Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə52/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
193 
təpitmə  edib,  yatmamışdan  əvvəl  10-15  dəqiqə  üzdə 
saxlamaq,  sonra  onu  ilıq  su  ilə  yumaq,  üz  dərisində  əmələ 
gələn  ləkələri  səpgiləri  təmizləyir.  Qarpızı  acqarına  yemək 
məsləhət  deyil,  isitmə,  qızdırma  əmələ  gətirir.  Yatarqarına 
da qarpızı çox yemək narahatçılıq yaradır. 
 
Yemiş (qovun) 
 
Müalicəvi  əhəmiyyətə  malikdir.  Yemiş  istilik  verdiyi 
üçün acqarına yemək məsləhət deyil. Onu xörəkdən sonra da 
yemək həzmi ağırlaşdırır. Bununla belə,  yemişin özünün və 
qurudulmuş  qabığının  yeyilməsi,  oynaqlarda,  böyrəklərdə, 
sidik yolunda əmələ gələn duzlaşma, kirəcləşmə, daşlaşmanı 
əridir.  Xüsusilə,  yemişin  qurudulmuş  qabığının  təpitməsi 
zökəmi  aradan  qaldırır,  şişlərin,  göyərmənin,  bədəndəki 
zədələrin də müalicəsini tezləşdirir. Ümumiyyətlə yemiş qa-
bığı (quru), toxumu (tumu) qaraciyər xəstəliyinə, bağırsaqda 
və  sidikdə  olan  yararsız  maddələrin  ifrazına  sidik  yolunda 
olan ağrılara, quru öskürəyə  və bəlğəmin müalicəsinə  yaxşı 
təsir göstərir, sinə ağrısını azaldır. 
 
Çuğundur 
 
Çuğundur cinsinin dünya florasının tərkibində 12 növü 
yayılmışdır. 
Tərəvəz  çuğunduru  qiymətli  qida  və  dərman  əhəmiy-
yətli texniki xüsusiyyətlərə malik bitkidir. Tərəvəz çuğundu-
runun  kök-meyvəsindən  12%-ə  qədər  şəkər,  1,7%  zülali 
maddə aşkar edilmişdir. Şəkərin tərkibi-saxaroza, qlükoza və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
194 
fruktozadan  ibarət  olduğundan,  bu  da  şəkərli  diabetə  tutul-
muş  xəstələrdə  maddələr  mübadiləsinin  normal  gedişinə 
səbəb olur. Çuğundurun tərkibində olan üzvü turşular (quzu-
qulağu,  alma,  limon  və  s)  orqanizmdə  maddələr  mübadilə-
sinin  normal  getməsinə  şərait  yaradır.  Kökmeyvənin  tərki-
bindəki  1,2%  pektin,  5-15  mq%  betain,  askorbin  turşusu, 
0,02 mq% B„ 0,04 mq%, B2, PP, 0,2 % foli turşusu, karotin 
(provitamin  A),  288  mq%  kalium,  40-45  mq%  manqan, 
1400 mk/q % 100 dəmir, 140 mk/q 100 mis, vanadium, bor, 
yod,  litium,  molibden,  ribidium,  ftor,  sink  və  s.  makro  və 
mikroelementləri də aşkar edilmişdir. Çuğundurun təzə şirəsi 
ilə bir çox xəstəliklərin, o cümlədən spazmanı, damar geniş-
lənmələrini, sklerozu müalicə etmək üçün gözəl vasitə hesab 
edilir. Bundan əlavə, şirədən qanyaratma, mədə şirəsi vəzisi-
nin fəaliyyətinin artırılmasında, yoğun bağırsağın normal iş-
ləməsində,  bağırsaqda  miqroorqanizmlərin  normada  saxla-
nılmasında,  artıq  olan  xolesterinin  orqanizmdən  kənar  edil-
məsində  geniş  istifadə  edilir.  Çuğundur  şirəsindən  kapilyar 
və qan damarlarının fəaliyyətinin artırılmasında, damarlarda 
baş verən spazmaların aradan götürülməsində, xərçəng çöp-
lərinin  inkişafının  dayandırılmasında,  maddələr  mübadilə-
sinin nizama salınmasında, cinsi vəzilərin normal işləməsin-
də, eləcə də görmə qabiliyyətinin artırılmasında istifadə olu-
nur.  Şəkər  çuğundurundan  kolitdə,  aterosklerozda,  tireotok-
sikozda,  aritmiyada,  hipertoniya  xəstəliklərində,  qaraciyər, 
atomya (tonusun zəifləməsi), xroniki qəbizlikdə tətbiq edilir. 
Qanın tərkibində olan dəmir azlığını aradan qaldırmaq üçün 
çuğundur şirəsini bərabər miqdarda kök və qara turpun şirəsi 
ilə  qarışdırıb  gündə  5  dəfə  bir  xörək  qaşığı  qəbul  etməyi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
195 
məsləhət görürlər; 
Çuğundurun  müalicəvi  xüsusiyyətləri  bizim  eradan 
çox-çox əvvəl o dövrün məşhur  tibb alimlərinə Hippokrata, 
Qalenə, Dioskoridə, İbn Sinaya, Paraselə və s. tanış idi. On-
lar  şəkər  çuğundurundan  hazırladıqları  reseptlərlə  qanazlı-
ğını,  mədə  və  onikibarmaq  bağırsaqda  baş  verən  nasasız-
lıqları,  qaraciyərdə  baş  verən  pozğunluqları  müalicə  edər-
mişlər. İbn Sina təzə çuğundurdan hazırladığı məlhəmi limfa 
düyünlərində  əmələ  gələn  Şişlərin  üzərinə  yaxıb  müalicə 
edərmiş.  Hippokrat  çuğundurdan  10-dan  artıq  müalicə  pre-
paratları  hazırlamışdır.  Qədim  əlyazmalarında  çuğundurla 
bir  çox  xəstəliklərin  müalicəsi  haqqında  maraqlı  məlumat-
lara  rast  gəlmək  olar.  Keçmişdə  çuğundurla  müalicə  edilən 
xəstəliklərin  nəzəri  və  praktiki  xüsusiyyətləri  işlənib  hazır-
lanmışdır.  Qırmızı  çuğundurun  tərkibində  alkoloid  təbiətli 
betain  və betanin zülal  maddələrinin aşkar olunması çuğun-
durun  dietologiya  sahəsində  birincilər  sırasına  sıxmasına 
səbəb  olmuşdur.  Çuğundur  şirəsi  zülalın  həzm  olunmasını 
asanlaşdırır, xolin maddəsinin əmələ gəlməsində iştirak edir, 
qanda  normadan  artıq  olan  xotesterini  normaya  salır,  yağ 
mübadiləsini  yaxşılaşdırır  və  s.  Betain  və  betanin  lipid 
təbiətinə yaxın olub qaraciyərdə gedən piy mübadiləsini qay-
daya  salır.  Orqanizmdə  olan  ağır  metalların,  zəhərli  toksiki 
maddələrin  kənar  olunmasında  çuğundur  şirəsi  böyük  rol 
oynayır.  Bu  yaxınlarda  çuğundurun  tərkibindən  tapılan  U 
vitamininin bişirilmiş çuğundurun tərkibində parçalanmadan 
qaldığı  aşkar  olunmuşdur.  U  vitamini  orqanizmdə  azlıq 
edərsə, onda mədədə və onikibarmaq bağırsaqda yaraların və 
eləcə  də  müxtəlif  təbiətli  bir  sıra  allergiya  xəstəliklərinin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə