Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     125 
 
 
II 
 
Allah Musa peyğəmbərə peyğəmbərriy verməy üçün onu sınağa çəkir. Musa 
peyğəmbər  bu  vaxıt  adi  çoban  kimi  qoyun  otarırmış.  Allah  Cənabı  Cəbrayıla  əmr 
eliyir ki, qurd (canavar) donuna girif  Musanın  yanına getsin  və onnan  yeməyə  bir 
qoyun isdəsin. Əgər Musa qurda qoyun versə ona peyğəmbərriy verəcəm, verməsə 
onda mən də peyğəmbərriy vermiyəcəm. Cənabı Cəbrayıl Allahın əmrini yerinə ye-
tirir. Qurd donunda Musanın yanına gəlir və deyir: 
– Ey çoban, acam, bir qoyun ver yeyim. 
Musa cavaf verir: 
– Mənim qoyunum  yoxdu, bir adam olsaydı, sürünü ona tafşırar kəndə gedər-
dim, bir adamnan hakqımın əvəzi bir qoyun alar, sana verərədim, ey Allahın heyvanı.  
Qurd Cənabı Cəbrayıl deyir: 
– Sürünü mana tafşır, kəndə get. 
– Hamısını boğar üst-üstə yığarsan. 
– 1366-cı ilin adamınnan olum, əgər bir qoyuna dəysəm. 
Musa qurda inanır, kəndə gedir. Bir adamnan hakqının əvəzi bir qoyun icazə-
si  alır  və  sürünün  yanına  qayıdır.  Görür  ki,  qurd  sürüyə  toxunmuyuf.  Sahabınnan 
icazə  aldığı  qoyunu  tutur  qurda  verir.  Qurd  sürüdən  on-onbeş  addım  aralanannan 
sonra deyir: 
– Ey çoban, taa ajdığım keşdi, qoyununa sahab ol.  
Qoyunu buraxır. Musa sınaqdan əla çıxır. Allah ona peyğəmbərriy verir. 
 
III 
 
Bir dəfə Musa peyğəmbər gəzə-gəzə gəlif  heş bir zaman görmədiyi, tanıma-
dığı bir çobanın yanına çıxır. Çoban Musuya çox hörmətnən qullux eliyir. Musa ço-
bana göydəki buludu göstərif deyir: 
– Yağış yağacax, yapınçın varmı? 
–  Mən  əlli  ildi  bu  yerrərdə  çobannıx  eliyirəm.  Bu  bulutdan  heş  bir  təhkükə, 
heş bir yağış olmuyacax. 
Doğurdan da bulud dağılmağa başdıyır. Çoban Musuya deyir: 
– Deyirdin yağış yağacax, bə hanı hava açıldı. 
Musa su başına çıxmax mahnasıynan çobannan uzaxlaşır, Allaha yalvarır: 
– Mən peyğəmbər olam, yalan danışam, adi çobana da üstün gəlmiyəm? 
Çobanın  yanına qayıdanda bir  yel qaxır, bir  leysan  yağır ki, çoban heş vaxıt 
bu yerrərdə belə yağış görməmişdi.  
Musa çobana deyir: 
– Görürsən nə yağır? 
– Görürəm, əmə burda bir barmağın olduğunu da qanıram.  
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     126 
 
 
Rəvayətlər 
 
Yardarrıx 
Bir kişi əhdiyi sahədən çox az məhsul götürürmüş. Bir günnüy
12
 sahiyi Allah-
nan yardarrığa əkir. Biçin vaxtı görür kü çox gözəl buğda yetişir. Kişi qəlbini dəyi-
şir: 
– Allah nə iş görüf kü bu məhsulu ona verəm. 
Bir  də  düşünür  kü  Allaha  söz  vermişəm,  bəlkə  on  görə  bol  məhsul  yetişir. 
Deməy Allahın ruzqusu boluymuş.  
Məhsulu biçir, xırman daşıyır, döyür. Görür kü çox əla qırmızı buğda tejdən-
di. Yenə fikrini dəyişir, qəti qarala gəlir: 
– Allah nə iş görüf kü bu qədər buğduyu ona verəm. 
Yehdən  göy  gurulluyur,  tufan  qopur,  elə  leysan  yağış  yağır  ki,  xırmanı  da, 
pütün buğduyu da sel aparır. İsdanmış, heydən tüşmüş kəddi evinə qaşmağa məjbur 
qalır. Yolda ıldırımın yeli kəddiyi yıxır. Kəddi əyağa qaxır və deyir: 
– Qorxma, heş nə aparmıram, evimə getməyə də qoymuyacan? 
 
Allaha pənah 
Bir kişi yolnan gedirdi. Bir də gördü bir ağ ilan ona doğru qaçır. Yaxınnaşan 
ilan dilə gəlif dedi: 
– Məni bir qara ilan qavalıyır. Tutsa öldürəcəy, mana köyəy elə.  
– Mən nəynən sana köməy eliyim?  
İlan dedi:  
– Qoy bir annığa ağzında gizdənim. 
Kişi dedi: 
– Allaha pənah gir ağzıma.  
İlan kişinin ağzına girdi. Kişi gördü kü doğurdan da bir qara ilan gəlir. Qara 
ilan yaxın gəlif xəvər aldı:  
– Ağ ilanı gördünmü?  
– Gördüm, dərəynən getdi.  
–  Qara  ilan  ötüf  getdi.  Ağ  ilan  sürüşüf  kişinin  qarnına  girdi.  Təhlükənin  sa-
vışdığını görəndə ağ ilan dedi:  
–  Sən  mana  yaxçılıx  elədin,  odur  ki  sənin  məsləhətini  soruşuram.  Göbəyin-
nən deşif çıxım, yoxsa ürəyinnən? 
Allah kişiyə köməy oldu, o ilana belə dedi:  
– Yaxında su var, qoy doyuncax su içim, sora haramnan isdiyirsən, ordan deş 
çıx.  
Kişi su işdi, ürəyi bulandı, kusdu. İlan parça-parça kişinin ağzınnan töküldü.  
 
                                         
12
 hektar 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     127 
 
 
Baxşəli Əsgərov Qələndər oğlu, 1927, Ağbaba, 61 yaşına qədər Amasiya-
da yaşayıb. Sumqayıt şəhəri. 
 
 
Bayatılar 
 
Dağlar dağımdı mənim, 
Qəmlər otağımdı mənim. 
Dindirmə, qan ağlaram, bala, 
Yaman çağımdı mənim. 
 
Dağların başına bax, 
Qar yağır, kışına bax. 
Gör nə günə qalmışam, 
Fələyin işinə bax. 
 
Əzəldən çarxı-fələk, 
Tərsinə devran elədi. 
Qoymadı bir gün görəm, 
Axırı nə zulum elədi. 
 
Ağlaram ağlar kimi, 
Dərdim var dağlar kimi. 
Xəzən ollam, tökülləm 
Verana bağlar kimi. 
 
Deyir, mən öldüm, anam qaldı, 
Oduma yanan qaldı. 
Nə dünyadan kam aldım, 
Nə bir nişanam qaldı. 
 
Bu dağlar ulu dağlar, 
Çeşməli, sulu dağlar. 
Burda bir cavan ölüb, 
Göy kişnər, bulut ağlar. 
 
Üç günüydü uşağım olmuşdu, vaqona doldurdular. Yazıydı. Biri də iki yaşın-
da idi – Əşrəf. Gəldih, mindirdilər bizi poyezə. Mindirəndə poezə Usup durdu ağla-
dı, dedi:  
 
Bu dağlar qoşa dağlar, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə