Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə6/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   2   3   4   5   6   7   8   9   ...   182

 

- 14 - 

 

olunur. Geniş elmi dünyagörüş, nəciblik və xeyirxahlıq, məsuliyyət və sədaqət, habelə yorulmaz fəaliyyət 



İsa Həbibbəylinin xarakterinin əsas xüsusiyyətlərini özündə cəmləşdirir. 

 İsa Həbibbəyli 1980-ci il tarixdə Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında «XX 

əsrin  əvvəlləri  Azərbaycan  romantik    lirikası»  mövzusunda  namizədlik  dissertasiyasını  uğurla  müdafiə 

etmişdir.  Azərbaycan  ədəbiyyatının  çox  zəngin  və  maraqlı  bir  dövrünə  həsr  edilmiş  həmin  tədqiqat  işi 

özünün elmi sanbalı, nəzəri cəhətdən orjinallığı və yeniliyi ilə görkəmli ədəbiyyatşünaslarımız Məmməd 

Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Yaşar Qarayev və professor Kamran 

Məmmədovun diqqətini cəlb etmiş, tədqiqat yüksək qiymətləndirilmişdir. 

Böyük həvəs və fədakarlıqla XX əsrin əvvəllərinin ədəbi-ictimai fikrinə quymət verən İsa Həbibbəyli  

dövrün və zamanın tələbi baxımından Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi 

görkəmli  ədəbi  simaların  yaradıcılığını  diqqətlə  öyrənmiş,  romantik  şeirin    bədii-estetik  mahiyyətini, 

ictimai-fəlsəfi  qayəsini  və  sənətkarlıq  xüsusiyyətlərini  elmi-nəzəri  şəkildə  açıb  göstərməyə  müvəffəq 

olmuşdur. Onun fikrincə, XX əsrin əvvəllərində yaranan ictimai-siyasi şəraitlə əlaqədar olaraq Azərbaycan 

romantik  lirikasının  mövzu  dairəsi  genişlənmiş,  yeni  poetik  prinsiplər  formalaşmağa    başlamışdır. 

Şəxsiyyətin mənəvi aləmi, ideal insan və ali ictimai cəmiyyət  axtarışları, bəşəri ideallara müraciət bu dövr 

romantik lirikasının aparıcı mövzularına çevrilmişdir. Romantik lirikanın ictimai əhəmiyyətini üzə çıxaran 

tədqiqatçı  yazırdı:  «Romantik  estetikada  xəyal,  ideal  prinsiplər  cəmiyyətdən  uzaqlığa  aparan  abstrakt 

meyillər  kimi  başa  düşülmüşdür.  Əslində  isə  romantik  lirikada  maarifçi-demokratik  ideyalar  geniş 

yayılmış, romantiklər yeni şəraitdə özlərinə qədər ədəbiyyatımızda mövcud olan ədəbi ənənələrin yaradıcı 

şəkildə layiqli davamçıları kimi çıxış etmişlər».  

«Romantik lirikanın imkanları» adlı monoqrafiyasında (1984) diqqəti cəlb edən və İsa Həbibbəylinin 

elmi  yaradıcılığına  xas  olan  polemika  mədəniyyəti,  yüksək  intellektual  səviyyə,  güclü  ümumiləşdirmə 

bacarığı  və  yüksək  nəzəri  hazırlıq  İsa  Həbibbəylinin  elmi  nəticələrə  gəlməsinə  imkan  vermişdir.  İsa 

Həbibbəyli ilk dəfə olaraq  həmin dövrdə poeziyamızda sonet, marş, himn, şərqi və sair poetik formaların 

yaranmasını  müşahidə  etmiş,  həmin  janrların  poetikasından  yüksək  elmi  səviyyədə  söz  açmışdır.  İsa 

Həbibbəyli romantik lirikada üslub məsələsini önə çəkmiş  və  ayrı-ayrı  sənətkarların fərdi üslubunun ilk 

dəfə  elmi  təsnifatını  vermişdir.  Azərbaycan  ədəbiyyatşünaslıq  elmində  birinci  dəfə  olaraq  o,  Hüseyn 

Cavidin romantik-fəlsəfi, Məhəmməd Hadinin romantik-publisist, Abbas Səhhətin lirik-romantik, Abdulla 

Şaiqin romantik-realist üslubda yazıb-yaratdığını müəyyən etmiş və nəzəri cəhətdən aydınlaşdırmağa nail 

olmuşdur. Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığında ümumiyyətlə poetik formalar - janrlar və fərdi 

üslublar haqqında ciddi  elmi-nəzəri tədqiqatlardan biri kimi mühüm əhəmiyyətə malikdir.  

Akademk İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında, elmi-ədəbi mühitində həm də görkəmli 

Cəlil Məmmədquluzadəşünas alim kimi qəbul olunur. Bu nəhəng və parlaq simanın ədəbi və publisistik 

fəaliyyəti, mühiti və müasirləri problemi ədəbiyyatşünas alimi uzun illər ərzində dərindən məşğul etmişdir. 

O, elmi fəaliyyətinin böyük bir mərhələsini Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr etmişdir. Böyük 

demokrat  Cəlil  Məmmədquluzadənin  zəngin  həyatı  və  çoxcəhətli  fəaliyyəti  ilə  bağlı  onun  «Cəlil 

Məmmədquluzadə»  (1987),  «Zamanın  dühası»  (1993),  «Seçkin  Azərbaycan  yazarı  Cəlil  Məmməd-

quluzadə»  (1994)  və  başqa  əsərləri  elmi  ictimaiyyət  tərəfindən  rəğbətlə  qarşılanmışdır.  Doktorluq 

dissertasiyası  kimi  müdafiə  etdiyi  «Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri»  adlı  monoqrafik 

tədqiqatı  isə  (1996)  təkcə  İsa  Həbibbəylinin  yox,  bütövlükdə  Azərbaycanda  ədəbiyyatşünaslıq  elminin 

mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan sanballı elmi əsərdir.   

İsa Həbibbəylinin tədqiqat işinin əsas orijinallığı onun Cəlil Məmmədquluzadə yaradıcılığına yeni 

yanaşma tərzində, əldə etdiyi zəngin faktları, nadir və çoxsaylı arxiv materiallarını dərin elmi şərhləri ilə 

birlikdə tədqiqata cəlb etməsindədir. Ədəbiyyatşünas alimin bu tədqiqatı Azərbaycanda XIX əsrin sonları 

və XX əsrin əvvəlləri ədəbi prosesinə ümumiləşdirilmiş  yeni bir baxışı (Yusif Seyidov) ifadə edirdi.  İsa 

Həbibbəyli  bu  əsərini  yazmaqla  Bakı,  Tiflis,  Təbriz,  Kiyev,  Ərzurum,  Odessa,  İrəvan,  Naxçıvan,  Qori, 

Yasnaya Polyananın arxiv, muzey və kitabxanalarından əldə etdiyi yeni  materiallara və sənədlərə istinad 

edərək  tənqidi  realizmin  yaradıcısı  Cəlil  Məmmədquluzadənin  mənalı  və  ibrətamiz  həyat  yolunun, 

çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin, zəngin və bənzərsiz bədii irsinin, çoxsaylı müasirləri ilə əlaqələrinin 

geniş və aydın mənzərəsini yaratmaqdan ibarət mühüm bir vəzifəni şərəflə  yerinə yetirmişdir. O, bu yolun 



 

- 15 - 

 

başlanğıcının ailə mühitindən və tələbəlik dünyasından keçdiyini qeyd edərək yazır ki, gənc Cəlil Məm-



mədquluzadə  ilk təhsil illərində  ərəb-fars dillərini öyrənmiş,  islam  və Şərq tarixinə  və  ədəbiyyatına, rus 

mədəniyyətinə  dərindən  bələd  olmuş,  mütaliə  vərdişlərinə  yiyələnmiş,  bunların  sayəsində  isə  əxlaqi-

mənəvi  qənaətləri  müəyyənləşmişdir.  İsa  Həbibbəyli  haqlı  olaraq  bu  fikirdədir  ki,  Cəlil 

Məmmədquluzadənin şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında  Qori Müəllimlər Seminariyası 

mühiti xüsusi rol oynamış, onun gələcək ictimai-siyasi, ədəbi-pedaqoji fəaliyyətində təkanverici bir amil 

olmuşdur. 

XIX  əsrin  70-90-ci  illərini  və  XX  əsrin  əvvəllərini  Azərbaycan  maarifçiliyinin  xüsusi  inkişaf 

mərhələsi kimi xarakterizə edən İsa Həbibbəyli bu dövrin məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu 

araşdıraraq belə bir doğru qənaətə gəlir ki: «Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik əsas 

hərəkətverici qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu 

tamamlayan maarifçi fəaliyyət sahələri idi». İsa Həbibbəyli tədqiqat işində bu fonda dövrün maarifçilik 

hərəkatının  önündə  gedən  Eynəli  bəy  Sultanov  (1866-1935),  Məhəmməd  Tağı  Sidqi  (1854-1903),  Mə-

həmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-

1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Sürbi (1874-

1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) 

və  başqaları  haqqında  tədqiqatlarını  təqdim  edir.  Cəlil  Məmmədquluzadə  həyatında,  çoxcəhətli 

fəaliyyətində apardığı mübarizədə özünəməxsus yeri və rolları olan bu maarifçi ziyalıların doğum portretini 

yaratmaq üçün illər ərzində müxtəlif arxivlərdən toplanılmış zəngin materiallar həm də dövrün maarifçi 

ədəbi-ictimai mühitinin də gedişatını və mənzərəsini canlandırmağa imkan vermişdir. Tiflis ədəbi-ictimai 

mühitinin inkişafı və dünyada ictimai-siyasi proseslərin dəyişməsi dalğasında həmin bu mühitdə «Molla 

Nəsrəddin» jurnalının (1906) nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın Şərq miqyasında mütərəqqi 

tarixi  hadisə  kimi  qiymətləndirilir.  İsa  Həbibbəylinin    fikrincə,  zamanın  meydana  çıxardığı  yeni  ədəbi-

ictimai mühit təkcə adı çəkilən jurnalın deyil, Azərbaycan ədəbiyyatında yeni tipli ədəbi məktəbin – «Molla 

Nəsrəddin»  məktəbinin  yetişib  formalaşmasını  şərtləndirmişdir.  İsa  Həbibbəylinin  «Molla  Nəsrəddin» 

ədəbi məktəbi və mollanəsrəddinçilik təlimi haqqındakı araşdırmaları və tezisləri bu istiqamətdə meydana 

çıxmış sistemli nəzəri baxışları ifadə edir.  

Məlum olduğu kimi, sovet dövrü ədəbi-ictimai fikir tariximizdə «Molla Nəsrəddin» və «Füyuzat» bir-

birinə zidd olan məfkurə daşıyıcıları olaraq üz-üzə qoyulmuş, onların rəhbərləri Cəlil Məmmədquluzadə 

və  Əlibəy  Hüseynzadə  əks  qütbləri  fərqli  və  hətta  antoqonist  ziddiyyətli    məfkurələri  təmsil  edən 

şəxsiyyətlər kimi təqdim olunmuşlar. İsa Həbibbəyli ilk dəfə olaraq bu problemə ədəbi-tarixi proseslərin 

reallıqları  müstəvisindən  yanaşaraq,  hər  iki  cərəyanın  ölkədə  milli  oyanış  və  tərəqqi,  ədəbiyyatın  və 

mətbuatın inkişafı üçün böyük əhəmiyyətini qeyd etmişdir. Tədqiqatçı dövrün bu böyük şəxsiyyətlərinin 

ədəbi-ictimai fəaliyyətinin reallıqlarına əsaslanaraq haqlı olaraq qeyd edir ki, millətin və ölkənin gələcək 

inkişafı,  müstəqil  və  demokratik  dövlət  quruculuğu  uğrunda  mübarizədə  onların  tutduğu  yollar  fərqli, 

müxtəlif olsa da, heç də düşmən cəbhələr olmayıb, gəldikləri nəticələr çox yaxın və əhəmiyyətli idi.  

Məlumdur ki, Əlibəy Hüseynzadə turançılıq düşüncəsini, ortaq türk dili ideyasını təbliğ edirdi. Cəlil 

Məmmədquluzadə isə azərbaycançılıq məfkurəsini əsas kimi qəbul etsə də bu ideyanın əleyhinə deyildi. 

«Molla Nəsrəddin» jurnalı da  geniş mənada türk-müsəlman dünyasının mətbuat orqanı idi. Akademik İsa 

Həbibbəyli doğru olaraq qeyd edir ki, müstəmləkəçilik əleyhinə baxışları, demokratiya və müstəqil dövlət 

quruculuğu, monarxiya quruluşuna qarşı yönəlmiş azadlıq hərəkatı haqqında, dünya və rus ədəbiyyatına və 

mədəniyyətinə  münasibət  və  sair  kimi  məsələlərdə  bu  böyük  şəxsiyyətlər  ideya  cəhətdən  bir-birinə  çox 

yaxın  idilər.  İsa  Həbibəyli  Azərbaycan  ədəbiyyatşünaslıq  elmində  ilk  dəfə  olaraq  mollanəsrəddinçilik 

hərəkatı ilə  füyuzatçılığın ortaq cəhətlərini elmi-nəzəri baxımdan sistemli şəkildə araşdırıb həll etmişdir.  

Mirzə Cəlilin 1920-ci ildə Cənubi Azərbaycana köçməsi, «Molla Nəsrəddin» jurnalını Təbrizdə çap 

etdirməsi  ətrafında  araşdırmalar  aparan  İsa  Həbibbəyli  bu  hadisənin  İranda  realist-satirik  mətbuatın 

inkişafındakı  əhəmiyyətini  də  əsaslandırmışdır.  Əsərdə  Cəlil  Məmmədquluzadənin  İranda  yaşamış 

müasirləri  ilə əlaqələrinə yeni səhifələr əlavə olunmuş, «Molla Nəsrəddin» jurnalının Təbrizdə və ətraf 

şəhərlərdəki abunəçilərinin dəqiq siyahısı verilmişdir.  




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə