlarına  qayıtmadı.  Yeni  «Hacı  Murad»  romanını  yazdı.  Həm  də 
dağlıların böyük məhəbbətini qazanmış, folklor ənənələri ilə sıx bağlı xalq qəh-
rəmanının  qüdrətli  bədii  obrazını  yaratdı.  Yeni  variantda  yazılan  «Hacı  Mu-
rad»ın  dəyəri  nədəydi,  hər  şeydən  əvvəl  güclü  folklorizmində.  L.Tolstoy  Hacı 
Muradı  ikinci  variantda əsl dağlı qəhrəmanı kimi  təsvir edə  bilmişdi. O, vətən-
pərvər idi, Şeyx Şamilin yaxın silahdaşı idi. Ancaq müstəqil düşüncəli xalq ada-
mı  idi.  Ona  görə  ki,  ədalətli  idi,  rəhimli  idi,  dağlı  torpağına  qəlbən  bağlı  idi. 
L.Tolstoy  Hacı  Muradın  bütün  bu  keyfiyyətlərini  onun  barədə  dağlı  yurtlarını 
gəzib  dolaşan  qəhrəmanlıq  əfsanə  və  nəğmələrindən  götürmüşdü.  Hacı  Murad 
xalq nəvazişi ilə böyüyüb boya-başa çatan əsl xalq qəhrəmanı idi» (3, 6-7).  
Göründüyü kimi, folklorizmdən istifadə təkcə obraz yaradıcılığında uğura 
aparmır, eyni zamanda əsərin özünü etik-estetik dəyərlərlə zənginləşdirir, insana 
zövq verən dəyərlərin qabarıq şəkildə tərənnümünə imkan verir, haqqında  bəhs 
açılacaq  qəhrəmanı,  hadisəni  və  ya  faktı  dünyəvi,  bəşəri  dəyərlərlə  cilalayır. 
Əsərə oxunaqlıq, əbədiyyət bəxş edir. Bəzən nəsr əsərlərində, yaxud elə poeziya 
və ya dramaturji nümunədə sənətkar elə bir folklor detalı, motivi, süjetindən isti-
fadə  edir  ki, o,  ənənəvi  detal  kimi  kompozisiya  daxilində  aparıcı  məqama  çev-
rilir.  Hadisələrin  kulminasiyasını  yaradır.  Məsələn,  V.Şekspir  «Hamlet»  faciə-
sində  qızın  nahaqdan  böhtanlanması  barədəki  folklor  süjetindən  istifadə  yolu 
Dezdemona-Hamlet qarşıdurmasını yaradır (4, 143-192). 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvələrində  Azərbaycan  folklorşünaslığında 
dövrün  hadisələri  ilə  bağlı  olaraq  bir  sıra  özünəməxsus  yeni  keyfiyyətlər  mey-
dana çıxırdı. Bu da, əsas etibarilə, ondan ibarət idi ki, folklor yalnız yazılı ədə-
biyyatla deyil, o zamanın pedoqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və 
şairlərlə bərabər həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərir-
dilər. Belə ki,  yazılı ədəbiyyat nümayəndələrinin  əksəriyyəti  folklolrdan öz pe-
daqoji  fikirlərini  yaymaq  üçün  bir  vasitə  kimi  istifadə  edirdilər.  H.Zərdabi, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə