Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə53/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
196 
meydana  çıxmasına  səbəb  olur.  Çuğundurun  tərkibində 
çoxlu  miqdarda  manqan  və  yod  elementlərinin  olması 
nəticəsində  damarların  tonusu  nizamlanır  və  qanda  əmələ 
gələn  trombunin  qarşısı  alınır.  Çuğundurun  tərkibindəki 
kobalt  elementi  B
12
  vitaminin  sintezində  böyük  rol  oynayır 
ki, bu da öz növbəsində foli turşusunun B
9
 vitamininin əmələ 
gəlməsinə  şərait  yaradır.  B
9
  vitaminin  təsiri  nəticəsində 
qanda erotrositlərin, qara ciyərdə isə metonin zülalının əmələ 
gəlməsi  (sintezi)  meydana  çıxır.  Sonra  elmi  əsaslarla  isbat 
edilmişdir ki, başda tükün tökülməsi hormon pozuntularının 
baş verməsi ilə yanası, metanin amin turşusunun çatışmazlığı 
ilə də baş verir. Çuğundurun tərkibindəki dəmir elementinin 
çoxluğu nəticəsində qanda dəmir elementi nizamlanır, bunun 
nəticəsində  hemoqlobinin  tərkibində  olan  dəmir  elementi 
özünə  O2-i  birləşdirib  toxuma  və  hüceyrələri  O2-lə  təmin 
edir.  Çuğundurun  tərkibindəki  kalsium  elementinin  natrium 
elementinə  10:1  nisbəti  qanda  kalsiumu  həll  edib  orqa-
nizmdən təmizlənməsinə şərait yaradır. Çuğundur orqanizmi 
kalium,  kalsium,  fosfor,  natrium  və  xlor  elementləri  ilə 
təmin etdiyi üçün insanı gərgin əsəb sistemlərindən qoruyur. 
Həkimlər profilaktiki olaraq bir sıra xəstəliklərin qabaqcadan 
qarşısını almaqdan ötrü bir neçə ay müddətində hər gün 1-2 
xörək  qaşığı  yeməkdən  qabaq  çuğundur  şirəsi  qəbul  etməyi 
məsləhət görürlər. 
Çuğundurun  tərkibindəki  fenol  xüsusiyyətli  antosian 
maddələri əlavə  yardımçı vasitə kimi xərçəngin orqanizmdə 
yaranmasının  qarşısını  alır.  Çuğundurun  tərkibində  olan  fe-
nol  və  antosian  birləşmələrinin  xərçəng  xəstəliklərinə  olan 
təsir  mexanizmi  dazıotundan,  qara  qarağatdan,  qaragilədən, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
197 
dəmirovotundan,  fenol  və  antosian  birləşmələrindən  8  dəfə 
güclüdür.  Uzun  sürən  yuxusuzluğu  aradan  qaldırmaq  üçün 
yatmağa  bir  saat  qalmış  çuğundur  şirəsinə  bal  qatıb  içməyi 
məsləhət bilirik. Kök şirəsi ilə çuğundur şirəsini qatıb, «sağ-
lamıq  eliksiri»  hazırlayırlar.  Bu  şirənin  tərkibinə  əlavə  ola-
raq, kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edə-
rək  orqanizmin  sağlamlıq  durumunu  artırırlar.  Xalq  təba-
bətində  çuğundur  şirəsini  balla  qatışdırıb  vərəm  və  qan-
azlığında istifadə edirlər. 
Siz  çox  dəhşətli  səslənən  iki  kəlmədən  ibarət  «döşdə 
xərçəng»  sözünü  eşitməmək  üçün,  bunun  qarşısını  almaq 
üçün, çuğundurdan alınmış şirədən istifadə etməyi  məsləhət 
görürlər. Xalq təbabəti ilə məşğul olan bir qoca qadın nəvə-
sinə məsləhət görmüşdür ki, əgər istəyirsənsə döş vəzilərində 
«xərçəng»  əmələ  gəlməsin  onda  həmişə  döş  nahiyəsinə  çu-
ğundur  şirəsi  sürt.  Çuğundur  bitkisi  qadınların  əsl  tərə-
vəzidir. 
Yarpağını bişirib, qatıq-sarımsaqla yemək mədə-bağır-
saq  xəstəliklərinə,  dalaq  şişməsinə,  ağrıların  tənzimlən-
məsinə,  böyrək  xəstəliyinə  yaxşı  təsir  göstərir.  Çuğundurun 
özünün  və  yarpağının  həlimi  bəlğəm,  göyöskürək  xəstəlik-
lərinə,  soyuqdəyməyə,  sətəlcəmin  müalicəsinə  yaxşı  kömək 
edir. 
Çuğundur  yarpağının  təpitməsi  çiban,  sızanaq,  yanıq, 
oynaq ağırlarına,  yel xəstəliyinə müalicəvi  təsir göstərir, bu 
saçtökmənin  də  qarşısını  alır.  Çuğundur  həlimi  bağırsaqları 
yumşaldır. Kökəlməyə müsbət təsir göstərir. 
Çuğundur  qiymətli  tərəvəz  bitkisi  olduğundan  ondan 
müxtəlif  xörək  növləri:  borş,  vineqret,  şoraba  və  istənilən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
198 
iştahaçıcı salat növləri hazırlanır. Çuğundur tez emal olunan 
tərəvəz  növüdür.  Çuğundurdan  hazırlanan  xörəklər  nəinki 
faydalı, həm isə dadlıdır. 
 
Turp 
 
Bu cinsin dünya florasının tərkibində 9 növünə rast gəl-
mək olar. Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə 
təsadüf olunur. 
Ağ turp ikiillik, qırmızı turp birillik olub, tezyetişən tə-
rəvəz və  müalicəvi xassəyə malikdirlər. Dadına, iyinə, kim-
yəvi  tərkibinə  görə  onlar  bir-birinə  çox  yaxındır.  Bitkilər 
latınca «iri turp», «xırda turp» adlanır. 
Azərbaycanda yayılmış sort və formaların rənginə görə 
onlar  «ağ  turp»,  «qırmızı  turp»  kimi  tanınır.  Bunların  qara, 
qırmızı,  bənövşəyi,  ağ,  yaşımtıl,  narıncı,  sarı  və  s.  rəngli 
sortları  da  vardır.  Bunlardan  ağ  turp  öz  məhsuldarlığı, 
qırmızı  turp  isə  tezyetişkənliyi  ilə  seçilir.  Ağ  turp  sortu 
torpaq-iqlim  şəraitindən,  becərilmə  aqrotexnikasından  asılı 
olaraq  hər  hektardan  300  sentnerdən  1200  sentnerədək 
kökmeyvə  verir.  Qırmızı  turp  səpindən  20-25  gün  sonra 
yeyilən  kökmeyvə  əmələ  gətirir  ki,  bunun  da  hesabına  il 
ərzində 3-4 dəfə məhsul götürmək mümkündür. 
Ağ  turpda  sulu  karbonlar  7-8,  şəkərlər  2-6%,  zülallar 
1,5-2,5%,  yağlar  0,2%,  sellüloza  1,5%,  kül  elementləri  1%, 
qırmızı  turpda  uyğun  olaraq  4-5%  sulu  karbonlar,  şəkər  1-
4%,  yağ  1-1,3%,  sellüloza  0,8%  və  s.  aşkar  edilmişdir. 
Bundan  başqa  ağ  turpun  tərkibində  65  mq%-ə  qədər  C 
vitamini,  0,03%  A  (provitamini),  0,03%-  B„  0,02  %-  B
2

PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə