Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     122 
 
 
ƏDƏBİYYAT 
 
1.  Qasımzadə  F.  XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi.  Bakı,  Maarif,  1974,  438 
səh. 
2.  Cəlal  M.,  Hüseynov  F.  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  Bakı,  Maarif,  1982, 
436 səh. 
3. Dalqat U.B. Qadji Murat. Moskva, Nauka, 1967, s. 6-7 
4. Şekspir V. Seçilmiş əsərləri. 2 cilddə, I c. Bakı, Öndər, 2004, 736 səh. səh.143-
192 
5. Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982, s.70 
6. Arif M. “Gümüşü, narıncı…”. “Ədəbiyyat və incəsənət” qəzeti, 13 oktyabr 1973 
7.  Çəminzəminli  Y.V.  Əsərləri.  Üç  cilddə.  II  cild.  Bakı,  Avrasiya  Press,  2005, 
664 səh. 
8. Rəhimov S. Aynalı. Bakı, Azərnəşr, 1959, 221 s. 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     123 
 
 
Azərbaycan folklorundan yeni nümunələr 
 
 
 
QƏRBİ AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ 
 
Azərbaycan  Respublikasının  siyasi  sərhədlərindən  kənarda  yaranmış  bütün 
dəyərlərimiz  xalqımızın  sosio-mədəni  həyatının  tərkib  hissələridir.  Bu  gün  xəritə-
lərdə “Ermənistan” deyə göstərilən ölkənin XX əsrin əvvəllərində əhalisinin ən azı 
70 faizi  Azərbaycan türklərindən  ibarət idi. Yaşanan  ictimai-siyasi  hadisələr,  milli 
zəmində baş verən böyük çaxnaşmalar nəticəsində təəssüf ki, bu gün bundan bəhs 
etmək  mümkün deyil. Bu gün bir əsrdə üç böyük köç verən  və tamamilə etnik tə-
mizlənmə yolu öz əzəli torpaqlarından uzaqlaşdırılan yerli əhali dünyanın müxtəlif 
ölkələrinə səpələnmiş vəziyyətdədir. Bu torpaqlarda indi tək bir müsəlman türk ya-
şamamaqla bərabər, onların yaratdığı tarixi, mədəni, toponomik mirasları çox ciddi 
bir dövlət siyasəti ilə yer üzündən silinməkdədir. Tarixi türk torpaqları üzərində qu-
rulan  bu  dövlət  təxminən  yarandığı  90  ildə  dünya  mədəniyyət  tarixində  bənzərinə 
çox az rast gəldiyimiz bir barbarlıqla bölgənin türk izlərini, bütün maddi və qeyri-
maddi mədəni irsini silmək üçün dağıdıcı bir missiyanı öhdəsinə götürmüşdür. 
XX əsrin 20-ci illərində və 1948-1953-cü illərdə iki böyük köçlə bir milyon-
dan  çox  insanın  bölgədən  çıxarılmasına  baxmayaraq,  yenə  də  1989-cu  ilə  qədər 
bölgədə  çox  canlı  və  koloritli  milli  həyat  yaşanır,  adət  və  ənənələr  ciddi  şəkildə 
qorunurdu. Toy, nişan, dini və milli bayramlar, xüsusilə Novruz, Qurban bayramı, 
eləcə də yas mərasimləri, məhərrəmlik, adətə, yerli əhalinin dili ilə desək, görənəyə 
uyğun  həyata  keçirilirdi.  Kosa-kosa,  qaravəlli,  dirədöymə,  aşıqsalma,  çilikağac, 
beşdaş  və  digər  oyunlar  oynanır,  uzun  qış  gecələrində  babalar  və  nənələr  nağıl, 
aşıqlar dastan söyləyirdi. 
Qərbi  Azərbaycan  bölgəsinin  coğrafi  və  təbii  şəraiti  heyvandarlıq  üçün  çox 
əlverişli  idi.  Əhali  mayın  sonundan  etibarən  mal-qara  ilə  yaylaqlara  qalxır, 
oktyabrın ortalarına qədər orada qalır, bol süd-ağartı məhsulları tədarük edir, ilk qar 
düşməzdən  əvvəl  geri  qayıdırdı.  Burada  milli  həyat  əsrlər  boyu  beləcə  davam 
edirdi. Bölgənin zəngin  və bənzərsiz  folkloru var idi. Şəyatin, Fəriştə, Şeşə, Dam-
dabaca,  Hal  anası  və  digər  mövzularda  mifoloji  və  əsatiri  hekayələr,  holavarlar, 
vəsfi-hallar,  Novruz  mərasimləri,  xüsusilə  Xıdır  İlyasla  bağlı  inam  və  etiqadlar, 
qorxulu nağıllar, müdrik atalar sözləri, gülməli lətifələr, yanıqlı bayatılar, nanay və 
tırınqılar, maraqlı aşıq rəvayətləri dillər əzbəri idi. 
Qərbi  Azərbaycandan üç  böyük köç dalğası  ilə  buraya gəlmiş  insanlarla gö-
rüşmək, onlardan hələ hafizələrdə yaşayan folklor örnəklərini toplamak bu gün çox 
vacib məsələ olaraq folklorşünasların öhdəsinə düşür. 1920-ci illərdə Azərbaycana 
sığınmış insanlardan bu gün həyatda olanı çox azdır, demək olar ki, yox dərəcəsin-
dədir. 1948-1953-cü illərdə köçə məcbur edilmiş insanlardan bu gün yaşayanlar var 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     124 
 
 
və  bölgə  folklorunun  böyük  daşıyıcıları  da  məhz  onlardır.  1988-1989-cu  illərdəki 
son  köçlə  Azərbaycana  gəlmiş  insanlar  arasında  orta  və  yaşlı  nəsil  folklor  daşıyı-
cılarıdır. Köçə məcbur qaldıqları vaxt yeniyetmə və uşaq olanlar təəssüf ki, bu gün 
doğulduqları torpaqların folklor və dialektoloji baxımdan daşıyıcıları sayılmır. On-
lar bu gün yaşadıqları torpaqların ləhcə və folklorunu mənimsəmişdirlər. 
Qərbi Azərbaycandan buraya gəlmiş insanlarla görüşdüyümüz zaman müxtə-
lif maraqlı məqamlarla qarşılaşdıq. Toplama zamanı əsasən köç vaxtı yaşanmış kə-
dərli  xatirələr  daha  çox  danışılmışdır.  Biz  bu  xatirələrin  çox  böyük  tarixi  faktlar 
olduğunu  nəzərə  alaraq,  onları  olduğu  kimi  folklor  mətnlərinin  daxilində  verməyi 
qərara  aldıq.  Toplanmış  materiallar  yazıya  alınarkən  söyləyicinin  tələffüzünün  tə-
biiliyinə toxunmamağa, yerli ləhcələri qorumağa, mətnə müdaxilə etməməyə çalış-
dıq.  Qərbi  Azərbaycandan  müxtəlif  dövrlərdə  köç  etmiş  insanlardan  topladığımız 
folklor nümunələri mətnlərindən bir qismini oxuculara təqdim edirik.  
 
Nailə ƏSKƏR 
AMEA Folklor İnstitutunun elmi işçisi  
 
 
Musa Peyğəmbər ilə əlaqədar 3 əfsanə 
 

 
Bir  dəfə  Allahla  görüşəndə  (güya  Allah  onnan  üzbəüz,  qalan  peyğəmbərrər-
nən sufatını göstərmədən görüşürmüş) Musa peyğəmbər Allaha deyir: 
– Bir günnüyə Allahlığı mana ver. 
– Ey Musa, başarmazsan! 
– Ver, sına. 
– Yaxşı, verdim. 
“Allah Musa” gəlir bir dəyirmana çıxır. Görür ki, bir kişi daşa ağnağaz arxa-
sında  gətirdiyi  buğduyu  töküf  üyüdür.  O  biri  daşa  da  bir  çuval  buğdası  olan  bir 
adam buğda töküf üyüdür. Buğdası çox olan kişi gözgözə qoyuf bir çamçax buğda-
sı az olandan oğurruyuf öz  buğdasına qatır. Bir çamçax da oğurruyanda Musa tez 
oğrunun biləyinnən yapışır. 
Əsl Allah gülür və deyir: 
– Görürsən ki, başarmırsan? 
Musa deyir: 
– Cənab Allah, dözə bilmədim neyniyəydim? 
– Sən çoxun bərəkətini aza verməliydin, əmə biləyindən tutursan. 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə