Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə51/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
190 
tənzifdən  keçirmək  və  burun  nahiyəsinə  bir  neçə  damcı 
damızdırmaq  kifayətdir.  Sarımsaq  bitkisinin  quru  cövhərini 
öd  kisəsinin  iltihabında  tətbiq  edirlər.  İnfakt,  stenokardiya, 
skleroz, iflic xəstəliklərinin müalicəsində, müxtəlif şirələrin, 
başda  əmələ  gələn  sislərin  yox  edilməsində,  görmə  qabi-
liyyətinin  artırılmasında  sarımsaqdan  istifadə  olunur.  Bun-
dan  başqa,  sarımsaq  orqanizmin  müqavimətinin  artırılma-
sında,  qarın  yatalağı,  dizenteriya,  vəba  və  s.  xəstəliklərin 
müalicəsində işlədilir. Sarımsaqdan işlənib hazırlanan prepa-
ratlar  nəticəsində  bakterisid  xəstəliklərin,  eləcə  də  toxuma-
ların  bərpa  olunmasına,  soyuqdəymə  xəstəliklərinə  qarşı 
orqanizmdə  immunitetin  fəaliyyətinin  güclənməsinə  nail 
olunmuşdur.  
Sarımsaqdan alınan preparatların müxtəlif xərçəng xəs-
təliklərinə  qarşı  mexanizmini  öyrənərək  belə  nəticəyə  gəl-
mişik  ki,  bu  preparatlar  xərçəng  çöplərinin  inkişafını  da-
yandırmağa  qadirdirlər.  Bir  qrup  yapon  alimi  sarımsaqdan 
yeni preparatlar hazırlayıb orqanizmdə inkişaf edən xərçəng 
çöplərinin  inkişafını  dayandırmaq  əleyhinə  immunitet 
yaratmışdır. 
Yuxarıda  qeyd  etdiyiniz  xəstəlikləri  müalicə  etmək 
üçün: 350 q sarımsaq bitkisinin soğanağını  yuyub həvəngdə 
əzir,  əzilmiş  sarımsağın  şirəsindən  200  q  götürüb,  ona  200 
ml 96% spirt əlavə edilir. Alınan məhlul gildən hazırlanmış 
qaba  yığılır,  qabın  ağzı  möhkəm  bağlanıb  qaranlıq  və  sərin 
yerdə  10  gün  müddətində  saxlanılır.  10  gündən  sonra  bu 
maye kətandan süzülür. 2-3 gündən sonra bu məhlulla müa-
licəyə başlamaq olar. Bundan 50 qram soyuq südə bir neçə 
damcı töküb gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə qabaq qə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
191 
bul etmək məsləhət görülür. Sarımsaqdan alınan şirə ilə də-
ridə  əmələ  gələn  ziyillərin,  ekzema  və  səpgilərin,  yaraların 
müalicəsində  istifadə  edilir.  Şirəsini  başın  dərisinə  sürtərək 
tükün  tökülməsinin  qarşısı  alınır.  Son  iki  ildə  Amerikanın 
milli  institutunda  aparılan  tibbi  təcrübələr  zamanı  isbat 
olunmuşdur  ki,  hər  gün  qida  ilə  5  qram  sarımsaq  yedikdə 
xərçəng xəstəliyinə tutulmağı 10% aşağı salır. 
Qidalılıq və müalicə əhəmiyyətinə görə hər adam il ər-
zində  8-8,5  kiloqram  sarımsaq  və  soğan  yeməlidir.  Sa-
rımsağın  soğanağından  tamlı  qatqı  kimi  bir  çox  soyuq,  isti 
və  müalicəvi  xörəklərin,  eləcə  də  müxtəlif  salatların  hazır-
lanmasında, kolbasa və konserv sənayesində istifadə olunur. 
Sarımsaqdan  turşuya  qoyulmuş  tərəvəz  məhsullarının 
tərkibinə qatılır və tamlı şorabalar qoyulur. 
Çox dərdlərin dərmanıdır. Ağız boşluğunda əmələ gə-
lən  səpgiləri,  dişdibi  xəstəlikləri,  mədə-bağırsaqda  əmələ 
gələn  səpgiləri,  orqanizmin  daxilində  əmələ  gələn  yaman 
(xərçəng) şişləri yandırır və büzüşdürür. Sarımsağın iyi xoşa 
gəlməsə də, bağırsaqda olan bütün qurdları tökür. Sarımsaq 
göz qişalarında olan qızartıları yox edir, görmə qabiliyyətini 
artırır,  dırnaq  qırılmasının  qarşısını  alır,  boyatma  vəzilərini 
inkişaf etdirir, qan təzyiqini aşağı salır. 
 
Qabaq 
 
Müdriklərin  məsləhətinə  görə  qabaqdan  (boranı,  bal-
qabaq,  kudu)  hazırlanmış  xörəklər  ağız  boşluğunun  quru-
masına,  tüpürcək  vəzisinin  tənzimlənməsinə  kömək  edir, 
tərləmənin  qarşısını  alır,  susuzluğu  aradan  qaldırır.  Qabaq-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
192 
dan  hazırlanan  xörəklər  bədənin  bütün  orqanlarını  yum-
şaldır,  yorğunluğu,  başgicəllənməsini,  zəifliyi  aradan  qal-
dırır,  qançır,  sinə,  oynaq  ağrılarına  kömək  edir,  bədəndə 
temperaturu tənzimləyir. Bəlğəm, göy öskürək, soyuqdəymə, 
sətəlcəm zamanı xəstəyə bəhməzli (doşab) qabaq aşı vermək 
effektlidir. Qabaqdan hazırlanmış xörəklər mədə-bağırsaqda, 
ağız boşluğunda, bronxlarda, ağciyərdə əmələ gələn səpgiləri 
sağaldır.  Qabaq  mürəbbəsi  yorğunluğu  aradan  qaldırır, 
insanın  iş  qabiliyyətini  artırır,  onda  şən  əhvali-ruhiyyə 
oyadır.  Qabağın  toxumu  (tumu)  da  müalicə  əhəmiyyətlidir. 
Mədə-bağırsaq  xorasında,  ağız,  dil,  bronx  və  ağciyərlərdə 
yaranan  səpgilər  zamanı,  eyni  zamanda  vərəm  xəstəliyinin 
müalicəsində  faydalıdır.  Qabaq  toxumundan  çəkilən  yağ 
yuxusuzluqda, sidik  yolunda əmələ gələn iltihabi xəstəliklər 
və  soyuqdəymə  zamanı  tətbiq  edilir.  Ümumiyyətlə, 
qabaqdan hazırlanan xörəklər yumşaldıcı xarakter daşıyır. 
 
Qarpız 
 
Ağız  boşluğunun  qurumasına,  susuzluğa,  tüpürcək 
vəzisinin  tənzimlənməsinə  kömək  edir.  Qarpız,  həmçinin 
orqanizmin  temperaturunu  və  qan  təzyiqini  də  tənzimləyir, 
həzmi  asanlaşdırır,  ağızda  acılığı  yox  edir.  Böyrəkdən  si-
diyin  süzülməsini,  sidik  yolunda  ifrazı  asanlaşdırır.  Qar-
pızdan hazırlanan mürəbbə və həmçinin toxumundan çəkilən 
yağ qan təzyiqini,  sinir sistemini, ödü, böyrək,  oynaq, sidik 
yolunda əmələ gələn duzlaşmanı, kirəci, daşlaşmanı əritmək 
və  tənzimləmək  üçün  müalicəvi  əhəmiyyətə  malikdir. 
Qarpızın  şirəsini,  mürəbbəsini,  qabığını  dəfnə  yarpağı  ilə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə