Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə57/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
209 
plastmas, yapışqan, avtomobil pokrışkaları, kinolentləri, süni 
ipək,  yüksək  keyfiyyətli  lak,  boyaq  və  s.  məhsullar  istehsal 
olunur. 
Kartofun müalicəvi xüsusiyyətləri xalqlara çoxdan mə-
lum  idi.  Kartofu  çiy  halda  yastı  formada  doğrayıb  yanıq, 
ekzema olan yerlərə qoyub onları sağaldırmışlar. Kartof bit-
kisi Avropa ölkələrində əkildikdən sonra qısa bir vaxt ərzin-
də sinqa xəstəliyi tamamilə aradan qalxmışdır. Kartof buxarı 
ilə  astmatik  xəstəlikləri  müalicə  edirdilər.  Tərkibində  çoxlu 
K vitamini olduğuna görə sidik qovucu xüsusiyyətinə malik-
dir. Kartof ürək xəstəliyində də istifadə edilir. Çiy kök-yum-
rusundan alman şirəsindən mədə və onikibarmaq bağırsaqda 
olan yaraların müalicəsində geniş tətbiq olunur. Çiçəklərinin 
tərkibində  rutin  maddəsi  ondan  tibbdə  qan  kapillyarlarının 
möhkəmləndirilməsində istifadə edilməsinə şərait yaradır. 
Bir sıra tibb mütəxəssisləri kartofun şirəsindən, bişiril-
məsindən  vərəm,  ürək-damar,  hipertoniya  xəstəliklərində, 
mədənin  pan-kreatit  vəzisinin  normal  işləməsində,  eləcə  də 
sidikqovucu  vasitə  kimi  istifadə  etməyi  məsləhət  görürlər, 
Kartofda  olan  nişastanı  un  şəklinə  salıb  dərman  həblərinin 
hazırlanmasında istifadə edirlər. 
Tibb  praktikasında  təzə  kartofun  şirəsindən  istifadə 
edilir, belə ki, o, mədə şirəsinin turşuluğu yüksək olan qast-
ritlərdə, qəbizlikdə və mədənin xora xəstəliyinə müsbət təsir 
edir.  Həmçinin  kartofun  şirəsi  hipertoniyada  qan  təzyiqini 
aşağı  salır.  Qədimdən  çiy  kartofu  xalq  təbabətində  də 
işlədirdilər.  Çiy  kartofu  sürtgəcdən  keçirib  bədənin  yanmış 
yerinə,  ekzemada  və  başqa  dəri  xəstəliklərində  də  dərinin 
xəstə  nahiyəsinə  qoyub  sağaldırdılar.  Bizim  hər  birimiz 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
210 
yuxarı  tənəffüs  yollarının  xəstəliklərində  kartof  buxarının 
müalicə  təsirini  dəfələrlə  şahidi  olmuşuq.  Üzün  dərisi 
gündən quruduqda, yaxud yandıqda dərini yumşaltmaq üçün 
üzə  kartofdan  maska  qoyurlar.  Bunun  üçün  kartofu  qabıqlı 
bişirir,  sonra  qabığını  soyur,  əzir,  qaymaqla  qarışdırıb, 
alınmış  sıyığı  ilıq  ikən  üzə  sürtürlər.  Dərini  qidalandırmaq, 
həm  də  müalicə  məqsədi  ilə  ancaq  sağlam,  xarab  olmamış 
kartofdan  istifadə  etmək  olar.  Çox  cücərmiş  və  yaşıllaşmış 
kartofu işlətmək məsləhət deyil. 
Kartofdan hazırlanan şirə ilə bir sıra xəstəliklərin – so-
yuqdəymələrin,  yaraların  müalicəsində,  spazmanın  aradan 
qaldırılmasında,  həmçinin  arterial  təzyiqin  aşağı  salınma-
sında  istifadə  edilir.  Kartofun  tərkibində  asan  həzm  olan 
şəkər  maddəsi  kartof  bişirilən  zaman  nişastaya  çevrilərək 
ehtiyat  halında  orqanizmdə  toplanır.  O  şəxslər  ki,  zöhrəvi 
xəstəliklərə tutulub və eləcə də cinsi ehtiraslara kəskin meyl-
lidirlər,  onlara  öz  qidalanmasında  kartofdan  istifadə  etmək 
məsləhət  görülmür.  Kartof  şirəsi  dəridə  baş  verən  ləkələrin 
müalicəsində  də  geniş  istifadə  edilir.  Bu  da  şirənin  tərki-
bində çoxlu  miqdar K, S, P  və Cl elementlərinin olması ilə 
izah  edilir.  Buradan  aydın  olur  ki,  kartof  yalnız  «ikinci  çö-
rək»  olmayıb,  həm  də  qiymətli  dərman  və  texniki  bitki  sa-
yılır. Kartofdan hazırlanan sıyıqlardan, maska və nişasta tər-
kibli vitaminli mazlardan kosmetikada geniş istifadə edilir. 
Hazırda dünyada kartofun  yüzlərcə məhsuldar  və xəs-
təliyə  davamlı  sortları  əldə  olunmuşdur.  Respublikamızın 
əhalisinin kartofa olan tələbatını nəzərə alıb, onun geniş əkin 
sahələrini  genişləndirmək  lazımdır.  Kartofu  Azərbaycanın 
bütün iqlim zonalarında əkib becərmək olar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
211 
Kartofun  tərkibində çoxlu miqdar K, S, P  və Cl oldu-
ğundan  ondan  alınan  şirədən  istifadə  edib  dəridə  baş  verən 
ləkələri müalicə etmək olar. 
Kartofun çiçəklərindən hazırlanan preparatların köməyi 
ilə  mədədə,  qaraciyər  və  daxili  orqanların  müxtəlif  nahi-
yələrində  əmələ  gələn  xərçəng  çöplərinin  inkişafını  dayan-
dırmağa nail olmaq mümkündür.  
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
212 
OTLAR 
 
Çayçiçəyi 
 
Dəmləməsi ağızda qurumanı, tüpürcək vəzisini tənzim-
ləyir. Yeməkdən əvvəl və  yeməkdən 20-25 dəqiqədən sonra 
çayçiçəyi  dəmləyib  içmək  ağızda  və  mədə-bağırsaqda  olan 
mikrobları zərərsizləşdirir. Çayçiçəyi dəmləməsi oynaqlarda 
olan  ağrıları  azaldır,  yel  xəstəliyində  müalicəvi  əhəmiyyəti 
vardır.  Bu,  soyuqdəymə  və  sinə  ağrıları,  göz  xəstəlikləri, 
yaddaşsızlıq, qan damarlarının yığılmasına qarşı yaxşı effekt 
verir. 
 
Əməköməci 
 
Mədə-bağırsaq üçün çox xeyirlidir. Xüsusilə bunu sıx-
ma  pencər  şəklində  və  yaxud  yağda  qızardıb  qatıq-sarım-
saqla yemək çox xeyirlidir. Əməköməci bağırsaqları yumşaq 
saxlayır  və  qurdtökmə  qabiliyyətinə  malikdir,  həm-çinin 
gözü  nurlandırır,  görmə  qabiliyyətini  artırır,  dişdibi  ətini 
möhkəmləndirir. Zəif doğulmuş uşaqların inkişafına, boyun, 
kəllə,  bel,  qol,  qıç  sümüklərinin  möhkəmlənməsinə  yaxşı 
təsir edir. Göyöskürəyə, bəlğəmə, qarınağrısına kömək edir, 
oynaq ağrılarına da yaxşı təsir göstərir. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə