Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
217 
efir  yağı, fıtosterin, C  vitamini, 4,3-5,5 %-ə qədər aşı  mad-
dəsi,  antosian.  4,25  %-ə  qədər  xrizofanol,  emodin,  fission, 
piy  maddələri,  yerüstü  hissəsində  üzvi  turşulardan  kofein, 
xloroqen, kversetin, xrizofanol, fıseion, emodin, emodin qlü-
kozid,  gövdəsinin  tərkibindən  1,39-5,5  %-ə  qədər  aşı  mad-
dəsi, yarpaqlarının tərkibindən B, B2, C, K, PP, karotin vita-
minləri,  6,89-8,44  %-ə  qədər  aşı  maddəsi,  2,6-3  %-ə  qədər 
flavonoid maddələri, zoğlarından sianidin, rutinozid sianidin, 
antosianları,  meyvəsindən  C,  K,  E  və  karotin  vitaminləri, 
3,77-5 %-ə qədər aşı maddələri, toxumundan 3,9 %-ə qədər 
aşı və s. maddələr tapılmışdır. 
Qumral əvəlikdən hazırlanan preparatlardan xərçəngin, 
ekstraktı  daxil  edilmiş  mazından  sarkoma  xəstəliklərində, 
kökündən  hazırlanan  preparatlarından  çin  təbabətində 
işlədici, büzüşdürücü, yarasağaldıcı, dəri xəstəliklərində, diş-
lərin  dibinin  möhkəmləndirilməsində,  vərəm,  şiş,  ilan  sanc-
malarında, alkoqolizm əleyhinə; kök  və  yarpaqlardan hazır-
lanan  preparatlardan  tərgətirigi,  hərarətsalıcı;  toxum  və  kö-
kündən  isə  pellaqre  xəstəliklərinin  müalicəsində  istifadə 
edilir. 
Yerüstü  hissəsindən,  cavan,  zoğ  və  yarpaqlarından 
müxtəlif  növ  vitaminli  salatlar,  xörək  növləri  hazırlanır. 
Bundan  həm  adi  halda,  həm  də  bişirilmiş  formada,  həm  də 
qurudulmuş  şəkildə  istifadə  edilir.  Yarpaq  və  cavan  zoğları 
vitaminlərlə  zəngindir.  Onun  şirəsi  iştah  açır,  orqanizmi 
möhkəmləndirir. 
Dənini ev quşları həvəslə yeyir. Qiymətli boyaq və aşı 
bitkisi sayılır. 
Əvəliyi  sup,  şorba,  ət,  balıq  və  s.  xörəklərin  tərkibinə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
218 
daxil edirlər. Onun  yaşıl hissəsini adi halda da yeyirlər. La-
kin  xəstələr  əvəlikdən  həkimin  məsləhəti  ilə  istifadə 
etməlidirlər. 
 
Qara çörəkotu 
 
Qara çörəkotu cinsinin dünya florasının tərkibində 20-
yə qədər növü  yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 5 
növü  məlumdur.  Respublikamızda  yayılan  ən  qiymətli  növ-
ləri aşağıdakılardır. 
Şərq  qara  çörəkotu  hündürlüyü  15-85  sm  olan,  çılpaq 
gövdəyə  malik  birillik  ot  bitkisidir.  Yarpaqları  ikiqat  lələk-
vari bölünən, nazik xətvari olub, qısa  cod  tükcüklərlə əhatə 
olunmuşdur. Kasa yarpaqları lələkvari, sarımtıl, uzunsovdur. 
Çiçəkləri  gövdənin  sonunda  yerləşmişdir,  toxumları  azca 
qınşıq, yumurtavaridir. 
Şərq  qara  çörəkotu  bitkisinin  toxumlarının  tərkibində 
yeyinti  və  kosmetikada  istifadəsi  mümkün  olan  efir  yağı 
tapılmışdır. 
Adi  qara  çörəkotu  toxumlarından  xörəklərin  tərkibinə 
ədviyyat kimi qatmaq olar.  
Qara çörəkotu cinsinin ədviyyat və dərman əhəmiyyətli 
növlərindən biri də əkilən qara çörəkotu və ya qara istiotdur 
(N.sativa).  Bu,  hündürlüyü  40-50  sm  olan  birillik  ot 
bitkisidir.  Gövdəsi  dikduran,  bulaqlanan,  yarpaqlan  nazik, 
bozumtul-yaşıl, iki və ya üçqat lələkvari bölünəndir. 
Çiçəkləri  beşləçəkli  olub,  tək-tək  halda  budaqların 
ucunda  yerləşmişdir.  Ancaq  mavi  rəngli  çiçəkləri  uzunsov, 
1-1,5 sm uzunluğundadır. Meyvəsi çoxyarpaqlı olub,  yuxarı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
219 
hissədən  5-10  ədəd  iri  yarpaqlar  bir-birinə  sarılaraq 
birləşmişlər. 
Yetişmiş  toxumları üçüzlü,  yumurtaşəkilli, qırışıq, qa-
ramtıl rənglidir. Çiçəklənməsi may ayından başlayaraq bütün 
yay boyu davam edir. 
Xalq təbabətində qara çörək otundan çay dəmləyib, si-
dikqovucu,  ödqovucu  və  zəif  işlədici,  eyni  zamanda  uşaqlı 
qadınların  süd  vəzilərinə  müsbət  təsir  göstərən,  süd  artıran 
vasitə  kimi  geniş  istifadə  edirlər.  Bundan  əlavə,  toxum-
larından  mədə  xəstəliklərində,  qadın  qanaxmalarında  geniş 
istifadə edilir. 
 
Zirinc 
 
Dünyada 450-yə qədər, Qafqazda və Azərbaycanda isə 
3 növä yayılmışdır. 
Bu  növlərin  ən  qiymətlisi  adi  zirinc  hesab  edilir.  Adi 
zirinc – B.vulgaris L. Hündürlüyü  2-3,5  m-ə qədər olan  şa-
xələnmiş  koldur.  Gövdələr  yer  səthindən  başlayaraq  çoxlu 
qol-budaq atır. 
 
Çaşır 
 
Dünya  bitki  aləmində  çaşırın  25-ə  qədər  növü  yayıl-
mışdır.  Çaşırın  tərkibi  insan  orqanizmi  üçün  faydalı  olan 
bioloji-fəal  maddələrlə  zəngindir.  Cavan  zoğ  və  yarpaqları-
nın tərkibindən 80  mq.% C  vitamini,  17,03-18,95 % mono-
saxaridlər,  2,95-4,01  mq.%  saxaroza,  14-22,02  mq.% 
sellüloz,  18,5-22,0  mq.%  zülal  maddələri,  0,70-5,02  mq.% 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
220 
piyli  yağ,  15,30  <  protein,  9,17-15,20  mq.%  kül  və  s. 
maddələr  aşkar  edilmişdir.  Ətirli  tama  malik  olduğundan, 
yerli  əhali  tərəfindən  tədarük  edilərək,  duza  və  turşuya  qo-
yulur.  Ləziz  ədviyyat  kimi  süfrəyə  verilir.  Çaşırdan  hazır-
lanmış  ədviyyat  məhsulları  vitaminlərlə  zəngin  olmaqla 
yana;  həm  də  iştah  artırıcı  və  həzm  yaxşılaşdırıcı  xüsusiy-
yətə  malikdir.  Çaşırın  bir  neçə  növündən  də  ədviyyat  kimi 
istifadə etmək olar. 
 
Cəfəri 
 
Qədim  yunanlar  cəfərini  uzun  müddət  müqəddəs  bitki 
kimi  qoruyub  saxlamış  və  uzun  müddət  ondan  tərəvəz  və 
ədviyyat kimi istifadə olunmasına icazə verməmişlər. 
Cəfəri  zəngin  kimyəvi  tərkibinə  görə  digər  tərəvəz  və 
meyvələrdən fərqlənir. 
Onun  yaşıl  kütləsinin  tərkibindən  çoxlu  miqdarda  vi-
tamin,  makro  və  mikroelementlər  aşkar  olunduqdan  sonra 
dietoloqlar cəfərini kökdən sonra ikinci yerə yerləşdirmişlər. 
Qədim  Roma  və  yunan  xalqları  hələ  bizim  eradan 
qabaq cəfəridən müalicə  və ədviyyat bitkisi kimi geniş isti-
fadə etmişlər. Dərman bitkisi kimi də qədimdən məlumdur. 
Cəfəri bağırsaqları yumşaldır, təri qovur, ağrıları sakit-
ləşdirir,  yeni  əmələ  gələn  xərçəng,  şişlərinin  sorulub  sağal-
dılmasına  kömək  edir,  öskürək  zamanı  nəfəs  almanı  asan-
laşdırır,  qara  ciyər  və  selikli  toxumanın  fəaliyyətini 
normallaşdırır və s. 
Onun  cavan  yarpaqlarından  ət,  balıq,  şorba,  borş  bişi-
rilməsində  və  tərəvəzdən  hazırlanmış  müxtəlif  xörəklərin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə