Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

Aləmlərə bütün verəcəksən ziyan xərab.

Asanlıq ilə saliki-rahi-həqiqəti,

Kim bildi, eyləmə həqqi virdi-zəban xərab.

Ta nəqdi-canı dutmayasan əldə, Saqiba,

Yetməsən

 həqqə, eyləmə hərgiz yəman xərab.



 

* * *


Rəhi-eşqündə məni eyləmisən xanəxərab,

Tab hicranüvə yox məndə, verürsən çox əzab.

Lə`li-nabun görəni badəpərəst oldum mən,

Yoxsa mən hardan hərdəm eləyim əzmi-şərab.

Durma gözəllərə qarşu, sənə eyb eylərlər,

Səni göstərməz hər ayinə, gər açson da niqab.

Ehtiyacun sənün, ey ayinə, yox ayinəyə,

Baxasan, hanı gözəl sən kimi, ey zülfi tənab.

Nəqs yox bu rüxi-alunda sənün, mahvəşim,

Örtəsən üstüni zinətlə, gözəlsən nayab.

Ümmidür səndə, bu gögçəkligüvə söz yoxdur,

Vəsfi-rüxsarüvi etmiş bizə ol xümmi məab.

Səndə bir nəqs var, ey sərvqədü şirinləb,

Gər desəm, incimə, məndə dəxi yox taqətü tab.

Əhd qıldun mən ilə, vermərəm əğyarə könül,

Hanı ol əhd, sorar lə`li-ləbündən o cənab.

Dutacaq çaki-giribanuvi miskin Saqib,

Ey qoyan bağrıma qan, eylə yəqin, ruzi-hesab.

* * *

 

Saqiya, yıxdı məni, tə`n eləmə, camü şərab,



Sən məni xanəxərab eylədün, ey xanəxərab!

Dutmaz idim rəhi-meyxanə mən, ey şirinləb,

 Yetməzsən



33


Ləblərün zövqi dəmadəm mana verdi meyi-nab.

Sən tökəndə yüzə bu zülfi-əbirəfşani,

Şövqdən səhni-gülistanda gəlür rəqsə qürab.

Diri əf`i dolaşub boynuma gördüm yuxıda,

Zülfüvün tarı imiş, eylədilə

 tə`biri-xab.



Düzülüb daneyi-xalun ləbün ətrafında,

Deyəsən, dövri-Peyəmbərdə durubdur əshab.

Əksi-rüxsarüvə, qoy, xəlqi təmaşa eləsün,

Qədəğəndür, gözəlim, salma bu rüxsarə niqab.

Dərd bir olsa idi çarəsini eylərdim,

Tə`ni-əğyarə dözüm, ya ki, edim hicrüvə tab?

Taği-əbruyi-nigarə edərəm mən səcdə,

Daşə vır başuvi, zahid, sənün olsun mehrab.

Şadlıq eyləmə, diqqət gözün aç, eylə nəzər,

Sitəmi-dəhri şikayət eləyür çəngü rübab.

Can deyüb can eşidən olmayacaq aləmdə,

Əhli-insaf vücudi ilə olmuş nayab.

Künci-meyxanədə sərf eyləmiş ömrin Saqib,

Zahid, əl çəkməyəcəksən, dəxi nə həqq-hesab.

* * *

Saqiya, bir mahvəşi-rüxsardür camü şərab,



Zahid ondan eyləyür təsbih əldə ictinab.

Sorma hüsnün vəsfini ayinədən, ey qönçələb,

Harda xəffaşə olur mə`lum qədri-afitab.

Məndən al rüxsari-alun vəsfini kim necədür,

Nazil olmış vəsfi-rüxsarundə, zalim, dörd kitab.

Mən necə əbrulərün tiğindən imdad istəmüm,



Gəh olur zəncir zülfün, gah əf`i, gah tənab.



Mən necə Məcnun kimi sərgəştə heyran olmayum,

Çeşmi-bədməstün sənün salmış cəhanə inqilab.

 Eylədilər



 İstəməyim



34


Göz-göz etmiş navəki-qəmzön dili-divanəmi,

Böylə tirəfşanlığı ögrənməyüb Əfrasiyab.

Saqiba, heç yerdə yoxdur yer sana, avarəsən,

Vermisən əldən vətən sən, ya günah et, ya səvab.

* * *

 

Gizləndi xümdə rahəti-ruhi-rəvan şərab,



Əhli-fəsad içməyə bu bağrıqan şərab.

Ey dil, qədəm qoyanda bu meyxanə küncinə,

Qıl ehtiyat, eyləyəcək imtəhan şərab.

Var səndə tab içməgə, nuş et, həlaldür,

Yox tab içməgə, söləmə: verdi ziyan şərab.

Ol həmpiyalə əhli-ədəblə, fərəh verür,

İçdikcə hər nəfəs sana arami-can şərab.

Çox içmə, adət eyləmə, rüsva edər səni,

Səndən, həzər qıl, olmıya ta bədgüman şərab.

Bir özgə halı var içəsən mahi-ru ilən,

Hər sübhü şam anlamaz eldən nihan şərab.

Bir nəfs məndən inciməyüb, saqi şahidim,

İçsəm şərabxanədə ruzü şəban şərab.

Düşməz şərab tərki mana, zahid, əl gətür,

Etsə nə qədr gər məni bixaniman şərab.

Azad eyləyür məni ənduhü qüssədən,

Saqib, bu mahruyilən içsəm haçan şərab.

* * *


Zahid əgər bileydi nədür rütbeyi-şərab,

Təsbihə vırmaz idi əl, eylərdi ictinab.

Sufi meyi həram oxıdı, vəchi var onun,

Oxşatdı mey özin ləbüvə, oldı mey xərab.

35



Yaxşı-yəman fərqin bilərsən sən ol zəman,

Tədbir üzilə gər çəkəsən tiği-inqilab.

Bir göz yumub-açınca dutar fitnə aləmi,

Xəlqün ümurinə edəsən naşi intixab.

Bilsön ki, var sənün kimi bir sərvqamətim,

Heyrətdə qalsun, aç yüzini, mahü afitab.

* * *

Kim söləməz bu arizün, ey şuxi-məhniqab,



Od vırdı hüsni-laləyə bağrın edüb kəbab.

Sən eylə sərvnazü pəriçöhrə şuxsən,

Şahid kim istəsə edər iqrar dört kitab.

Davuddən Zəburdür, İncil Məsihidən,

Yox şübhə, bu gözəlligüvi etmiş intixab.

Qur`andə Mühəmməd(s) oxur vəsfi-hüsnüvi,

Tövratdə Kəlimə salursan min iztirab.

Şanə vıranda türreyi-pürpiçü tabuvə,

Uydım cünunə, könlüm evin eylədün xərab.

Hər bir gözündə zahir olur bir cəhan bəla,

Xalü xətündə tə`biyədür əksi-inqilab.

Durmış nizamə tiri-müjön qətli-am içün,

Etməz bu tirə sineyi-Əfrasiyab tab.

Qıldun əsir zülfüvə divanə könlümi,

Bəsdür, qaşun qılınci ilə vermə çox əzab.

Keçdi bəhar fəsli, mey içmək həramdür,

Saqib, günahdür, dəxi meyl eyləmə şərab.

* * *


   

Neyləyürsən, səndə yox iman, imandur ədəb,

Ayə-ayə baxgilən Qur`anə, Qur`andur ədəb.

36



Qatilün şeytan olur, olson ədəbdən bixəbər,

Getsə canun, kəsb qıl, cəlladi-şeytandur ədəb.

Biədəbdən gözləmə insanlığun arayişin,

Olma nəfsün düşkini, bil əsl insandur ədəb.

Kafəristan kişvərin fəth etmək olmaz tiğ ilən,

Zərrəcə gər var əlündə, kafəristandur ədəb.

Ey təfaxür eyləyən, mən aləmün sultaniyəm,

Biədəbsən, çox təfaxür etmə, sultandur ədəb.

Biədəbdən fərq yox heyvanlığun, ey biədəb,

Saliki-rahi-həqiqət, şahi-mərdandur ədəb.

Ey soran Allah nədür, gəl, göstərüm Allahı mən,

Yoxlığı var eyləyən, Allahi-Rəhmandur ədəb.

Xətm olunmazdı nübüvvət Xatəmi-peyğəmbərə,

Rütbeyi-xatəmligə sərmayə mizandur ədəb.

Cami-vəhdət badəsindən Saqibi məst eyləmiş,

Ruhdür başdan-əyağə, rahəti-candur ədəb.

* * *

 

Etmə əfşan zülfüvi rüxsarüvə, ey qönçələb,



Ləblərün dövrində həlqə vırmasun ol biədəb.

Nə qiyamət vardur bilməz dili-divanədə,

Məskən etmiş ləblərün küncində daim ruzü şəb.

Verməmək olmaz könül sən kimi laləarizə,

Olmadım rüsvayi-eşqün, ey pərivəş, bisəbəb.

Gəldi aləmlər təmaşa etməgə rüxsarüvə,

Mən də gəldim, aç yüzün, zalim, nə hacətdür qəzəb.

Dutmason can nəqdi əldə, getmə yarun kuyinə,

Etmək olmaz gənci, ey dil, rəncisiz hərgiz tələb.

Kim ola eşq aləmindən bixəbər, insan degül,

Heç nəyə lazim degül, ondan gözəlraqdür hətəb.

37



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə