Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə49/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
183 
TƏRƏVƏZLƏR 
 
Badımcan 
 
Badımcan şirəsi iştahanı artırır, ondan hazırlanan təpit-
mə  (maska)  üzdə  əmələ  gələn  qırmızı  ləkələri  təmizləyir. 
Bunun  üçün  axşam  yatmazdan  qabaq  badımcan  şirəsindən 
hazırlanmış  təpitməni  üzə  çəkmək,  30-35  dəqiqədən  sonra 
onu ilıq su ilə silmək lazımdır. Müalicəni 14-15 gün davam 
etdirmək məsləhətdir. 
 
Kələm 
 
Kələm  mədə-bağırsaq  xəstəliklərinə,  qan  təzyiqinin 
aşağı  salınmasına  müsbət  təsir  edir.  Kələmin  yuxugətirici 
xassəsi güclüdür. Onu qaynadıb həlimini içmək qan damar-
larını  genişləndirir.  Bu,  bəlğəm  və  göyöskürəyə  yaxşı  təsir 
edir.  Bel,  boyun,  oynaq  ağrılarını  azaldır.  Kələm  suyu  və 
ondan hazırlanmış xörək bədənin temperaturunu tənzimləyir, 
lakin  kələm  həlimini  çox  içmək  qanı  qatılaşdıra  bilər. 
Kələmi  bişirib  arpa  unu  ilə  təpitmə  etdikdə  irinli  yaraları 
sağaldır. Yel xəstəliyi, bel və oynaq ağrıları zamanı da belə 
təpitmənin qoyulması məsləhətdir. Kələm təpitməsi yumurta 
ağı ilə qarışdırılanda,  yanıq  yaralarına da  yaxşı  kömək edir. 
Kələm təpitməsi saçın tökülməsinin qarşısını alır. 
 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
184 
İspanaq (şomu) 
 
 Sarımsaq-qatıqla yedikdə iştahanı artırır, dişdibi yuva-
ları  möhkəmləndirir,  mədə-bağırsaq  xəstəliklərinə,  qurd 
tökməyə, daxili qanaxmaya müalicəvi təsir göstərir. 
 
Soğan 
 
Dünya  florasında  soğanın  500-ə  qədər  kökümsov  və 
soğanaqlı növlərinə rast gəlmək olar. Yabanı soğan növləri-
nin  içərisində  qida  əhəmiyyətli,  ədviyyat  xüsusiyyətli,  mü-
alicə  və  bəzək  üçün  yararlı  nümayəndələrinə  tez-tez  rast 
gəlmək olar. 
Soğanın  tərkibində  insan  orqanizmi  üçün  faydalı  olan 
qiymətli  maddələrdən,  13-20%  quru  maddə,  3-4%  zülal, 
18%-dən  çox  amin  turşusu,  2-14%  şəkər,  12-16  mq%  efir 
yağı, inulin, fıtin, saponin, 2-13,9% C vitamini, 1,3-5,9 mq% 
provitamin A, B, B
2
, PP, E, H, D, D
2
, B
6
 vitaminləri, foli və 
pantanen turşuları  və s. aşkar edilmişdir. Soğanda həmçinin 
az  miqdarda  raffinoza,  ksiloza,  arabinoza,  riboza  və  bəzi 
polifruktozanlar  aşkar  edilmişdir  ki,  bunlar  da  hidroliz 
olunduqda  fruktoza  və  qlükozaya  çevrilir.  Daxili  qatlarda 
şəkərin  miqdarı  xarici  qatlara  nisbətən  2-3%  çoxdur.  Acı 
soğanda orta hesabla 10%, şirin soğanda isə 5% şəkər vardır. 
Soğanın tərkibində olan 0,3-0,15% üzvi turşuların əsa-
sını  limon,  alma  və  kəhraba  turşuları  təşkil  edir.  Quru  qa-
bıqlarda  antiseptik  xassəli  protokatexin  turşusu  vardır. 
Soğanın  tərkibində  1,20mq%  maqnezium,  0,4mq%  dəmir, 
0,02mq%  manqan,  0,35  mq%  mis,  0,24  mq%  sink,  0,01 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
185 
mq% xrom, 0,02 mq% alüminium, 5 mq% selen, 0,06 mq% 
nikel, 0,01 mq% qurğuşun, 0,40 mq% bor və selen elementi 
də tapılmışdır.  
Acı  soğan  sortlarına  «Arzmas»,  «Bessonov»,  «Mi-
terski»,  «Rostov»,  «Striqunov»,  «Poqar»,  «Ufa»,  yarımacı 
soğan  sortlarına  «Danilov»,  «Qızıl  şar»,  «Maykov»,  «Qri-
bov»,  «Sitaus»,  «Belozer»,  şirin  soğan  sortlarına  «Barleta», 
«Krasnodar-35»,  «Marcelan»,  «Yalta»,  «Conson»,  «Sarı 
ispan» və s. daxildir. 
Soğan  təzə  halda  kulinariyada,  sirkəyə  qoymada  və 
tərəvəz  konservlərinin  hazırlanmasında  istifadə  olunur.  Ət 
xörəklərinin  hazırlanmasında  işlədilir.  Soğan  iştahanı  artırır 
və başqa qidaların həzminə müsbət təsir göstərir. Bakterisid 
xassəyə  malik olduğundan bir çox  mikroorqanizmləri  məhv 
edir. 
Soğan  ən  kütləvi  tərəvəz  bitkisi  olmaqla  yanaşı,  şəfa 
verici  keyfiyyətə  malikdir.  Dioskorad  özünün  «Dərman  va-
sitələri» əsərində soğanı iştahaaçan və təmizləyici bir vasitə 
kimi göstərmişdir. Qədim Romada hesab edirdilər ki, xörəyə 
çoxlu soğan qatdıqda adam qorxmaz və güclü olur. Soğanın 
tərkibində  olan  efir  yağı  ona  kəskin  iy  və  acı  dad  verir.  Bu 
da  göz  bəbəyinin  selikli  qişasına  və  yuxan  nəfəs  yollarına 
qıcıqlandırıcı təsir göstərir. Soğanda efir  yağının miqdarı nə 
qədər çox olarsa, onun dadı bir o qədər acı olur. Efir yağının 
çox  olması  soğanı  uzun  müddət  saxlamağa  imkan  verir. 
Soğanı yağda qızartdıqda belə tərkibindəki efir yağı itmir. 
Göy  soğan  iştahanı  artırır,  şirələrin  axmasını  güclən-
dirir  və  həzm  orqanları  tərəfindən  qida  maddələrinin  yaxşı 
mənimsənilməsinə  kömək  edir.  Soğandan  elmi  təbabətdə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
186 
«Allilçen»  və  «Allilqliser»  adlı  preparatlar  hazırlanır  ki, 
bunlardan  bir  sıra  xəstəliklərdə,  son  illərdə  isə  mədə-ba-
ğırsaq  xoralarına,  qrip  və  anginaya  qarşı,  eləcə  də  avita-
minoz zamanı geniş istifadə edilir. Bundan əlavə, bu prepa-
ratlar  ümumi  əhval-ruhiyyəni  yaxşılaşdırır,  bağırsaqların 
sekretor fəaliyyətinə təkan verir və əzələləri hərəkətə gətirir, 
zərərli  bakteriyaları  məhv  edir.  Tez-tez  qəbzliyə  tutulan 
adamlara  gündə  üç  dəfə  yeməkdən  qabaq  «allilçen»dən  15-
20  damcı  içmək  faydalıdır.  Bu  dərmanı  həmçinin  ateres-
kleroz  və  hipertoniya  xəstəliklərinin  silerotik  formalarında 
gündə  üç-dörd  dəfə,  hər  dəfə  20-40  damcı  üç  həftə  müd-
dətinə qəbul etmək olar. 
Soğan xalq təbabətində də geniş istifadə edilir. Soğanın 
tərkibində  olan  fitonsid  maddələri  göbələkləri  və  xəstəlik 
törədən mikrobları məhv edir. 
Qripli  zökəm  zamanı  soğan  şirəsi  hopdurulmuş  pam-
bığı  gündə  üç  dəfə  10-15  dəqiqə  burun  deşiklərində  saxla-
maq  yaxşı  nəticə  verir.  Qulaqda  iltihab  prosesi  olduqda  bu 
üsulla müalicə etmək mümkündür. Angina zamanı təzəcə ha-
zırlanmış  soğan  şirəsini  iyləmək,  ağız  nahiyəsinin  selikli 
qişasında yaracıqlar olduqda soğan şirəsindən istifadə etmək 
xeyirlidir.  Dəridə  səpki,  sızanaq,  piqment  ləkələri,  yanıq, 
ziyil  və  çil  olduqda  soğandan  istifadə  olunur.  Bütün  üçü 
soğanı  əzərək  həmin  yerə  qoyurlar.  Suda  pörtlədilmiş 
soğandan  isə  irinləyən  yaraların  tezliklə  deşilməsində  və 
barmaqlarda  olan  döyənəklərin  yumşaldılmasında  istifadə 
edilir. Vitamin çatışmazlığı nəticəsində diş ətində baş verən 
sinqa xəstəliyinə qarşı soğan əsas vasitədir. Soğan qabığının 
tərkibində  1-3  %-ə  qədər  boyaq  maddə:  vardır.  Bir  qədər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə