Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   2   3   4   5   6   7   8   9   ...   12

 

yaradıcılığının 



milli 

vətənpərvərlik 

ruhu 

türkçülük 



aspektində 

araşdırılmışdır.  Tədqiqat  əsərində  S.Vurğun  və  Azərbaycançılıq, 

M.A.Ersoy və türkçülük problemlərinə, hər iki şairi birləşdirən milli bağlar 

ilk dəfə mahiyyət müstəvisində təhlilə cəlb edilmişdir. Bunlardan başqa hər 

iki  şairin  yaradıcılığı  onların  yaşadığı  sosial-ideoloji  mühit  və  sənətkar 

konteksti 

daxilində 

öyrənilmiş 

və 

problem 


bu 

çərçivədə 

dəyərləndirilmişdir. 

Tədqiqatın  nəzəri  və  praktiki  əhəmiyyəti.  Göründüyü  kimi, 

S.Vurğunla  bağlı  Azərbaycan  ədəbiyyatşünaslığında  çoxsaylı  tədqiqatlar 

aparılsa  da,  S.Vurğun  sənəti  milli-mənəvi  ideallar  kontekstində  təhlil 

olunmamışdır.  Tədqiqat  işindən  alınan  nəticələr  gələcəkdə  M.A.Ersoy  və 

S.Vurğunla  bağlı  aparılacaq  araşdırmalar  üçün  əhəmiyyətli  ola  bilər. 

Tədqiqat işindən ali məktəblərdə  müvafiq fakültə və ixtisaslarda təhsil alan 

tələbələr,  magistrantlar,  həmçinin  tədqiqatçılar  istifadə  edə  bilər.  Eyni 

zamanda  Azərbaycan  ədəbiyyatı  tarixinin  və  Türkiyə  ədəbiyyatı  tarixinin  

hazırlanmasında,  müxtəlif  dərslik  və  monoqrafiyaların  yazılmasında 

tədqiqat işindən bəhrələnmək olar. 



Tədqiqatın  elmi-metodoloji  əsası.  Tədqiqat işində tarixi-müqayisəli, 

tarixi-elmi-nəzəri və müqayisəli-tipoloji metodologiya əsas götürülmüşdür. 

Eyni  zamanda  dissertasiyada  analitik  təhlil  metodundan  da  istifadə 

edilmişdir. 



Tədqiqatın  aprobasiyası.  Dissertasiya  işi  Azərbaycan  Dövlət 

Pedaqoji  Universitetinin  “Azərbaycan  və  dünya  ədəbiyyatı”  kafedrasında 

yerinə  yetirilmişdir.  Dissertasiya  mövzusu  ilə  bağlı  bir  monoqrafiya  çap 

olunmuş,  yerli  və  xarici  jurnallarda,  o  cümlədən  respublika  və  xaricdə 

keçirilən  beynəlxalq  konfranslarda  çoxsaylı  məqalə  və  tezislər  dərc 

edilmişdir.  



Dissertasiyanın  quruluşu.  Dissertasiya  giriş,  üç  fəsil,  nəticə  və 

istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 



 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılır, 

tədqiqatın  obyekti,  predmeti,  məqsəd  və  vəzifələri,  işlənmə  dərəcəsi 

müəyyənləşdirilir,  tədqiqatın  elmi  yeniliyindən,  metod  və  mənbələrdən, 

nəzəri və praktik əhəmiyyətindən bəhs edilir, işin aprobasiyası və quruluşu 

haqqında məlumat verilir. 




 

Dissertasiyanın  I  fəsli  “Mehmet  Akif  Ersoyun  Türkiyə 



ədəbiyyatında yeri və təsir dairəsi” adlanır. Bu fəslin “Milli dövlətçilik 

arzuları  və  Mehmet  Akif  Ersoy  yaradıcılığı”  adlı birinci  yarımfəslində 

böyük türk şairi Mehmet Akif Ersoyun həyat yoluna nəzər salınmış, milli 

dövlətçilik  naminə  apardığı  mübarizələr  öz  əksini  tapmışdır.  Eləcə  də 

burada  şairin  milli  dövlətçilik  arzularını  özündə  ehtiva  edən  bədii-poetik 

nümunələri  tədqiq  olunmuşdur.  M.A.Ersoy  1923-cü  ildə  yaranmış  olan 

Türkiyə Cümhuriyyətinin çətin çağlarını görmüş və yaşadığı illər boyunca 

cəmiyyətdəki çatışmazlıqları göstərməkdən çəkinməmişdir. Şair II Məşrutə 

elan olunduqdan sonra ölkədə baş vermiş milli mücadilə illərini, baş vermiş 

Birinci Dünya müharibəsini, Balkan və eləcə də Çanaqqala müharibələrini 

yaxından izləmiş və yeri gəldikcə bir mühərrir kimi mətbuat səhifələrində 

xalqını, millətini mübarizəyə səsləmişdir.  

M.A.Ersoy  baş  verən  müharibələri,  sosial  ədalətsizliyi,  ümumiyyətlə, 

cəmiyyətdə  baş  verən  neqativ  halları  bədii  şəkildə  əks  etdirmiş  və  bədii 

yaradıcılığını əsasən “Safahat” adlanan topluda bir araya gətirmişdir.  

1920-ci  ilin  sonlarında  Maarif  Vəkalətliyi  tərəfindən  himn  yazılması 

üçün müsabiqə elan edilmişdir. Mehmet Akif Ersoy məşhur “İstiqlal marşı” 

şeirini  yazıb  həmin  müsabiqəyə  göndərmişdir.  Müsabiqənin  sonunda 

Mehmet  Akif  Ersoyun  şeiri  birinci  yerə  layiq  görülmüşdür.  724  şeirin 

içindən bəyənilərək birincilik qazanan “İstiqlal marşı” şeiri 12 mart 1921-ci 

il tarixində  Böyük  Millət Məclisində  oxunmuş  və  Türkiyənin  rəsmi  himni 

olaraq qəbul olunmuşdur.  

 “Safahat” ilk dəfə 1911-ci ildə nəşr olunmuş və buraya M.A.Ersoyun 

“İstiqlal  marşı”  şeirindən  başqa  digər  şeir  nümunələri  daxil  edilmişdir. 

Buna  səbəb  kimi  şair  bu  şeirin  tək  ona  deyil,  bütövlükdə  millətə,  xalqa 

məxsus  olmasını  göstərmişdir.  “Safahat”ın  ilk  kitabı  1911-ci  ildə, 

“Süleymaniyyə  kürsüsündə”  adlanan  ikinci  kitabı  1912-ci  ildə,  “Haqqın 

səsləri”  adlanan  üçüncü  kitab  1913-cü  ildə,  “Fateh  kürsüsündə”  adlanan 

dördüncü  kitabı  1914-cü  ildə,  “Xatirələr”  adlanan  beşinci  kitabı  1917-ci 

ildə,  “Asım”  adlanan  altıncı  kitabı  1924-cü  ildə,  “Kölgələr”  adlanan 

yeddinci kitabı isə 1933-cü ildə nəşr olunmuşdur. Bütövlükdə şairin kreativ 

konsepsiyasından xəbər verən, ədibin metodologiyasının ortaya qoyulduğu 

bu  kitabların  hər  birində  şairin  vətənpərvərlik  mövqeyindən  çıxış  etməsi 

danılmazdır.  Onun  Türkiyə  ədəbiyyatındakı  mövqeyini  Türkiyə 

Cümhuriyyənin  prezidenti  Recep  Tayyip  Erdoğan  belə  səciyyələndirir: 

“Akif  sadəcə  qüdrətli  bir  şair  və  İslam  mütəfəkkiri  deyil.  Eyni  zamanda 

müasir savadı olan insandır. Həqiqəti və İslamın bünövrə əsərlərini bildiyi 

qədər,  Qərbi  də  elmi  ilə,  ədəbiyyatı  ilə,  fəlsəfəsi  ilə  bilən  insandır.  Onun 



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə