Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

cü  illərdə  biz,  Fransa  səfirliyinin  Mədəniyyət  Mərkəzinin 
Bakıdakı  Jorj  Sand  adma  kiçik  bir  kitabxanasmm  profes- 
sional  fəaliyyətini  diqqətlə  öyrənir,  təcrübə  əldə  etməyə 
çalışırdıq.  O  zamanlar  həmkarımız  Nigar  Babaxanovanın 
kitabxanada tətbiq etdiyi  ştrix-kodla eyniləşdirmə texnolo- 
giyası,  o  cümlədən  ştrix-kodu  oxuyan  və  məlumatı  bir 
anın  içində  emal  edərək  həm  elektron  kataloqla,  həm  də 
oxucu  bileti  ilə  eyniləşdirən  “Alexandria”  (İsgəndəriyyə) 
avtomatlaşdınlmış  kitabxana  sistemi  dövrün  ən  qabaqcıl 
kitabxana  texnologiyası  hesab  olunurdu.  Cəmi  800  kitabı 
olan  həmin  kitabxana  açıq  rəf üsulundan  istifadə  etməklə 
radiodaiğalı  etiketlə  elektron  kataloqun mükəmməl tande- 
mini  yarada  bilmişdi.  Lakin  bütün  səylərimizə  baxmaya- 
raq  həmin  sistemi  iri  Azərbaycan  kitabxanalarmda  tətbiq 
etmək  mümkün  olmadı.  Çünki  “Alexandria”  AKİS  kiçik 
fonda malik kitabxanalar üçün nəzərdə tutulmuşdu.
İndi  isə  kitabxanalarımız  yeni  nəsil  texnologiyaları 
ilə  -RFID  sistemləri  ilə  üz-üzədir  və  bu  sistem,  ənənəvi 
ştrix-kodla  nişanvurma  texnologiyasmdan  bir  sıra  üstün- 
lükləri ilə fərqlənir:
1. 
RFID  texnologiyaları  ştrix-kodlu  nişanvurma 
texnologiyasmdan  fərqli  olaraq,  kitabxanada  kitab  ilə 
“Oxuyucu  cihaz”m  bilavasitə  təmasmı  tələb  etmir.  Mə- 
lumdur ki,  əvvəlki tanıma sistemlərində kitabın üzərindəki 
ştrix-kodu  oxumaq və eyniləşdirmək üçün bilavasitə təma- 
sa ehtiyac yaranır,  “Oxuyucu cihaz” kitabın üzərindəki ko- 
da paralel  şəkildə yaxmlaşdırılır və təsvir dəqiqliklə, ultra-
1 7 0
  | 
C.A. Cəfərov
bənövşəyi  şüa  vasitəsilə  yaddaşa  ötürülürdü.  RFID  texno- 
logiyalannda  isə,  “Oxuyucu  cihaz”la  çipin,  başqa  sözlə 
axtaran  quğru  ilə  kitabın  bir  məkanda  olması  vacib  deyil. 
Belə  çiplərin  2-növü  olur:  aktiv və  passiv  çiplər.  Əgər ki- 
taba  aktiv  çip-nişan yapışdırılarsa,  həmin  çip 
10
  il  boyun- 
ca  lazımi  axtarış enerjisini  qoruyub  saxlayacaq.  Aktiv çip- 
lərin  daxili  enerji  mənbəyi  çox  güclü  olduğundan  və  özü- 
nü  lazimi  enerji  ilə  təmin  etdiyindən,  belə  çiplərin  “Oxu- 
yucu  cihaz”ın  antennasmdan  əlavə  qidalandırıcı  impulslar 
almasına  ehtiyac  yoxdur.  Kitablara  bu  cür  çiplərin  yerləş- 
dirilməsi  əlverişli  deyil.  Əwəla,  bu  tip  çiplərin  əldə  olun- 
ması  olduqca  baha  başa  gəlir  və  onlar  əsasən  ekstremal 
vəziyyətlər  üçün  (məsələn,  uzun  müddət  su  altmda  qalan 
qurğuların,  orbitə  buraxılmış  peyklərin  və  bəzən  də  yırtıcı 
heyvanların  izlənməsi,  vəziyyətlərinin  öyrənilməsi  üçün) 
istifadə  olunur.  İkincisi  isə,  aktiv  çiplərin  kitabxanada  is- 
tifadəsi  insan  orqanizminə mənfı  təsir göstərə bilər.  Bu  sə- 
bəbdən,  kitabxanada passiv biblioçiplərin  istifadəsi  daha  - 
məqsədəuyğundur.  Bu  cür  nişanlar  həm  ucuz  başa  gəlir, 
həm  də daha aztutumlu əməliyyatlar üçün nəzərdə tutuldu- 
ğundan  onlara  informasiyanı  ötürmək  və  almaq  daha  sü- 
rətlə həyata keçirilir.
2. 
RFID  texnologiyası,  ştrix-kod  sistemindən  fərqli 
olaraq məlumata çoxistifadəli yanaşmanı  təmin edir.
Əvvəlcə  aşağıdab  misalla ştrix-kodlu nişanvurma ilə 
elektron kataloq,  fond və  oxucu arasmdakı  üçtərəfli müna- 
sibətləri  nəzərdən keçirək:
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  171


Təsəw ür edək ki,  kataloqlaşdırıcı  əw əlki  texnologi- 
ya  (Ştrix-kodlu nişanvurma)  ilə  məsələn,  Prof.  Səlahəddin 
Xəlilovun  Mərkəzi  Elmi  Kitabxanaya  yeni  daxil  olmuş 
“Elm haqqmda  elm”  adlı  əsərinin elektron  kataloqunu  ya- 
radır.  Kitabm  biblioqrafık  təsvirini  elektronlaşdırarkən  o, 
“İRBİS-64”  AKİS-in  “Kitabın  ştrix-kodu”  (876  Ştrix- 
kod) adlı bölməsinə bir qədər əw əl  həmin  kitaba yapışdır- 
dığı ştrix-kodun unikal nömrəsini (məs.,  200055) də daxil 
edir və  kitabı  fonda  göndərir.  Oxucu,  kitabxanaya gələrək 
elektron  kataloq  vasitəsilə həmin  kitaba  müraciət  etdikdə, 
kitabxanaçı  müvafiq  sorğunu  yerinə  yetirmək  üçün  fonda 
müraciət edərək kitabı  məhz  ştrix-kod  vasitəsilə  axtanr və 
tapır.  Daha  sonra,  kitabı  ştrix-kodu  oxuyan  xüsusi  cihaza 
yaxmlaşdırmaqla  kitab  haqqmda  məlumatı  oxucu  biletinə 
köçürür  və  kitabı  oxucuya  təhvil  verir.  Bir  qədər  sonra 
kitaba  başqa  bir  oxucu  da  müraciət  edirsə,  bu  dəfə  kitab- 
xanaçı  sistemdə  qeyd  olunmuş  ştrix-kod  vasitəsilə  kitabm 
əldə olduğunu (yəni başqa oxucuda olduğunu) görür.
Beləliklə,  elektron  kataloqu  ştrix-kod  texnologiyası 
ilə  uzlaşdıran  kitabxanaçı  kitabın  əldə  olub-olmamasım, 
hansı  oxucuda  olmasım,  həmin  kitaba  müraciətlərin  sta- 
tistikasını,  kitab  haqqmda  müfəssəl  məlumatı  tez  bir  za- 
manda,  avtomatik  olaraq  (kitabla  xüsusi  cihazın  yaxından 
təması vasitəsilə) əldə edir.
Bu,  ştrix-kodla nişanvurma texnologiyasmın kitabxa- 
nalara  verdiyi  əsas  üstünlüklərin  məcmusudur  və  bundan 
artığma nail olmaq mümkün deyil.
172  | 
C.A.Cəfərov
İndi  isə  eyni  vəziyyəti  RFID  texnologiyasmm  tətbiqi 
fonunda nəzərdən keçirək:
Kataloqlaşdıncı,  eyniadlı  əsərin  elektron  kataloqunu 
yaradarkən  AKİS-in  “Kitabm  RFID  kodu”  adlı  bölməsinə 
(ümid  edirik  ki,  kitabxanalarımızm  istifadə  etdikləri  sis- 
temlər tezliklə belə  bir  modulla təmin  olunacaqlar)  bir qə- 
dər  əw əl  kitaba  yapışdırdığı  RFID  nişanmm-çipin  unikal 
nömrəsini  (məs.,  200055)  də  daxil  edir  və  kitabı  fonda 
göndərir.  Oxucu müraciəti  zamanı  kitabxanaçı  sorğunu tə- 
min etmək üçün  bu  dəfə  də  fonda müraciət edir.  Lakin  in- 
di  o,  vizual  axtarış  aparmadan,  yəni  kitabın  fiziki  axtarışı- 
nı  həyata  keçirmədən,  “Oxuyucu  cihaz”  vasitəsilə  uzaq 
məsafədən  kitabın  yerini  müəyyən  edir  və  vaxt  itkisinin 
qarşısını  alır.  Kitabxanaçı  bu  yolla  oxucuya  lazım  olan 
başqa əsərləri  də eyni  vaxtda tapa bilir.
Ştrix-koddan  fərqli  olaraq,  RFID  nişanı-çip  sərbəst 
şəkildə informasiya daşıya bilir.  Yəni  oxucuda və ya rəfdə 
olmasından  asılı  olmayaraq  kitabxanaçı,  istənilən  məsafə- 
dən  kitabın  cipinə  məlumat  daxil  edə  və  ya  məlumatı  re- 
daktə edə bilər.  Təsəvvür edək ki,  RFID  nişanlı  kitab  əldə- 
dir  və  kitabxanaçı  həmin  kitabın  elektron  kataloquna  yeni 
məlumat  daxil  edir  (məsələn,  professorun  əsori  hər  hansı 
bir  mükafata  layiq  görülüb  və  ya  əsərin  ikinci  cildi  kitab- 
xanaya daxil  olub  və  s.).  Bu zaman  kitabxanaçı  kitab  haq- 
qında  elektron  kataloqa  və  müəllifın  nüfuz  faylına  həmin 
yenilikləri  daxil  edərkən  avtomatik olaraq  məlumatlan  ki- 
tabın  nişanma  da yükləyə bilir.  Başqa  sözlə,  ştrix-kod tex-
Kitabxana-inform asiya xidm ətində elektron kataloq
  | 
173


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə