Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə53/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     116 
 
 
Günay ORUCZADƏ 
AMEA Folklor İnstitutunun əməkdaşı,  
Azərbaycan Müəllimlər İnstitutunun magistri 
e-mail: gunayoruczade@rambler.ru 
 
XX ƏSRDƏ YAZILI ƏDƏBİYYATLA FOLKLORUN ƏLAQƏSİ 
 
 
Xülasə 
Məqalədə Azərbaycan ədəbiyyatında folklor dəyərləri ilə yazılı ədəbiyyatın qarşılıqlı əla-
qəsinə diqqət yetirilir. Burada XX əsr ədiblərinin əsərlərində folklordan yararlanma məqamları, 
onların əsərlərində folklorizmlərin işlətmə dərəcələri geniş şəkildə tədqiq edilir. Məqalədə eyni 
zamanda folklorizmlərin Azərbaycan yazılı ədəbiyyatında təzahür edən, çox yayılan formalarına 
da aydınlıq gətirilir.  
Açar sözlər: Folklor, yazılı ədəbiyyat, folklorizm, folklor süjet və motivləri. 
 
THE RELATION BETWEEN FOLKLORE AND WRITTEN LITERATURE IN THE 
20
TH
 CENTURY 
Summary 
In  the  article  it  is  said  about  the  mutual  relation  of  the  written  literature  with  folklore 
values in Azerbaijan literature. The folklore usage opportunities in the works of the literary men 
of the 20
th
 century, the working levels  of  folklorizms in their works are investigated in details. 
At the same time in the article the most spread and appeared forms of folklorizms in Azerbaijan 
written literature are also cleared up. 
Key words: Folklore, written literature, folklorizms, folklore plots and motives  
 
 
СВЯЗЬ ФОЛЬКЛОРА С ПИСЬМЕННОЙ ЛИТЕРАТУРОЙ В XX ВЕКЕ 
Резюме 
    В  статье    обращается  внимание  на  взаимосвязь  письменной  литературы  с  фоль-
клорными  ценностями  в  азербайджанской  литературе.  Здесь  широко  исследуются  места 
воспользования    фольклором  в  произведениях  писателей  XX  века,    а  также  частотность 
использования  фольклоризмов.  В  настоящей  статье  в  то  же  время  вносится  ясность  в 
очень  распространенные  формы  фольклоризмов,  проявляющиеся  в  азербайджанской 
письменной литературе.   
 Ключевые  слова:  фольклор,  письменная  литература,  фольклоризм, фольклорные 
сюжеты и мотивы. 
 
Məsələnin  qoyuluşu.  XX  əsr  Azərbaycan  ədəbiyyatında  folklorla  yazılı 
ədəbiyyatın qarşılıqlı əlaqəsini tədqiq etmək.  
İşin  məqsədi.  Məqalədə  Azərbaycan  ədəbiyyatında  bir  çox  ədiblərin 
əsərlərində folklordan bəhrələnmə məqamlarını, onların əsərlərində təzahür edən 
folklorizm formalarının şəhri.  
 
Azərbaycan ədəbiyyatında folklor dəyərləri ilə yazılı ədəbiyyatın qarşılıqlı 
əlaqəsi  öyrənilməyə  başlandığı  vaxtdan  etibarən  milli  ədəbiyyatın  silsilə  prob-
lemlərini  əks  etdirə  bilən  yaradıcılıq  sahəsi  kimi  özünü  göstərməyə  başladı  və 
daim diqqət mərkəzində oldu. O, bir tərəfdən, Azərbaycanda baş verən ictimai-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     117 
 
 
siyasi  və  sosial  dəyişiklikləri,  digər  tərəfdən  isə,  demokratik  dəyərlərə  doğru 
inkişafı təsvir edirdi. Azərbaycan ədəbiyyatında  folklor dəyərləri  ilə  yazılı ədə-
biyyatın  qarşılıqlı  əlaqəsi  ədəbiyyatın  həyatı  daha  realist,  olduğu  kimi,  bütün 
təzad və ziddiyyətləri, ağrı-acıları ilə, olduğu kimi əks etdirməsi ilə nəticələndi.  
 XX  əsr  Azərbaycan  xalqının  tarixində  çox  ziddiyyətli  dövrlərdən  biridir. 
Bu illərdə  ictimai-siyasi həyatda baş verən hadisələrlə əlaqədar şifahi  xalq ədə-
biyyatına olan maraq da güclənmişdi. Azərbaycanda, xüsusilə Bakıda fəhlə sin-
finin  meydana gəlməsi,  inqilabi  hərəkatın güclənməsi  və  başqa amillər öz növ-
bəsində ədəbiyyatın, incəsənətin qarşısında bir sıra yeni tələblər qoyurdu. 
Azərbaycan  ədəbiyyatının  getdikcə  bu  yeni  tələblərə  və  dəyərlərə  daha 
möhkəm  söykənməsi,  şübhəsiz  ki,  onun  bəhrələndiyi  qaynaqlar  və  xüsusilə 
əvəzsiz  folklor  dəyərləri  ilə  sıx  bağlı  idı.  Əgər  XIX  əsrin  maarifçi  ədəbiyyatı, 
xüsusilə  A.  Bakıxanov,  İ.  Qutqaşınlı,  M.Ş.  Vazeh,  M.F.Axundov,  Q.Zakir, 
S.Ə.Şirvani  və  başqaları  bu  qaynaqdan  bəhrələnib  milli  nəsr,  dramaturgiya  və 
poeziyaya  xalqın  milli-mənəvi  düşüncəsinin  qeyri-mütəşəkkil  axınını  yaratmış-
dılarsa,  XX  əsr  ədəbiyyatında  folklor,  folklorizm  özünü  yeni  məzmunda,  daha 
mütəşəkkil formada göstərməyə başladı (1, 124-125). 
Folklorizm  Azərbaycan  ədəbiyyatında,  əsasən,  üç  formada  –  mətnaltı  qə-
libdə,  mətndaxili  üslubda  və  müstəqil  folklor  süjetlərinin,  eləcə  də  folklor  mo-
tivlərinin  ədəbiyyata  gətirilməsi  formasında  özünü  göstərdi.  Amma,  təəssüf  ki, 
bir sıra istisnalara, xüsusilə ayrı-ayrı ədiblərin folklor süjetlərindən öz əsərlərin-
də istifadəsini  əks etdirən  bir çox tədqiqatların aparılmasına  baxmayaraq, ümu-
milikdə  problemin  geniş  tədqiqinə,  Azərbaycan  ədəbiyyatında  folklorizmin 
meydana  gəlməsi  və  nəzərə  çarpan  üç  mühüm  qəlibdə  geniş  şəkildə  öyrənil-
məsinə, demək olar ki, indi-indi başlanılmışdır. 
Folklor süjetləri, folklor motivləri və folklorizm Azərbaycan ədəbiyyatının 
qüdrətli yüksəlişinin, xalqın milli-mənəvi, eləcə də dini-əxlaqi dəyərlərinin ədə-
biyyatımızda bədii təcəssümünün başlıca vasitələrindən biridir. Folklor süjet və 
motivlərinin  bu gün ayrıca tədqiqata cəlb edilməsi  bu ədəbiyyatın təkcə törəniş 
və inkişaf istiqamətlərini öyrənməyə deyil, eyni zamanda sonrakı mərhələlərdə, 
ayrı-ayrı  epoxal  dönəmlərdə  milli  həyatı  əks  etdirmək,  özünün  etik-estetik  də-
yərini qoruyub  saxlamaq, xalqın  yeni  şəraitdə davam  və  inkişaf edən  həyatının 
yazılı ədəbiyyatda ənənəvi ardıcıllıqda əks olunmasına, inikasına imkan verir. 
Təbii ki, bunlar bütövlükdə XX əsr Azərbaycan ədəbiyyatını dəyərləndir-
məyə, ona yeni baxışların formalaşmasına və ədəbiyyatımızın ayrı-ayrı dövrləri, 
mərhələləri  və  ədəbi  simaları  barədə  müasir  mərhələdə  daha  doğru  qənaətlərə 
gəlməyə  yol  açır.  Azərbaycan  yazılı  ədəbiyyatı  və  folklorun  qarşılıqlı  əlaqələri 
ədəbiyyatımızı  təkcə  məzmunca  tamamlamamış,  eyni  zamanda  ona  yeni  mün-
dəricə  vermiş,  etik  və  estetik  cəhətdən  onu  zənginləşdirmişdir.  Folklorla  yazılı 
ədəbiyyatın qarşılıqlı əlaqəsi onun mövcud olduğu bütün dövrlərdə ədəbi-nəzəri 
fikrin aktual problemlərindən olmuşdur. Yazılı ədəbiyyat və folklor probleminin 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə