Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
221 
dadını  və  tamını  yaxşılaşdırmaq  üçün  istifadə  edirlər.  Təzə 
cəfəri yarpaqlarında 37% zülal, 58-290% mq C vitamini, 1,7 
mq%  /9-kurotin,  8,1%  karbohidrat  maddələri,  1,5%  sel-
lüloza, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, 150-300 
mq  %  karotin  A  provitamini,  az  miqdarda  B1,  B2,  PP 
vitaminləri aşkar edilmişdir. 
Cəfərinin  tərkibində  efir  yağının  olması  onun  istifadə 
olunma  sahələrini  ildən-ilə  genişləndirir.  Belə  ki,  toxum-
larının  tərkibində  2-7%,  yaşıl  yarpaqlarında  0,02-0,3%,  qu-
rudulmuş  kök  hissəsində  0,08%-ə  qədər  efir  yağı  müəyyən 
edilmişdir.  Tərkibindəki  efir  yağının  əsas  komponentləri 
apiol-C12H1404, pinen, miristisin CMH1203,  fenol, stearin 
və  palmitin,  apiol  turşuları,  berqapten  və  kumarin  aşkar 
olunmuşdur. Toxumlarının tərkibindən daha bir neçə maddə 
–  22%  piyli  yağ,  alfapinin-C26H28N14,  diosmin-
C28H32015  flavonoidleri,  yarpaqlarından  0,08%  efir  yağı, 
karotin,  askorbin  turşusu,  çiçəklərindən  kversetin  və 
kempferol,  kökündən  isə  apigenin  flavonoidləri,  berkarton, 
1,5%  zülalı  maddə,  11%  sulu  karbohidrat,  1,3%  sellüloza, 
0,1  %  üzvi  turşu,  l,l%o  mineral  maddələr,  35-68  mq%  C 
vitamini,  1,00  mq%  PP,  B,,  B2,  K,  karotin  vitaminləri 
tapılmışdır. 
Yaşıl hissəsindən 9,3% kül, mq/q%-lə K-51,50, 19,90-
Ca, 4,90-Mg, 0,40-Fe makroelementləri, mq%>-lə 0,13-Mn, 
1,95-Ci, 1,03-Zn, 0,18-Co, 0,15-Cr, 0,18-A1, 0,50-Ba, 0,03-
V,  3,25-Se,  0,35-Ni,  0,28-Sr,  0,08-Pb,  0,48-1  və  s. 
mikroelementləri aşkar edilmişdir. 
Cəfəridən  tərəvəz  və  ədviyyat  məqsədləri  üçün  onun 
ikiillik  xammalından  istifadə  edilir.  Bitkinin  əsasən  kök  və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
222 
yerüstü yaşıl hissəsi yeyinti məqsədləri üçün tətbiq olunur. 
Cəfərinin  tərkibində  çoxlu  miqdarda  K,  Ca,  Fe  və  P 
makro-elementləri  aşkar  edilmişdir.  100  q  cəfəri  yarpağın-
dan  orta  hesabla  7  mq  karotin,  160  mq  C  vitamini,  B  vita-
mini  qrupu,  1000  mq  K,  41  mq  Ca,  120  mq  P  aşkar  edil-
mişdir. l00 q kökündən 41 mq C vitamini, 0,03 mq karotin, 
B vitamini qrupu və 56 mq P elementi tapılmışdır. 
Cəfəridən qatqı kimi şorbanın, müxtəlif salatların, qiy-
mənin, piroqun, şorbanın, mayonezin, ən çox isə yumurta və 
tərəvəzdən hazırlanmış xörəklərin tərkibinə qatılır. Cəfəridən 
ən  çox  pendirin  tərkibinə  tam,  xoş  iy,  kartof  xörəklərinə 
ətirli iy və xoş tam vermək üçün istifadə edilir. 
Cəfəridən  alınan ekstraktlar orqanizmin müdafiə qabi-
liyyətini  artırır,  əhval-ruhiyyəni  yaxşılaşdırır.  Cəfəri  yar-
paqlarının  tərkibindəki  C  vitamininin  miqdarı  limondakın-
dan  2  dəfə  çoxdur.  Orqanizmi  A  və  Fe  ilə  (dəmirlə)  təmin 
edir. 
Cəfərinin  kök  və  toxumlarından  hazırlanan  cövhər  və 
dəmləmələr sidik  yollarına  yaxşı təsir edir, dərinin vəziyyə-
tini  və  həzm  sistemini  yaxşılaşdırır,  sidiyin  orqanizmdən 
kənar  edilməsini  sürətləndirir,  qan  damarlarının  divarlarını 
möhkəmləndirir,  mədə  və  bağırsaq  əzələlərini  gərginlikdən 
azad  edir.  Ürəyi  zəif  olanlara  maddələr  mübadiləsi 
pozuntularında  və  eləcə  də  döş  və  qarın  boşluğunda  yığılıb 
qalmış  artıq  suların  kənar  edilməsində  cəfəri  dəmləmə  və 
cövhərlərindən  qəbul  etməyi  məsləhət  görürlər.  Böyrəyin 
xroniki xəstəliklərində sidiyin kənar edilməsi üçün aşağıdakı 
reseptdən  istifadə  etməyi  məsləhət  görürlər:  1  çay  qaşığı 
cəfərinin  toxumlarından  götürüb  1  stəkan  qaynar  suda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
223 
dəmləyib gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Cəfəri  şirəsi  orqanizmdə  baş  verən  zəhərli  maddələri 
zərərsizləşdirir. 
Bitkinin  bütün  hissələri  müalicəvi  xüsusiyyətlərə  ma-
likdir.  Cəfəridən  hazırlanan  preparatlardan  uşaqlığın  müali-
cəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqanizmdən 
kənar edilməsində istifadə edilir. 
Sidik  kisəsi  yollarının,  qan  damarlarının  möhkəmlən-
dirilməsində,  qızdırmada  cəfəridən  alinmış  şirəni  1:3  nis-
bətində  kök  şirəsi  ilə  qarışdırıb  hər  gün  səhər  və  günorta 
yeməyi zamanı qəbul edin. 
Cəfəri  kökündən  kulinariyada,  toxum  və  yarpaqla-
rından  alınmış  efir  yağından  ətriyyat,  kosmetika  və  sabun-
bişirmə sənayesində istifadə edilir. 
Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin ta-
ma malik bitki hesab edilir.  
 
Razyana 
 
Meyvəsinin tərkibində 3-6%-ə qədər efir yağı, onun da 
komponentlə  əsasını,  yəni  50-60%>-ni  anetol,  10%-ni  me-
tilxavikol  və  20%-ni  isə  fenxon  təşkil  edir.  Bundan  əlavə, 
efir  yağının tərkibində 10-20 % keton-fenxon, pinen, dipen-
ten,  cirə  aldehidi  tapılmışdır.  Meyvələrinin  tərkibi  12-23% 
piyli  yağdan  və  22%  olein,  linol,  palmitin  turşularının  qli-
seridlərindən  ibarətdir.  Razyana  meyvələrində  şəkər,  zülal 
maddələri,  üzvi  turşulardan  kəhraba,  limon,  qatran  və  s. 
maddələr də müəyyən edilmişdir. 
Razyananın  yaşıl  xammalının  tərkibində  0,45-0,47% 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə