Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

69 
 
nın müvəqqəti axmaq görkəmi qəbul etməsi aktının, qəhrəma-
nın “aşağı statusu”nunifadə formalarından biri olacaqdır. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  oxşar  səciyyəyə  mifik 
mədəni qəhrəmanlar malik olur. Mifik mədəni qəhrəman tək-
dirsə,  onda  o,  həm  ciddi,    həm  də  ironik    fəaliyyət  göstərir. 
Mifik mədəni qəhrəman əkiz və ya iki qardaşdırsa, onda əkiz-
lərdən və ya qardaşlardan biri ironik səciyyəli olur. Altay mif-
lərində  Ülgen  ciddi  səciyyə  daşıyırsa,  Erlik  müəyyən  ironik 
cizgilərə malikdir. Ancaq bu ironik cizgilər sakral səciyyə da-
şıyır. Bu paralellik mifologiyada,  inamlarda  və  folklorda son 
dərəcə müxtəlif şəkildə əks olunur. Mədəniyyətin bu qanuna-
uyğunluğunu antik mədəniyyət materialları əsasında O. Frey-
denberq, orta əsrlər Avropa mədəniyyətində M.M.Baxtin, Af-
rika mərasimlərində isə B.Terner araşdırmışdır (bax: 187, 65, 
174). 
Bu araşdırmalar göstərir  ki,  ənənəvi  mədəniyyətin  paro-
diyası onun mexanizminə daxilən xas olan bir keyfiyyətdir. Bu 
qanunauyğunluqdan  şifahi  təhkiyə  də  kənarda  qalmır.  Biz  bi-
lirik ki, hər hansı bir hadisənin parodiyası, zaman baxımından 
həmişə  ikinci  yaranır.  Ancaq  parodiya  termininin  bu  mənası, 
ümumiyyətlə,  etnik  mədəniyyətə  və  onun  tərkib  hissəsi  olan 
mifologiya və folklora münasibətdə özünü doğrultmur. Əlbəttə, 
araşdırıcıların göstərdiyi kimi, xalq ateist görüşlərinin təsiri nə-
ticəsində hər hansı bir mifoloji inamın parodiyası mümkündür. 
Ancaq  ümumiyyətlə  götürəndə  mədəniyyətdə  ciddi  və  onun 
parodiyası adlandırılan hadisə mədəniyyətin mövcudluq forma-
sıdır və burada hər hansı bir  “birincilik” və ya “ikincilik” ax-
tarmaq yanlışlığa aparır.   


70 
 
III  F Ə S Ġ L 
BAHADIR SURƏTLƏRĠ 
 
Sehrli  nağıllarda  qəhrəman  tipi problemi nağılşünaslıqda 
mübahisəlidir. Bəzi tədqiqatçılar sehrli nağılların qəhrəmanları-
na bir surətin transformasiyası kimi baxmışlar (149, 88-89; 92, 
354-355).  Bu  fikrin  tərəfdarları  N.V.Novikov  tərəfindən  ciddi 
tənqidə  məruz  qalmışlar.  Müəllif  sehrli  nağıl  qəhrəmanını  ay-
rıca  tədqiqat  obyektinə  çevirərək  onların  bir-birindən  fərqlən-
məsi fikrini irəli sürür (145, 126-130). V.Y.Propp isə qəhrəman 
tipini nağıl tipi ilə məhdudlaşdıraraq  yazır: “ Nağılda qəhrəma-
nın,  bir  qayda  olaraq,  adı  olmur.  Bir  neçə  qəhrəman  tipi  var, 
amma bu tiplərin individual xarakteri yoxdur. “İvan” adı şəxsin 
deyil,  tipin  adıdır”(159,  99).  Müəllif  qəhrəmanın  individual 
xarakterinin olmadığını nəzərə alaraq qəhrəman tipini nağıl tipi 
ilə müəyyənləşdirməkdə E.V.Pomerantsevanın və K.S.Davleto-
vun mövqeyində dayanır. Qəhrəman tipinin nağıl tipi ilə müəy-
yən  olunması  fikrində  müəyyən  elmi  həqiqət  var.  Təkcə  nağıl 
janrının  müxtəlif  tiplərinə  münasibətdə  deyil,  həm  də  sehrli 
nağılların öz daxilində yaranan nağıl tipinə aid oluna bilər. 
 
E.S.Novik bahadır surətlərinin iştirak etdiyi sehrli nağıl-
ların  kompozisiyasını  V.Y.Proppun  “Morfologiya”sında  təsvir 
olunan  əsas  süjet  sxemindən  fərqləndirir  və  bu  fərqi  V.Y. 
Proppun  süjet  sxemində  sehrli köməkçinin  alınmasının bu na-
ğıllarda  möcüzəli  doğuluşla  əvəz  olunmasında  görür  (143, 
217). Bu fərq həm də onu göstərir ki, V.Y.Propp “Morfologi-
ya”da nəyə görə bahadır obrazlarının iştirak etdiyi nağılları nə-
zərə almamışdır. Ona görə ki, bu nağıllar həm poetik struktu-
runa,  həm  də  baş  qəhrəmanın  xarakterinə  görə  V.Y.Proppun 
təsvir  etdiyi  süjet  sxemindən  fərqlənir.  Belə  ki,  V.Y.Proppun 
sxemində sehrli köməkçinin alınması ilə qəhrəman passivləşir, 
köməkçi  qəhrəmanın  əvəzinə  fəaliyyət  göstərir  (158,  48).  Ba-


71 
 
hadır  surətlərinin  iştirak  etdiyi  sehrli  nağıllarda  isə  möcüzəli 
doğuluş  motivi  sehrli  köməkçinin  alınmasını  əvəz  edir  və  bu-
nunla da aktiv fəaliyyət göstərir. Bu mənada qəhrəman tipinin 
nağıl tipi ilə məhdudlaşdırılması özünü doğruldur. Lakin V.Y. 
Proppun  bu  fikri  həmişə  özünü  doğrultmur.  Belə  ki,  “təmiz” 
sehrli  nağıl  daxilində  ciddi,  həm  də  ironik  qəhrəmanlar  möv-
cuddur.  E.  M.  Meletinski  bu  qəhrəmanları  əsilzadə  və  aşağı 
qəhrəmanlar hesab edir (128, 213).  
Beləliklə, sehrli nağıllarda qəhrəmanların fərqli xarakte-
ri  inkarolunmazdır.  Bu  fikri  “sehrli  nağılların  qəhrəmanlıq 
tipi”  daxilində  mövcud  olan  bahadır  surətləri  də  təsdiq  edir. 
Bahadır surətlərinin iştirak etdiyi nağıllar elmdə “sehrli nağıl-
ların  qəhrəmanlıq  tipi”,  “sehrli  qəhrəmanlıq”  (qəhrəmanlıq) 
terminləri ilə adlandırılır (130, 161-162; 137, 82). Bu nağılları 
həm  də  “bahadırlıq  nağılları”  adlandırırlar.  Axırıncı  termin 
elmdə  müxtəlif  mənada  işlədilir  və  müxtəlif  xarakterli  epik 
əsərlərə aid olunur (137, 82-83). Ona görə də biz “sehrli qəh-
rəmanlıq” terminini daha konkret hesab edirik. 
Əsas məsələyə keçməzdən əvvəl sehrli qəhrəmanlıq na-
ğıllarının sehrli nağıllara münasibəti və onların sehrli nağıllar-
dan  fərqi  barədə  bir  neçə  kəlmə  qeyd  etmək  istərdik.  Yuxa-
rıda göstərdik ki, sehrli nağıllardan fərqli olaraq sehrli qəhrə-
manlıq nağıllarında qəhrəman aktivdir. Sehrli nağıllarda qəh-
rəman,  bir  çox  tədqiqatçıların  göstərdiyi  kimi,  sehrli  varlıq-
ların köməyi ilə  fəaliyyət göstərir. Qəhrəman sehrli köməkçi 
alarkən magik hakimiyyət qazanır. Bunun əksinə olaraq sehrli 
qəhrəmanlıq  nağıllarında  qəhrəmanın  magik  hakimiyyət  qa-
zanması  onun  möcüzəli  doğuluşu  ilə  əvəz  olunur.  Belə  ki, 
sehrli-qəhrəmanlıq  nağıllarında  qəhrəmanın  fiziki  və  magik 
gücü  bir  çox  hallarda  onun  qeyri-adi  mənşəyi  ilə  motivləşir. 
Bir cəhəti də qeyd edək ki, qəhrəmanın sehrli köməkçi alması 
bu nağıllarda da mövcuddur. Lakin sehrli nağıllarda köməkçi-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə