Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə25/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

 
64 
Hacı Ruhulla həmin illərdə Bakıda fəaliyyət göstərən “Nicat”, “Səadət”, 
“İttihad”.  “Cəmiyyəti-xeyriyyə”,  “Hidayət”  və  “Nəşri-maarif”  kimi  cə-
miyyətlərin  üzvü  olmuş,  “Cəmiyyəti-xeyriyyə”  və  “Hidayət”  cəmiy-
yətlərinin idarə heyətinin tərkibinə də seçilmişdir. 
1910-1911-ci illərdə Bakının kəndlərində məktəblərin açılmasını 
təbliğ  etmək  məqsədilə  “Nəşri-maarif”  cəmiyyəti  tərəfindən  müxtəlif 
yerlərə ezam olunmuş və yerli əhalini təhsilə sövq etmişdir. 
Dost-yoldaşları  Molla  Ruhullanın  sözü  açıq  deməsinə  görə  na-
rahat  olur,  özünü  və  malını  qorumağı  tövsiyə  edirdilər.  “Hidayət” 
məclisinin  üzvü  olduğu  vaxtlarda  onun  həmin  cəmiyyətdən  çıxarıl-
masına dair xəbərdarlıq da edilmişdi.  
Belə hədələyici məktublar, nəhayət, 1912-ci il yanvarın 12-də öz 
nəticəsini verdi. Həmin gün Hacı  Axund Molla Ruhulla Məhəmməd-
zadə  öz  evində  axşam  namazı  qılarkən  nadanlar  tərəfindən  qətlə  ye-
tirildi. 
Hacı Ruhullanın qətlə yetirilməsi xəbəri Bakıda böyük həyəcana 
səbəb  olmuş  və  dəfni  izdihamla  keçmişdir.  Onlarla  insan  göz  yaşları 
içərisində  mərhumun  cənazəsini  Bibi-Heybətdəki  qəbiristana  kimi 
müşayiət  etmiş,  qəbri  üstündə  görkəmli  ictimai  və  siyasi  xadim  Əli-
mərdan bəy Topçubaşov nitq söyləmişdir. Mərhumun cənazəsi üstünə 
müxtəlif mədəni-maarif cəmiyyətləri, “Yeni irşad”, “İşıq” qəzetlərinin 
redaksiyaları adından yazılı lövhələr qoyulmuşdur. 
Qeyd  etdiyimiz  kimi,  Molla  Ruhulla  dövri  mətbuatda  çıxış  et-
məklə  yanaşı,  həm  də  onun  inkişafına  çalışmışdır.  Onun  bu  və  ya 
digər mətbuat orqanları  haqqında  yazdığı  təbrik məktublarında jurna-
listlərimizin,  mühərrirlərimizin  qarşılarına qoyduğu vəzifələr  açıqlan-
mışdır. O, hər hansı bir mətbuat orqanının bağlanmasını ürəkağrısı ilə 
keçirir, digər bir qəzet və ya dərginin işıq üzü görməsini böyük sevinc 
hissi ilə qarşılayardı. Məsələn, “Füyuzat” jurnalının qapanmasına görə 
özünü “qol-qanadı sınmış və yuvası dağılmış bir quş” kimi hiss edən 
Molla  Ruhulla,  “İrşad”  qəzetinin  nəşrini  “Füyuzat”ın  yolunu  davam 
etdirəcək  bir  mətbu  orqanı  kimi  dəyərləndirmiş  və  qəzetin  çap  olun-
ması  münasibətilə  redaksiyaya  göndərdiyi  məktubunda  milləti,  xalqı 
hümmət  yoluna,  birliyə  dəvət  etmiş,  bu  yolda  mətbuatın  mühüm  rol 
oynayacağını  xüsusi  olaraq  vurğulamışdı.  Molla  Ruhulla  yazırdı: 
“Hümmət! Hümmət! Hümmət  zəmanıdır, qardaşlar! Millətimizin  bu-
günkü  halında  bir  “İrşad”  və  ya  bir  “Fiyuzat”  degil,  yüzlərcə,  bəlkə 
minlərcə  “İrşad”lar  və  ya  “Fiyuzat”lar  lazımdır  ki,  bizi  bu  ölüm  uy-
ğusundan bəsidar etsin” [1, s. 139]. 
1912-ci ildə qadınlar üçün “İşıq” jurnalının nəşrini də o, böyük 


 
65 
sevinclə  qarşılamış  və  bu  jurnalın  qadınların  uşaq  tərbiyəsi  işinə  bö-
yük  köməklik  edəcəyini  xüsusi  vurğulamışdı.  O,  jurnalın  2-ci  sayına 
göndərdiyi  təbrik  məktubunda  insanın  hələ  kiçik  yaşlarından  elm  və 
ədəb  öyrənməyə  başlamasının  zəruriliyini  və  əhəmiyyətini  açıqla-
mışdı. Onun fikrincə, “cəvanlığın ibtidasında əxz olunan elm və ədəb 
hərgiz xatirələrdən məhv olmaz”. 
Molla Ruhulla həmin məktubu redaksiyaya göndərməsinin səbə-
bini  belə  izah  etmişdi:  “Bu  yanvar  ayının  22-ci  günü  həva  qaranlıq-
laşana  yavuq Bakı  şəhərində  nisvan-müslimə tərəfindən təsis və inti-
şarə başlamış “İşıq” jurnalının birinci nömrəsini poçtadan aldım. Gö-
zəl  tərtibli,  sadəcə  Azərbaycan  şivəsində  gözəl  təb  olunmuş  bir  məc-
muədir. Baxüsus qarelərə tərbiyəyi-ətfalı layiqilə tanıtmaq üçün müs-
limə  övrətin  bir  cocuq  əlindən  yapışıb  işığı  göstərməgini  gözdən  ke-
çirdim.  Xeyirli  olsun!”  Hacı  Molla  Ruhulla  sonra  aşağıdakı  nəsihət-
verici şeirini də vermişdi: 
 
   
Baxmasanız yaxşı cigərparələrə 
   
Yazıq olmazmı şu biçarələrə. 
   
Tifil bir ayinədir əksnüma 
   
İncə baxsan olacaq çöhrənüma. 
   
Biədəb bəsləməyin tiflani 
   
Mərifərpərvər edin səbiyani. 
   
Nə zaman kəsb-ülum etdisa nisa 
   
Cism-millət tapacaq onda şəfa. 
   
Elm ilə ruh müdavat olunur
   
Elm ilə kəsb kəmalət olunur [1, s. 140-141]. 
 
 
1910-cu  ildə  Rusiyanın  hakim dairələrində  ölkədə müsəlmanlar 
arasında “ittihadi-islam” ideyasının yayılması haqqında fikirlər dolaşır 
və bununla bağlı olaraq Bakıda nəşr olunan bir çox qəzet və jurnallar 
bağlanır,  onların  müdir  və  mühərrirləri  həbsə  alınır  və  yalnız  ciddi 
istintaqdan sonra həbsxanadan azad edilirlər [3, s. 177-180]. 
Hökumət dairələri tərəfindən həbsə alınmış belə mətbuat xadim-
lərindən  biri  də  Molla  Ruhullanın  oğlu  Məhəmmədsadıq  Axundov  idi. 
Hacı  Molla  Ruhulla  bu  münasibətlə  Bakının  Bayıl  həbsxanasında 
yatan oğluna təsəlliverici bir məktub yazaraq, onun nə hökumət, nə də 
xalq  arasında  xilaf  bir  iş  görmədiyini  qeyd  etmişdir.  Çünki  onun 
məqalələrində,  ümumiyyətlə  elm,  maarif,  insaniyyət  məsələləri  qal-
dırılmışdır ki, bunları da dövlətə müxalif olmaq kimi dəyərləndirmək 
olmaz. Molla Ruhulla həmin məktubunda azərbaycanlıların mətbuatda 
heç  vaxt  dövlətin  əksinə  gedən  məqalələrlə  çıxış  etmədiklərini  gös-


 
66 
tərmiş  və  bir  məsələni  də  xüsusi  olaraq  qabartmışdır  ki,  bu  da  milli 
mətbuatımızın  qarşısında  qoyulan  bir  vəzifə  idi.  Hacı  Molla  Ruhulla 
oğluna  yazmış  olduğu  məktubdakı  “ancaq  bizlərə  yetişən  zülmləri 
deməkdən,  bu  barədə  yazıb-danışmaqdan  çəkinməyəcəyik”  –ifadələri 
ilə bilavasitə mətbuatda tənqidi genişləndirməyə, millətə, xalqa olunan 
həyasızlıqlara,  ədalətsizliklərə  biganə  olmamağa  çağırırdı.  Oğlu  Mə-
həmmədsadıq  Bayıl  həbsxanasında  olduğu  zaman  ona  ünvanladığı 
məktubunda  istintaq  zamanı  özünü  itirməməyi,  verilən  suallara  fikir-
ləşib cavab verməyi məsləhət bilir və göstərirdi ki, hər bir insanın öz 
həyatı üçün çalışması eyib sayılmamalıdır [1, s. 139-140]. 
Dövri  mətbuatın  düzgün  istiqamətdə  inkişafı  məsələsi  Molla 
Ruhullanı təkcə Bakıda nəşr olunan media orqanlarına aid olmayıb. O, 
eyni  zamanda  Hindistanın  Kəlküttə  şəhərində  buraxılan  “Həbbülmə-
tin” qəzetində də əməkdaşlıq etmiş, həm də qəzetin səhifələrində dərc 
olunan  məqalələrdə  qaldırılan  məsələlərin  aktuallığı,  vacibliyi  ilə  də 
maraqlanmış  və  bəzilərinə  öz  münasibətini  bildirmişdir.  Buna  həmin 
qəzetin  müdirinə  hicri  tarixilə  1320-ci  il  şaban  ayının  25-də  göndər-
diyi  irihəcmli  məktubu  misal  ola  bilər.  Fars  dilində  yazılmış  həmin 
məktub tərcümə olunaraq onun haqqındakı kitaba daxil edilmişdir [1, 
s. 134-138]. Məktubun əvvəlində Hacı Molla Ruhulla “Həbbülmətin” 
qəzetinin  səhifələrində  iki  ilə  yaxın  bir  müddətdə  “xırda-xırda  yazı-
larla “çıxış etdiyini qeyd edərək, “onun səhifələrində müşfiqanə nəsihət-
lərindən və müslihanə moizələrindən” faydalandığını göstərməklə bəra-
bər, bəzi məsələlərdən “cahilət əsəbətindən və zərrəbinlik məfasindən 
xali olmadığını” və hər dəfə belə məqalələri oxuduqdan sonra gələcək 
saylarında  belə  yazılara  yol  verilməyəcəyinə  ümid  bəslədiyini  və 
nəhayət,  qəzetin  səhifələrində  yaranmış  bu  ağır  vəziyyətə  dözməyib 
məktubu  yazmağa  məcbur  olduğunu  qeyd  etmişdir.  Əlbəttə,  Hacı 
Ruhullanın  məqsədi  onu  narahat  edən  məsələləri  qəzetin  müdirinin 
nəzərinə  çatdırmaq  idi.  Bununla  əlaqədar  olaraq  məktubun  müəllifi 
qəzet  müdirinin  nəzərinə  onun  səhifəlrində  dərc  edilmiş  “İrşad  əl 
qafilin”  başlıqlı  yazıya  yönəldərək  belə  yazının  qəzetin  səhifələrinə 
çıxarmamağı  tövsiyə  etmişdir.  Çünki  “onun  biəsl  və  bilüzum  dilləri 
həmi  millət,  vətən  mücahidi  olan  ülameyi-islam  və  heyətin  müdrik 
birəhmi üsulunun ziddinədir.” 
Ona  görə  də  Hacı  Molla  Ruhulla  haqqında  danışılan  məqalə 
müəllifinin fikirlərinə dəlillərlə cavab vermiş və onun yararsız, zərərli 
fikirlərinə qarşı çıxmışdır. Hacı Molla Ruhullanın məktubundan aydın 
olur ki, məqalə müəllifinin fikrincə, bir çox şeylər, o cümlədən “bəlkə 
hamı  müsəlmanların,  xüsusən  iranlıların,  hətta  müəllifin  özünün  və 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə