Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə27/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

 

82 


Həp kökündən qaldırın divanəvar... 

...İştə bir meydan ki, istər qəhrəman,  

Hər kimin var meyli, etsin imtəhan.

 1

 

 

Şübhəsiz ki, bu, əslində, tarixə elmi bir baxış deyildi. Cavid 



insan tarixinə xalqlar  tarixi, mədəniyyətlər  tarixi,  daha  yüksək 

ictimai  inkişafa  doğru  mübarizələr  tarixi  kimi  deyil,  sadəcə, 

mənfur  adət,  ənənələr,  mənasız  əxlaq  və  etiqadlar,  prinsipsiz 

çəkişib-didişmələr  tarixi  kimi  baxırdı.  Aydın  idi  ki,  bu  vasitə 

ilə  şair,  eyni  zamanda,  köhnəliyə,  mövcud  eybəcər  ictimai 

varlığa  qarşı  çıxırdı.  Lakin  onun  qamçıladığı  ―tarix‖  həqiqət 

olsa  da,  ancaq  tarixin  rəzalətləri  idi.  Əslində  bu,  tarixə  baxış 

olmayıb,  ümumiyyətlə  Şərqdə,  Asiyada  köhnə  dünyanın 

dəyişməsi, alt-üst olması ərəfəsində başlanan ictimai fırtınanın 

və bu fırtına qarşısında otuz yaşlı romantik şairdə əmələ gələn 

fikir böhranının bir ifadəsi idi. 

Buna  görə  idi  ki,  şeirdə  ―kimsən,  nəsən?‖  sualına  cavab 

verərəkən  şair  belə  bir  dərin  mənəvi  böhran  keçirdiyini  də 

oxucularından  gizlətmir,  etiraf  edirdi  ki,  o,  otuz  yaşına  qədər 

kəsb etdiyi elm və ürfandan heç nə anlamamış, bu elm və ürfan 

nəinki  onu  həyat  həqiqətinə  yaxınlaşdırmamış,  əksinə,  əsil 

həyatdan  uzaqlaşdırmışdır.  Şair  oxuduğu  kitabları  ―sərsəm 

kitablar‖, yazdığı dəftərləri ―saçma dəftərlər‖ adlandırır. 

 

Bildiyim hər bir həqiqət əskidir. 



...Hər həqiqət sanki ölgün bir xəyal... 

Hökm edər ruhumda artıq başqa hal

2



 



Bu vaxta qədər kəsb etdiyi elm və ürfandan narazı olduğunu 

şair  bundan  qabaq  yazdığı  ―Elmi  bəşər‖  adlı  şeirində  də 

bildirmişdi: 

 

                                                 



1

 Yenə orada, səh. 542-543. 

2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 539 




 

83 


―Bilmək öyrənmək‖ öylə bir uçurum –  

Ki onun intəhası yox, dibi yox... 

―Bilirəm‖ söyləyən də var pək çox

Nəmə lazım!.. O bir xəyalatdır. 

―Elmü ürfan‖ nədir, mən anlamadım, 

Çünki həp cəhlə doğru həp addım

1



 



Eyni  motivlər  surətin  dilindən  olsa  da,  sonralar  yazılmış 

―Uçurum‖ dramında da vardır: 

 

Böyük ibn Sinalər, Sokratlar, Əflatunlar, 



Dahi bir ustad ikən əcəb nə buldu onlar? 

Fəlsəfə bir çıxılmaz yol ki, yormuş hər kəsi

Çoxlarını boğmuş da, duyulmaz olmuş səsi

2

... 



 

Yenə  sonralar  yazılmış  ―İblis‖də  də  eyni  motivlərə  rast 

gəlirik: 

 

Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, 



Yox rəhbəri-vicdan

 3

. 



 

Bu etiraflardan  ən çox səciyyəvi  və  səmimi  olanı bu idi  ki, 

şair  ―bildiyim  hər  bir  həqiqət  əskidir‖  deyirdi.  Bu  müəyyən 

dövrdə  Cavidin  yaradıcılığında  əks  olunan  çox  açıq  və  aydın 

bir  fikir  böhranı,  bir  fəlsəfi  böhran  idi.  Lakin  bu  fikir 

böhranından  danışanda  onun  səbəblərini  düzgün  izah  etmək 

üçün  nəzərdə  tutmalıyıq  ki,  bu  böhran  təkcə  bir  şairin  şəxsi 

mənəvi  böhranı  deyil,  müəyyən  tarixi  olan  bir  çox  köhnəlmiş 

ideyaların,  görüşlərin  XX  əsrdə  üzə  çıxmış  böhranı  idi  ki, 

şairin görüşlərində öz xüsusi, fərdi inikasını tapmışdı. 

Yuxarıda  Cavidin  həyatından  bizə  məlum  oldu  ki,  o,  ali 

                                                 

1

 Yenə orada, səh. 504. 



2

 ―Uçurum‖, Azərnəşr, Bakı 1926, səh. 56-57 

3

 H.Cavid. Seçilmiş əsərləri, səh. 310. 




 

84 


təhsilini İstanbul darülfünununun ədəbiyyat şöbəsində almışdır. 

Əlbəttə,  heç  bir  mütəfəkkir  sənətkarın  görüş  dairəsini, 

mədəniyyətini  onun  ancaq  müəllimlərindən  aldığı  biliklərlə 

ölçmək olmaz. Bu biliklərə şairin 1910-12-ci illərə qədər şəxsi 

mütaliə  yolu  ilə  tanış  olduğu  və  əsərlərində  qismən  to- 

xunduğu və adını çəkdiyi müxtəlif filosof və fəlsəfi cərəyanları 

da  əlavə  etsək,  demək  olar  ki,  Cavidin  bu  illərdə  tədqiq  edib 

öyrəndiyi: müəyyən dərəcədə dini-sxolastik görüşlərlə qarışmış 

Şərq  panteizmi  adlanan  fəlsəfə  və  qismən  də  köhnə  idealist 

Qərb  fəlsəfi  sistemlərinin  modernizə  edilmiş  şəkillərindən 

ibarət  olub,  xüsusən  Cavidin  Türkiyədə  olduğu  1905-1909-cu 

illərdə  İstanbul  ziyalılarının  bir  qismi  arasında  (Rza  Tövfiqin 

əsərlərində  olduğu  kimi)  çox  yayılmış  skeptisizmdən  yaxud 

yeni kantçılıqdan ibarət idi. 

Yeni  şəraitdə  Qərbin  modernizə  edilmiş  skeptisizmi, 

şübhəçilik fəlsəfəsi müasir həyatın suallarına cavab vermirdi və 

həqiqətən, şairin dediyi kimi, ―tatlı xəyalat‖ olaraq qalırdı. Şərq 

fəlsəfəsinə,  qoca  Şərq  panteizminə  gəlincə,  Şərqdə  burjua-

demokratik  inqilablarınıi  alovlandığı,  müstəmləkə  zülmünə 

qarşı milli azadlıq hərəkatının başlandığı və bu tarixi hərəkatın 

imperialist  dövlətlər  tərəfindən  amansızcasına  boğulduğu 

dövrdə  əsasən  insan,  allah,  təbiət  və  mücərrəd  əxlaq 

problemləri  ilə  məşğul  olan  bir  fəlsəfə  —  hətta  onun  ən 

qüvvətli  cəhətlərindən  biri  olan  dini  şübhəçilik  də  yeni 

inqilablar,  çarpışmalar  dövrünün  ictimai  problemlərini  həll 

etməkdə  çox  aciz  idi.  Həm  də  nəinki  sadəcə  aciz  idi,  hətta 

bunların  həll  edilməsi  üçün  göstərilən  təşəbbüslərə  də  bəzən 

ciddi  maneçilik  törədirdi.  Odur  ki,  Cavidin  bu  fəlsəfi 

sistemlərdən  üz  döndərməsi,  qəti  inkarçılıq  şəklində  olsa  da, 

yeni  fəlsəfi  axtarışlar  yolunu  tutmuş  romantik  şərqli  bir  şair 

üçün çox təbii idi. 

Lakin haqqında bəhs etdiyimiz dövrdə, xüsusən 1910-1912-

ci  illərdə  Cavid  yaradıcılığında  bu  fəlsəfi  axtarışların  hələ 

ciddi, aydın bir nəticəsi görünmürdü. Daha düzgün deyilsə, bu 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə