67
tatar nağılında Alpamşa və Sanduqaç özlərinə çəlimsiz və
zahirən sakit at seçirlər (173, 147-148). Buradan aydın
şəkildə
görünür ki, qəhrəman adi dünyaya məxsus anlayışları bilmir.
İronik qəhrəmanın adi dünyaya məxsus anlayışları bil-
məməsi satirik məişət nağıllarında sistem təşkil edərək qəhrə-
manların əsas səciyyəvi xüsusiyyəti kimi özünü göstərir. “Də-
lisov arvad” nağılında arvad qızıl tapır. Əri məsləhət görür ki,
qızılı ramazan gələndə xərcləyərlər. Arvad Ramazan bayramı-
nı Ramazan adlı şəxslə qarışıq salaraq qızılı Ramazana verir.
Başqa bir epizodda isə arvad ərinin “qapı-bacadan muğayat
ol” məsləhətini metaforik anlamda deyil, birbaşa qavrayır,
evin qapı-pəncərəsini kürəyinə sarıyıb ərinin arxasınca gedir
(10, 174-176). “Hillilimnən Güllülüm”ün nağılında ironik
qəhrəmanın davranışı yerinə düşmür (10, 174-176). Mətndə
bu vəziyyətin qəhrəmanın huşsuzluğu ilə əlaqələndirilməsi
sonrakı motivləşmə ilə izah olunur. “Keçəllə qazının nağı-
lı”nda da ironik səciyyə bu məntiqdən yaranır. Nağılda keçəl
qarının tapşırıqlarını tərsinə yerinə yetirir. Daha dəqiq desək,
qazının tapşırıqlarını məcazi mənada qavrayır. “Get, o buzo-
vun qulağını çək, gətir bura” və ya “Qatırın qulağını hayla,
gətir bura” tapşırığını “buzovun qulağını çıxartmaq”, “qatırın
başını kəsmək” mənasında başa düşür.
Qeyd olunan epizodlarda qəhrəmanın ironikliyi eyni
prinsip əsasında qurulur. Sehrli nağılda at zahiri görkəminə
görə birbaşa, burada isə birbaşa verilən tapşırıq məcazi məna-
da qavranılır.
Türk xalqlarının folklorunda axmaq surətinin səciyyə-
sini E.D.Tursunov ətraflı araşdırmışdır. Müəllif bu surətin
mənşəyi və mahiyyəti barəsində dəyərli fikirlər söyləmişdir.
Ancaq bütövlükdə götürəndə onun bu surət haqqındakı fikir-
ləri ziddiyyətlidir. Müəllif bir tərəfdən məsələnin mahiyyətini
düzgün təhlil edərək yazır: “... ciddi yanaşılsa, bu, (axmaq su-