2
Baş redaktor
İsa HƏBİBBƏYLİ
AMEA-nın həqiqi üzvü
Redaksiya heyəti:
Teymur KƏRİMLİ – AMEA-nın həqiqi üzvü
Məhərrəm QASIMLI – filologiya üzrə elmlər doktoru,
professor
Məmməd ƏLİYEV – filologiya üzrə elmlər doktoru, professor
Əlyar SƏFƏRLİ – AMEA-nın müxbir üzvü
Şirindil ALIŞANLI – filologiya üzrə elmlər doktoru, professor
İmamverdi HƏMİDOV – filologiya üzrə elmlər doktoru, professor
Nüşabə ARASLI – filologiya üzrə elmlər doktoru, professor
Teymur ƏHMƏDOV – filologiya üzrə elmlər doktoru, professor
Zaman ƏSGƏRLİ – filologiya üzrə elmlər
doktoru
Bədirxan ƏHMƏDOV – filologiya üzrə elmlər doktoru, professor
Aygün BAĞIRLI (məsul katib) – filologiya üzrə fəlsəfə doktoru,
dosent
Asif RÜSTƏMLİ – filologiya üzrə elmlər doktoru, professor
Tehran ƏLİŞANOĞLU – filologiya üzrə elmlər doktoru, professor
Nikpur CABBARLI – filologiya üzrə fəlsəfə doktoru, dosent
Eşqanə BABAYEVA – filologiya üzrə fəlsəfə doktoru, dosent
Mehparə AXUNDOVA
Ədəbiyyat məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun
Əsərləri), XXIX c., Bakı, “Elm və təhsil”, 2017. – 373 s.
“Ədəbiyyat məcmuəsi” jurnalı Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan
Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc
olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir
(filologiya elmləri üzrə).
Müəllif hüquqları qorunur. Jurnal 1946-cı ildən nəşr olunur.
ISSN 2409-5257
© AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, 2017
3
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
MOLLA PƏNAH OLAN ŞAİR
Hər oxuyan Molla Pənah olmaz.
El sözü
Açar sözlər: Molla Pənah Vaqif, yeni tipli şeir dili, böyük nəğməkar, poetik
nümunələr, realist şeirin banisi
Key words: Molla Panah Vagif, new type of poetry, great songstress, poetic
examples, establisher of realist
poetry
Ключевые слова: Молла Панах Вагиф, поэтический язык нового типа,
великий песенник, поэтические образцы, создатель реалистической поэзии
Azərbaycan şeiri uzun əsrlər ərzində romantik üslubda və əruz
vəznində yazılmışdır. Romantik üslub orta əsrlərin ümumi məhəbbət
fəlsəfəsini yüksək bədii səviyyədə əks etdirmək üçün çox münasib idi.
Məhəbbət və romantika bir-birini tamamlayan baxışlar kimi şeirdə də
qoşa addımlamağın poeziyasını, mənəvi aləmin zənginliklərini, həsrət
və vüsal aləmini bütün ucalığı ilə tərənnüm etməyə imkan yaratmışdır.
Doğrudur, orta əsrlərdə təkcə sevgi macəraları deyil, bütün mətləblər:
dövrandan şikayət, çərxi-fələkdən giley, «padişahi-mülk» sahiblərinə
münasibət də aşiqanə şəkildə ifadə olunmuşdur. «Aşiqanəlik» – orta
əsr Azərbaycan poeziyasının danışan dili, açarı idi. Lakin XVII əsrdən
etibarən Azərbaycan cəmiyyətində baş vermiş dəyişikliklər bütün mət-
ləblərin romantik üslubda, «aşiqanə» dillə tərənnüm edilməsinin çətin-
liklərini nəzərə çarpdırırdı. Hələ xeyli əvvəl Səfəvilər dövlətinin ta-
leyindəki ibrətamiz Çaldıran məğlubiyyəti romantik şeirin də ruhunda
müəyyən dəyişiklik yaratmışdı. Zaman «qəlb şairi»ndə «Şikayətna-
mə» yazmaq “sifarişini” meydana çıxarmışdı. Məhəmməd Füzulinin
məşhur «Şikayətnamə»si yalnız bioqrafik nəsr əsəri olması ilə deyil,