64
xüsusiyyətləri nisbətən geniş araşdırılmışdır (183, 80-92; 139,
133-141; 124, 224-225).
Bu mifoloji konsepsiya Azərbaycan inamlarında və
folklorunda özünəməxsus şəkildə ifadə olunur. Xalq demono-
logiyasının ən geniş yayılmış surətlərindən biri olan Hal (Hal
anası, Al arvadı, Al qarısı) insanı tərs başa düşür.
Ona get de-
mək istəyəndə “gəl”, gəl demək istəyəndə “get” demək lazım-
dır. Xalq inamlarında yuxu “kiçik ölüm” kimi qavranılır. Yu-
xuda gülmək pis, ağlamaq yaxşı əlamət hesab olunur. Yuxuda
bir adamın ölümünü görmək onun ömrünü uzatmaq kimi yo-
zulur. “Kiçik ölüm” zamanı baş verən hadisələrin tərsinə yo-
zumu bu inanışa daxil olmaqla insan təfəkkürünün ən arxaik
layı ilə bağlıdır. Yuxunun tərsinə yozumu birbaşa nağıl süjeti-
nə daxil olmuş və motiv səviyyəsində gerçəkləşmişdir. “Na-
şükür qız” nağılında nurani qoca kasıb bir kişinin yuxusuna
girərək ona gündə bir quruş qazanacağını bildirir.
Bunun əksi-
nə olaraq kişi həmin günü on qızıl qazanır (10, 260).
Tərsinə münasibət müxtəlif nağıl mətnlərində qəhrəma-
nın o dünyaya məxsus varlıqlarla müxtəlif səviyyələrdə mü-
nasibətində özünü göstərir. Naxçıvanda qeydə alınan “Qurd
qız” adlı bir nağılda qəhrəmana məsləhət görülür ki, Simurğ
quşu ət istəyəndə su, su istəyəndə ət versin.
13
Bu
motivdə xalq
inanışında müşahidə olunan “tərsinə dil” ideyası əks olunur.
Bu konsepsiya “Göyçək Fatma” nağılında özünəməxsus şə-
kildə əks olunur. Nağılda sehrli qarı onu yalandan tərifləyən
Göyçək Fatmaya düzgün, eybəcərliyini üzünə deyən Keçəl
Fatmaya isə tərsinə məsləhət verir (10, 20-23). Deməli, qəhrə-
man demonla tərsinə danışanda ona tərsinə məsləhət verir.
Tərsinə rəftarın izlərini “Məlik Məmməd” nağılında da
görürük. Nağılda qəhrəman kiçik bacının sözünə qulaq asaraq
13
Nağılın mətni müəllifin arxivində saxlanır.