Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   ...   4   5   6   7   8   9   10   11   12

 

16 


Səməd  Vurğunun  qələmə  aldığı  “Bakının  dastanı”  poemasında  milli 

özünəməxsusluq  qabarıq  şəkildə  təsvir  olunmuşdur.  Şair  Bakı  haqqında 

olan  düşüncələrini  dastan  kimi  səciyyələndirərək  poemanı  nəğmələr 

şəklində qələmə almışdır.  

“Muğan”  poemasında  Səməd  Vurğun  Azərbaycanın  malik  olduğu 

əsrarəngiz  gözəlliklərdən  yan  keçmir,  yeri  gəldikdə  epik  təsvirə  geniş  yer 

ayırır,  “Bəsti”  poemasında  isə  Azərbaycan  qadının  tərənnümünü  önə 

çəkirdi.  Şairin  “Dar  ağacı”  və  “Lökbatan”  poemalarında  tarixilik  öndə 

olmaqla yanaşı, işğalçılıq siyasətinə təndiqi münasibət qabarıq şəkildə əks 

olunmuşdur.  Səməd  Vurğunun  müəllifi  olduğu  “Macəra”,  “Muradxan”, 

“Kənd  səhəri”,  “Talıstan”  poemalarında  kənd  həyatının  epik  təsviri  geniş 

tərənnüm olunmaqla yanaşı, şair bir sıra mühüm məqamlara toxunmuşdur. 

Məlum  olduğu  kimi,  Səməd  Vurğunun  əsərlərinin  böyük  bir  qismində  o 

zamankı ideologiyaya inam  əsas yer tutur. Bu da şairin  sovet məfkurəsinə 

inamından irəli gəlirdi. Səməd Vurğunun sovet ideologiyasına xidmət edən 

əsərləri sırasında “Komsomol poeması” mühüm yer tutur. Bu əsər yazıldığı 

gündən  şairə  böyük  şöhrət  qazandırmışdır.  Əsər  hissə-hissə  yazılsa  da 

sonradan  bütöv  halda  işıq  üzü  görmüşdür.  “Komsomol  poeması”  o 

zamanlar bir sıra tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. 

“Komsomol  poeması”nın  qəhrəmanları  yeni  yaranan  cəmiyyət 

uğrunda mübarizə aparan gənclərdir. O gənclər ki, yeni cəmiyyətin onlara 

uğur  gətirəcəyinə  inanır  və  bunun  uğrunda  mübarizə  aparır.  “Komsomol 

poemasında” hadisələr XX əsrin 20-ci illərindən sonrakı dövrü əhatə edir. 

Yeni  cəmiyyət  uğrunda  mübarizəni  şair  dramatik  konflikt  şəklində 

oxuculara  müvəffəqiyyətlə  təqdim  etməyi  bacarmışdır.  Əsərin  əsas  

qəhrəmanları  olan  Bəxtiyar,  Cəlal,  Murad,  Şahsuvar,  Mirpaşa,  Gülzar, 

Humay  və  Gəray  bəy  obrazlarına  müəllif  fərdi  şəkildə  yanaşmağı 

bacarmışdır.  Çünki  bu  obrazların  çoxu  şairin  görüb  tanıdığı  konkret 

şəxslərdir.  S.Vurğunun  bu  poemasına  çağdaş  düşüncə  müstəvisində,  yeni 

kontekstdə  yanaşılsa  yeni  ideologiyaya  inanıb,  onun  uğrunda  mübarizə 

aparan  gənclərin  taleyini  və  eyni  zamanda  gəlmə  ideologiyaya  inanan 

gənclərin  faciəsinin  təsvirini  görmək  olar.  “Komsomol  poeması” 

ümumilikdə  XX  əsrin  I  yarısı  Azərbaycan  ictimai  həyatının,  məişətinin, 

əxlaq  və  sosial  dəyərlərinin  real  mənzərəsini  ifadə  etmək  baxımından 

əhəmiyyətli bir əsərdir. 

Səməd  Vurğun  “Komsomol  poeması”da  hər  hansı  bir  yeni  cəmiyyət 

qurularkən  mübarizə  və  qurbanların  gərəkliyinin  vacib  olduğunu  

göstərmişdir.  Əsər  sovet  dönəmində  yazıldığına  görə  o  zaman  üçün  çox 




 

17 


aktual  bir  əsər  sayılmış  və  şair  tarixdən  gördüyü  hadisələri,  qəhrəmanları 

canlandırmağa müvəffəq olmuşdur. 

Səməd Vurğunun sovet ideologiyasını tərənnüm edən əsərlərindən biri 

“Üsyan”  poemasıdır.  Bəxtiyar  Vahabzadə  bu  əsəri  “Komsomol 

poeması”nın bir qolu kimi səciyyələndirir. Əsər əvvəllər “Üsyan və Quran” 

adı  ilə  nəşr  olunsa  da  sonralar  adı  dəyişdirilmiş  və  “Üsyan”  olaraq 

qalmışdır.  

Səməd  Vurğunun  “26-lar”  poeması  bu  gün  öz  aktuallığını  itirmiş 

əsərlər  sırasındadır.  Məlum  hadisələrdən  sonra  xalqımız  şaumyanların, 

osepyanların,  kostandyanların,  boryanların,  avakyanların,  əmiryanların 

mənfur siyasətinin iç üzünü görmüş oldu. Lakin danılmaz bir həqiqətdir ki, 

sovet  şairləri  bu  komissarların  Türkmənistanın  Ağcaqum  çölündə 

güllələnməsini az qala “əsrin faciəsi” kimi dəyərləndirirdilər. S.Vurğun da 

tarixi  həqiqətlərin  gizli  saxlanıldığı  bir  dövrdə  sovet  ideologiyasına 

inanaraq  “26-lar”  poemasını  qələmə  almışdır.  Maraqlı  bir  fakt  da 

mövcuddur  ki,  istiqlal  şairimiz  Xəlil  Rza  Ulutürk  və  görkəmli  şairimiz 

Mikayıl  Müşfiq  də  ilk  zamanlarda  sovet  ideologiyasına  inanaraq  “26-lar” 

adlı poema qələmə almışlar. Səməd Vurğun bu poemanı 1935-ci ildə, Xəlil 

Rza Ulutürk isə 1954-cü ildə qələmə almış və Xəlil Xəlilov imzası ilə çap 

etdirmişdir. 

Səməd  Vurğunun  “Leninin  kitabı”  və  “Zamanın  bayraqdarı” 

poemalarında  da    sovet  ideologiyasının  təsiri  açıq-aşkar  duyulmaqdadır. 

Şairin “Ölüm kürsüsü” əsəri kommunist ideologiyasının carçılarından olan 

Dmitrova həsr olunmuşdur. Bu əsər  sovet ideologiyasının faşizm üzərində 

mənəvi  qələbəsi  mövzusundadır  və  şair  Dmitrovun  simasında  qələbəyə 

inamını  əks  etdirirdi.  Səməd  Vurğun  1949-cu  ildə  “Köhnə  dostlar”  adlı 

poema qələmə almışdır. Şairin “Köhnə dostlar” poemasının baş qəhrəmanı 

neftçi usta Murad olsa da,  bu əsərdə “şəxsiyyətə pərəstiş” ideyası qabarıq 

şəkildə  təsvir  olunmuşdur.  Bütün  bunlar  şairin  o  dövrdə  mövcud  olan 

ideologiyaya inamından irəli gəlirdi. 

Səməd  Vurğunun  imperializm  və  müstəmləkəçilik  siyasəti  əleyhinə 

yazılmış  əsərləri  sırasında  “Zəncinin  arzuları”  poeması  mühüm  yer  tutur. 

Bəxtiyar Vahabzadə bu əsəri “Ölüm kürsüsü” əsərinin davamı hesab edirdi, 

çünki  hər  iki  əsərdə  mürtəce  ideologiya,  imperializm,  müstəmləkçilik 

pislənilirdi. 

Qüvvətli  lirika  ilə  epik  təxəyyülün  ehtiva  olunduğu  Səməd  Vurğun 

poeziyası bəşəri duyğuları əks etdirən bir poeziyadır. Bu əsərlərin bəziləri 

çağdaş  dövrümüzlə  səsləşməsə  də  buna  baxmayaraq,  sovet  dönəmini 

“panorama” şəklində əks etdirmək baxımından çox əhəmiyyətlidir. Səməd 



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə