Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə22/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

 
55 
həbbətini  “kaş  o  zaman  olaydı,  sənə  qurban  olaydım”  ifadəsiylə  bil-
dirir.  Heç  şübhəsiz  ki,  şairə  Hz.  Hüseynin  müasiri  olsaydı,  onun  ya-
nında  yer  alardı,  haqq,  ədalət  yolunda,  dini-islam  yolunda  şəhadəti 
qəbul edərdi:  
 
Kaş o zaman olaydı, 
Sənə qurban olaydım
Sənə dəyən oxlara, 
Mən bir nişan olaydım. 
Hüseynim, ay Hüseynim. 
 
Hüseyn aşiqiyəm mən
Qəm axar sözlərimdən. 
Fərat suyun vermədi. 
Mən verim gözlərimdən, 
Hüseynim, ay Hüseynim, 
Hüseynim, ay Hüseynim [7, s. 126]. 
 
 
“Fərat  suyun vermədi,  mən verim gözlərimdən” obrazlı deyimi 
ilə  Kəmalə  xanım  Hz.  Hüseyn  üçün  ağladığını,  göz  yaşlarının  Fərat 
çayının suyu kimi axdığını göstərməklə mübaliğə etmişdir. İnsanların 
əhli-beytə  qeyri-adi  sevgisi  burada  özünü  bariz  şəkildə  göstərmək-
dədir. 
Azərbaycanın  ötən  əsrin  80-ci  illərinin  sonundan  etibarən  elan 
edilməmiş  müharibəyə  cəlb  edilməsi,  rus  havadarlarının  köməyilə 
erməni  işğalçıları tərəfindən torpaqlarımızın  iyirmi faizinin zəbt  edil-
məsi  nəticəsində  ölüm  hallarının  sayı  artmışdır.  Bir  milyondan  çox 
əhalinin qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, Kərbəla müsi-
bətini  xatırladan  faciələrlə  qarşılaşması  müasir  ədəbiyyatda  öz  əksini 
tapmaqdadır.  Bu  dövrdə  şairlərimiz  bayatı-ağı  janrına  müraciət  edir, 
ölən  igidlərimizə  yas  tutur,  mərsiyələr  yazırlar.  Qarabağın,  Şuşanın 
itirilməsi Xalq şairi Zəlimxan Yaqubun poeziyasında “Qarabağ şikəs-
təsi” kimi gözü yaşlıdır:  
 
Ağlar, bayatım ağlar, 
Ömrüm, həyatım ağlar. 
Qara geyən Şuşasız, 
Hər bir saatım ağlar [8, s. 20].  
 
Ağılar Azərbaycan folklorunun ən qədim şeir formalarındandır. 
Bu janrın özünəxas spesifikası vardır.  Ağılar dərin  kədəri ifadə  edən 


 
56 
sözlü  ağlaşma  olub,  əsasən  bayatı  şəklində  (a,a,b,a)  yazılan  folklor 
nümunəsidir: 
 
Fələk fələk eylədi, 
Fələk kələk eylədi. 
Girdi cavan bağına, 
Ələk-vələk eylədi [9, s. 266]. 
 
“Ağı – ritm və havası olan sözlü ağlaşmadır (ağlaşma sözsüz də 
ola bilər, məsələn;  ritual çağırışları, nidalar, haraylar, nalələr,  fəryad-
lar, qışqırıqlar, hıçqırıqlar). Ağı mərasim mənşəli olub, xalq poeziya-
sının  çox  qədim  formasıdır.  Ağı  janrına  aid  olan  əsərlər  hansısa  ha-
disənin  poetik  formada  ağlanması  və  mərasim  yaxud  rituallaşmış  si-
tuasiyaya qoşulması kimi əlamətləri birləşdirir” [10, s. 105].  
Ağılar  yas  mərasimləri  zamanı  söylənilir.  Ağılar  Azərbaycan 
folklorşünaslığında ayrıca janr kimi tədqiq edilməsə də, müxtəlif təd-
qiqatlarda yığcam şəkildə də olsa araşdırılmışdır [11;12;13;14]. Ağılar 
şəhidliklə  bağlı  yazılan  əsərlərin  içərisində  və  ayrıca  özünəməxsus 
formada  müasir  ədəbiyyatın  ən  geniş  yayılan  janrı  kimi  qəbul  edilir. 
Bu  gün  yazılı  ədəbiyyatımızda  ağı  janrından  yetərincə  istifadə  olun-
maqdadır. Arifə Ələmdar “şəhid  ağıları” başlığı altında yazdığı “Ağ-
lama”  şeirində  əlacsız  duruma  düşüb  ağlayan  kişilərə  “ağlama”  desə 
də,  özü  də  ağlayır.  Bir  evin,  bir  yurdun  çırağı  sönürsə,  o  çırağı  bir 
daha yandıra bilməyənin ağlamaqdan başqa çarəsi varmı?! 
 
Kişilər ağlamaz, qardaş, 
Ürəyindən as qara daş. 
Görməyəydim bu günü kaş... 
Çırağım söndü, ağlama! [15, s. 113].  
 
Zirəddin  Qafarlı  “Bir  baş  daşına  yazılanlar”  şeirində  vaxtsız 
dünyadan getmiş gəncin dilindən bayatı-ağı deyir.  
 
Payız gəlin, yaz gəlin, 
Qəlbinizdə söz gəlin. 
Mən burda tək qalmışam. 
Üstümə tez-tez gəlin. 
 
Bu fələyə yağı de, 
Neynəmişdim, axı de?! 
Ata, əzizlə məni,  
Ana, mənə ağı de! 


 
57 
 
Baxtım daş gəldi, neynim?! 
Dərdə tuş gəldi, neynim?! 
Mənim bahar ömrümə 
Qəfil qış gəldi, neynim?! [16, s. 81]  
 
Şeirdə yas mərasimləri ilə bağlı bu cür notların işlədilməsi insan 
psixologiyası ilə bağlıdır. Nə qədər ki, insan var, ölüm də var. Bu təbii 
bir  prosesdir,  sadəcə  bu  prosesi  düzgün  qiymətləndirməyi  bacarma-
yanlar ölümdən qorxurlar. Haqq, ədalət, vətən yolunda şəhidliyi qəbul 
edənlər ölümdən qorxmayan, mərd və cəsarətli insanlardır. Onlar min 
il bundan öncə şəhid olsalar da, Kərbəla şəhidləri kimi ürəklərdə ya-
şayır, milyonlarla insanların inam, and yerinə çevrilir, onlar haqqında 
yeni-yeni əsərlər yazılır, xatırlanırlar.  
Dədə Qorqud dastanlarından, hələ ondan da qabaq üzü bəri gə-
lən ölüm, əcəl dilemması qarşısında insanlar çarəsiz qaldıqlarını, bunu 
Allahın lütfü kimi qəbul etməyin ən doğru olduğunu anlamışlar. Məs.: 
“Ölüm Allah əmridir, ayrılıq olmayaydı”, – deyərək əcəli qəbul etmiş-
lər. 
“Əcəl  gəldi, can gedər” ifadəsinə “Kitabi-Dədə Qorqud” dasta-
nında, digər folklor nümunələrimizdə də tez-tez rast gəlirik. “Əcəl al-
dı, yer gizlədi” – deyən Dədə Qorqud özü də ölümdən qaçmaq istədi, 
amma  qaça  bilmədi.  Dədə  Qorqud  ölümsüzlüyünü  sözdə  tapdı”  [4, 
s.15].  
Qeyd etmək lazımdır ki, həyatımızda baş verən dəyişikliklər bir 
çox  hallarda  poeziyada  yeni  formada  ortaya  çıxır,  yaxud  xalq  yara-
dıcılığı  ənənələrinə  qayıdışla  nəticələnir.  Əksər  vaxt  şairlər  xalq  ya-
radıcılığına  üstünlük  verirlər.  Belə  ki,  son  dövrlərdə  ağı  və  bayatılar 
yazılı ədəbiyyatımızda əsas janrlar kimi çıxış etməkdədir.  
Sədaqət  Əsgərova  “Bayatılar”  başlığı  altında  duyğularını  belə 
bildirir: 
 
Əziziyəm, boz yollar
Əyri yollar, düz yollar. 
Yoruldum gözləməkdən, 
Ərimədi buz yollar. 
 
Mən aşiqəm gülümə, 
Şirin ana dilimə. 
Heç bir bəla gəlməsin
Vətənimə, elimə [17, s. 153]. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə