Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

Ey mana tə`n eyləyən, tərk etgilən meyxanəni,

Tərkin etməm, arizuyi-bu ləbi-canan çəküb.

Aşiqün halun pərişan görsön, ey məh, incimə,

Tə`neyi-əğyardən sonra qəmi-hicran çəküb.

Yox əcəb bu Saqibi bir cam yıxsa, saqiya,

Varə-varə hər nəfəsdə afəti-dövran çəküb.

* * *

 

Bu gözəllikdə səni xameyi-təqdir çəküb,



Aləmi məhv eləmiş kim, belə təsvir çəküb.

Heyrətə düşdi müsəvvir, necə çəksün qaşuvi,

Qıldı çeşmün ona tə`lim, iki şəmşir çəküb.

Demə bu türreyi-mişkindür, ey şirinləb,

Eşq divanəsinə ah ilə zəncir çəküb.

Qaşlarun tağı arasında yatub məst gözün,

Deyəsən, kaminə ahubeçəni şir çəküb.

Sürmədən alma xəbər vəsfini müjganlarıvun,

Dili-divanəmi çak eyləməgə tir çəküb.

Dedi zahid mana, mey içmə, dedim yar ləbi,

İçdirür badə mana naleyi-təkbir çəküb. 

Eylə bilmə xətü xalun məni Məcnun etmiş,

Məni divanəligə türreyi-şəbgir çəküb.

Vaizi-şəhrə dedim, həqqə nədür isbatun,

Baxgilən qanmaza, şahid mana təfsir çəküb.

Tövbə təklifini etmə mana, naseh, əl çək,

Məni meyxanəyə Saqib kimi bir pir çəküb.

* * *


Qoy, sayə salsun hüsnüvə, ey yari-dilfərib,

Çin-çin şikənci-türrələrün görməsün rəqib.

42



Dinü dil etdi kuyüvə mən gəldigüm zəman,

Bu bir məsəldü, xəlq deyər: “kur olur qərib”.

Ey söləyən bu dərdü qəmü eşqə çarə qıl!

Olmaz əlacı, zəhməti-bica çəkər təbib.

Zahid, məlamət etmə mey üftadəsin görüb,

Gün gahi sərfəraz olu,

 gahi olur nəşib.



Sərgərmi-badə olmamağun heç əcəb degül,

Təklifi-tövbə eyləməgündür sənün əcib.

Dövran əlilə gülşəni xar etdi paymal,

Künci-qəfəsdə nalə çəkər zar əndəlib.

Qədrincə hər kəsün eləyüb bəxt yarlıq,

Salmış məni əyağə, vəli bəxti-nanəcib.

Gəh ağladur zəmanə bizi, gah güldürür,

Saqib, qəm etmə, xoş gün olur aqibət nəsib.

* * *

Döndərmə qanə bağrımi, ey yari-dilfərib,



Bəsdür eşiddim hicr güni tə`neyi-rəqib.

Əğyarə vermə meylüvi, rüsva edər səni,

Vəslün mana ölüncə dəxi olmasun nəsib.

Gülzar soldı, oldı xəzan, ahü naləsin,

Künci-qəfəsdə tərk eləməz miskin əndəlib.

Ney kimi nalə eyləsəm, ey şuxi-səngdil,

Divanə eyləsə məni hicrün, degül əcib.

Axtarma çarə dərdimə, nəbzimdən əl gətür,

Bu dərd, dərdi-eşqdü, səhv etmə, ey təbib.

Divanə könlüm itmiş idi eylədim soraq,

Etmiş əsir zülfün onı, sevməyür qərib.

* * *


 Olur


43


Dutdı dil hicründə od, ey dilnəvazü dilfərib,

Bağrımi qan eyləyürsən, kam alur səndən rəqib.

Ahü nalə eyləməkdür çarə ancaq aşiqə,

Eyləmə tədbiri-dərman dərdimə, əl çək, təbib!

Tişəni künd eyləmə, ey kuhkən, Şirin içün,

Bisütun dağında çox, Şirin sana olmaz nəsib.

Yandırur gül bərgini əttar çəksün ətrini,

Naləni eylər qəfəs küncində miskin əndəlib.

Kasə-kasə xuni-dil iç, çəkmə nakəs minnətin,

Damənindən dutma gər sultan olsa nanəcib.

Mərdümi-baqeyrətə, get, canuvi qurban elə,

Başuvi ver istəsə min dəf`ə, olma naşəkib.

Kuyinə yarun yetərsən, nalə etmə, Saqiba,

Kam hasil eyləyərsən, səbr elə sən, ənqərib.

* * *

Dərdi-eşqə çarə yoxdur, etmə dərman, ey təbib!



Dəf` dərman ilə olmaz dərdi-hicran, ey təbib!

Eyləməz hər zəxm, çəkmə zəhməti mərhəm qəbul,

Var cigərdə zəxmi-növki-tiri-müjgan, ey təbib!

Mən necə rüsvayi-eşqəm, bildirür nəbzim sana,

Bilməsün, bidərdlərdən saxla pünhan, ey təbib!

Artırur dərdim mənim, əl çək, bu dərmanun sənün,

Çarəsi lə`li-ləbi-canandur, qan, ey təbib!

Könlümün cəm`iyyətin cəm` eyləmək mümkin degül,

Eyləmiş ol sərvqəd zülfin pərişan, ey təbib!

Nəbzimə əl vırma, çox incidmə sınmış könlümi,

Tə`neyi-əğyar edübdür bağrımi qan, ey təbib!

Xanə bərduşəm, əlacun var isə, gəl, eylə kim,

44



Başimə, gör, nətdi

 axır dövri-dövran, ey təbib!



* * *

Çarə yoxdur dərdi-eşqə, etmə çox dərman, təbib,

Əl gətür, dərman qəbul etməz qəmi-hicran, təbib.

Sordılar Loğmandən, var dərdi-eşqün çarəsi?

Sölədi, yox, çarə olmaz, oldı rugərdan təbib.

Var əlacı, qismət olmaz, qisməti-əğyardür,

Bağrımi qan eyləyən lə`li-ləbi-canan, təbib.

Çarəsi bu dərdi-eşqün vermədi Məcnunə əl,

Dərdinə etdikcə çarə, eylədi tüğyan təbib.

Bir məni eşq aləmində görmisən rüsvayi-eşq,

Vadiyi-heyrətdə çoxlar etdi sərgərdan təbib.

Nəbzimə əl vırma, əl çək, sorma heç əhvalımi,

Könlümün mə`murəsin qəm eyləmiş viran, təbib.

Aləmi-eşqün nə bilsün, Saqiba, keyfiyyətin,

Bilməz heç miqdar dərman da, nədür mizan təbib.

* * *


Künci-qəfəsdə oldı sənə nalələr nəsib,

Gül fəsli keçdi, tərk eylə biçarə əndəlib.

Avarə olsa zülfün içində əcəb degül,

Könlüm, qaranlıq olsa vilayət, azar qərib.

Əl çək, əlacı yox bu dili-parə-parənün,

Eşqün mərizinə kim edər çarə, ey təbib!

Ey ahü nalə etmə deyən, az məlamət et,

Əşkim fənayə aləmi versə, degül əcib.

Hicran güni şəmadəti-əğyar, künci-qəm,

Bir dəf`ə al bu canımi, ey yari-dilfərib.

Məcnunə söyləmə xəbəri-Leyli, ey cərəs,

 Nə etdi



45


Leylayə ver xəbər, sanur ol Leylini rəqib.

Saqib, xəyalə sal Vətənün canfədalərin,

Qaşü gözi xəyal eləməz kamilən ədib.

* * *


 

Zülfün kəməndi könlümə qoy verməsün nicat,

Bəsdür, mana bu ləblərün hərdəm verür həyat.

Töksün nə qədr həsrəti-xunabə gözlərim,

Bari bu tiri-qəmzön ilə eylə iltifat.

Heyrani hüsnüvün olam hərgiz əcəb degül,

Eylə gözəldü hüsnün, edüb kainatı mat.

Ey mahparə, kim sora bu lə`li-nabuvi,

Ta həşr üzin görüncə gərək görməsün məmat.

Ey dil, gedəndə kuyinə ol mahparənün,

Qıl ehtiyat, görməsün əğyar, mən fədat.

Yox fərqi, zahida, eləsən doğrı səcdəni,



Ya məscidi-xərabə ola, ya ki, sovməat.

Saqib, qəzəldən eyləmə e`raz bir nəfəs,

Aləm dağılsa yansa əgər külli-kainat.

* * *


 

Cami-meydən tökülən saqi əlindən qətərat,

Verür hər qətrəsi min ruhi-Məsihayə həyat.

Xüm əyağında qazun qəbrimi, ey əhli-vərə`,

Qəbrim üstündə verün dürdi-şərabi xeyrat.

Demə meyxanəyə gəl, zahidə, əl çək, saqi,

Kafər, ey rahəti-can, cənnətə getsün heyhat.

Nola təsbihə verüb daneyi-xalun zahid,

Edəcək daneyi-təsbih ilə virdi-sələvat.

Yanar əhvalimə vaiz ki, cəhənnəmdü bizim,

 Sənə fəda olum



46


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə